Rayonun (Ģəhərin) mülki müdafiə xidmətləri. Mülki
müdafiə tədbirlərini, dəstələrin hazırlığını və zədələnmiş (zə-
hərlənmiş) yerlərdə iş görərkən onların düzgün idarə olunma-
sını təmin etmək üçün, yerli şəraiti və müvafiq bazanın olması-
nı nəzərə alaraq rayon (şəhər) İcra hakimiyyətinin qərarı ilə ra-
yon xidmətləri yaradılır.
Rabitə xidməti - rayon (şəhər) rabitə təşkilatının bazası
əsasında təşkil olunur. Rabitə xidmətinin işçiləri: İcra Hakimiy-
yətinin nümayəndəsinə, idarələrin, müəssisələrin vəzifəli şəxs-
lərinə və rayonun bütün əhalisinə fövqəladə hadisələr təhlükəsi
barədə vaxtında xəbər verir; MM siqnallarının verilməsini təş-
kil edir, rayonun bütün obyektləri ilə rabitə yaradır və onu
daim fəaliyyətə hazır saxlayır; rayonun ərazisində fəaliyyət
göstərən mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması-
nı təmin edir.
Tibb xidməti - tibb müəssisələrinin bazası əsasında yaradı-
lır (xidmətin rəisi rayonun baş həkimidir). Xidmət: müalicə-
profilaktika, epidemiya əleyhinə və sanitariya-gigiyena tədbir-
lərini həyata keçirir; tibb dəstələrinin ixtisas hazırlığını təmin
edir; zərər çəkmiş, zədələnmə ocağından çıxarılan adamların
qəbul edilməsi, yerləşdirilməsi və müalicəsi üçün binaları ha-
zırlayır.