Dəmiryol qatarı (avtomobil kalonu) rəisi köçürülən əhali-
nin yerləşdirilmə rayonlarına (məntəqələrinə) vaxtında daşın-
masına cavabdehdir. Ona, qatar briqadası da daxil olmaqla, qa-
tarın bütün şəxsi heyəti tabedir. Qatar rəisi rabitə vasitələrindən
(teleqraf, telefon, radio) və nəqliyyatdan pulsuz istifadə etmək
ixtiyarına (xidməti iş üçün) malikdir.
Köçürmə işlərini, xüsusən bu hadisələr gözlənilmədən baş
verərkən, qısa müddət ərzində mütəşəkkil surətdə yerinə yeti-
rilməsini təmin etmək təsərrüfat obyektləri rəhbərlərinin, föv-
qəladə komissiyaların və mülki müdafiə qərargahlarının vacib
vəzifələrindəndir.