92
Dərini təcridedən mühafizə vasitələri MM dəstələrinin
şəxsi heyəti üçün nəzərdə tutulmuşdur. Bunlardan ZM-in
yüksək konsentrasiyası şəraitində zəhərli sahələrdə iş
aparılarkən, habelə deqazasiya, dezaktivasiya və dezinfeksiya
işləri yerinə yetirilərkən istifadə edilir.
Radioaktiv tozdan mühafizə olunmaq üçün əhali adi
paltarları uyğunlaşdıra bilər. Belə paltarların hermetikliyini
təmin etmək üçün onlara əlavə hissələr: sinəbənd, başlıq,
şalvarların yanda düymələnən yerlərinə xiştəkler tikmək
lazımdır. RM-dən mühafizə üçün həmçinin dəri səthini
qoruyan əlaltı vasitələrdən (əlavə olaraq kipləşdirilmiş məişət,
iş, idman paltarı və ayaqqabılarından, digər fərdi geyimlərdən)
istifadə oluna bilər.
Yadda saxlamaq lazımdır ki, təcridedici mühafizə paltarla-
rında qalmaq müddəti məhduddur (cədvəl 5).
Tutqun və küləkli havada, habelə kölgədə işləyərkən mü-
hafizə vasitələrində qalma müddəti 5-ci cədvəldə göstərilənlərə
nisbətən 1,5 dəfə artırıla bilər.
Dostları ilə paylaş: