Kitabüs-salat namaz kitabi



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə15/17
tarix07.01.2017
ölçüsü1,22 Mb.
#4733
1   ...   9   10   11   12   13   14   15   16   17

üzərində birləşməz” buyurmuşdur. Bu Hədisi-şərif müctəhidlərin söz birliyi ilə 
bildirdikləri  şeylərin,  əlbəttə, doğru olduqlarını göstərir. Onlara inanmayan bu 
Hədisi  şəriflərə inanmamış olur. İbni Abidin vitr namazını anladarkən “Dində 
zəruri olan, yəni cahillərin də bildikləri  «İcma» bilgilərinə inanmayan kimsə 
kafir olar” buyurur. “İcma” alimlərin söz birliyi deməkdir. İsqat günahları təmiz-
ləməyə necə bənzəyə bilər. Keşişlər günahları təmizləyirik deyərək insanları so-
yurlar. Halbuki İslamiyyətdə isqatı din adamları edə bilməz. İsqatı yalnız ölünün 
vəlisi edə bilər və pul din adamlarına deyil, kasıblara verilir.  
Bu gün hər yerdə isqat və dövr işləri İslamiyyətə uyğun edilməməkdədir. 
İslamiyyətdə isqat yoxdur deyənlər belə deməyib, bu gün edilməkdə olan isqat 
və dövrlər  İslamiyyətə uyğun deyil desəydi, çox gözəl olardı. Biz də onları 
dəstəkləyərdik. Belə desəydilər, həm qorxunc bir təhlükəyə düşməkdən 
qurtular, həm də İslamiyyətə xidmət etmiş olardılar. İsqat və dövrlərin dinimizə 
uyğun olaraq necə ediləcəyi aşağıda bildiriləcəkdir. İbni Abidin qəza namazları 
sonunda buyurur: 

 115
 Faitə namazları olan (yəni üzr ilə  qılmadığı namazlar nəzərdə tutulur) bu 
namazları ima ilə qılmağa gücü çatdığı halda, qılmayan, öləcəyi zaman kəffarə-
nin isqatı üçün vəsiyyət etməsi vacibdir. Qəza etməyə gücü çatmamışsa, vəsiyyət 
etməsi lazım olmaz. Ramazanı-şərif ayında oruc yeyən yolçu və ya xəstə qəza et-
mək üçün vaxt tapmayıb ölərsə, vəsiyyət etməsi lazım olmaz. Allahü təala bunla-
rın üzrlərini qəbul edər. Xəstənin kəffarələrinin isqatı öldükdən sonra vəlisi tərə-
findən yerinə yetirilir. Ölümündən əvvəl etmək olmaz. Sağ insanın özü üçün is-
qat etdirməsi caiz deyil. “Cila-ül kulub”da deyilir ki: “Üzərində Allahü təalanın 
haqqı və ya qul haqqı olan adamın iki şahid yanında vəsiyyətini söyləməsi və ya 
yazmış olduğu vəsiyyətini bunlara oxuması vacibdir. Üzərində haqq olmayanın 
vəsiyyət etməsi müstəhəbdir. 
Kəffarə isqatı üçün vəsiyyət edən meyitin vəlisi, yəni mirasını yerlərinə sərf 
etmək üçün vəsiyyət etdiyi adam və varisi olan kimsə mirasın üçdə birindən hər bir 
vaxt namaz üçün və vitr namazı üçün və qəza edilməsi lazım olan bir günlük oruc 
üçün bir fitrə miqdarı, yəni yarım “sa” (beş yüz iyirmi dirhəm və ya min yeddi yüz 
əlli qram) buğdanı kasıblara (yaxud kasıbların nümayəndələrinə) fidyə verir.  
Kəffarə isqatı üçün vəsiyyət etməmişsə, varisin kəffarə isqatı etməsi hənəfi 
məzhəbində lazım olmaz. Şafi məzhəbində vəsiyyət etməsə də, varisin isqat et-
məsi lazımdır. Qul haqqını vəsiyyət olmasa da ölənin buraxdığı malından varisi-
nin ödəməsi Hənəfi məzhəbində də lazımdır. Hətta borc verənlər mirası ələ keçi-
rən kimi məhkəməsiz götürə bilərlər. Qəzaya qalan orucların fidyəsini, yəni mal 
ilə ödənilməsini vəsiyyət etdisə, bunu yerinə yetirmək vacibdir. Çünki İslamiyyət 
əmr etməkdədir. Vəsiyyət etmədisə, namaz fidyəsini vermək vacid deyil caiz 
olur. Bu son ikisi qəbul olmazsa, heç olmazsa sədəqə savabı hasil olub günahla-
rın təmizlənməsinə kömək edər. İmamı Muhamməd belə buyurmuşdur. Məcma-
ul  ənhür-də deyilir ki, nəfsinə və şeytana uyaraq namazını qılmamış, ömrünün 
sonuna doğru buna peşman (olub qılmağa və qəza etməyə başlamış) olanın qəza 
etmədiyi namazlarının isqatının edilməsi üçün vəsiyyət etməsi caiz olmaz deyil-
disə də, bunun caiz olduğu Müstəsfa-da yazılmışdır.  
Cila-ül-kulub-da deyilir ki, qul haqları, ödənilməli borclar, əmanət, qəsb, 
oğurlamaq, ödəniş və bey səbəbi ilə verilənlər, döymək, yaralamaq, haqsız olaraq 
işlətmək kimi bədən haqları  və söymək, məsxərəyə qoymaq, qeybət kimi qəlb 
haqlarıdır.  
Vəsiyyət edən ölənin malının üçdə biri isqat etməyə kifayət edirsə, varisin 
bu mal ilə fidyə verməsi lazımdır. Kifayət etmirsə, varisin üçdə birindən 
artığını qarşılıqlı hədiyyə etməsinin icazə verilməsi Fəth-ul Kadir-də yazılıdır. 
Bunun kimi fərz olan həccin yerinə yetirilməsi üçün vəsiyyət etsə, varisi və ya 
başqa biri həcc pulunu hədiyə verməsinə icazə yoxdur. Ölümündən  əvvəl 
vəsiyyət edə bilməsə, varisi öz pulu ilə isqat etsə  və ya həccə getsə, ölənin 
borcu ödənmiş olar. Varisdən başqasının pulundan icazə yoxdur deyənlər varsa 
da,  “Dürr-ül-Muxtar”  və  “Mərakıl-fəlah”  və  “Cila-ül-kulub”  kitablarının 
sahibləri olar, dedilər.  

 116
Kəffarə isqatı buğda yerinə un və ya min yeddi yüz əlli qram arpa, xurma, 
üzüm ilə də hesablanaraq verilə bilər (Çünki bunlar buğdadan daha qiymətli ol-
duğu üçün kasıba daha faydalıdırlar). Hamısının yerinə qiymətləri qədər qızıl və 
ya gümüş də verilə bilər (Kağız pul ilə isqat edilməz). Səcdəi-tilavət üçün fidyə 
vermək lazım deyil.  
 
 
İSQAT VƏ DÖVR NECƏ YERİNƏ YETİRİLİR 
 
Fidyənin məbləği mirasın üçdə birini aşarsa, varisləri icazə vermədikcə qəy-
yumu üçdə birindən çoxunu sərf edə bilməz. “Kinyə” kitabında deyilir ki, bütün 
ömrünün namazları üçün malının üçdə birinin verilməsini vəsiyyət edən ölünün 
borcu da olsa, borc verən vəsiyyətin yerinə yetirilməsinə icazə versə də, vəsiyyə-
tin yerinə yetirilməsi caiz olmaz. Çünki İslamiyyət hər şeydən əvvəl borcun ödə-
nilməsini  əmr edir. Borcu ödəmək borc verənin razı olması ilə sonraya təxirə 
salmaq olmaz. 
Bütün namazların isqat edilməsi üçün vəsiyyət edənin hansı yaşda olması 
bilinmirsə, qoyduğu mirasın üçdə biri namazlarının isqatına çatmadığı zaman bu 
vəsiyyət caiz olur. Mirasın üçdə biri isqat üçün çatar və artıq qalarsa bu vəsiyyəti 
caiz olmaz, batil olur. Çünki malın üçdə biri isqata çatmadığı zaman üçdə biri ilə 
isqat ediləcək namazların sayı  məlum olduğundan vəsiyyəti bu namazlar üçün 
sahih olar. Geri qalan namazları üçün olan vəsiyyəti ləğv, yəni boş söz olur. Üçdə 
biri çox olduğu zaman ömrü və dolayısı ilə namaz sayı məlum olmadığı üçün və-
siyyəti batil olur.  
Namaz isqatı üçün vəsiyyət edən ölünün heç malı yoxdursa və ya üçdə biri 
vəsiyyətə çatmırsa və ya heç vəsiyyət etməmişsə  və  qəyyumu öz malı ilə isqat 
etmək istəyirsə “Dövr” edər. Lakin dövr etməyə məcbur deyil. Dövr etmək üçün 
qəyyum bir aylıq və ya bir illik isqat üçün lazım olar qızıl pul və ya bilərzik, 
üzük və ya işlənilən gümüş borc alır. Ölü kişidirsə yaşından on iki il, qadındırsa 
doqquz il çıxaraq neçə illik borcu olduğu hesablanar. Bir günlük altı namaz 
üçün on kilo, bir günəş ili üçün üç min altı yüz altmış kilo buğda vermək 
lazımdır. Məsələn, bir kilo buğda yüz səksən qəpik olduğu zaman bir illik namaz 
isqatı altı min beş yüz doxsan səkkiz və ya qısa olaraq altı min altı yüz manat 
olur. Bir qızıl pul (7,7 qramdır) yüz iyirmi manat olduğu zamanbir illik namaz 
isqatı üçün əlli beş və ya ehtiyatlı olaraq altmış qızıl pul lazım olur. Ölünün 
qəyyumu beş qızıl borc alsa və dünyaya düşgün olmayan, dinini bilən və sevən 
bir neçə, məsələn, dörd kasıb tapsa (bunların fitrə verməyəcək və sədəqə alacaq 
qədər kasıb olması lazımdır. Kasıb olmazlarsa, isqat qəbul olunmaz), ölünün 
qəyyumu, yəni vəsiyyət etdiyi adam və ya varislərindən biri və ya bunlardan biri-
nin vəkil etdiyi kimsə “Mərhum ........ əfəndinin isqatı namazı üçün əvəz olaraq 
bu beş qızılı sənə verdim” deyərək beş qızılı birinci kasıba sədəqə niyyət edərək 
verir. Sonra kasıb, “aldım, qəbul etdim, sənə hədiyyə etdim” deyərək bunu varisə 

 117
və ya varisin vəkilinə hədiyyə edər və varis təslim alar. Sonra yenə buna və ya 
ikinci kasıba verər və hədiyyə olaraq ondan təslim alar. Beləliklə də, eyni kasıba 
dörd dəfə  və ya dörd kasıba bir dəfə verib-almaqla bir dövr olur. Bir dövrdə 
iyirmi qızıllıq namaz kəffarəsi isqat edilmiş olur. Ölü kişi və altmış yaşındadırsa, 
qırx səkkiz illik namaz üçün 48 x 60 = 2880 qızıl vermək lazım olur. Bunun üçün 
də 2880 : 20 = 144 dəfə dövr edər. Qızılın miqdarı ondursa, 72 dövr; qızılın miq-
darı iyirmidirsə, 36 dövr edər. Kasıbın miqdarı on və qızılın miqdarı da ondursa, 
48 illik namaz kəffarəsinin isqatı üçün iyirmi doqquz dövr edər. Çünki: 
Namaz qılmadığı illər X bir illik qızılın miqdarı = kasıb miqdarı X dövr 
edən qızılın miqdarı X dövr sayı. Misalımızda təxmini olaraq:  
48 x 60 = 4 x 5 x 144 = 4 x 10 x 72 = 4 x 20 x 36 = 10 x 10 x 29 
Görünür ki, namaz isqatında dövr sayını tapmaq üçün bir illik qızılın sayı ilə 
ölünün namaz borcu vurulur. Ayrıca olaraq dövr olunan qızılın miqdarı ilə 
kasıb miqdarı da vurulur. Birinci vurma ikinci vurmaya bölünür. Bölmə dövr 
sayı olur. Buğdanın və qızılın kağız pul dəyərləri hər zaman təxmini olaraq eyni 
nisbətdə dəyişməkdədir. Yəni qızılın dəyəri ilə buğdanın dəyəri hər zaman birlikdə 
azalmaqda və ya artmaqdadır. Bu baxımdan isqat üçün bir illik buğda miqdarı 
dəyişmədiyi kimi bir illik qızıl miqdarı da, yəni yuxarıda tapdığımız altmış qızıl da 
təxminən eynidir. Bunun üçün isqat hesabında hər zaman ehtiyatlı olaraq: 
Bir aylıq namaz isqatı beş qızıldır. 
Bir aylıq Ramazan orucu isqatı bir qızıldır 
qəbul edilməkdədir. Dövr edilən qızıl miqdarı və dövr sayı buradan tapılır.  
Namaz isqatı qurtardıqdan sonra tutulmayan, qəza edilməsi lazım olan oruc-
ların isqatı üçün beş  qızıl dörd kasıba üç dəfə dövr edilir. Çünki bir illik, yəni 
otuz günlük oruc kəffarə isqatı əlli iki yarım kilo buğda və ya 5,25 qram qızıl, 
0,73 ədəd qızıl pul təşkil edir. Görünür ki, Hənəfi məzhəbində bir qızıl bir illik 
oruc kəffarəsini isqat edər  və qırx səkkiz il üçün qırx səkkiz qızıl vermək la-
zımdır. Beş qızıl ilə dörd kasıba bir dövr edəndə, iyirmi qızıl verilmiş sayılır. Qə-
za edilməsi lazım olan orucların isqatı edildikdən sonra zəkatı üçün sonra qurban 
üçün bir neçə dövr edilir.  
Bir andiçmə kəffarəsi üçün hər gün on kasıb və üzrsüz pozulub kəffarə la-
zım olan bir günlük oruc kəffarəsi üçün bir gündə altmış kasıb lazımdır və bir ka-
sıba bir gündə yarım sa buğdadan artıq verilməz. O halda andiçmə və oruc kəffa-
rəsi üçün bir gündə dövr edilməz. Andiçmə vəsiyyəti varsa, bir andiçmə üçün bir 
gündə on kasıbın hər birinə iki kilo buğda və ya un və ya bu dəyərdə hər hansı 
bir mal, qızıl, gümüş verilər. Bunları bir kasıba on gün ard-arda vermək də olar. 
Yaxud bir kasıba kağız pul verib, “səni vəkil elədim. Bu pul ilə hər gün sabah və 
axşam olmaqla iki dəfə on gün qarnını doyduracaqsan!” deməlidir. Qarnını belə 
on gün doydurmayıb, qəhvə, qəzet pulu etsə caiz olmaz. Ən yaxşısı bir aşpaz ilə 
bazarlıq edib on günlük pulu aşpaza verib, kasıb bu aşpaz da hər gün səhər və ax-
şam olmaqla iki dəfə qarnını doyurmalıdır. Niyyət etdikdən sonra pozulan oruc 
və zihar kəffarələri də bu cür olub bu ikisində bir günün kəffarəsi üçün altmış ka-

 118
sıba bir gün və ya bir kasıba altmış gün yarım “sa” buğda və ya bu dəyərdə başqa 
mal vermək və ya hər gün iki dəfə doydurmaq lazımdır.  
Vəsiyyət edilməyən zəkat üçün isqat etmək lazım deyildir. Varisin zəkat 
isqatı üçün özündən dövr edə bilməsi üçün fətva verilmişdir.  
Dövr edərkən qəyyum qızılları kasıblara hər verəndə namaz və oruc üçün 
niyyət etməlidir. Kasıb da geri qaytararkən hədiyyə etdim deməli, qəyyum da 
təslim aldım deməlidir. Qəyyum isqat edə bilməyəcək vəziyyətdədirsə, ölünün 
isqatını edə bilmək üçün birini vəkil edər, isqatları və dövrü bir vəkil edər.  
İmamı Birgivinin “Vəsiyyətnamə”  kitabında və bunun Kadızadə  Əhməd 
əfəndi şərhində deyilir ki, kasıbların nisaba malik olmaması şərtdir. Ölünün qo-
humundan olması caizdir. Kasıba verərkən, “Filan adamın filan qədər namazının 
isqatı üçün bunu sənə verdim” deməsi lazımdır. Kasıb da “qəbul etdim” deməli-
dir və  qızılları alanda bunun özünkü olduğunu bilməlidir. Bilməsə,  əvvəlcədən 
öyrətmək lazımdır. Bu kasıb da lütf edib öz istəyi ilə “filan adamın namazlarını 
isqatı üçün əvəz olaraq bunu sənə verdim” deyərək başqa kasıba verir. O kasıb da 
alıb “qəbul etdim” deməlidir. Alanda öz mülkü olduğunu bilməlidir. Əmanət hə-
diyyə kimi alarsa, dövr qəbul olunmaz. Bu ikinci kasıb “aldım, qəbul etdim” de-
dikdən sonra “eyni qayda ilə sənə verdim” deyərək üçüncü kasıba verir. Beləcə, 
namaz, oruc, zəkat, qurban, fitr sədəqəsi, nəzr və qul haqları, heyvan haqları 
üçün dövr etməlidir. Andiçmə və oruc kəffarələri üçün dövr etmək caiz deyil.  
Ondan sonra qızıllar hansı kasıbda qalarsa, lütf edib arzusu və razılığı ilə 
qəyyuma hədiyyə edər. Qəyyum aldım, qəbul etdim, deyər. Əgər hədiyyə etməz-
sə, öz malı sayılır, güclə alına bilməz. Qəyyum bir qədər qızılı və ya kağız pulu 
və ya ölünün əşyasından bu kasıba verib bu sədəqə savabını da ölünün ruhuna 
hədiyyə edə bilər. Borcu olan kasıb və yetkinlik yaşına çatmayan uşaq dövr et-
məyə qatılmamalıdır. Çünki əlinə keçən qızıllar ilə borcunu ödəməsi fərz olur. 
Bu fərzi yerinə yetirməyib qızılları ölünün kəffarəsi üçün yanındakı kasıba verməsi 
caiz olmaz. Dövr qəbul olarsa da özü heç savab qazanmaz. Hətta günaha girər.  
Malı olmayan ölü dövr edilməsini vəsiyyət edərsə, qəyyumun dövr etməsi 
vacib olmaz. Ölünün kəffarələrini isqat edəcək qədər malının hamısını, mirasın 
üçdə birini aşmamaq şərtilə vəsiyyət etməsi vacib olur. Beləcə dövrə ehtiyac ol-
madan isqat edilir. Üçdə biri isqata çatdığı halda, üçdə birindən az malın dövr 
edilməsini vəsiyyət edərsə günaha girər. İbni Abidin beşinci cild, iki yüz yetmiş 
üçüncü səhifədə buyurur ki, “kiçik uşaqları olan və ya kasıb olub mirasa möhtac 
olduğu halda, yetkin övladları saleh olan xəstənin nafilə olan xeyrat və yaxşılıq-
ları vəsiyyət etməyib malını saleh övladlarına qoyması daha yaxşıdır. “Bezzazi-
yə”də hədiyyə açıqlandığı zaman deyilir ki, malı xeyirli işlərə sərf edib günahkar 
övlada miras qoyulmamalıdır. Çünki günaha kömək etmiş olur. Günahkar övlada 
da ehtiyacdan artıq mal verilməməlidir.  
Çoxlu sayda namaz, oruc, zəkat, qurban və andiçmə borcları olub, bunlar 
üçün mirasın üçdə birindən az bir malın dövr edilməsini və artıq qalan mal ilə 
Qurani-Kərim, xətmi-təhlil və mövlud oxutmasını  vəsiyyət etmək caiz deyil. 

 119
Bunları oxumaq üçün pul verən və alan günaha girər. Qurani-Kərim öyrətmək 
üçün pul alıb-vermək caizdir. Oxumaq üçün caiz deyil.  
Ölünün borclu olduğu namazları, orucları varisləri və hər hansı birinin qəza 
etməsi caiz deyildir. Lakin nafilə namaz qılıb, oruc tutub savabını ölünün ruhuna 
hədiyyə etmək caiz və yaxşı olar.  
Ölünün borcu olan həccini vəsiyyət etdiyi adamın qəza etməsi caiz olar. 
Yəni ölünü borcdan qurtarar. Çünki həcc həm bədən ilə, həm də mal ilə yerinə 
yetirilən ibadətdir. Nafilə  həcc başqasının yerinə  hər vaxt yerinə yetirilir. Fərz 
olan həcc isə ölənə qədər həccə gedə bilməyənin yerinə vəkili tərəfindən yerinə 
yetirilir.  
“Məcmaul-ənhür”-də  və  “Dürr-ül-müntəka”da deyilir ki, ölünün isqatı 
dəfndən əvvəl edilməlidir. Dəfndən sonra da caiz olduğu “Kuhistani”də yazılıb.  
Ölü üçün namaz, oruc, zəkat, qurban kəffarələrinin isqatında bir kasıba 
nisabdan artıq verilə bilər. Hətta qızılların hamısı bir kasıba verilə bilər.  
Ölüm xəstəsinin qılmadığı namazlarının fidyəsini verməsi caiz deyil. Oruc 
tuta bilməyəcək qədər qoca olanın tuta bilmədiyi orucların fidyəsini verməsi caiz-
dir. Xəstənin namazlarını başı ilə ima edərək qılması lazımdır. Bu cür ima ilə bir 
gündən artıq namaz qıla bilməyən xəstənin qılmadığı namazları bağışlanır. Yaxşı 
olduqdan sonra bunların qəza etməsi lazım olmaz. Tuta bilmədiyi orucları yaxşı 
olduqdan sonra tutması lazımdır. Yaxşı olmadan ölərsə, bu orucları bağışlanar.  
 
  
 
 
 
 
 
 
 
 
 

 120
 
 
SƏKKİZİNCİ BÖLMƏ 
 
 
OTUZ İKİ VƏ ƏLLİ DÖRD FƏRZ 
 
Bir uşaq yetkin olduğu zaman və bir kafir “Kəlmeyi-təvhid” söyləsə, yəni “Lə 
ilahə illəllah Muhammədün rəsulullah” desə  və bunun mənasını bilib inansa, 
Müsəlman” olar. Kafirin günahlarının hamısı  dərhal bağışlanar. Lakin bunların 
hər müsəlman kimi imkan tapınca imanın altı şərtini, yəni “Aməntü”nü əzbərləmə-
ləri və  mənasını öyrənərək bunlara inanmaları  və  “İslamiyyətin hamısını, yəni 
Muhamməd-əleyhissəlamın söylədiyi  əmrlərin və qadağanların hamısını Allahü 
təalanın bildirmiş olduğuna inandım” demələri lazımdır. Daha sonra imkan tapdıqca 
bütün xasiyyətlərin və qarşılaşdığı işlərdən fərz olanları, yəni əmr olunanları və ha-
ram olanları, qadağan edilmiş olanları öyrənməsi də fərzdir. Bunları öyrənmənin və 
fərzləri yerinə yetirmənin, haramlardan çəkinmənin fərz olduğunu inkar edərsə, yəni 
inanmazsa imanı gedər. Bu öyrəndiklərindən birini bəyənməzsə, qəbul etməzsə 
mürtəd olar. Mürtəd, “Lə ilahə illallah” deməklə və İslamiyyətin bəzi əmrlərini ye-
rinə yetirməklə, məsələn namaz qılmaqla, oruc tutmaqla, həccə getməklə, xeyir və 
gözəl iş görməklə müsəlman olmaz. Bu yaxşılıqlarının axirətdə heç bir faydasını 
görməz. İnkarından, yəni inanmadığı şeydən tövbə etməsi, peşman olması lazımdır.  
İslam alimləri hər müsəlmanın öyrənməsi, inanması və tabe olması lazım olan 
fərzlərdən 32 və ayrıca 54 ədədini seçmişdirlər.  
 
OTUZ İKİ FƏRZ 
İmanın şərti: Altı (6)  
İslamın şərti: Beş (5)  
Namazın fərzi: On iki (12)  
Dəstəmazın fərzi: Dörd (4)  
Qüslün fərzi: Üç (3)  
Təyəmmümün fərzi: İki (2)  
Təyəmmümün fərzinə üç deyənlər də vardır. O zaman hamısı otuz üç fərz olar.  
 
İMANIN ŞƏRTLƏRİ (6) 
1. Allahü təalanın varlığına və birliyinə inanmaq.  
2. Mələklərinə inanmaq.  
3. Allahü təalanın endirdiyi kitablarına inanmaq.  
4. Allahü təalanın Peyğəmbərlərinə inanmaq.  
5. Axirət gününə inanmaq.  
6. Təqdirə, yəni xeyir və şərlərin (yaxşılıq və yamanlıqların) Allahü təaladan 
olduğuna inanmaq.  

 121
İSLAMIN ŞƏRTLƏRI (5) 
7. Kəlmeyi-şəhadət gətirmək.  
8. Hər gün beş dəfə vaxtı gələndə namaz qılmaq.  
9. Malın zəkatını vermək.  
10. Ramazan aynda hər gün oruc tutmaq.  
11. Gücü çatanın ömründə bir dəfə həccə getməsidir.  
 
NAMAZIN FƏRZLƏRI (12) 
A) Xaricindəki fərzləri yeddidir. Bunlara şərtləri də deyilir.  
12 Hadəsdən təharət. (Qüsl və dəstəmaz almaq) 
13. Nəcasətdən təharət (Nəcasətlərdən təmizlənmək).  
14. Sətri övrət (Övrət yerlərini örtmək) 
15. İstiqbali Qiblə (Kəbə istiqamətinə dönmək) 
16. Vaxt  
17. Niyyət  
18. Iftitah və ya Tahrimə Təkbiri.  
B) İçindəki fərzləri beşdir. Bunlara rükn deyilir.  
19. Kıyam.  
20. Qiraət.  
21. Rükü.  
22. Səcdə.  
23. Qadəi axirə.  
 
DƏSTƏMAZIN FƏRZLƏRI (4) 
24. Dəstəmaz alarkən üzü yumaq.  
25. Əlləri dirsəkləri ilə birlikdə yumaq.  
26. Başın dörddə birini məsh etmək.  
27. Ayaqları topuqları ilə birlikdə yumaq.  
 
QÜSLÜN FƏRZLƏRI (3) 
28. Ağzı yumaq (yaxalama).  
29. Burnu yumaq (suya çəkmə)  
30. Bütün bədəni yumaq.  
 
TƏYƏMMÜMÜN FƏRZLƏRI (2) 
31. Cünüblükdən (qüslsüzlükdən) və ya dəstəmazsızlıqdan təmizlənmək üçün 
niyyət etmək.  
32. İki əli təmiz torpağa vurub, üzü məsh etmək və təkrar iki əli təmiz torpağa 
vurub, hər iki qolu dirsəkdən ovuca qədər sürtmək.  
 
ƏLLİ DÖRD FƏRZ 
1. Allahü təalanın bir olduğuna inanmaq.  

 122
2. Halal yemək və içmək.  
3. Dəstəmaz almaq.  
4. Beş vaxt namaz qılmaq.  
5. Cünüblükdən qüsl etmək.  
6. Ruzinin Allahü təaladan olduğuna inanmaq.  
7. Halal, təmiz paltar geyinmək.  
8. Allaha təvəkkül etmək.  
9. Qənaət etmək.  
10. Nemətlərinin müqabilində Allahü təalaya şükr etmək.  
11. Qəzaya razı olmaq.  
12. Bəlalara səbir etmək.  
13. Günahlardan tövbə etmək.  
14. Allah rızası üçün ibadət etmək.  
15. Şeytanı düşmən bilmək.  
16. Qurani-Kərimin hökmünə razı olmaq.  
17. Ölümü haqq bilmək.  
18. Allahın dostlarına dost, düşmənlərinə düşmən olmaq.  
19. Ataya və anaya yaxşılıq etmək.  
20. Əmrləri təbliğ və qadağalardan çəkindirmək.  
21. Qohumları ziyarət etmək.  
22. Əmanətə xəyanət etməmək.  
23. Daima Allahü təaladan qorxub, qüruru (ərköyünlüyü, azğınlığı) tərk etmək.  
24. Allaha və Rəsuluna itaət etmək.  
25. Günahdan çəkinib, ibadətlərlə məşğul olmaq.  
26. Müsəlman əmrlərə itaət etmək.  
27. Aləmə ibrət nəzəri ilə baxmaq.  
28. Allahü təalanın varlığını təfəkkür etmək.  
29. Dilini əxlaqsız kəlmələrdən qorumaq.  
30. Qəlbini təmiz saxlamaq.  
31. Heç kəsi lağa qoymamaq.  
32. Harama baxmamaq.  
33. Hər bir halda sözündə sadiq olmaq.  
34. Qulağını töhmət dinləməkdən qorumaq.  
35. Elm öyrənmək.  
36. Tərəzi və ölçü alətlərini haqq üzrə istifadə etmək.  
37. Allahın əzabından əmin olmayıb, daima qorxmaq.  
38. Müsəlman kasıblara zəkat vermək və yardım etmək.  
39. Allahın rəhmətindən ümid kəsməmək.  
40. Nəfsinin istəklərinə tabe olmamaq.  
41. Allah rızası üçün yemək yedizdirmək.  
42. Kifayət qədər ruzi qazanmaq üçün çalışmaq.  
43. Malının zəkatını, məhsulun uşrunu vermək.  

 123
44. Adətli və nifaslı olan xanımına yaxın olmamaq.  
45. Qəlbini günahlardan təmizləmək.  
46. Kibrli olmaqdan çəkinmək.  
47. Yetkin olmamış yetimin malını hifz etmək (qorumaq).  
48. Gənc oğlanlara yaxın olmamaq.  
49. Beş vaxt namazı vaxtında qılıb, qəzaya buraxmamaq.  
50. Zülmlə kimsənin malını yeməmək.  
51. Allahü təalaya şərik qoşmamaq.  
52. Zinadan çəkinmək.  
53. Şərabı və alkoqollu içkiləri içməmək.  
54. Yalan yerə and içməmək.  
 
 
KÜFR MÖVZUSU 
 
 Pis şeylərin ən pisi Allahü təalaya inanmamaq, ateist olmaqdır. İnanılması la-
zım olan şeyə inanmamaq küfr olar. Muhamməd  əleyhissəlama inanmamaq küfr 
olar. Muhamməd-əleyhissəlamın Allahü təaladan gətirib bildirdiyi şeylərin hamısı-
na qəlb ilə inanıb, dil ilə də təsdiq etməyə, söyləməyə “İMAN” deyilir. Söyləməyə 
mane olduğu zaman, söyləməmək əfv olar. İmanın olması üçün islamiyyətin küfr 
olaraq bildirdiyi şeyləri söyləməkdən və istifadə etməkdən çəkinmək də lazımdır. 
İslamiyyətin əhkamından, yəni islamiyyətin əmr və qadağanlarından birini əhəmiy-
yətsiz görmək, Qurani-Kərim ilə, mələk ilə, Peyğəmbərlərdən biri ilə “aləyhimüs-
saləvatü vəttəslimat” lağ etmək küfr əlamətlərindəndir. İnkar etmək, yəni eşitdik-
dən sonra inanmamaq təsdiq etməmək deməkdir. Şübhə etmək də inkar sayılır.  
 
Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin