Pambıqlı tənzif sarğı ölçüləri 100x50 sm olan tənzif parça-
sından hazırlanır. Onun orta hissəsinin üzərinə 30x20 sm sahə-
də qalınlığı 2 sm olan pambıq qatı döşəyir, tənzifin artıq qalan
hər iki kənarını uzununa pambıq qatı üstünə qatlayır, tənzifın
uclarını ortadan uzunununa kəsirlər, bu zaman iki cüt bağ alı-
nır. Sarğını taxarkən onun aşağı bağları kəllədə, yuxan bağları
isə peysərdə bənd edilir. Pambıqlı tənzif sarğı ağızı və burunu
əhatə edib örtməlidir. Belə sarğılar ancaq bir dəfə istifadə üçün
yararlıdır. Parça maska və ya sarğı olmadıqda dəsmaldan, şərf-
dən, yaylıqdan və s. istifadə etmək lazımdır. Gözləri radioaktiv
tozdan qorumaq üçün tozdan qoruyan eynək taxmaq olar.