88
Belə əleyhqazlar və cihazlar: havada ZМ-in konsentrasiya-
sı çox yüksək olduğu üçün ZМ süzücü qutudan "keçmək qor-
xusu yaradan və süzücü əleyhqaz etibarlı surətdə mühafizəni
təmin etməyən hallarda; havada karbon 2-oksidin konsentrasiya-
sı yüksək olduqda işlədilir.
Oksigenlə təchizetmə prinsipinə görə təcridedici əleyhqaz
və cihazlar iki qrupa ayrılır: kimyəvi əlaqəli oksigenlə və sı-
xılmış oksigenlə təchiz edən cihazlar. Birinci qrupa ИП - 4,
ИП - 46 M əleyhqazları, II
qrupa ИП - 5, КИП - 7, КИП - 8 ci-
hazları aiddir.
Respiratorlar. Tənəffüs orqanlarını radioaktiv maddə və
bakterial vasitə aerozollarından (tozlarından), habelə zəhərli
tüstülərdən mühafizə üçün respiratorlardan istifadə olunur. ZМ
buxarlarından mühafizə üçün respiratorlar yararlı deyil. Yaşlı
əhali üçün R-2, uşaqlar üçün R-2D növlü respiratorlar mövcud-
dur. R-2 respiratoru süzücü yarımmaskadan ibarətdir ki, ondan
dəfələrlə istifadə etmək və 12 saatadək mühafizə olunmaq
mümkündür.
ġək. 32. Toz əleyhinə sənaye respiratorları:
1-Rezin yarımmaska; 2-aerozol əleyhinə (sökülən) süzgəc;
3-nəfəsvermə klapanı; 4-başlıq
Dostları ilə paylaş: