Kitabın adı: Aqrar sahədə mülki müdafiə


Dəri səthini mühafizə vasitələri -



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə79/132
tarix30.12.2021
ölçüsü2,46 Mb.
#21119
növüDərs
1   ...   75   76   77   78   79   80   81   82   ...   132
Dəri səthini mühafizə vasitələri - bədənin açıq sahələrini, 
paltarları, sursatı və ayaqqabıları onların səthinə ZM damcıları, 
yoluxucu  xəstəliktörədiciləri,  radioaktiv  toz  düşməsindən, 


 
90 
həmçinin qismən də işıq şüalanmasının təsirindən mühafizə et-
mək  üçün  nəzərdə  tutulmuşdur.  Bunlar  tabel  vasitələrinə 
(ümumqoşun  mühafizə  komplekti-  ОЗК,  yüngül  mühafizə 
kostyumu Л-1 və əlaltı vasitələr məişət paltarlarının ünsürləri) 
növlərinə  ayrılır.  Mühafizə  prinsipinə  görə  tabel  vasitələrinin 
süzücü  (havakeçirən)  və  təcridedici  (havakeçirməyən)  növləri 
olur. 
Süzücü  materialdan  tikilən  mühafizə  paltarları  ya  həmişə, 
yaxud da vaxtaşırı istifadə üçündür. Belə paltarlar adi parçadan 
tikilib xüsusi kimyəvi məhlul hopdurulmuş geyimdən ibarətdir. 
Özünün sanitariya-gigiyenik xassələrinə görə belə paltarlar hər 
gün geyilmək üçün yararlıdır. 
Dərini  mühafizə  edən  süzücü  vasitələrə  ЗФН-58  markalı 
süzücü mühafizə paltarı komplekti (dəsti) aiddir: Bu paltar dəs-
ti:  xüsusi  biçimli  və  xüsusi  kimyəvi  maddə  -  pasta  məhlulu 
hopduruldulmuş parça kombinezondan, habelə kişi alt paltarın-
dan (tuman və köynək), parça şlemaltlıqdan, iki cüt portyanka-
dan (ayağa sarınan parça zolaqları) ibarətdir ki, bunların bir cü-
tünə də kombinezona hopdurulmuş pasta hopdurulur. Hopduru-
cu pasta məhlulu ya zəhərləyici maddə buxarlarını tutub saxla-
yan  (adsorbsiya  tipli),  ya  da  bu  buxarları  neytrallaşdıran  (xe-
mosorbsiya tipli) kimyəvi  maddələrdən ibarətdir.  Alt paltarlar, 
şlemaltlıq və hopdurulmuş bir cüt portyanka adamın bədəninə 
kombinezonun  sürtünməsinin  və  kombinezona  hopdurulmuş 
məhlulun dərini qıcıqlandırmasının qarşısını almaq üçündür. 
Süzücü  mühafizə  paltarı  komplektindəki  kombinezonların 
ölçüləri: birinci ölçü - boyu 160 sm-ə qədər, ikinci ölçü - boyu 
160 sm-dən 170 sm-ə qədər və üçüncü ölçü - boyu 170 sm-dən 
artıq olanlar üçündür. 
 Dərini  təcridedici  mühafizə  vasitələri  -  havakeçirməyən 
materialdan hazırlanır, həm tam hermetik (adamın bütün bədə-
nini örtüb ZM damcıları və buxarlarından qoruyan kostyum və 
kombinezonlar), həm də qismən, yaxud tamamilə qeyri-herme-
tik  (plaşlar,  bürünclər  önlüklər  və  s.)  ola  bilər.  Qismən  qeyri-


 
91 
hermetik vasitələr (ümumqoşun mühafizə komplekti ОЗК, yün-
gül  mühafizə  komplekti  Л-1,  mühafizə  kombinezonu  və  ya 
kostyumu) əsasən maye damcıları halındakı ZM-dən mühafizə 
edir. 
Cədvəl 5   
Ətraf havanın temperaturundan asılı olaraq adamın 
təcridedici mühafizə paltarında qalma müddəti 
Ətraf havanın 
temperaturu, 
0

Bədənin səthini qoruyan təcridedici 
paltarlarda qalma müddəti 
Ekranlayıcı nəm 
kombinezonsuz 
Ekranlayıcı nəm 
kombinezonla 
+30
0
C və daha artıq 
15-20 dəqiqə 
1-1,5 saat 
25-29 
30 dəqiqə 
1,5-2 saat 
20-24 
45 dəqiqəyə qədər 
2-2,5 saat 
15-19 
2 saat qədər 
2 saatdan artıq 
+15-dən aşağı 
3 saatdan artıq 

 
Ümumqoşun  mühafizə  komplekti  OЗК  -  mühafizə  plaşın-
dan  mühafizə  corablarından  və  mühafizə  əlcəklərindən  ibarət-
dir, adətən hopdurulmuş üst və alt paltarların üstündən geyilir. 
Yüngül mühafizə kostyumu Л-l (şəkil 33) rezinləşdirilmiş 
parçadan hazırlanan başlıqlı köynəkdən, corablı şalvardan, iki-
barmaqlı əlcəklərdən və şlemaltlıqdan ibarətdir. 
 
 
 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin