QƏZA NAMAZLARI
Namaz bədən ilə edilən bir ibadət olduğundan, başqası başqasının yerinə qıla
bilməz. Hər kəsin özünün qılması lazımdır. Namazları vaxtında qılmağa “Əda” de-
yilir. Hər hansı bir zamanda təkrar qılmağa “İadə” deyilir. Məsələn, məkruh olaraq
qılınan namazın vaxtı çıxmadan, buna imkan olmazsa, hər zaman iadəsi vacibdir.
Fərz və vacib olan namazı vaxtı keçdikdən sonra qılmağa “Qəza” etmək deyilir.
Bir günlük beş vaxt fərzi və vitr namazını qılarkən və qəza edərkən tərtib sa-
hibi olmaq fərzdir. Yəni namaz qılarkən, sıralarına diqqət etmək lazımdır. Beşdən
artıq qəzası olmayana “Tərtib sahibi” deyilir. Cümə fərzini o günün zöhr namazı
sırasında qılmaq lazımdır. Sübh namazına qalxa bilməyən xütbə oxunarkən belə
xatırlayarsa, dərhal bunu qəza etməlidir. Bir namazı qılmadıqca ondan sonrakı beş
namazı qılmaq caiz olmaz. Hədisi-şərifdə, “Bir namazı yuxuda keçirən və ya
unudan kimsə sonrakı namazı camaat ilə qılarkən xatırlayarsa, imamla na-
mazı bitirib, sonra öncəki namazını qəza etsin! Bundan sonra imamla qıldığı-
nı təkrar qılsın!” buyuruldu.
Fərzi qəza etmək fərzdir. Vacibi qəza etmək vacibdir. Sünnəti qəza etmək əmr
olunmadı. Hənəfi məzhəbinin alimləri söz birliyi ilə bildirirlər ki; “Sünnət namaz-
larının yalnız vaxtında qılınmaları əmr olundu. Vaxtında qılınmayan sünnət na-
mazlar insanın üzərində borc qalmaz. Bunun üçün vaxtından sonra qəza edilmələri
əmr olunmadı. Sübh namazının sünnəti vacibə yaxın olduğundan o gün zöhrdən
əvvəl fərzi ilə birlikdə qəza edilir. Sübh namazının sünnəti zöhrdən sonra başqa
sünnətlər isə, heç bir zaman qəza edilməz. Qəza olarsa, sünnət savabı hasil olmaz,
nafilə qılınmış olar. “İbni Abidin”də və “Tərgib-üs-salat” 162-ci səhifələrində
deyilir ki, “sünnətləri üzrsüz oturaraq qılmaq caizdir. Heç qılmamaq günahdır.
Fərzləri üzr ilə oturaraq qılmaq caizdir”.
93
Fərz namazları bilərək və üzrsüz olaraq tərk etmək böyük günahdır. Vaxtında
qılınmayan belə namazları qəza etmək lazımdır. Fərz və vacib olan bir namazı bilə-
bilə qəzaya buraxa bilmək üçün iki üzr vardır: Biri düşmən qarşısında olmaqdır.
İkincisi səfərdə olan, yəni üç günlük yol getməyə niyyəti olmasa belə, yolda olan
kimsənin oğrudan, yırtıcı heyvandan, seldən, fırtınadan qorxmasıdır. Bunlar otura-
raq və hər hansı bir tərəfə dönərək və ya heyvan üzərində ima ilə də qıla bilmədiyi
zaman qəzaya buraxa bilər. Bu iki səbəblə fərzləri qəzaya buraxmaq, yuxu və unut-
maq səbəbi ilə qılmamaq günah olmaz. “Əşbah” şərhində, “boğulmaqda olanı və
buna oxşar olanları qurtarmaq üçün namazı vaxtından sonra qılmaq da səhihdir”
deyilir. Lakin üzr bitincə dərhal qəza qılması fərz olar. Haram olan üç vaxtdan baş-
qa boş vaxtlarında qılmaq şərti ilə ailəsinin ruzisini qazanacaq qədər gecikdirmək
caiz olar. Daha artıq gecikdirərsə, günaha girməyə başlayar. Belə ki sevgili Pey-
ğəmbərimiz “sallallahü aləyhi və səlləm”, Xəndək müharibəsinin şiddətindən qıla
bilmədikləri dörd namazı dərhal o gecə Əshabi kiram “radıyallahü anhüm” yaralı
və çox yorğun olduqları halda camaat ilə qıldı. Sevgili Peyğəmbərimiz “sallallahü
aləyhi və səlləm” buyurdu ki; “İki fərz namazı bir yerə gətirmək böyük günah-
lardandır”. Yəni, bir namazı vaxtında qılmayıb vaxtından sonra qılmaq ən böyük
günahdır. Bir Hədisi-şərifdə buyuruldu ki, “Bir namazı vaxtı çıxdıqdan sonra
qılan kimsəni Allahü təala səksən hukbə Cəhənnəmdə buraxacaqdır.” Bir
hukbə səksən axirət ilidir və axirətin bir günü dünyanın min ili qədərdir. Bir vaxt
namazı vaxtından sonra qılmağın cəzası bu olarsa, heç qılmayanın cəzasını düşün-
məlidir.
Peyğəmbərimiz “sallallahü aləyhi və səlləm” buyurdu ki, “Namaz dinin dirə-
yidir. Namaz qılan dinıni doğrultmuş olar. Namazı qılmayan dinini yıxmış
olar.” Bir Hədisi-şərifdə buyurdu ki, “Qiyamət günü imandan sonra ilk sual na-
mazdan olacaqdır.” Allahü təala buyuracaq ki, “Ey qulum! Namaz hesabının al-
tından qalxarsan, qurtuluş sənindir. O biri hesabları asanlasdıraram”. Ankə-
but surəsi, 45-ci ayətində, “Qüsursuz qılınan bir namaz insanı pis, çirkin işləri
işləməkdən qoruyar” buyurulur. Peyğəmbərimiz “sallallahü aləyhi və səlləm” bu-
yurdu ki, “İnsanın Rəbbinə ən yaxın olduğu zaman namaz qıldığı zamandır”.
Bir müsəlmanın hər hansı bir namazı vaxtında qılmaması iki cür olar: 1. Üzr
ilə qılmamasıdır. 2. Namazı vəzifə bildiyi, önəm verdiyi halda tənbəlliklə tərk et-
məsidir.
Fərz namazı üzrü olmadan vaxtı keçdikdən sonra qılmaq, yəni qəzaya burax-
maq haramdır, böyük günahdır. Bu günah qəza etdikdə əfv olunmur. Qəza etdikdə,
yalnız namazı qılmamaq günahı əfv olur. Bir kimsə namazları qəza etmədikdə, yal-
nız tövbə ilə əfv olmaz. Qəza etdikdən sonra tövbə edərsə, əfv olması ümid edilir.
Tövbə edərkən qılmadığı namazları qəza etməsi lazımdır. Qəza etməyə gücü var-
kən qəza etməzsə, ayrıca böyük bir günah işləmiş olur. Bu böyük günah hər namaz
qılacaq qədər [6 dəqiqə] boş zaman keçincə, bir əvvəlki əzab zamanı qədər artmaq-
dadır. Çünki namazı boş zamanlarda dərhal qəza etmək də fərzdir. Qəza qılmağa
əhəmiyyət verməyən sonsuz yanacaqdır. “Umdət-ül-islam” və “Cami-ül fətava”-
94
da deyir ki, “düşmən qarşısında, bir fərz namazı qılmaq mümkün ikən tərk etmək,
700 böyük günah işləmiş kimi günahdır.” Qəzanı gecikdirmənin günahı vaxtında
qılmamaq günahından daha çoxdur. Bir namazın ilk qəzasını qılmağa niyyət edə-
rək bir qəza qılınca, bu günahların hamısı əfv olar.
İZAH: “SÜNNƏTLƏR YERINƏ QƏZA QILINARMI?”
Abdülkadiri Qeylani həzrətləri “Fütuh-ul qayb” kitabında deyir ki: Möminin
ən əvvəl fərzləri yerinə yetirməsi lazımdır. Fərzlər bitdikdən sonra sünnətləri edər.
Ondan sonra nafilələrlə məşğul olar. Fərz borcu olanın sünnət ilə məşğul olması
axmaqlıqdır. Fərz borcu olanın sünnətləri qəbul olmaz. Əli ibni Əbi Talib “radıyal-
lahü anh” bildirir ki: Rəsulullah “sallallahü aləyhi və səlləm” buyurdu ki: “Üzərin-
də fərz borcu olan kimsə qəzasını qılmadan nafilə qılarsa, boş yerə zəhmət
çəkmiş olar. Bu kimsə qəzasını ödəmədikçə, Allahü təala onun nafilə namazla-
rını qəbul etməz”. Abdülqadiri Qeylaninin yazdığı bu Hədisi-şərifi şərh edən Hə-
nəfi məzhəbi alimlərindən Abdülhakı Dəhləvi həzrətləri buyurur ki: “Bu xəbər fərz
borcu olanların, sünnətlərinin və nafilələrinin qəbul olmayacağını göstərir. Sünnət-
lərin fərzləri tamamlayacağını bilirik. Bunun mənası fərzlər yerinə yetirilərkən,
bunların kəmallarına səbəb olan bir şey qaçırılarsa, sünnətlər, qılınan fərzin kəmal
tapmasına səbəb olar. Fərz borcu olanın qəbul edilməyən sünnətləri bir işə yara-
maz”.
Qüds qazısı Muhamməd Sadiq Əfəndi, faitə (üzr ilə qəzaya qalmış) namazla-
rın qəza edilməsini izah edərkən belə bildirir: Böyük alim İbni Nüceym həzrətlə-
rindən soruşuldu ki, “Bir kimsənin qəzaya qalmış namazları olsa, sübh, zöhr, əsr,
şam və işanın sünnətlərini bu namazların qəzalarına niyyət edərək qılsa, bu kimsə
sünnətləri tərk etmiş olarmı?”. Cavabında: “Sünnətləri tərk etmiş olmaz. Çünki beş
vaxt namazın sünnətlərini qılmaqdan məqsəd, o vaxt içində, fərzdən başqa bir na-
maz daha qılmaq deməkdir. Şeytan heç namaz qıldırmamaq istəyər. Fərzdən başqa
bir namaz daha qılaraq şeytana inad edilmiş, rəzil edilmiş olar. Sünnət yerinə qəza
qılmaqla, sünnət də yerinə yetirilmiş olar. Qəza borcu olanların hər namaz vaxtı, o
vaxtın fərzindən başqa namaz qılaraq, sünnəti yerinə yetirmək üçün qəza qılması
lazımdır. Çünki çox kimsə qəza qılmayıb, sünnətləri qılır. Bunlar Cəhənnəmə ge-
dəcəkdir. Halbuki sünnətlərin yerinə qəza qılan, Cəhənnəmdən qurtulur” buyurdu.
QƏZA NAMAZLARI NECƏ QILINIR?
Qəza namazlarını bir an öncə qılaraq ayrıca tövbə də edərək, böyük cəzadan
qurtulmalıdır. Bunun üçün sünnətləri də qəza niyyəti ilə qılmaq lazımdır. Tənbəl-
liklə namaz qılmayanlar, illərcə qəza borcu olanlar, namaza başladıqları zaman,
sünnəti qılarkən, o vaxtın ilk qəzaya qalmış namazını qəza etməyi niyyət edərək
qılmalıdır. Bunların sünnətləri qəza namazı üçün niyyət edərək qılması dörd məz-
həbdə də lazımdır. Hənəfi məzhəbində namazı üzrsüz qəzaya buraxmaq əkbəri kə-
bairdir. Bu çox böyük günah, hər namaz qılacaq qədər boş zaman keçincə bir misli
artır. Çünki namazı, boş zamanlarda dərhal qəza etmək də fərzdir. Hesaba, saya
95
sığmayan bu müdhiş günahdan və əzabdan qurtulmaq üçün zöhr namazının ilk
dörd rükət sünnətini qılarkən ilk qəzaya qalmış zöhrün fərzini niyyət edərək qəza
qılmalıdır. Zöhrün son sünnətini qılarkən ilk qəzaya qalmış sübhün fərzini niyyət
edərək qəza qılmalıdır. Əsrin sünnətini qılarkən əsrin fərzini niyyət edərək qəza
qılmalıdır. Şamın sünnətini qılarkən üç rükət şamın fərzini niyyət edərək qəza qıl-
malıdır. İşanın ilk sünnətini qılarkən işanın fərzini və son sünnətini qılarkən də ilk
qəzaya qalmış vitri niyyət edərək üç rükət olaraq qəza qılmalıdır. Beləcə hər gün,
bir günlük qəza ödənilir. Təravih namazlarını qılarkən də qəza niyyət edərək, qəza
qılmalıdır. Neçə illik qəza namazı varsa, buna, o qədər il davam etməlidir. Qəzalar
bitincə yenə sünnətləri qılmağa başlamalıdır. Vaxtı varsa, ayrıca hər fürsətdə qəza
qılıb, bir an öncə qəza borclarını bitirməlidir. Qılınmayan qəzaların, günahı hər gün
keçdikçə bir misli artır.
96
ALTINCI BÖLMƏ
NAMAZ QILMAYANLAR
Həzrəti Əbu Bəkri Sıddıq “radıyallahü anh” buyurur ki, beş namazın vaxtı gə-
lən zaman mələklər deyər ki: “Ey Adəm oğulları, qalxın! İnsanları yandırmaq üçün
hazırlanmış olan atəşi namaz qılaraq söndürün.” Bir Hədisi-şərifdə, “Mömin ilə
kafiri ayıran fərq, namazdır” buyuruldu. Yəni mömin namaz qılar, kafir qılmaz.
Münafiqlər isə bəzən qılar, bəzən qılmaz. Münafiqlər Cəhənnəmdə çox acı əzab
görəcəkdir. Müfəssirlərin şahı, Abdüllah ibni Abbas “radıyallahü anhüma” deyir
ki, Rəsulullahdan “sallallahü aləyhi və səlləm” eşitdim. Buyurdu ki: “Namaz qıl-
mayanlar qiyamət günü Allahü təalanı hirsli olaraq görəcəkdir”.
Hədis imamları söz birliyi ilə bildirirlər ki: “Bir namazı vaxtında qəsdən qıl-
mayan, yəni namaz vaxtı keçərkən namaz qılmadığı üçün üzülməyən kafir olar”.
Və ya ölərkən imansız gedər. Bəs namazı yadına belə gətirməyənlər, namazı vəzifə
tanımayanlara nə olacaq? Əhli-sünnət alimləri söz birliyi ilə buyurdular ki, ibadət-
lər imandan parça deyildir. Yalnız, namaz üçün söz birliyi olmadı. Fiqh imamların-
dan İmamı Əhməd ibni Hanbəl, İshaq ibni Raheveyh, Abdullah ibni Müba-
rək, İbrahim Nəhai, Hakəm bin Uteybə, Əyyub Sahtiyani, Davüd Tai, Əbu
Bəkr ibni Şeybə, Zübeyr bin Harb və daha bir çox böyük alimlər bir namazı qəs-
dən, yəni bilə-bilə qılmayan kimsə kafir olar dedilər. O halda ey din qardaşım, heç
bir namazını buraxma və zəif qılma! Sevə-sevə qıl! Allahü təala qiyamət günü bu
alimlərin ictihadlarına görə cəza verərsə nə edərsən?
Hanbəli məzhəbində bir namazı üzrsüz qılmayan mürtəd kimi qətl olunur.
Yuyulmur, kəfənlənmir və namazı qılınmır. Müsəlmanların qəbiristanlığına basdı-
rılmır və qəbri müəyyən edilmir. Dağda bir çuxura qoyulur.
Namaz qılmayan kimsə Şafii məzhəbində mürtəd olmazsa da, cəzası qətldir.
Namaz qılmayan üçün Maliki məzhəbinin hökmləri Şafii hökmlərinin eynisidir.
Namaz qılmayan Hənəfi məzhəbində namaza başlayana qədər həbs olunur və
ya qan axana qədər döyülür.
Beş şeyi etməyən beş şeydən məhrum olar:
1. Malının zəkatını verməyən malının xeyirini görə bilməz.
2. Uşrunu verməyənin tarlasında, qazancında bərəkəti qalmaz.
3. Sədəqə verməyənin vücudunda səhhət qalmaz.
4. Dua etməyən arzusuna qovuşa bilməz.
5. Namaz vaxtı gələn zaman qılmaq istəməyən son nəfəsdə Kəlmeyi-şəhadət
gətirə bilməz. Bir Hədisi-şərifdə buyuruldu ki: “Namazı üzrsüz qılmayan kimsə-
yə Allahü təala 15 dərd verir. 6-sı dünyada, 3-ü ölüm zamanında, 3-ü qəbirdə,
3-ü qəbirdən qalxan zaman.
97
Dünyada olan 6 əzab:
1. Namaz qılmayanın ömründə bərəkət olmaz.
2. Üzündə Allahü təalanın sevdiyi kimsələrin gözəlliyi, sevimliliyi qalmaz.
3. Heç bir yaxşılığına savab verilməz.
4. Duaları qəbul olunmaz.
5. Onu kimsə sevməz.
6. Müsəlmanların yaxşı dualarının buna faydası olmaz.
Ölərkən çəkəcəyi əzablar:
1. Zəlil, pis, çirkin can verər.
2. Aç olaraq ölər.
3. Çox su içsə də, susuzluq əzabı ilə ölər.
Qəbirdə çəkəcəyi əzablar:
1. Qəbir onu sıxar. Sümükləri bir-birinə keçər.
2. Qəbri atəşlə doldurular. Gecə-gündüz onu yandırar.
3. Allahü təala qəbrinə çox böyük ilan göndərər. Dünya ilanlarına bənzə-
məz. Hər gün hər namaz vaxtında onu sancar. Bir an belə əl çəkməz.
Qiyamətdə çəkəcəyi əzablar:
1. Cəhənnəmə aparan əzab mələkləri yanından ayrılmazlar.
2. Allahü təala onu hirsli olaraq qarşılayar.
3. Hesabı çox çətin olub, Cəhənnəmə atılar.”
NAMAZ QILANLARIN FƏZİLƏTLƏRİ
Namaz qılmağın fəzilətlərini və namaz qılanlara veriləcək savabları bildirən
Hədisi-şəriflər çoxdur. Abdülhak bin Seyfəddin Dəhləvinin “Əşiat-ül-ləməat” ki-
tabında namazın əhəmiyyətini bildirən Hədisi-şəriflərdə buyurulur ki:
1. Əbu Hüreyrə “radıyallahü anh” bildirir, Rəsulullah “sallallahü aləyhi və
səlləm” buyurdu ki, “Beş vaxt namaz və Cümə namazı gələcək Cüməyə qədər
və Ramazan orucu, gələcək Ramazana qədər edilən günahlara kəffarədir. Bö-
yük günah işləməkdən çəkinənlərin kiçik günahlarının əfvinə səbəb olar”.
Arada işlənilmiş olan kiçik günahlardan qul haqqı olmayanları yox edər. Kiçik gü-
nahları bağışlananların, böyük günahları üçün olan əzablarının yüngülləşməsinə sə-
bəb olar. Böyük günahların əfv edilməsi üçün tövbə etmək də lazımdır. Böyük gü-
nahı yoxsa, dərəcəsinin yüksəlməsinə səbəb olar. Bu Hədisi-şərif “Müslim”də ya-
zılıdır. Beş vaxt namazı qüsurlu olanların əfv olmasına Cümə namazları səbəb olar.
Cümə namazları da qüsurlu olarsa, Ramazan orucları səbəb olar.
2. Yenə Əbu Hüreyrə “radıyallahü anh” bildirir. Rəsulullah “sallallahü aleyhi
və səlləm” buyurdu ki: “Qapısının önündə axar su olan birisi bu suda hər gün
beş dəfə yuyunsa, bədəndə kir qalarmı?” Əshabi-kiram cavab verərək, xeyir
qalmaz ey Rəsulallah, dedilər. “Beş vaxt namaz da belədir. Beş vaxt namaz qı-
lanların kiçik günahlarını Allahü təala yox edər”, buyurdu. Bu Hədisi-şərif
“Buxari”də və “Müslim”də yazılıb.
98
3. Abdullah ibni Məsud “radıyallahü anh” deyir ki, bir nəfər bir yad qadını
öpmüşdü. Yəni, Ənsardan biri xurma satırdı. Bir qadın da xurma almaq üçün gəl-
mişdi. Qadına qarşı heyvani hisləri baş qaldırdı və qadına, “evdə daha yaxşıları
var, gəl gedək ondan verim”,- dedi. Evə gələn kimi qadını qucaqladı və öpdü.
Qadın “nə edirsən, Allahdan qorx”,- dedi. O da peşman oldu. Rəsulullaha gəlib et-
diyini danışdı. Rəsulullah “sallallahü aleyhi və səlləm” ona cavab vermədi. Allahü
təaladan vəhy gözlədi. Sonra həmin adam namaz qıldı. Allahü təala Hud surəsinin
yüz on beşinci ayətini göndərdi. Bu ayətdə “Günün iki tərəfində və günəş batnca
namaz qıl! Yaxşılıqlar yamanlıqları, əlbəttə, yox edər” buyuruldu. Günün iki
tərəfi zöhrdən əvvəl və zöhrdən sonra deməkdir. Yəni sübh, zöhr və əsr namazları-
dır. Bu ayəti-kərimədə hər gün beş vaxt namazın, günahların bağışlanmasına səbəb
olduqları bildirilməkdədir. Həmin adam “ey Rəsulullallah! Bu müjdə ancaq mənim
üçündürmü? Yoxsa bütün ümmət üçündür”-dedi. Rəsulullah, “bütün ümmət
üçündür”, buyurdu. Bu hədisi-şərif iki Səhihdə də yazılıdır.
4. Ənəs bin Malik “radıyallahü anh” deyir ki, bir nəfər Rəsulullaha “sallallahü
aleyhi və səlləm” gəlib, “Had cəzasına səbəb olacaq bir günah işlədim. Mənə had
cəzası ver!”,- dedi. Rəsulullah, nə günah işlədiyini ona soruşmadı. Namaz vaxtı
gəldi. Bir yerdə qıldıq. Rəsulullah “sallallahü aleyhi və səlləm” namazı bitirən kimi
həmin adam qalxdı və “Ey Rəsulallah “sallallahü aleyhi və səlləm”. Mən had cəza-
sı veriləcək bir günah işlədim. Allahü təalanın kitabında əmr olunan cəzanı mənə
ver!” dedi. “Sən bizimlə namaz qılmadımmı” –buyurdu. “Bəli qıldım”-dedi.
“Məyus olma! Allahü təala günahını bağışladı” buyurdu. Bu hədisi-şərif iki
təməl kitabda yazılıdır. Həmin adam had cəzasına səbəb olacaq bir günah işlədiyini
zənn etmişdi. Namaz qılan kimi bağışlanması, həmin günahın kiçik günah olduğu-
nu göstərməkdədir. Yaxud had deməsi, kiçik günahların qarşılığı olan “Tazir”
cəzası idi. İkinci sualında “Had cəzası ver!” deməməsi də, belə olduğunu göstərir.
5. Abdüllah ibni Məsud “radıyallahü anh” deyir ki, Allahü təalanın ən çox
hansı əməli sevdiyini Rəsulullahdan “sallallahü aləyhi və səlləm” soruşdum. “Vax-
tında qılınan namaz” buyurdu. Bəzi Hədisi-şəriflərdə isə “Əvvəl vaxtında qılı-
nan namazı çox sevər” buyurulmuşdur. Ondan sonra hansını çox sevər dedim.
“Anaya-ataya yaxşılıq etməyi” buyurdu. Bundan sonra hansını çox sevər dedim.
“Allah yolunda cihad etməyi” buyurdu. Bu Hədisi-şərif iki səhih kitabda (“Buxa-
rı” və “Müslim”) yazılıdır. Başqa bir Hədisi-şərifdə “Əməllərin ən yaxşısı insan-
lara yemək verməkdir” buyuruldu. Bir başqasında, “Salam verməyi yaymaq-
dır”. Bir başqasında isə, “Gecə hər kəs yuxuda ikən namaz qılmaqdır” buyurul-
muşdur. Başqa bir Hədisi-şərifdə, “Ən qiymətli əməl əlindən və dilindən kimsə-
nin inciməməsidir”. Bir Hədisi-şərifdə də, “Ən qiymətli əməl cihaddır” buyu-
ruldu. Bir Hədisi-şərifdə, “Ən qiymətli əməl həcci məbrurdur”. Yəni heç günah
işləmədən edilən həcdir, buyuruldu. “Allahü təalanı zikr etməkdir” və “Davamlı
olan əməldir” Hədisi-şərifləri də vardır. Sualı soruşanların hallarına uyğun müxtə-
lif cavablar verilmişdir. Yaxud, zamana uyğun cavab verilmişdir. Məsələn, isla-
miyyətin başlanğıcında əməllərin ən xeyirlisi, ən qiymətlisi cihad idi. (Zamanımız-
99
da əməllərin ən xeyirlisi yazı ilə, nəşriyyat ilə, kafirlərə, məzhəbsizlərə cavab ver-
mək, Əhli-sünnət etiqadını yaymaqdır. Belə cihad edənlərə pul ilə, mal ilə, bədən
ilə yardım edənlər də bunların qazandıqları savablara ortaq olarlar. Ayəti-kərimə-
lər, Hədisi-şəriflər namazın, zəkatdan, sədəqədən daha qiymətli olduğunu göstərir.
Lakin ölüm halında olana bir şey verib, onu ölümdən qurtarmaq, namaz qılmaqdan
daha qiymətli olar. Demək ki, başqa hallar, şərtlər içində, başqa şeylər daha qiy-
mətli olur).
6. Cabir bin Abdullah xəbər verir: Rəsulullah “sallallahü aleyhi və səlləm”
buyurdu ki, “İnsan ilə küfr arasındakı sərhəd, namazı tərk etməkdir.” Çünki
namaz insanı küfrə düşməkdən qoruyan pərdədir. Bu pərdə aradan qalxınca qul
küfrə düşər. Bu hədisi-şərif “Müslim”də yazılmışdır. Bu hədisi-şərif namazı tərk
etmənin çox pis olduğunu göstərir. Əshabi-kiramdan çoxusu namazı üzrsüz tərk
edən kafir olar, dedilər. Şafii və maliki məzhəblərində kafir olmazsa da, öldürülmə-
si vacibdir. Hənəfi məzhəbində namaz qılana qədər həbs olunur və döyülür.
7. Übadə bin Samit “radıyallahü anh” xəbər verir. Rəsulullah “sallallahü aləy-
hi və səlləm” buyurdu ki, “Allahü təala beş vaxt namaz qılmağı əmr etdi. Bir
kimsə gözəl dəstəmaz alıb, namazlarını vaxtında qılarsa və rükülərini, huşula-
rını tamam edərsə, Allahü təala onu əfv edəcəyini söz vermişdir. Bunları et-
məyən üçün söz verməmişdir. Bunu istəyərsə əfv edər, istəyərsə əzab edər”.
Bu Hədisi-şərifi İmamı Əhməd, Əbu Davud və Nəsai bildirmişdir. Görünür ki, na-
mazın şərtlərinə, rükü və səcdələrinə diqqət etmək lazımdır. Allahü təala sözündən
dönməz, doğru namaz qılanları mütləq əfv edər.
8. Əbu Əmaməi Bahili “radıyallahü anh” bildirir. Rəsulullah “sallallahü aley-
hi və səlləm” buyurdu ki, “Beş vaxt namazınızı qılın! Bir ayınızda oruc tutun!
Mallarınızın zəkatını verin! Başınızda olan rəhbərlərinizə itaət edin! Rəbbini-
zin Cənnətinə girin!” Görünür ki, hər gün beş vaxt namaz qılan, Ramazan ayın-
da oruc tutan, malının zəkatını verən və Allahü təalanın yer üzündə xəlifəsi olan
rəhbərlərin islamiyyətə uyğun əmrlərinə itaət edən bir müsəlman Cənnətə gedə-
cəkdir. Bu hədisi-şərif imamı Əhməd və Tirmüzi bildirmişdilər.
9. Əshabi-kiramın məşhurlarından Büreydəi Əsləmi “radıyallahü anh” xəbər
verir. Rəsulullah “sallallahü aləyhi və səlləm” buyurdu ki, “Sizinlə aramızda olan
əhd namazdır. Namazı tərk edən kafir olar”. Görünür ki, namaz qılanın müsəl-
man olduğu anlaşılır. Namaza əhəmiyyət verməyən, namazı birinci vəzifə qəbul et-
mədiyi üçün qılmayan kafir olar. Bu Hədisi-şərifi imamı Əhməd, Tirmüzi, Nəsai
və İbni Macə bildirmişdir.
10. Əbu Zəri Qifari deyir ki, payız günlərindən birində Rəsulullah “sallallahü
aləyhi və səlləm” ilə bərabər küçəyə çıxdıq. Yarpaqlar tökülürdü. Bir agacdan iki
budaq qopartdı. Bunların yarpaqları dərhal töküldü. “Ey Əba Zər! Bir müsəlman
Allah rızası üçün namaz qılınca, bu budaqların yarpaqları töküldüyü kimi,
günahları tökülür” buyurdu. Bu Hədisi-şərifi imamı Əhməd xəbər verdi.
11. Zeyd bin Xalid Cühəmi xəbər verir. Rəsulullah “sallallahü aləyhi və səl-
ləm” buyurdu ki, “Bir müsəlman, doğru olaraq və huşu ilə iki rükət namaz qı-
100
lınca, keçmiş günahları əfv olar.” Yəni Allahü təala onun kiçik günahlarının ha-
mısını əfv edər. Bu Hədisi-şərifi İmamı Əhməd bildirdi.
12. Abdüllah bin Amr-ibni As xəbər verir. Rəsulullah “sallallahü aləyhi və
səlləm” buyurdu ki, “ Bir kimsə namazı əda edərsə, bu namaz qiyamət günü
nur və burhan olar və Cəhənnəmdən qurtulmasına səbəb olar. Namazı müha-
Dostları ilə paylaş: |