3. Kütləvi qırğın silahlarının tətbiqindən kənd təsərrüfatı istehsalatına təsir edən amillər. Kənd rayonlarında ən böyük təhlükə insanların, heyvanla-
rın, bitkilərin kütləvi məhvi ilə nəticələnən nüvə partlayışları-
nın törədilməsidir. Düşmən tərəfindən kimyəvi və bakterioloji
silahların tətbiqi, həmçinin, zəhərli istehsalat sahələrində isteh-
salat qəzalarının baş verməsi də vəziyyəti əsaslı surətdə mürək-
kəbləşdirə bilər. Bu qrupa aid edilən amillər müharibə şə-
raitində kənd təsərrüfatı obyektlərinin iş dayanıqlığının qiymət-
ləndirilməsi və müəyyən edilməsi zamanı nəzərə alınmalıdır.
Kənd təsərrüfatı obyektlərinin müharibə şəraitində iş daya-
nıqlığının hesabat metodikası xüsusi zəmanətlərdə verilir.
Müharibə şəraitində kənd təsərrüfatı obyektlərinin iş daya-
nıqlığının təmin edilməsi üçün istər sülh, istərsə də müharibə
vaxtı kompleks tədbirlərin işlənib hazırlanması və həyata keçi-
rilməsi vacibdir. Bu zaman əsas diqqət kənd təsərrüfat istehsa-
latının mükəmməl idarə edilməsinə yönəldilməlidir. İnsanların,
əsasən də istehsalatda çalısan işçilərin etibarlı mühafizəsi təşkil
edilmədən kənd təsərrüfatı istehsalatının dayanıqlı işi təmin
edilə bilməz.
Material-texniki və su təchizatının, təsərrüfatlararası isteh-
salat əlaqələrinin, müstəqil elektrik sisteminin yaradılması
üçün tədbirlər sülh dövründə planlaşdırılmalı və icra edilmə-
lidir.
Heyvandarlığın və bitkiçiliyin dayanıqlı iş fəaliyyətinin tə-
min edilməsi məqsədi ilə aşağıdakı tədbirlərin görülməsi vacib-
dir.