Kitabın adı: Aqrar sahədə mülki müdafiə


aptekçə  AИ-2,  kimya  əleyhinə  fərdi  paket



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə84/132
tarix30.12.2021
ölçüsü2,46 Mb.
#21119
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   ...   132
aptekçə  AИ-2,  kimya  əleyhinə  fərdi  paket  ИПП-8  və  fərdi 
sarğı paketi aiddir. 
AИ-2  fərdi  aptekçəsində  insan  orqanizminə  ionlaşdırıcı 
şüalanmaların, ZM və BV-nin təsirinin qarşısını alan və ya bu 
təsiri  zəiflədən,  habelə  şok  halının  qarşısını  alan  preparatlar 
(tibb  dərmanları)  olur.  Aptekçə  narıncı  rəngli  plastik  kütlə 
materialdan  düzəldilmiş  kiçik  qutudan  ibarətdir,  içərisində 
plastik  kütlə  şpris-tübiki  və  dərman  penalları  yerləşdirilmişdir 
(şək. 34). 
Sümüklər sınarkən, ağır yaralanma və geniş yanıqlar zama-
nı  ağrı  şokuna qarşı  ağrıkəsən dərman  - 1 ml 2%-li promedol 


 
94 
məhlulu işlədilir; məhlul aptekçənin 1-ci bölməsindəki şpris-tü-
bik  vasitəsilə  əzələyə  (dəri  altına)  yeridilir  (sülh  dövründə 
şpris-tübik  aptekçədən  çıxarılıb  ayrı  saxlanılır).  Fosforlu-üzvi 
maddələrlə zəhərlənməyə qarşı aptekçədə tabel antidotu olaraq 
taren həbləri vardır (2-ci bölmədə yerləşir). Tarenin bir həbinin 
"Kimya həyəçanı” xəbərdarlığı verilərkən qəbul edirlər; zəhər-
lənmənin  əlamətləri  aşkar  olunarkən  daha  bir  həb  taren  qəbul 
etmək lazımdır. 
Aptekçənin 3-cü bölməsindəki  ağ rəngli iri penalda bakte-
riya  əleyhinə  2  №li  dərman-sulfadimetoksin  (15  həb)  yerləşir, 
bunu zəhərlənmədən sonra mədə-bağırsaq pozuntusu baş verər-
kən qəbul edirlər. 
İonlaşdırıcı şüalanmanın təsirinə orqanizmin müqavimətini 
atırmaq üçün radiasiya əleyhinə 1 №-li dərman (sistamin) işlə-
dilir. Bu  dərman 4-cü bölmədəki iki çəhrayı penalın hər birin-
də 6 həb miqdarında olur. Penallardakı dərmanı şüalanma təh-
lükəsi zamanı bilavasitə şüalanmadan 30-40 dəq. əvvəl 6 həb, 
şüalanma  davam  etdikdə  isə  4-5  saatdan  sonra  yenidən  6  həb 
qəbul edirlər. Bu dərmanların səmərəliliyi 50% təşkil edir. 
5-ci bölmədəki iki rəngsiz penalda bakteriya əleyhinə 1 №-
lı  dərman-tetrosiklin  (hər  penalda  5  həb  miqdarında)  olur.  Bu 
dərmanı
 
bakterioloji    zəhərlənmə  təhlükəsi  yaranarkən  və  ya 
belə  zəhərlənmə  zamanı  qəbul  etmək  məsləhət  görülür  (təcili 
qeyri-spesifık  profilaktik  vasitə  olaraq,  habelə  yara  və  yanıq 
yoluxmalarının profilaktikası məqsədilə). 
6-cı bölmədə radiasiya əleyhinə 2 № 9-li dərman (kalium-
yodid  penalı  yerləşir.  Bu  dərman  radioaktiv  çöküntülər  düşər-
kən,  xüsusən  radioaktiv  maddələrlə  zəhərlənmiş  ərazidə  otarı-
lan inəklərin südü ilə orqanizmə radioaktiv maddə keçməsi təh-
lükəsi olarkən 10 gün
 
ərzində, gündə 1 həb qəbul edilir. Orqa-
nizmin şüalanmaya ürəkbulanması və qusma ilə meydana çıxan 
ilk reaksiyasını aradan qaldırmaq üçün etaperazin dərmanından 
istifadə  edilir,  bu  dərman    göy  rəngli  penalın  7-ci  bölməsində 
yerləşir. 


 
95 
 
 
 
 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin