Kitabın adı: Aqrar sahədə mülki müdafiə



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə77/132
tarix30.12.2021
ölçüsü2,46 Mb.
#21119
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   132
R-2D  respiratoru  uşaqlar  üçün  nəzərdə  tutulan  respirator 
növüdür, kiçik ölçülərə malikdir, fasiləsiz olaraq 4 saat ərzində  
mühafızəni təmin edir. 


 
89 
Tənəffüs  orqanlarını  mühafizə  edən  ən  sadə  vasitələr. 
Belə vasitələrdən əhali respirator kimi istifadə edə bilər. Bunlar 
quruluşca çox sadədir, ona görə də əhalinin özü tərəfindən ha-
zırlanan  kütləvi  mühafizə  vasitəsi  olaraq  işlədilməsi  tövsiyə 
edilir.  Tənəffüs  orqanlarının  ən  sadə  mühafizə  vasitələrinə 
tozdan qoruyan parça maska: PTM-1 və pambıqlı tənzif sarğı 
aiddir. Hə bir adamın iş və yaşayış yerində belə mühafızə vasi-
tələri olmalıdır. 
Tozdan qoruyan PTM-1 parça maskası  iki  əsas hissədən – 
maskanın  gövdəsindən və bərkidici  hissədən ibarətdir. Maska-
nın  gövdəsi  2-4 qat  parçadan hazırlanır, onun göz  yerləri olur 
ki,  buraya  şüşə  lövhəcikləri  (və  ya  hər  hansı  şəffaf  material, 
plyonka) salınır. Maska  başa onun  yan kənarları  boyu tikilmiş 
parça zolaq (bərkidici hissə) vasitəsilə geyilir. Bərkidici hissə-
nin  yuxarı tikiş  yerindəki rezin və aşağı tikiş  yerindəki bağlar 
vasitəsilə,  həmçinin  gövdənin  yuxarı  kənarı  boyu  eninə  bənd 
edilmiş rezin  vasitəsilə maskanın  üzə kip  yatması  təmin edilir 
ki, bu da maskanın altına zəhərli hava keçməsinin qarşısını alır. 
Nəfəsalma zamanı parçanın bütün qatlarından keçən hava mas-
kanın bütün səthində süzülüb təmizlənir. 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin