Kitabüs-salat namaz kitabi



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə9/17
tarix07.01.2017
ölçüsü1,22 Mb.
#4733
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

 
İftitah təkbiri söylənərkən niyyət edilir. Namaza niyyət etmək demək, adını, 
vaxtını, qibləni, imama tabe olmağı qəlbindən keçirmək deməkdir. İftitah təkbi-
rindən sonra edilən niyyət, səhih olmaz və o namaz qəbul olmaz. Fərzlərdə  və 
vaciblərdə niyyət edərkən, hansı fərz və hansı vacib olduğunu bilmək lazımdır. 
Rükət sayına niyyət lazım deyildir. Sünnəti qılarkən, “Namaza” niyyət etmək ka-
fidir. Cənazə namazına, “Allah üçün namaza, meyid üçün duaya” deyə niyyət 
edilir.  

 66
İmamın kişilərə imam olmağa niyyət etməsi şərt deyildir. İmam, hazır olan 
camaata imam oldum deyə niyyət etməzsə, camaat ilə qılmaq savabına nail ola 
bilməz. İmam olmağa niyyət edərsə, bu savaba da qovuşar. İmamın “qadınlara 
imam olmağa” niyyət etməsi lazımdır. İbadətləri edərkən yalnız ağız ilə söylə-
məyə niyyət deyilməz. Qəlb ilə niyyət edilməzsə, ibadətlər qəbul olmaz.  
 
 
7.
 
TAHRİMƏ TƏKBİRİ 
 
Namaza durarkən, “Allahü-əkbər” deməkdir ki, fərzdir. Başqa kəlmə söy-
ləməklə olmaz. Bəzi alimlər tahrimə təkbirinin namazın içində olduğunu söylə-
mişlər. Bunlara görə, namazın şərtləri də, rüknləri də altıdır.  
 
 
NAMAZIN RÜKNLƏRI: 
 
Namazın içindəki fərzlərinə “Rükn” deyilir. Hamısı beşdir:  
1. KIYAM: Namazın beş rüknündən birincisi kıyamdır. Kıyam, ayaq üstə 
durmaq deməkdir. Ayaq üstə dura bilməyən xəstə oturaraq qılar. Otura bilməyən 
xəstə arxası üstə uzanıb, başı ilə qılar. Üzü səmaya qarşı deyil, qibləyə qarşı ol-
ması üçün başı altına yastıq qoyulur. Ayaqlarını dik tutar. Qibləyə qarşı uzatmaz. 
Ayaq üstə ikən, iki ayaq bir-birindən dörd barmaq eni qədər açıq olmalıdır. Ayaq 
üstə dura bilməyən xəstə, ayaq üstə başı dönən, başı, dişi, gözü və ya başqa yeri 
çox ağrıyan, sidik, yel qaçırdan, yarası axan, ayaq üstə düşmən qorxusu, malının 
oğurlanması təhlükəsi olan, ayaq üstə qıldığı zaman orucu və ya oxuması pozu-
lan və ya övrət yeri açılanlar oturaraq qılar. Rükü üçün bir az əyilər. Səcdə üçün 
başını yerə qoyar. Başını yerə qoya bilməyən kimsə rükü üçün bir az, səcdə üçün 
isə daha çox əyilər. Səcdə üçün əyilməsi rükü üçün əyilməsindən daha çox ol-
mazsa, namazı qəbul olmaz. Yerə daş və taxta qoyub, bunun üstünə səcdə edərsə, 
namaz qəbul olarsa da, günaha girər. Yəni tahrimən məkruh olar.  
2. QİRAƏT: sünnətlərin və vitrin hər rükətində və yalnız qılarkən fərzlərin 
iki rükətində, ayaq üstə Qurani-Kərimdən bir ayət oxumaq fərzdir. Qısa surə 
oxumaq daha savabdır.  
Qiraət olaraq buralarda Fatihə oxumaq, sünnətlərin və vitr namazının hər 
rükətində  və  fərzlərin iki rükətində Fatihədən başqa bir də surə  və ya üç ayət 
oxumaq vacibdir. Fərzlərdə Fatihəni və zammı-surəni ilk iki rükətdə oxumaq va-
cib və ya sünnətdir. Fatihəni surədən öncə oxumaq da vacibdir. Bu beş vacibdən 
biri unudularsa, səcdəi səhv etmək lazımdır. 
Qiraətdə Qurani-Kərim tərcüməsini oxumaq caiz deyildir.  
İmamın Cümə və bayram namazlarından başqa hər namazda birinci rükətdə, 
ikinci rükətdə oxuyacağının iki misli uzun oxuması sünnətdir. Yalnız ikən hər 
rükətdə eyni miqdarda oxuya bilər.  İmamın eyni namazların, eyni rükətlərində, 

 67
eyni ayətləri oxumağı adət etməsi məkruhdur. Birinci rükətdə oxuduğunu ikinci 
rükətdə də oxuması tənzihən məkruhdur. Tərsinə oxumaq daha qəbahətdir. İkin-
cidə, birinci rükətdə oxuduğundan sonrakı surəni keçərək daha sonrakını oxumaq 
məkruhdur. Qurani-Kərimi mushafdakı sıra ilə oxumaq hər zaman vacibdir.  
3. RÜKÜ: Kıyamda qiraətdən sonra təkbir gətirərək, rüküyə əyilir. Rüküdə 
kişilər barmaqlarını açıb dizlərinin üstünə qoyar, belini və başını düz tutarlar. 
Rüküdə  ən az üç dəfə, “Sübhanə rabbiyəl azım” deyilir. Üç dəfə oxumadan 
imam başını qaldırarsa, o da həmən qaldırar. Rüküdə qollar və ayaqlar dik tutu-
lur. Qadınlar barmaqlarını açmaz. Belini və ayaqlarını, qollarını dik tutmazlar. 
Rüküdən qalxarkən “Səmiallahü limən hamidəh , demək, imama və yalnız qıla-
na sünnətdir. Camaat bunu söyləməz. Bunun arxasından həmən “Rabbənə ləkəl 
hamd” deyilir və dik durulur və “Allahü-əkbər” deyərək səcdəyə gedərkən, ön-
cə sağ, sonra sol diz, sonra sağ, sonra sol əl, sonra burun və alın yerə qoyulur.  
4. SƏCDƏ: Səcdədə əl barmaqları bir-birinə bitişik, qibləyə qarşı, qulaqlar sə-
viyyəsində, baş iki əl arasında olmalıdır. Alını  təmiz yerə, yəni daş, torpaq, taxta, 
döşək üzərinə qoymaq fərz olub, burunu da bərabər qoymaq vacib deyilmişdir. 
Üzrsüz yalnız burnu qoymaq caiz deyildir. Yalnız alını qoymaq məkruhdur.  
İki ayağı və ya heç olmazsa hər birinin bir barmaqlarını yerə qoymaq fərzdir və 
ya vacibdir. Yəni iki ayaq yerə qoyulmazsa, namaz qəbul olmaz və ya məkruh olar.  
Səcdədə ayaq barmaqlarını bükərək uclarını qibləyə çevirmək sünnətdir.  
Kişilər, qolları və budları qarından ayrı olar. Əlləri və dizləri yerə qoymaq 
sünnətdir. Topuqları kıyamda, bir-birindən dörd barmaq eni qədər uzaq, rüküdə, 
qövmədə və səcdədə bitişik tutmaq sünnətdir.  
Səcdəyə gedərkən şalvar dizlərini yuxarı çəkmək məkruhdur və bunları yu-
xarı çəkıb çirmələyib namaza durmaq məkruhdur. Qolları, ayaqları, ətəkləri çir-
məli, qıvrıq, qısa olaraq namaz qılmaq məkruhdur. Tənbəlliklə və ya başı qapalı 
qılmanın  əhəmiyyətini düşünməyərək, başı açıq namaz qılmaq məkruhdur. Na-
maza  əhəmiyyət verməmək isə küfrdür. Kirli paltar ilə  və  iş paltarı ilə namaz 
qılmaq da məkruhdur.  
5. QADƏİ AXİRƏ:  Son rükətdə  “Əttəhiyyatu”nu oxuyacaq  qədər otur-
maq fərzdir. Oturarkən  əl barmaqları ilə  işarə etmək olmaz. Kişilər sol ayağını 
barmaq ucları sağa doğru dönük olaraq yerə yatırır. Bu ayağın üzərinə oturar. 
Sağ ayağı dik tutar. Bunun barmaqları yerə  dəyər. Barmaqlarının ucu qibləyə 
qarşı bir az bükülmüş olar. Belə oturmaq sünnətdir. Qadınlar ombasını yerə qo-
yaraq oturur. Budları bir-birinə yaxın olar. Sağ ayağını sağ tərəfdən çölə çıxarır. 
Sol ayağı barmaq ucları sağa dönmüş olaraq altında qalar.  
 
 
NAMAZ NECƏ QILINIR? 
 
TƏK QILAN KİŞİNİN NAMAZI: 
Məsələn: “Sübh Namazının Sünnəti” belə qılınır:  

 68
1. Öncə qibləyə qarşı dönülür. Ayaqlar bir-birindən dörd barmaq qədər açıq 
olaraq paralel tutulur. Əllərin baş barmaqları qulağın yumşaq hissəsinə dəydirilir, 
ovuç içləri qiblə istiqamətinə tərəf açılır. “Niyyət etdim, Allah rizası üçün bu 
günün sübh namazının sünnətini qılmağa, döndüm qibləyə”  deyə  qəlbdən 
keçirildikdən sonra “Allahü-əkbər” deyərək göbək altında sağ əl sol əlin üzərinə 
bağlanır. 
 2. Gözləri, səcdə ediləcək yerdən ayırmadan: a) “Sübhanəkə”  oxunur.  b) 
Əuzu Bəsmələdən sonra “Fatihə” oxunur. c) Fatihədən sonra bəsmələ oxunma-
dan bir zamm-ı surə (məsələn; Ələm təra-kəyfə) oxunur. (Şafii məzhəbinə görə 
Fatihə ilə zammı-surə arasında bəsmələ oxunur).  
 3. Zammı surədən sonra “Allahü-əkbər” deyərək rüküyə əyilir. Əllərlə diz 
qapaqları tutulur, bel düz tutulur və gözləri ayaqlarından ayırmayaraq, üç dəfə 
Sübhanə Rabbiyəl-azim” deyilir. Beş və ya yeddi dəfə də söylənə bilər. 
 4.  “Səmiallahü limən hamidəh” deyərək qalxarkən,  şalvar çəkilməz və 
gözlər səcdə yerindən ayrılmaz. Tam dik durunca “Rabbəna ləkəl hamd” deyi-
lir. [Bu cür dik durmağa kavmə deyilir.]  
5. Ayaq üstə çox durmadan “Allahü-əkbər” deyərək səcdəyə gedilir. Səc-
dəyə gedərkən sıra ilə; a) Sağ diz, sonra sol diz, sağ əl, sonra sol əl, burun və alın 
yerə qoyulur. b) Ayaq barmaqları qiblə istiqamətində bükülür. c) Baş iki əlin ara-
sında qalır. d) Əlin barmaqları birləşdirilir. e) Ovuc içləri yerə yapışdırılır. Dir-
səklər yerə yapışdırılmaz. f) Bu vəziyyətdə ikən  ən az üç dəfə  “Sübhanə 
Rabbiyəl-alə” deyilir. Sonra:  
6. “Allahü-əkbər” deyərək sol ayaq yerə yayılır, sağ ayağın barmaqları qiblə 
istiqamətində bükülür və budlarının üzərində oturulur. Ovuclar dizin üzərinə qoyu-
lur və barmaqlar sərbəst buraxılır. 
 7. Budları üzərində artıq durmadan “Allahü-əkbər” deyərək, təkrar səcdəyə 
gedilir. (İki səcdə arasında oturmağa cəlsə deyilir).  
8. Səcdədə yenə  ən az üç dəfə  “Sübhanə Rabbiyəl-alə” dedikdən sonra 
“Allahü-əkbər” deyərək ayağa qalxılır. Ayağa qalxarkən əllərlə yerdən qüvvət alın-
maz və ayaqlar oynadılmaz. Səcdədən qalxarkən öncə alın, sonra burun, sonra da 
sol əl və sağ əl, sonra sol diz və sağ diz yerdən qaldırılmalıdır. 
 9. Ayaq üstə ikən bəsmələdən sonra “Fatihə” və bundan sonra bir zammı-surə 
oxunub, “Allahü-əkbər” deyərək rüküyə əyilir.  
10.  İkinci rükət də birinci rükətdə  tərif edildiyi şəkildə tamamlanır. Yalnız 
ikinci səcdədən sonra “Allahü-əkbər” deyincə ayağa qalxmayıb ombalar üzərinə 
oturulur və: a) “Əttəhiyyatu”, “Allahümmə salli”, “Allahümmə barik” və “Rab-
bəna ətinə” dualarını oxuduqdan sonra öncə sağa “Əssəlamü aləyküm və rəhmə-
tullah”, sonra sola “Əssəlamü aləyküm və rəhmətullah” deyə salam verilirb) 
Salam verdikdən sonra “Allahümmə  əntəssəlam və minkəssəlam təbəraktə  yə 
zəl-cələli vəl-ikram”  deyilir və heç danışmadan sübh namazının fərzini qılmağa 
qalxılır. Çünki, sünnət ilə  fərz arasında danışmaq namazı pozmazsa da, savabını 
azaldır. Namazdan sonra üç dəfə  “Əstağfirullah” dedikdən sonra “Ayətəl-kürsi” 

 69
və 33 təsbeh, 33 tahmid və 33 təkbir və bir təhlil, yəni “Lə iləhə illallahü vahdəhu 
lə şərikələh, ləhül mülkü və ləhül həmdü və hüvə alə külli şəyin qadir” oxunur. 
Bunlar səssizcə oxunmalıdır. Yüksək səslə oxumaq bidətdir. Daha sonra dua edilir. 
Duada kişilər qolları sinə  səviyyəsinə qaldırır. Qollar dirsəklərdən bükülməz. 
Ovuclar açılır, ovuc içi səmaya çevrilir. Çünki necə namazın qibləsi Kəbə isə, dua-
nın qibləsi də səmadır. Duadan sonra “Sübhanərabbikə...” ayəti-kəriməsini oxu-
yub, əlləri üzünə sürtər. Dörd rükətli sünnətlərin və fərzlərin ikinci rükətindən son-
ra təhiyyat oxuyub qalxılır. Sünnətlərin üç və dördüncü rükətlərində Fatihədan son-
ra zammı-surə oxunur. Fərzlərin üçüncü və dördüncü rükətlərində yalnız Fatihə 
oxunur, zammı-surə oxunmaz. Axşamın fərzi də belədir. Yəni üçüncü rükətində 
zammı-surə oxunmaz. Vitrin üç rükətində də Fatihədən sonra zammı-surə oxunur. 
Sonra təkbir gətirib  əllər qulaqlara qaldırılır. Sonra “Kunut” duaları oxunur. 
Qeyri-müəkkəd olan əsrin və işanın öncəki sünnətləri də digər dörd rükətli sünnət-
lər kimidir. Ancaq ikinci rükətdən sonrakı oturmada təhiyyatdan sonra Allahümmə 
salli və bariklər də oxunur.  
 
TƏK QILAN QADININ NAMAZI: 
Məsələn: “Sübh namazının sünnəti”ni belə qılar:  
1. Bədənin şəkli müəyyən olunmayacaq şəkildə təpədən dırnağa qədər örtü-
nür. Yalnız əllər və üz açıq qalar. Namazda oxuyacağı surə və dualar daha əvvəl 
izah edilən “Tək qılan kişinin namazı” kimidir. Fərqli qismləri isə belədir:  
a) Əlləri kişilər kimi qulaqlara qaldırmaz, əlləri çiyin səviyyəsinə qaldıraraq 
niyyət edər, təkbir alar, əlləri sinəsi üzərinə bağlayar, namaza başlayar. b) Rüküdə 
tam düz durmaz. c) Səcdədə dirsəkləri yerə yayar. d) Təşəhhüddə budunun üzərinə 
oturur. Yəni sağ və sol ayaqlar sağ tərəfdə olub, sol budunun üzərinə oturur. Na-
mazda qadınlar üçün yaxşı örtülü vəziyyətdə olmağın  ən asan şəkli  əllərini də 
örtəcək geniş bir baş örtüyü və ayaqlarını da örtəcək geniş və uzun bir dondur.  
 
 
NAMAZIN VACİBLƏRI 
 
Namazın vacibləri bunlardır:  
1. Fatihə surəsini oxumaq.  
2. Fatihədən sonra bir surə və ya ən az üç qısa ayət oxumaq.  
3. Fatihəni surədən əvvəl oxumaq.  
4. Fatihəni və Fatihədən sonra oxunan surəni fərzlərin birinci və ikinci rükət-
lərində, vacib və sünnətlərin hər rükətində oxumaq.  
5. Səcdələri bir-birinin ardınca etmək.  
6. Üç və dörd rükətli namazların ikinci rükətində təşəhhüd miqdarı oturmaq. 
Son oturuş fərzdir.  
7. İkinci rükətdə təşəhhüddən artıq oturmamaq.  
8. Səcdədə burunu alnı ilə bərabər yerə qoymaq.  

 70
9. Son rükətdə oturarkən “Əttəhiyyatu” duasını oxumaq.  
10. Namazda tadili-ərkana riayət etmək.  
11. Namazın sonunda “Əssəlamü aləyküm və rəhmətullah” , demək.  
12. Vitr namazının üçüncü rükətinin sonunda kunut duası oxumaq.  
13. Bayram namazlarında təkbir gətirmək.  
14. İmamın sübh, cümə, bayram, təravih, vitr namazlarında və şam ilə işa ilk 
iki rükətində yüksək səslə oxuması.  
15. İmamın və yalnız qılanın zöhr və əsr fərzlərində və şamın üçüncü, işanın 
üçüncü və dördüncü rükətlərində yavaş  səslə oxuması vacibdir. İmamın yüksək 
səslə oxuması vacib olan yerləri, yalnız qılanın, yüksək səs ilə də, yavaş səslə də 
oxuması caizdir.  
Qurban bayramının ərəfəsinin sübh namazından, dördüncü günün əsr namazı-
na qədər 23 fərz namazının arxasınca, “Təkbiri təşrik” oxumaq vacibdir.  
 
SƏHV “Yanılma və Unutma” SƏCDƏSİ: 
Namaz qılan namazda fərz olan bir şeyi bilərək və ya unudaraq tərk edərsə, 
namazı pozulur. Əgər bir vacibi unudaraq tərk edərsə, namazı pozulmaz. Lakin 
səhv səcdəsi etməsi lazım olar. Səcdəi-səhvi bilə-bilə etməyən və ya namazın 
vaciblərindən birini bilərək tərk edən kimsənin o namazı yenidən qılması vacib 
olar. Qılmazsa, günahkar olar. Sünnətin tərkində səcdəi-səhv lazım olmaz. Səcdəi-
səhv bir fərzin gecikməsində və ya bir vacibin tərk və gecikməsində edilir.  
Namazda bir neçə  dəfə  səcdəi-səhvi lazım etsə, bir dəfə etmək kifayət edər. 
İmamın çaşması ona uyanların da səcdəi-səhv etməsi lazımdır. İmama tabe olan səhv 
edərsə, özü imamdan ayrı  səcdəi-səhv etməz. Səcdəi-səhvi etmək üçün təhiyyat 
oxunub, bir tərəfə salam verildikdən sonra iki səcdə edib oturulur və  “Təhiyyat”, 
Salli  və barik”, “Rabbəna”  duaları oxunaraq namaz tamamlanır. Bir  və ya iki 
tərəfə salam verdikdən sonra və ya heç salam vermədən də səcdəi-səhv edilə bilər.  
 
SƏCDƏİ-SƏHVİ ZƏRURƏT ETDİRƏN XÜSUSLAR: 
Oturması lazım olan yerdə qalxmaq, qalxması lazım olan yerdə oturmaq, səsli 
oxuması zərurət edən yerdə yavaş oxumaq, yavas oxuması lazım olan yerdə səsli 
oxumaq, dua oxunacaq yerdə Qurani-Kərimdən oxumaq, Qurani-Kərimdən oxuna-
caq yerdə dua oxumaq, (məsələn, Fatihə surəsi yerinə Əttəhiyyatu duasını oxumaq, 
Əttəhiyyatu oxunacaq yerdə Fatihə oxumaq kimi. Burada Fatihə tərk edilmiş olur) 
namazı tamamlamadan salam vermək, fərz namazların üçüncü və dördüncü rükət-
lərində Fatihədan sonra zammı-surə oxumaq, ilk iki rükətdə, Fatihədən sonra 
zammı-surə oxumamaq, bayram namazı təkbirlərini tərk etmək, vitr namazında ku-
nut duasını tərk etmək.  
 
TİLAVƏT SƏCDƏSİ: 
Qurani-Kərimdə 14 yerdə səcdə ayəti vardır. Bunlardan birisini oxuyanın və 
ya eşidənin mənasını anlamasa da, bir səcdə etməsi vacibdir. Səcdə ayətlərini ya-

 71
zan, hecalayan səcdə etməz. Dağlardan, çöllərdən və başqa yerlərdən əks edib geri 
gələn sədanı eşidənlərin və quşdan eşidənlərin səcdə etməsi vacib olmaz. İnsan səsi 
olması lazımdır. Radiodan, mikrofondan eşidilən səsin insan səsi olmadığı, hafizin 
səsinə bənzəyən, cansız alət səsi olduğu daha əvvəl bildirilmişdi. Bunun üçün radi-
odan və maqnitafondan oxunan səcdə ayətlərini eşidənin tilavət səcdəsi etməsi va-
cib olmaz. Tilavət səcdəsi etmək üçün dəstəmazlı olaraq, qibləyə qarşı ayaq üstə 
durub,  əlləri qulaqlara qaldırmadan “Allahü-əkbər” deyərək səcdəyə gedilir. Üç 
dəfə “Sübhanə rabbiyəl alə” deyilir. Sonra “Allahü-əkbər” deyib səcdədən qal-
xınca səcdəi- tilavət tamamlanmış olur. Öncə niyyət etmək lazımdır. Niyyətsiz qə-
bul olmaz. Namazda oxuyunca, həmən ayrıca rükü və bir səcdə edib ayağa qalxar. 
Oxumasına davam edər. Səcdə ayətini oxuduqdan iki-üç ayət sonra namazın rükü-
suna əyilərsə və tilavət səcdəsinə niyyət edərsə, namazın rüküsu və ya səcdələri, 
tilavət səcdəsi yerinə keçər. Camaat ilə qılan imam səcdə ayətini oxuyunca imamın 
oxuduğunu eşitməsə  də, imamla birlikdə ayrıca bir rükü və iki səcdə edər. 
Camaatın rüküdə niyyət etməsi lazımdır. Namaz xaricində, sonra da edə bilər.  
 
ŞÜKR SƏCDƏSİ: 
Tilavət səcdəsi kimidir. Özünə nemət gələn və ya bir dərddən qurtulan kimsə-
nin, Allahü təala üçün “səcdəi-şükr” etməsi müstəhəbdir. Səcdədə öncə “Əlham-
dulillah” deyər. Sonra səcdə təsbehini oxuyar. Namazdan sonra səcdə etmək mək-
ruhdur.  
Namazda tadili-ərkana riayət etməyənin bütün məxluqlara zərəri toxunur. 
Çünki o kimsənin günahı səbəbi ilə yağışlar yağmaz, yerdə əkinlər bitməz və vaxt-
sız olaraq yağış yağar, fayda yerinə zərər vermiş olar buyurulmuşdur.  
 
NAMAZIN SÜNNƏTLƏRİ: 
1. Namazda əlləri qulağa qaldırmaq.  
2. Əlin ovucunu qibləyə çevirmək.  
3. Təkbir aldıqdan sonra əl bağlamaq.  
4. Sağ əli sol əlinin üzərinə qoymaq.  
5. Kişinin əllərini göbəyindən aşağıya qoyması, qadının sinəsinə qoyması.  
6. Iftitah təkbirindən sonra “Sübhanəkə” oxumaq.  
7. İmamın və tək qılanın “Əuzu” oxuması.  
8. Bəsmələ oxumaq.  
9. Rüküdə üç dəfə “Sübhanə rabbiyəl-azım” , demək.  
10. Səcdədə üç dəfə “Sübhanə rabbiyəl-alə” , demək.  
11. Son oturuşda “Salavat” dualarını oxumaq.  
12. Salam verərkən iki yanına baxmaq.  
13. İmamın, cümə və bayram namazlarından başqa, hər namazda birinci rü-
kətdə ikinci rükətdə oxuyacağının iki misli uzun oxuması.  
14. Rüküdən qalxarkən imamın və yalnız qılanın “Səmiallahü limən hami-
dəh” deməsi.  

 72
15. Rüküdən qalxınca “Rabbəna ləkəl-həmd” demək.  
16. Səcdədə ayaq barmaqlarını bükərək uclarını qibləyə çevirmək.  
17. Rükü və  səcdələrə enərkən və  səcdələrdən qalxarkən  “Allahü-əkbər” 
demək.  
18. Əlləri və dizləri yerə qoymaq.  
19. Topuqları  kıyamda bir-birindən dörd barmaq eni qədər uzaq, rüküdə, 
kavmə və səcdədə bitişik tutmaq.  
20. Fatihədan sonra “amin” demək, rüküdən öncə təkbir almaq, rüküdə, əl-
ləri, barmaqları açıq olaraq, diz qapaqları üzərinə bağlamaq, səcdə üçün təkbir 
almaq, oturarkən sol ayağını yerə yatırıb, sağ ayağını dikib oturmaq, iki səcdə 
arasında oturmaq.  
Şam namazında qısa surələr oxunur. Sübh namazında ilk rükət, ikincisinə 
nisbətlə daha uzun edilir. İmama tabe olan, Fatihə  və zammı-surə oxumaz. 
Sübhanəkə oxuyar. Təkbirləri söyləyər. Təhiyyat və salavatı-şərifləri oxuyar.  
 
 
NAMAZIN MÜSTƏHƏBLƏRİ: 
 
1. Namaz qılarkən səcdə yerinə baxmaq.  
2. Rüküyə getdiyi zaman ayaqlarına baxmaq.  
3. Səcdədə burnunu qoyduğu yerə baxmaq.  
4. Təhiyyata oturunca dizlərinin üstünə baxmaq.  
5.Fatihədən sonra oxunacaq ayət miqdari, sübh və zöhr namazlarında uzun, 
şam namazlarında qısa olmaq.  
6 İmama tabe olan kimsə təkbiri yavaş səslə almaq.  
7. Rüküdə barmaqlarını açıb, dizi üzərinə qoymaq.  
8. Başını boyun ilə birlikdə rüküdə düz tutmaq.  
9. Səcdəyə gedərkən öncə sağ, sonra sol dizlərini yerə qoymaq.  
10. Səcdəni iki əli arasında etmək.  
11. Səcdəyə burnundan sonra alnını qoymaq.  
12. Namaz vaxtı əsnəyərsə, əlinin arxası ilə ağzını bağlamaq.  
13. Kişilərin səcdədə dirsəklərini qaldırıb, yüksəkdə tutmaq. Qadınlar isə 
qollarını yerə sərərlər.  
14. Kişilərin səcdədə qollarını və ayaqlarını qarnından ayrı tutmaq.  
15. Rükü və səcdədə üç dəfə təsbeh edəcək qədər durmaq.  
16 . Səcdədən başını qaldırdıqdan sonra əllərini yerdən qaldırmaq.  
17 . Əllərini qaldırdıqdan sonra dizlərini qaldırmaq.  
18 . Təhiyyatda  əllərini budları üzərinə qoyub, barmaqlarını qibləyə qarşı 
düz tutmaq, bükməmək və heç birini oynatmamaq.  
19 . Sağına, soluna salam verərkən başını çevirmək.  
20 . Salam verərkən çiyin başlarına baxmaq.  
 

 73
 
NAMAZIN MƏKRUHLARI 
 
1. Paltarı geyinməyib, çiyinlərinə ataraq qılmaq.  
2. Səcdəyə enərkən ətəkləri, şalvar dizlərini qaldırmaq.  
3. Köynəyinin ətəkləri, qolları çirməli olaraq namaza durmaq.  
4. Əbəs, yəni faydasız hərəkətlər etmək.  
5. İş paltarı ilə və böyüklərin yanına çıxa bilmədiyi paltar ilə qılmaq.  
6. Ağızda qiraətə mane olmayacaq bir şeyin olması. Mane olarsa, namazı 
pozulur.  
7. Başı açıq namaz qılmaq.  
8. Kiçik və böyük dəstəmazı  sıxışdırarkən və yel zorlayarkən namaza 
durmaq.  
9. Namazda ikən səcdə yerindən daşı, torpağı əli ilə süpürmək.  
10. Namaza durarkən namaz içində barmaqları çıtırdatmaq.  
11. Namazda əlini böyrünə qoymaq.  
12. Başını  və üzünü ətrafa çevirmək, gözləri ilə  ətrafa baxmaq. Sinəsini 
çevirincə namaz pozulur.  
13. Təşəhhüdlərdə it kimi oturmaq.  
14. Səcdədə kişilərin qollarını yerə yayması.  
15. İnsanın üzünə qarşı və yüksək səslə danışanların arxasına qarşı qılmaq.  
16. Birinin salamına əli ilə, başı ilə cavab vermək.  
17. Namazda və namaz xaricində əsnəmək.  
18. Namazda gözləri yummaq.  
19. İmamın mehrab içində durması.  
20.  İmamın təkbaşına, camaatdan yarım metr yüksəkdə durması  tənzihən 
məkruhdur.  
21. İmamın təkbaşına, aşağıda durması da tənzihən məkruhdur.  
22. Öndəki sırada boş yer var ikən, arxadakı  sırada durmaq və  sırada yer 
yox ikən, sıra arxasında tək durmaq.  
23. Üzərində canlı rəsm olan paltar ilə qılmaq.  
24. Canlı rəsmi namaz qılanın başında, önündə, sağ və sol tərəfində divara 
çəkilmiş və ya parçaya, kağıza çəkilərək asılmış və ya qoyulmuş isə məkruhdur. 
Xaç rəsmi də canlı rəsmi kimidir.  
25. Alovlu atəşə qarşı namaz qılmaq.  
26. Namazda ayətləri, təsbehləri əli ilə saymaq.  
27. Başdan ayağa qədər bir dəsmala sarılıb qılmaq.  
28. Açıq başına sarıq sarıyıb, təpəsi açıq olaraq qılmaq.  
29. Ağzını və burnunu örtərək qılmaq.  
30. Üzrsüz boğazından bəlğəm çıxarmaq.  
31. Əli bir-iki dəfə hərəkət etdirmək.  
32. Namazın sünnətlərindən birini tərk etmək.  

 74
33. Zərurətsiz uşağı qucağında ikən namaza başlamaq.  
34. Qəlbi məşğul edən, huşunu aradan qaldıran şeylər yanında, məsələn bə-
zəkli şeylər qarşısında, oyun, çalğı yanında və arzu etdiyi yemək qarşısında qıl-
maq.  
35. Fərz qılarkən üzrsüz divara və dirəyə dayanmaq.  
36. Rüküyə əyilərkən və qalxarkən əlləri qulaqlara qaldırmaq.  
37. Qiraəti rüküyə əyildikdə tamamlamaq.  
38. Səcdələrə və rüküyə imamdan öncə başını qoymaq və qaldırmaq.  
39. Nəcasət olma ehtimalı olan yerlərdə namaz qılmaq.  
40. Qəbrə qarşı namaz qılmaq.  
41. Təşəhhüdlərdə sünnətə uyğun oturmamaq.  
42. İkinci rükətdə birincidən üç ayət uzun oxumaq.  
 
 
Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin