İmamı Rabbani “rahmətullahi aleyh” “Məktubat” kitabının yenə ikinci
cild, altmış doqquzuncu məktubunda buyurur ki:
Allahü təalaya həmd olsun! Onun seçdiyi, bəyəndiyi qullarına salamlar, rahat-
lıqlar olsun. Məktubunuz gəldi. Yoldaşların, dostların doğru olan yoldan ayrılma-
dıqları məlum olanda çox sevindirdi. Allahü təala doğruluğunuzu və doğru yolda
olmanızı artırsın! Yoldaşlarımız ilə birlikdə verdiyiniz vəzifəni yerinə yetriməyə
davam edirik. Beş vaxt namazı əlli-altmış nəfərlik camaat ilə qıldığınızı deyirsiniz.
Bunun üçün Allahü təalaya həmd və təriflər olsun! Qəlbin Allahü təala ilə olması,
bədənin, əzanın Əhkamı-şəriyyəni yerinə yetirməklə zinətlənməsi nə böyük bir ne-
mətdir. Bu zəmanədə insanların çoxusu namaz qılmaqda tənbəllik edirlər. Tumani-
nətə və tadili-ərkana əhəmiyyət vermirlər. Bunun üçün siz sevdiklərimə bu nüansı
bildirməyə məcbur oldum. Yaxşı qulaq asın! Peyğəmbərimiz “sallallahü aleyhi və
səlləm”, “Ən böyük oğru öz namazından oğurlayandır” buyurdu. “Ey Rəsulal-
lah! İnsan öz namazından necə oğurlayar?”-deyə soruşdular. “Namazın rüküsü-
nü, səcdələrini tam yerinə yetirməməklə” buyurdu. Bir dəfə də buyurdu ki,
“Rüküdə və səcdələrdə belini yerinə yerləşdirib bir az durmayanın namazını
Allahü təala qəbul etməz”. Peyğəmbərimiz “sallallahü aleyhi və səlləm” bir nəfə-
ri namaz qılarkən rükünü və səcdələri tam etmədiyini görüb, “Sən namazlarını bu
cür qıldığın üçün Muhaməddin “aleyhissalətü vəssəlam” dinindən başqa bir
dində olaraq ölməkdən qorxmursanmı?” buyurdu. Yenə buyurdu ki, “Sizlərdən
biri namaz qılarkən rüküdən sonra tamam qalxıb dik durmadıqca namazı
tam olmaz” Bir dəfə də buyurdu ki: “İki səcdə arasında dik oturmasanız nama-
zınız tam olmaz”. Bir gün Peyğəmbərimiz “sallallahü aleyhi və səlləm” bir nəfə-
rin namaz qılarkən namazın əhkam və ərkanına riayət etmədiyini, rüküdən qalxan-
da dikəlib durmadığını və iki səcdə arasında oturmadığını görüb buyurdu ki, “Əgər
namazlarını bu cür qılaraq ölsən, qiyamət günü sənə mənim ümmətimdən
deməzlər.” Başqa bir yerdə də buyurdu ki, “Bu hal üzrə ölsən, Muhammədin
“aleyhissəlam” dinində olaraq ölməmiş olarsan.” Əbu Hüreyrə “radıyallahü anh”
buyurdu ki, “Altmış il bütün namazlarını qılıb, lakin heç bir namazı qəbul olmayan
adam, səcdələrini tam yerinə yetirməyən adamdır”. Zeyd ibni Vəhb “rahmətullahi
təala aleyh” bir nəfərin namaz qılarkən və səcdələrini tam etmədiyini gördü. Yanı-
na çağırıb nə qədər zamandır belə namaz qılırsan, dedi. Qırx ildir, deyəndə, sən
qırx ildir namaz qılmamısan. Ölsən, Muhamməd Rəsulullahın “sallallahü aleyhi və
səlləm” sünnəti (yəni dini) üzrə ölməzsən, dedi.
Tabəraninin “rahmətullahi təala aleyh” “Əvsat”ında bildirilmişdir ki, bir mö-
min namazını gözəl olaraq qılar, səcdələrini tam yerinə yetirərsə, namaz sevinər və
108
nurlu olar. Mələklər o namazı göyə çıxardar. O namaz, namazı qılana yaxşı dualar
edər və sən məni qüsurlu olmaqdan qoruduğun kimi Allahü təala da səni mühafizə
etsin, deyər. Namaz gözəl qılınmazsa, qaralar, mələklər o namazdan iyrənər və
göyə götürməzlər. O namaz, qılana pis dualar edər. Sən məni zay etdiyin, pis hala
saldığın kimi Allahü təala da səni zay etsin, deyər. O halda namazları tam qılmağa
çalışmalı, tadili-ərkana riayət etməli, səcdələri, “Qavmə”ni (yəni rüküdən qalxıb
dikəlmək) və “Cəlsə”ni (yəni iki səcdə arasında oturmaq) yaxşı etməlidir. Başqala-
rının da qüsurlarını görəndə onlara deməlidir. Din qardaşlarının namazlarını tam
olaraq qılmalarına kömək etməlidir. Tumaninət (yəni üzvlərin artıq hərəkətlər et-
məməsi) və tadili-ərkana (bir dəfə sübhanallah deyəcək qədər hərəkətsiz durmaq)
riayət olunmasına cığır açmalıdır. Müsəlmanların çoxusu bunlara riayət etmək şə-
rəfindən məhrum qalırlar. Bu nemət əldən çıxmışdır. Bu əməli meydana çıxartmaq
çox mühümdür. Peyğəmbərimiz “sallallahü aleyhi və səlləm” buyurdu ki, “Unu-
dulmuş bir sünnətimi meydana çıxarana yüz şəhid savabı veriləcək”.
Camaat ilə namaz qılarkən sıraları düz tutmağa da diqqət etməlidir. Sıradan irə-
lidə və geridə durmamaq lazımdır. Hər kəs bir xətt boyunca durmalıdır. Peyğəmbə-
rimiz “sallallahü aleyhi və səlləm” əvvəl sıraları düzəldər, ondan sonra namaza durar-
dı. “Sıraları düzəltmək namaz qılmağın bir parçasıdır” buyururdu. Ya Rəbb!
Bizə sonsuz rəhmət xəzinəndən nəsib elə! Hamımızı döğru olan yoldan ayırma!
_______________
Bir müsəlman dünyada əziz, axirətdə said (Cənnətlik) olmasını istəyirsə, bu
üç əxlaqa sahib olsun: Məxluqatdan heç bir şey gözləməmək, Müsəlmanları [və
zimmi kafirləri, ölmüş olsalar da] qeybət etməmək, başqasının haqqı olan bir şeyi
almamaq.
NAMAZIN SİRRİ
İmamı Rabbani “quddisə sirruh” “ Məktubat” kitabının birinci cild, 304-cü
məktubunda buyurur ki:
Allahü təalaya həmd etdikdən və Peyğəmbərimizə “sallallahü aləyhi və
səlləm” salavat gətirdikdən sonra əbədi səadətə qovuşmanıza dua edərim. Allahü
təala, bir çox ayəti-kərimədə əməli-saleh işləyən möminlərin Cənnətə girəcəklərini
bildirir. Bu əməli-salehlər nələrdir, yaxşı işlərin hamısı, yoxsa bir neçəsi? Əgər, yaxşı
şeylərin hamısı olsa, bunları kimsə edə bilməz. Bir neçəsi isə görən hansı yaxşı işlər
istənilir? Nəhayət, Allahü təala lütf edərək belə bildirdi ki, əməli saleh, İslamın beş
rüknü, dirəyidir. İslamın bu beş təməlini bir kimsə haqqı ilə qüsursuz yerinə yetirərsə,
Cəhənnəmdən qurtulması qüvvətlə ümid edilir. Çünki bunlar əslində saleh işlər olub,
insanı günahlardan və çirkin şeyləri etməkdən qoruyur. Belə ki, Qurani-Kərimdə,
Ankəbut surəsi 45-ci ayətində, “ Qüsursuz qılınan bir namaz insanı pis, çirkin
işləri işləməkdən qoruyar” buyurulur. Bir insana İslamın beş şərtini yerinə
109
yetirmək nəsib olarsa, nemətlərin şükrünü etmiş olar. Çünki Allahü təala Nisa surəsi,
146-cı ayətində məalən, “ İman edər və şükr edərsəniz, əzab etmərəm” buyurur. O
halda, İslamın beş şərtini yerinə yetirməyə canı-könüldən çalışmalıdır.
Bu beş şərtdən ən mühümü namazdır ki, dinın dirəyidir. Namazın ədəblərin-
dən bir ədəbi tərk etməyərək qılmağa cəhd etməlidir. Namaz tam qılına bilindi isə,
İslamın əsas və böyük təməli qurulmuş olar. Cəhənnəmdən qurtaran sağlam ip tu-
tulmuş olar. Allahü təala hamımıza doğru namaz qılmağı nəsib etsin!
Namaza durarkən “ Allahü-əkbər” demək, “Allahü təalanın heç bir məxluqun
ibadətinə möhtac olmadığını, hər baxımdan heç bir şeyə ehtiyacı olmadığını, insanla-
rın namazlarının ona faydası olmayacağını” bildirir. Namaz içindəki təkbirlər isə,
“Allahü təalaya qarşı yaraşan bir ibadət etməyə ləyaqət və gücümüz olmadığını” gös-
tərir. Rüküdəkı təsbehlərdə də bu məna olduğu üçün rüküdən sonra təkbir əmr olun-
madı. Halbuki səcdə təsbehlərindən sonra əmr olundu. Çünki səcdə təvazö və aşağılı-
ğın ən artığı, zillət və kiçikliyin son dərəcəsi olduğundan, bunu edincə haqqı ilə tam
ibadət etmiş hesab edilər. Bu düşüncədən qorunmaq üçün səcdələrdə yatıb qalxarkən,
təkbir söyləmək sünnət olduğu kimi, səcdə təsbehlərində “alə” demək əmr olundu.
Namaz möminin miracı olduğu üçün namazın sonunda Peyğəmbər Əfəndimizin
“sallallahü aləyhi və səlləm” mirac gecəsində söyləməklə şərəfləndiyi kəlmələri, yəni
Əttəhiyyatünü oxumaq əmr olundu. O halda namaz qılan bir kimsə namazı özünə
mirac etməli. Allahü təalaya yaxınlığının nəhayətini namazda axtarmalıdır.
Peyğəmbərimiz “aləyhi və ala alihissalatü vəssəlam” buyurdu ki, “ İnsanın
Rəbbinə ən yaxın olduğu zaman namaz qıldığı zamandır”. Namaz qılan bir
kimsə Rəbbi ilə danışmaqla, Ona yalvarmaqla, Onun böyüklüyünü, Ondan başqa
hər şeyin heç olduğunu görür. Bunun üçün namazda qorxu, dəhşət, ürkmək hasil
olacağından təsəlli və rahat tapması üçün namazın sonunda iki dəfə salam verməsi
əmr buyuruldu.
Peyğəmbərimiz “sallallahü aləyhi və səlləm” bir Hədisi-şərifdə, “ Fərz na-
mazdan sonra 33 təsbeh, 33 tahmid, 33 təkbir və bir də təhlil” əmr etmişdir.
Bunun səbəbi namazdakı qüsurlar təsbeh ilə örtülür. Layiq olan tam ibadət edilə
bilinmədiyi bildirilir. “ Tahmid” ilə namaz qılmaqla şərəflənmənin, Onun köməyi
və nail edilməsi ilə olduğu bilinərək bu böyük nemətə şükr edilir, həmd edilir.
“ Təkbir” edərək də Ondan başqa ibadətə layiq kimsə olmadığı bildirilir.
Namaz şərtlərinə və ədəblərinə uyğun olaraq qılınıb və edilən qüsurlar da be-
ləcə örtülüb namazı nəsib etdiyinə də şükr edib, ibadətə başqa heç kəsin haqqı ol-
madığı qəlbindən təmiz və xalis olaraq kəlimeyi-təvhid ilə bildirilincə, bu namaz
qəbul oluna bilər. Bu kimsə namaz qılanlardan və xilas olanlardan olar. Ya Rəbb!
Peyğəmbərlərinin ən üstününün hörməti üçün “aləyhi və ala alihimüssaləvatü vət-
təslimat” bizləri namaz qılan və qurtulan, xoşbəxt qullarından et! Amin!
İmamı Muhamməd Masum həzrətləri “Məktubat”ın ikinci cild, on birinci
məktubunda buyurur ki:
Allahü təala insanları başı boş buraxmadı. Hər istədiklərini etməyi icazə ver-
mədi. Nəfslərinin arzularına və təbii, heyvani zövqlərinə tabe olmalarını, beləcə fə-
110
lakətlərə düşmələrini istəmədi. Rahat və dinclik içində yaşamaları və sonsuz səadətə
qovuşmaları üçün arzularından və zövqlərindən necə istifadə etməyin yollarını gös-
tərdi, dünya və axirət səadətinə səbəb olan faydalı şeyləri etməyi əmr etdi. Zərərli
olanları etməyi qadağan etdi. Bu əmrlərə və qadağalara “Əhkamı-islamiyyə” deyi-
lir. Dünyada rahat yaşamaq, səadətə qovuşmaq istəyən islamiyyətə uymağa məcbur-
dur. Nəfsinin və təbiətinin islamiyyətə uymayan arzularını tərk etməsi lazımdır. İsla-
miyyətə tabe olmazsa, sahibinin, yaradanının qəzəbinə, əzabına düçar olar. İslamiy-
yətə tabe olan qul müsəlman olsa da kafir olsa da dünyada məsud, rahat olar. Sahibi
ona kömək edər. Dünya ziraət yeridir. Tarlasını əkib-becərməyib toxumlarını yeyə-
rək zövq və səfa sürən məhsul almaqdan məhrum qalacağı kimi, dünya həyatını,
keçib-gedən zövqləri, nəfsin arzularını yerinə yetirməklə də əbədi nemətlərdən,
sonsuz zövqlərdən məhrum qalar. Bu hal ağlı başında olanın qəbul edəcəyi bir şey
deyildir. Sonsuz ləzzətləri əldən buraxmağa səbəb olan keçib-gedən ləzzətləri zərərli
şəkildə etməyi seçməz. [Allahü təala dünya zövqlərindən, keçib-gedən ləzzətlərin-
dən, nəfsə şirin gələn şeylərdən heç birini məhrum etmədi, qadağan etmədi. Bunları
İslamiyyətə uyğun, zərərsiz olaraq istifadə etməyi icazə verdi]. İslamiyyətə tam tabe
olmaq üçün əvvəla “Əhli-sünnət” alimlərinin, Əshabi-kiramdan öyrənib, Quranı-
kərimdən və hədisi-şəriflərdən başa düşüb bildirdikləri “Akaid”ə (iman elmi) uy-
ğun iman etmək, sonra haram, qadağan edilmiş olanları öyrənib bunlardan çəkin-
mək və edilməsi əmr olunan fərzləri öyrənib yerinə yetirmək lazımdır. Bunları et-
məyə “ibadət” etmək deyilir. Haramlardan çəkinməyə “Təqva” deyilir.
Niyyət edərək əhkamı-islamiyyəyə tabe olmağa “İbadət etmək” deyilir. Alla-
hü təalanın əmrlərinə və qadağalarına “Əhkamı-islamiyyə” və “Əhkami-ilahiyyə”
deyilir. Əmr edilənlərə “Fərz”, qadağan edilənlərə “Haram” deyilir. İbadətlərin ən
qiymətlisi və islam dininin təməli hər gün beş vaxt “Namaz” qılmaqdır. [Namaz
qılmaq, ayaqda qibləyə qarşı Fatihə oxumaq və qibləyə qarşı əyilmək və qibləyə
qarşı başı yerə qoymaq deməkdir. Bunları qibləyə qarşı etməzsə, namaz qılmaq
sayılmaz.] Namaz qılan müsəlmandır. Namaz qılmayan ya müsəlmandır, ya kafir-
dir. Namaz qılmaqla hasil olan kurbı-ilahi [yəni Allahü təalanın sevməsi] başqa iba-
dətləri yerinə gətirməklə nadir hallarda nəsib olur. Hər gün beş vaxt namazı cəm-iy-
yət ilə [yəni dünya işlərini düşünmədən], camaat ilə, tadili-ərkan ilə, dəstəmazı diq-
qətlə alaraq və müstəhəb olan vaxtlarında qılmalıdır. Namaz qılarkən Allahü təala
ilə qul arasındakı pərdələr qalxır. Beş vaxt namaz qılan hər gün beş dəfə yuyunub
təmizlənən bir adam kimi günahlardan təmizlənir. Hər gün beş vaxt namazı doğru
olaraq qılana yüz şəhid savabı verilir.
Ticarət malının və çöldə otlayan heyvanların [tarladan, ağaclardan əldə
edilən məhsulun, kağız pulun və alacağı olan borcların] zəkatlarını əmr olunan
yerlərə sevə-sevə verilməlidir. Zəkatı veriən mal azalmaz. Zəkatı verilməyən mal
Cəhənnəmdə atəş olar. Allahü təala çox mərhəmər edərək ehtiyacdan artıq olan
mal nisab (yetərsay) miqdarı qədər olarsa, bir il sonra zəkatını verməyi əmr etdi.
Canı və malı verən Odur. Malın hamısını və canı verməyi əmr etsəydi, Onun
aşiqləri dərhal verərdilər.
111
Ramazanı-Şərif ayında Allahü təala əmr etdiyi üçün sevə-sevə oruc tutmalıdır.
Bu aclığı və susuzluğu səadət bilməlidir.
İslamın binası beşdir. Birincisi, “Əşhədü ən-ləə-iləhə illəllah və əşhədü ənnə
Muhammədən abdühü və Rəsulühü” demək və bunun mənasının bilmək və inan-
maqdır. Buna “Kəlimeyi-şəhadət” deyilir. Dördü də namaz, zəkat, oruc və hacdır.
Bu beş əsasdan biri pozularsa, islamiyyət də pozulmuş olar. Etiqadı düzəltdikdən və
islamiyyətə tabe olduqdan sonra Sofiyyəi-aliyyənin yolunda irəlləmək lazımdır.
Allahü təalanın mərifəti bu yolda hasil olur və nəfsin arzularından qurtulmaq nəsib
olur. Sahibini tanımayan adam necə yaşaya bilər, necə rahat ola bilər. Yəni, Allahü
təaladan başqa hər şeyi unutmaq lazımdır. Özünü var bilən adam mərifətə qovuşa
bilməz. “Fəna” (Allahü təaladan başqa hər çeyi unutmaq, özünü yox görmək) və
“Bəqa” (Allahü təalanın sonsuz olması, heç yox olmaması) vicdanda, qəlbdə hasil
olan şeylərdir. İzah etməklə başa düşülməz. Mərifət nemətinə qovuşmayanın bunu
daimə axtarması lazımdır. Təhqiri əmr olunan və müvəqqəti olan bir şeyin təmiri ilə
məşğul olmamalıdır.
NAMAZDAN SONRA DUA
Əlhamdülillahi Rabbilaləmin. Əssalatü vəssəlamü alə Rəsulina Muhammədin
və Alihi və Sahbihi əcmain. Ya Rəbb! Qıldığım namazı qəbul et! Axır və aqibətimi
xeyirli et. Son nəfəsimdə Kəlmeyi-təvhid söyləməmi nəsib et. Ölmüşlərimi əfv və
məğfirət et. Allahümməğfir vərham və əntə xayrurrahimin. Təvəffənni müslimən
və əlhıkni bissalihin. Allahümməğfir-li və li-validəyyə və li-üstaziyyə və lilmümi-
ninə vəl müminat yəvmə yəqumül hısab. Ya Rəbb! Məni şeytan şərindən və düş-
mən şərindən və nəfsi əmmarəmin şərindən mühafizə et! Evimizə yaxşılıqlar, halal
və xeyirli ruzilər ehsan et! Əhli islama salamat ehsan et! Adayi müslimini qahr və
pərisan et! Kafirlərlə cihad etməkdə olan müsəlmanlara imdadi ilahiyyən ilə imdad
et! Allahümmə innəkə afüvvün kərimün tuhibbül əfvə fafü anni. Ya Rəbb! Xəstələ-
rimizə şəfa, dərdli olanlarımıza dəva ehsan et! Allahümmə inni əsəlükəssıhhatə
vəl-afiyətə vəl-əmanətə və hüsnəlhulki vərridaə bilqadəri bi-rəhmətikə ya ərhamər-
rahimin. Anama, atama, övladlarıma, əqrəba və dostlarıma, bütün din qardaşlarıma
xeyirli ömürlər, hüsni hulk, ağlı səlim, səhhət və afiyət, rüşdü hidayət və istiqamət
ehsan et ya Rəbb! Amin. Vəlhamdü-lillahi rabbilaləmin. Allahümmə salli ala...,
Allahümmə barik ala..., Allahümmə Rabbəna atina... Vəlhəmdü lillahi Rabbilalə-
min. Əstağfirullah, əstağfirullah, əstağfirullah, əstağfirullahəlazim əlkərim əlləzi
lə-ilahə illa huv əl-hayyəl-qayyumə və ətubü iləyh.
İZAH: “DUANIN QƏBUL OLMASI ÜÇÜN ŞƏRTLƏR”:
1. Müsəlman olmaq.
2. Əhli-sünnət etiqadında olmaq. Bunun üçün dörd məzhəbdən birini təqlid
etmək lazımdır.
112
3. Fərzləri yerinə yetirmək. Qəzaya qalmış namazları gecələri də və sünnətlər
yerinə də qəza edərək bir an əvvəl ödəməlidir.
Fərz namazı qəzaya qalan kimsənin sünnət və nafilə namazları və duaları
qəbul olmaz. Yəni səhih olsa da, savab verilməz. Şeytan müsəlmanları aldatmaq
üçün fərzləri əhəmiyyətsiz göstərib, sünnət və nafilələri etməyə sövq edər. Namazı
vaxtın gəldiyini bilərək və vaxtın əvvəldə qılmalıdır.
4. Haramdan çəkinməlidir. Halal yeyənin duası məqbuldur.
5. Övliyayi-kiramdan birini vəsilə edərək, dua etməlidir. Hindistan alimlərin-
dən Muhamməd bin Əhməd Zahid, “Tərgib-üs-salat” kitabının 54-cü fəslində,
farsca olaraq deyir ki, Hədisi-şərifdə « Duanın qəbul olması üçün iki şey lazım-
dır: Birincisi, duanı ixlas ilə etməlidir. İkincisi, yediyi və geyindiyi halaldan
olmalıdır. Möminın otağında haramdan bir ip varsa, bu otaqda etdiyi duası
heç qəbul olmaz» buyuruldu. İxlas, Allahü təaladan başqa heç bir şey düşünmə-
yib, yalnız Allahü təaladan istəməkdir. Bunun üçün Əhli-sünnət alimlərinin bildir-
dikləri kimi iman etmək və əhkami islamiyyəyə tabe olmaq, xüsusilə üzərində qul
haqqı olmamaq və beş vaxt namazı qılmaq lazımdır.
TƏCDİDİ-İMAN DUASI
Ya Rəbb! Həddi-büluğumdan bu ana gələnə qədər islam düşmənlərinə və bidət
əhlinə aldanaraq qəbul etdiyim səhv, düzgün olmayan etiqadlarıma və bidət, fisq
olan söylədiklərimə, dinlədiklərimə, gördüklərimə və işlədiklərimə nadim oldum,
peşman oldum, bir daha belə səhv inanmamağa və etməməyə əzm, cəzm və qəsd
etdim. Peyğəmbərlərin əvvəli Adəm-əleyhissəlam və axırı bizim sevgili Peyğəm-
bərimiz Muhamməd-əleyhissəlamdır. Bu iki Peyğəmbərə və ikisi arasında gəlmiş
keçmiş Peyğəmbərlərin cümləsinə iman etdim. Hamısı haqdır, sadiqdir. Bildirdik-
ləri doğrudur. Aməntü billah və bi-ma caə min indillah, ala muradillah, və aməntü
bi-Rəsulillah və bi-ma caə min indi Rəsulillah ala muradi Rəsulillah, aməntü billahi
və Məlaikətihi və kütübihi və Rüsülihi vəlyəvmil-axiri və bilqadəri xayrihi və
şərrihi minallahü Təala vəl-basü badəlməvti haqqun əşhədü ən la ilahə illallahü və
əşhədü ənnə Muhammədən abdühu və rasulüh.
NAMAZIN HİKMƏTLƏRİ “Namaz və sağlığımız”
Müsəlman namazı Allahü təalanın əmri olduğu üçün qılar. Rəbbimizin əmrlə-
rində bir çox hikmət, fayda vardır. Qadağanlarında da bir çox zərərlərin olduğu
şübhəsizdir. Bu fayda və zərərlərin bir qismini bu gün tibb mütəxəssisləri sübut et-
mişlər. İslamiyyətin sağlığa verdiyi qiyməti heç bir din və düşüncə verməmişdir.
Dinimiz ibadətlərin ən üstünü olan namazı ömrümüzün sonuna qədər qılmağı əmr
etmişdir. Namaz qılan sağlıq üçün olan faydalarına da əlbəttə qovuşur. Namazın
sağlıq tərəfdən təmin etdiyi faydalardan bəziləri bunlardır:
113
1. Namazda edilən hərəkətlər yavaş olduğundan qəlbi yormaz və günün müx-
təlif saatlarında olduğu üçün insanı davamlı dinc tutar.
2. Gündə başını səksən dəfə yerə qoyan bir kimsənin beyninə ritmik olaraq
artıq qan çatar. Buna görə də beyin hüceyrələri yaxşı qidalandığından hafizə və
şəxsiyyət pozğunluqlarına namaz qılanlarda daha az rastl gəlinir. Bu insanlar daha
sağlam bir ömür keçirirlər. Bu gün tibdə “demans sanil” deyilən ağlını itirmə xəs-
təliyinə tutulmazlar.
3. Namaz qılanların gözləri müntəzəm olaraq qalxdığı üçün daha qüvvətli qan
dövranına malik olar. Bu səbəblə göz içi təzyiqində artma olmaz və gözün ön
qismindəki mayenin davamlı dəyişməsi təmin edilmiş olar. Gözü “katarakt” və ya
“qara su” xəstəliyindən qoruyar.
4. Namaz qılmaqdakı izometrik hərəkətlər mədədəki qidaların yaxşı qarışma-
sına, ödün asan axmasına və bu səbəbdən öd kisəsində yığın etməməsinə, mədəaltı
vəzidəki fermentlərin asan boşalmasına kömək etdiyi kimi, qəbzliyin aradan qaldı-
rılmasında da rolu böyükdür. Böyrəyin və sidik yollarının yaxşı çalxalanmasında,
böyrəyə daşın düşməsinin qarşısının alınmasına və sidik kisəsinin boşalmasına da
kömək edir.
5. Beş vaxt qılınan namazdakı ritmik hərəkətlər, gündəlik həyatda hərəkət et-
məyən əzələ və oynaqları işlədərək, artroz və əhənglənmə kimi oynaq xəstəliklərini
və əzələ tutulmalarının qarşısını alır.
6. Bədənin sağlamlığı üçün təmizlik şübhəsiz lazımdır. Dəstəmaz və qüsl həm
maddi, həm də mənəvi bir təmizlikdir. Məhz namaz təmizliyin əsl özüdür. Çünki
həm bədəni, həm də ruhi təmizlik olmadan namaz olmaz. Dəstəmaz və qüsl bədə-
nin təmizliyini təmin edər. İbadət etmək vəzifəsini yerinə yetirən ruhən istirahət et-
miş, təmizlənmiş olar.
7. Praktiki müalicədə müəyyən zamanlarda edilən bədən hərəkətləri çox mü-
hümdür. Namaz vaxtları qan dövranını təzələmək və tənəffüsü canlandırmaq üçün
ən uyğun vaxtlardır.
8.Yuxunu tənzim edən əsas şərt namazdır. Hətta vücudda toplanan statik (dur-
ğun) elektriklənmə, səcdə etməklə torpaqlanmış olur. Beləcə, vücud təkrar güm-
rahlığa qovuşur.
Namazın bu faydalarına qovuşmaq üçün namazı vaxtında qılmaqla birlikdə
təmizliyə, çox yeməməyə və yeyilən qidaların təmiz, halal olmasına diqqət edil-
məsi də lazımdır.
Kimsəyə baqi deyildir, mülkü dünya, sim və zər,
Bir xarab olmuş könlü, təmir etməkdir hünər!
114
YEDDİNCİ BÖLMƏ
NAMAZ İSQATI
MEYİT ÜÇÜN İSQAT VƏ DÖVR
“Nur ül-izah” kitabında və “Tahtavi” haşiyəsində və “Haləbi” ilə “Dürr-
ül-muxtar” da namazların qəzası sonunda, “Müntəka”da, “Dürr-ül-müntəka-
da”, “Vikayə”də, “Dürər”də və “Cəvhərə”də və başqa qiymətli kitablarda oru-
cun sonunda vəsiyyət edən meyit üçün isqat və dövr etmək lazım olduğu qeyd
edilmişdir. Məsələn: “Tahtavi” haşiyəsində deyilir ki, tutulmamış orucların fid-
yə verərək isqat edilməsi üçün nass (Ayəti-kərimə və Hədisi-şəriflər) vardır. Na-
maz orucdan daha mühüm olduğundan bir üzr ilə qılına bilinməyən və ya qılmaq
istədiyi halda, ölümcül xəstəliyə tutulmuş birinin qəza etmədiyi namazlar üçün
də orucda edildiyi kimi isqat etmək üçün alimlərin söz birliyi vardır. Namazın
isqatı olmaz deyən cahildir. Çünki məzhəblərin sözbirliyinə qarşı gəlmək
deməkdir. Hədisi-şərifdə, “ Bir kimsə başqası yerinə oruc tuta bilməz və na-
maz qıla bilməz. Lakin onun orucu və namazı üçün kasıbı doyura bilər” bu-
yuruldu. Əhli-sünnət alimlərinin üstünlüklərini anlaya bilməyən və məzhəb
imamlarımızı da özləri kimi “xəyal ilə danışır” hesab edən bəzi kimsələrin, “İs-
lamda isqat və dövr yoxdur. İsqat xristianların günahları təmizləməyə bənzəyir”
kimi şeylər söylədiklərini eşidirik. Onların bu kimi sözləri özlərini təhlükəyə at-
mışdır. Çünki Peyğəmbərimiz “sallallahü aleyhi və səlləm” “ Ümmətim dəlalət
Dostları ilə paylaş: |