Kitabın adı: Aqrar sahədə mülki müdafiə


Zəhərlərin  sinifləşdirilməsi



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə96/132
tarix30.12.2021
ölçüsü2,46 Mb.
#21119
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   ...   132
Zəhərlərin  sinifləşdirilməsi.  Praktikada  zəhərli  kimyəvi 
maddələr bir neçə üsullarla, o cümlədən onların hansı orqaniz-
mə qarşı istifadə və təsir etmələrindən asılı olaraq sinifləşdiri-
lir. Canlı orqanizmlərə qarşı istifadə edilmələrindən asılı olaraq 
aşağıdakı qrup zəhərlər vardır: 


 
105 
-  insektisidlər  –  bunlar  həşərata  qarşı  mübarizədə  istifadə 
edilən zəhərlərdir; 
-  fungisidlər  –  bu  zəhərlər  göbələklərə  qarşı  tətbiq  edilir 
(bu  qrupda  virus  xəstəliklərinə  qarşı  işlədilən  zəhərlər  də  var-
dır); 
- akarisidlər – bu zəhərlər gənələrlə mübarizədə tətbiq edi-
lir; 
-  zoosidlər  –  bu  onurğalı  zərərvericilərə  qarşı  istifadə  edi-
lən zəhərlərdir. 
- bakterisidlər – bakteriyalar əlehinə işlədilən zəhərlərdir. 
Fiziki  halından  və  quruluş  xüsusiyyətlərindən,  zərərverici-
lərin  həyat  tərzindən,  eləcə  də  xarici  mühit  amillərindən  asılı 
olaraq  kimyəvi  zəhərlər  çiləmə,  tozlama,  tüstüləmə,  fumiqasi-
ya, aldadıcı yemlər, yapışqanlı halqalar və zolaqlar və s. Üsul-
larla tətbiq olunur. 
Çiləmə  üsulunda  kimyəvi  maddə  ya  sulu  məhlul,  suspen-
ziya və ya emulsiya halında xüsusi çiləyici aparatla çilənir. 
Tozlama  üsulunda  kimyəvi  maddə  zərərverici  ilə  yolux-
muş,  yaxud zədələnmiş bitki üzərinə toz halında (xalis, yaxud 
zərərsiz qarışdırıcılarla – yol tozu, kaolin, kül və s.) səpilir. 
Tüstüləmə  üsulu  zərərvericilərə  qarşı  tüstü  ilə  mübarizə 
aparmaqdan ibarətdir. 
Fumiqasiya  üsulunda  zəhərli  maddə  zərərvericilərə  qarşı 
qaz, yaxud buxar halında işlədilir. 
Aldadıcı yemlər kimyəvi maddə ilə zərərvericinin qidasını 
zəhərləməkdən ibarətdir.   
Yapışqan halqaları meyvə və başqa ağaclarda tumurcuq və 
yarpaqları yeyən həşəratın ağaclara dırmaşmasının qarşısını al-
maq məqsədilə tətbiq edilən üsuldur. 
Kimyəvi  zəhərlərdən  biri  olan  dinitroortokrezol  (DNOK) 
sarı  rəngli,  iysiz,  suda  həll  olan,  təsiredici  maddəsi  40%  olan 
tozşəkilli  birləşmədir.  Preparatın  1%-li  məhlulu  erkən  yazda 
meyvə  bağlarının,  üzüm  tənəklərinin,  digər  giləmeyvəlilərin 
başlıca  zərərvericilərini  (yastıcalar,  mənənələr,  gənələr,  alma 


 
106 
güvəsi və s.) qışlama fazasında məhv etmək üçün tətbiq edilir. 
Nitrofen  tünd-qəhvəyi  rəngdə,  kəskin  iyli  kütlədir.  Tərki-
bində 60% təsiredici maddə vardır. Pasta şəklində buraxılır, su 
ilə yaxşı qarışır. Meyvə, giləmeyvə bitkiləri və üzüm tənəkləri 
zərərvericilərinin qış ehtiyatını məhv etmək üçün çilənir. 
Karfobos  adlanan  zəhər  kontakt  təsirli,  xoşa  gəlməyən  iyi 
olan qatı mayedir. Bir sıra üzvi həlledicilərdə yaxşı həll olunur. 
Rütubətin, işığın və temperaturun təsirindən tez parçalanır. Me-
tofosa  nisbətən  insanlar  üçün  az  zəhərlidir.  Bitkilərə  karbofos 
çilənilməsi, məhsul yığımına 20 gün qalmış dayandırılmalıdır. 
Kənd  təsərrüfatı  bitkilərinə  zərərverici  həşəratlarla  yanaşı 
alaqlar da ziyan vurur. Alaqlarla mübarizədə də kimyəvi müba-
rizə əhəmiyyətli hesab olunur.Alaq otlarına qarşı istifadə edilən 
kimyəvi  maddələr  herbisid  (latınca:  herbus  –  ot,  tsida  –  məhv 
edirəm) adlanır. 
Herbisidlərdən  başqa,  kənd  təsərrüfatında  zərərvericilərə 
qarşı  pestisidlər,  ağac  və  kol  bitkilərini  məhv  edən  arbosidlər, 
su  alaqlarını  məhv  edən  olçisidlər,  məhsulu  maşınla  yığılacaq 
sahədə  bitkilərin  yarpağını  tökmək  üçün  defoliantlar,  bitkiləri 
tam qurutmaq üçün desikantlar geniş istifadə olunur. 
1932-ci ildə taxıl sahələrində ikiləpəli birillik alaqlara qarşı 
dinitroortokrezol (DNOK) herbisidi kəşf edildi. Həmin herbisid 
az  normada  yüksək  təsiredicilik xüsusiyyətinə  malik  olduğuna 
görə uzun müddətdir ki, geniş sahələrdə tətbiq olunur. 
Payızlıq taxıl əkinlərində birillik ikiləpəli alaqlara qarşı 2,4 
D amin duzu; 2,4 D kottamin; 2M-4X; Veed – killer; qransfar 
herbisidlərindən geniş istifadə olunur. 
Pambıq  əkinlərində  birillik  birləpəli  və  ikiləpəli  alaqlara 
qarşı hektara 1,5-2,0 kq prometrin; 0,7-1,4 kq monuron; 0,7-1,4 
kq  diuron;  1,5-2,5  kq  kotaron  herbisidlərindən  istifadə  edilir. 
Herbisidlər səpindən qabaq, səpinlə birlikdə və pambıq cücərti-
ləri alınana qədər olan müddətlərdə tətbiq edilir. 
Çuğundur əkinlərində birillik birləpəli və ikiləpəli alaqlara 
qarşı  təsiredici maddə hesabilə hektara 6-10 kq TXA;  6-12 kq 


 
107 
TDXM herbisidləri tətbiq edilir. Bundan başqa, birillik enliyar-
paqlı  və  taxıl  fəsiləsinə  aid  olan  alaqlara  qarşı  hektara  1,0-1,5 
kq triallat və həmin norma ilə alipur; hektara 10-15 kq murbitol 
və 3-5 kq eptam herbisidləri tətbiq edilir.     
Kənd təsərrüfatında dinc məqsədlər üçün və eləcə də zərər-
vericilərə qarşı mübarizədə istifadə edilən zəhərli maddələr in-
san həyatı üçün təhlükəli də ola bilir. Belə ki, onlardan istifadə 
zamanı  müxtəlif  zəhərlənmələr  və  digər  ağır  fəsadlarlar,  hətta 
ölümlə nəticələnən hallara da rast gəlmək mümkündür. Bu hal-
lardan qorunmaq üçün zəhərli preparatlara qarşı mühafizə qay-
dalarına riayət etmək vacib sayılır. Zəhərlə işləyən bütün şəxs-
lər zəhərin əsas xassəsini və iş zamanı onlarla davranmaq qay-
dalarını  bilməlidirlər.  Anbarlarda  toz  şəklində  olan  zəhərlərlə 
işləyən zaman respirator (yaxud alt tərəfdən tənzif bağlanması), 
gözlük və əlcəklərdən istifadə edilməlidir. Hər gün iş qurtaran-
dan sonra üst paltarları diqqətlə təmizləmək, alt paltarı isə 2-3 
gündən  bir  dəyişmək  lazımdır.  Xüsusi  geyimlər  və  respirator-
ları  evə  aparmağa,  yaxud  yaşayış  yerlərində  saxlamağa  icazə 
verilmir. Onlar zəhər anbarlarında xüsusi yerlərdə saxlanılmalı-
dır.  İşdən  sonra  zəhər  qalığı  hesaba  alınmalı  və  dərhal  daimi 
saxlanılma yerinə göndərilməlidir. 
Zəhərli  işçi  tərkiblərin  hazırlanma  yerləri  işdən  sonra  ya 
şumlanmalı,  yaxud  da  ora  torpaqla  basdırılmalıdır.  Kimyəvi 
mübarizə,  məhsul  yığımına  20-25  gün  qalmış  dayandırılmalı-
dır. Zəhərli tərkibləri hazırlayan zaman ehtiyatlı  olmaq lazım-
dır  ki,  gözə,  dodağa  və  bədənin  başqa  yerlərinə  zəhər  düşmə-
sin. 
Zəhərlə işləyən zaman qidalanmaq, siqaret çəkmək olmaz. 
Yemək, içmək və siqaret çəkmək üçün xüsusi yer ayrılmalıdır. 
Həmin  yerə  zəhərlə  işləyən  zaman  geyinilmiş  xüsusi  geyimlə 
girmək olmaz. 
Zəhərlə işləyən bütün şəxslər həmin işdə 6 saatdan artıq iş-
ləməməlidir. İş gününün qalan vaxtını isə əlaqəsi olmayan baş-
qa  işlərlə  məşğul  olmalıdırlar.  Gündəlik  qida  normasında  süd 


 
108 
və süd məhsullarından istifadə nəzərə alınmalıdır. 
Zəhərlə işləməyə  yeniyetmələrə, hamilə və südəmər uşağı 
olan qadınlara icazə verilmir. 
Zəhərli  preparatlara  qarşı  mühafizə  qaydalarına  riayət 
olunması  insanların  xoşagəlməz  və  bədbəxt  hadisələrdən  qo-
runması  ilə  təhlükəsiz  həyat  fəaliyyətinin  davam  etdirilməsinə 
zəmin yaradır. 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin