fizə etməzsə, nur və burhan olmaz və nicat tapmaz. Karun, Firon, Haman və
Übey bin Haləf ilə birlikdə olar.”
Görünür ki, bir kimsə namazı fərzlərinə, vaciblərinə, sünnətlərinə və ədəblərinə
uyğun olaraq qılarsa, bu namaz qiyamətdə nur içində olmasına səbəb olar. Belə na-
maz qılmağa davam etməzsə, qiyamət günü adı keçən kafirlərlə bərabər olar. Yəni
Cəhənnəmdə şiddətli əzab çəkər. Übey bin Haləf, Məkkə kafirlərinin azğınlarından
idi. Uhud savaşında, Rəsulullah “sallallahü aləyhi və səlləm” mübarək əli ilə onu Cə-
hənnəmə göndərdi. Bu Hədisi-şərifi, imamı Əhməd, Beyhəki ilə Darimi bildirmişdir.
13. Tabeinin böyüklərindən Abdüllah bin Sakik deyir ki, “Əshabə-i kiram
“radıyallahü anhüm” ibadətlər içində yalnız namazı tərk etmənin küfr olduğunu
söylədilər”. Bunu Tirmüzi bildirdi. Abdüllah bin Şakik, Ömərdən, Əlidən, Osman-
dan və Aişədən “radıyallahü anhüm” Hədisi-şəriflər rəvayət etmişdir. Hicrətin 108-
ci ilində vəfat etmişdir.
14. Əbüddərda “radıyallahü anh” deyir ki, çox sevdiyim biri mənə dedi ki,
“Parça-parça parçalansan, atəşdə yandırılsan belə, Allahü təalaya heç bir şeyi
şərik qoşma! Fərz namazlarını tərk etmə! Fərz namazlarını bilə-bilə tərk
edən, müsəlmanlıqdan çıxar. Şərab içmə! Şərab bütün pisliklərin açarıdır”.
Bu Hədisi-şərifi İbni Macə bildirdi. Görünür ki fərz namazlara diqqət etməyib tərk
edən, kafir olar. Tənbəlliklə tərk edən kafir olmaz isə də, böyük günah olar. İsla-
miyyətin bildirdiyi beş üzrdən biri ilə tərk etmək günah deyildir. Şərab və spirtli
içkilərin hamısı ağlı aparar. Ağlı olmayan hər yamanlığı edə bilər.
15. Əli “radıyallahü anh” xəbər verir. Rəsulullah “sallallahü aleyhi və səlləm”
buyurdu ki, “Ey Əli! Üç şeyi etməyi gecikdirmə: Vaxtı gələn kimi dərhal namazı
qıl! Cənazə hazırlanan kimi dərhal namazını qıl! Bir qızın küfvünü (bərabər, tay)
tapan kimi tez evləndir. Bu hədisi-şərifi Tirmüzi “rahimə-hullahü-təalə” bildirdi.
Cənazə namazını gecikdirməmək üçün məkruh olan üç vaxtda da qılınmalıdır.
[Görünür ki, qadını, qızı küfvünə, yəni tayına vermək lazımdır. Küfv demək,
varlı olmaq, gəliri çox olmaq demək deyildir. Küfv olmaq, kişinin saleh müsəlman
olması, Əhli-sünnət etiqadında olması, namaz qılması, içki içməməsi, yəni islamiy-
yətə tabe olması və nafaka (ailənin ehtiyacları) qazanacaq qədər iş-güc sahibi olması
deməkdir. Kişinin ancaq varlı olmasını, var-dövlət sahibi olmasını istəyənlər qızları-
nı fəlakətə, Cəhənnəmə atmış olurlar. Qızın da namaz qılması, başı, qolu açıq küçə-
yə çıxmaması, məhrəm olmayan qohumu ilə belə tək qalmaması lazımdır.]
16. Abdullah ibni Ömər “radıyallahü anhüma” xəbər verir. Rəsulullah “sallal-
lahü aləyhi və səlləm” buyurdu ki, “Namazlarını vaxtları gəlincə dərhal qılan-
lardan Allahü təala razı olar. Vaxtlarının sonunda qılanları da əfv edər”. Bu
Hədisi-şərifi Tirmüzi “rahimə-hullahü-təalə” bildirdi.
101
Şafii və hənbəlidə hər namazı vaxtının əvvəlində qılmaq yaxşıdır. Maliki məz-
həbi də buna yaxındır. Ancaq çox istidə tək qılanın zöhrü gecikdirməsi yaxşı olar.
Hənəfi məzhəbində də sübh və işa namazlarını gecikdirmək və isti vaxtlarda zöhrü
havanın sərinlənən vaxtlarında qılmaq daha yaxşıdır. (Lakin zöhrü imameyn (iki
imam) qavlinə görə əsr vaxtı girmədən, əsri və işanı da imamı-azama görə vaxtı girən
kimi qılmaq yaxşı olar, ehtiyatlı olar. Təqva əhli olanlar hər işində ehtiyatlı olurlar.
17. Ümmi Fərvə “radıyallahü anhə” xəbər verir. Rəsulullaha “sallallahü aləy-
hi və səlləm” hansı əməlin üstün olduğu soruşuldu. “ Əməllərin üstünü vaxtının
əvvəlində qılınan namazdır” buyurdu. Bu Hədisi-şərifi, imamı Əhməd, Tirmizi
və Əbu Davud bildirdilər. Namaz ibadətlərin ən üstünüdür. Vaxtı girər-girməz qı-
lınca, daha üstün olur.
18. Aişə “radıyallahü anhə” deyir ki, “Rəsulullahin namazını axır vaxtında
qıldığını, iki dəfə görmədim”. Yəni bütün ömründə, bir dəfə, bir namazı vaxtının
sonunda qılmışdır.
19. Ümmi Habibə “radıyallahü anhə” xəbər verir. Rəsulullah “sallahü aleyhi
və səlləm” buyurdu ki, “Bir müsəlman qul hər gün fərz namazlardan başqa on
iki rəkat tətavvu olaraq namaz qılarsa, Allahü təala ona Cənnətdə bir köşk
verər.” Bu hədisi-şərif “Müslim”də yazılmışdır. Görünür ki, hər gün beş vaxt fərz
ilə qılınan sünnət namazlara Rəsulullah “sallahü aleyhi və səlləm” tətavvu, yəni na-
filə namaz deməkdədir.
20. Tabinin böyüklərindən Abdullah bin Şakin “rahimə-hullahü-təalə” deyir ki,
Rəsulullah “sallahü aleyhi və səlləm” tətavvu namazlarını, yəni nafilə namazlarını
həzrəti Aişədən “radıyallahü anhə” soruşdum, ”Zöhr fərzindən əvvəl dörd, sonra iki,
şamın və işanın fərzlərindən sonra iki, sübh namazlarının fərzindən əvvəl rəkat qılar-
dı”-dedi. Bu xəbəri Müslim və Əbu Davud “rahimə-hümallahü-təalə” bildirdilər.
21. Aişə “radıyallahü anhə” dedi ki, “Rəsulullahın “sallallahü aləyhi və səlləm”
nafilə ibadətlərdən ən çox davam etdiyi, sabah namazının sünnəti idi”. Bu xəbər həm
“ Buxari”də, həm də “Müslim”də yazılıdır. Görünür ki, Aişə “radıyallahü anhə”, beş
vaxt namazın fərzləri ilə bərabər qılınan sünnət namazlara, nafilə namaz deməkdədir.
[Böyük islam alimi, Allah adamlarının öndəri, yolunu azmışlara, məzhəbsiz-
lərə qarşı Əhli-sünnətin ən qüvvətli himayəçisi, Allahü təalanın seçdiyi çox sevdiyi
dini yayan, bidətləri yıxan böyük mücahid, İmam-i Rabbani mücəddid-i əlf-i sani
Əhməd bin Abdül-əhad Faruki Sərhəndi “rahmətullahi aleyh”, islam dinində bir
bənzəri yazılmayan, “ Məktubat” kitabının birinci cildi, 29-cu məktubunda buyu-
rur ki: “Allahü təalanın razı olduğu işlər, fərzlər və nafilələrdir. Fərzlərin yanında
nafilələrin heç qiymətləri yoxdur. Bir fərzi vaxtında qılmaq min il dayanmadan na-
filə ibadət etməkdən daha qiymətlidir. Hər növ nafilə, məsələn namaz, zəkat, oruc,
zikr, fikr həmişə belədir. Hətta bir fərzi yerinə yetirərkən bunun sünnətlərindən bir
sünnəti və ədəblərindən bir ədəbi etmək də başqa nafilələri etməkdən qat-qat daha
qiymətlidir. Əmir-ül-möminin Ömər-ül-Faruq “radıyallahü anh” bir gün sabah na-
mazını qıldırdıqdan sonra camaat arasında bir nəfəri görməyib səbəbini soruşduq-
da, o hər gecə nafilə ibadət edir, bəlkə yatmış, camaata gələ bilməmişdir, dedilər. “
102
Kaş bütün gecəni yatıb, sübh namazını camaat ilə qılsaydı daha yaxşı olardı” bu-
yurdu. Görünür ki, bir fərzi yerinə yetirərkən ədəblərindən bir ədəbi etmək və bir
məkruhundan çəkinmək, zikr, fikr və mürakəbədən qat-qat daha qiymətlidir. Bəli,
bunlar o ədəbləri etməklə və məkruhlardan çəkinməklə bərabər edilərsə, əlbəttə
çox faydalı olar. Lakin onlarsız olunca, bir şeyə yaramazlar. Bunun üçün bir lirə
zəkat vermək, minlərcə lirə nafilə sədəqə verməkdən daha yaxşıdır. O bir lirəni ve-
rərkən bir ədəbinə diqqət edərək, məsələn, yaxın əqrəbaya vermək də o nafilə sədə-
qədən qat-qat daha yaxşıdır.” (Gecə namazı qılmaq istəyənlərin qəza namazı qılma-
ları lazım olduğu buradan aydın olur. Allahü təalanın əmrlərinə “fərz”, qadağaları-
na “haram”, Peyğəmbərimizin əmrlərinə “sünnət”, qadağalarına “məkruh”, bun-
ların hamısına “Əhkamı-islamıyyə” deyilir. Tənbəllik edərək əhkamı-islamiyyəyə
tabe olmayan müsəlmana “fasiq” deyilir. Bir fərzə, bir harama riayət etməyən fa-
siq Cəhənnəmə gedəcəkdir. Bunun etdiklərinin heç biri və sünnətləri qəbul olmaz,
savab verilməz. Bir manat zəkat verməyənin milyonlar verərək etdiyi xeyir və fay-
dalı işlərin heç biri qəbul olunmaz. Tikdirdiyi məscidlərə, məktəblərə, xəstəxana-
lara xeyr cəmiyyətlərinə etdiyi yardımlara savab verilməz. İşa namazı qılmayanın
təravih namazı qəbul olunmaz. Fərzlərdən və vaciblərdən başqa edilən ibadətlərə
“Nafilə” deyilir. Sünnətlər nafilə ibadətlərdir. Bir tərifə görə qəza namazları qılan
sünnət də qılmış sayılır. Bir fərzi yerinə yetirməyin, bir haramdan çəkinməyin sa-
vabı milyonlarla nafilə savabından çoxdur. Bir fərzi yerinə yetirməyən, bir haramı
işləyən Cəhənnəmdə yanacaq. Nafilə ibadətləri onu Cəhənnəmdən qurtara bilməz.
İbadətlərdə edilmən dəyişikliklərə “bidət” deyilir. İbadət edərkən bidət işləmək
haramdır və ibadətin pozulmasına səbəb olur. Hədisi-şərifdə “bidət işləyənin heç
bir ibadəti qəbul olunmaz” buyuruldu. Fasiqin, məsələn xanımı, qızı təsəttürə ria-
yət etməyənin və bidət sahibinin, məsələn ibadətlərdə mikrofon istifadə edənin ar-
xasında namaz qılmamaq, moizələrini, din üzərində uydurma nitqlərini dinləmə-
mək və kitablarını oxumamaq lazımdır. Dosta da, düşmənə də gülər üz, şirin dil
göstərməli, heç kəslə münaqişə etməməlidir. Hədisi-şərifdə “axmağa cavab veril-
məz” buyuruldu. İbadətlər qəlbin təmizliyini artırır. Günahlar qəlbi qaraldır, feyz-
ləri ala bilmir. Hər müsəlmanın imanın şərtlərini, fərzləri və haramları öyrənməsi
fərzdir. Bilməməsi üzr deyil. Yəni bilib inanmamaq kimidir. ] “ Məktubat” kitabı
farscadır. Tərcüməsi burada tamam oldu. İmamı Rabbani həzrətləri 1034-cü (m.
1624) ildə Hindistanda, Sərhənd şəhərində vəfat etdi.
NAMAZIN HƏQİQƏTİ
Böyük islam alimi Abdüllahi Dəhləvi “rahmətullahi aleyh” “Məkatibi şərifə”
kitabının 85-ci məktubunda buyurur ki:
“Namazı camaat ilə qılmaq və “Tümaninət” ilə qılmaq, rüküdən sonra “ Kav-
mə” etmək və iki səcdə arasında “ Cəlsə” etmək, bizlərə Allahın Peyğəmbəri tərə-
findən bildirildi. Kavmənin və cəlsənin fərz olduğunu bildirən alimlər vardır. Hə-
103
nəfi məzhəbinin müftülərindən “Kadixan” bu ikisinin vacib olduğunu, ikisindən
birini unudunca “Səcdəi-səhv” etmək vacib olduğunu və bilərək etməyənin namazı
təkrar qılmasını bildirmişdir. Müəkkəd sünnət olduqlarını bildirənlər də vacibə ya-
xın sünnət demişdirlər. Sünnətə əhəmiyyət verməyərək tərk etmək küfrdür. Nama-
zın kıyamında, rüküsunda, kavməsində, cəlsəsində, səcdələrində və oturulduğu za-
manında ayrı-ayrı, başqa-başqa keyfiyyətlər, hallar hasil olar. Bütün ibadətlər na-
maz içində toplanmışdır. Qurani-Kərim oxumaq, təsbeh söyləmək [yəni sübhanallah
demək], Rəsulullaha salavat söyləmək və günahlara istigfar etmək və ehtiyacları
yalnız Allahü təaladan istəyərək Ona dua etmək namaz içində toplanmışdır. Agac-
lar, otlar namazda durulan kimi dik dururlar. Heyvanlar rükü vəziyyətində, cansızlar
da namazda “Qadə”də oturan kimi yerə sərilmişdilər. Namaz qılan bunların ibadət-
lərinin hamısını edir. Namaz qılmaq mirac gecəsi fərz oldu. O gecə mirac etməklə
şərəflənən Allahın sevgili Peyğəmbərinə uymağı düşünərək namaz qılan hər bir mü-
səlman O uca Peyğəmbər kimi Allahü təalaya yaxınlaşdıran məqamlarda yüksəlir.
Allahü təalaya və Onun Rəsuluna qarşı ədəbi riayət edərək hüzur ilə namaz qılanlar
bu mərtəbələrə yüksəldiklərini anlayarlar. Allahü təala və Onun Peyğəmbəri bu üm-
mətə mərhəmət edərək böyük ehsan etmişdilər, namaz qılmağı fərz etmişdilər. Bu-
nun üçün Rəbbimizə həmd və şükr olsun! Onun sevgili Peyğəmbərinə salavat və tə-
hiyyat və dualar edirik! Namaz qılarkən hasil olan səfa və hüzur təəccüblü şeydir.
Üstadım [Mazhər-i Can-ı Canan] buyurdu ki, “Namaz qılarkən Allahü təalanı gör-
mək mümkün deyil isə də, görür kimi bir hal hasil olur”. Bu halın hasil olduğunu tə-
səvvüf böyükləri söz birliyi ilə bildirmişdilər. İslamiyyətin başlanğıcında namaz
Qüdsə qarşı qılınırdı. Beyt-ül-müqəddəsə qarşı qılmağı buraxıb, İbrahim-əleyhissə-
lamın qibləsinə dönmək əmr olunduğu zaman Mədinədəki yəhudilər hirsləndilər.
“Beyt-ül-müqəddəsə qarşı qılmış olduğunuz namazlar nə olacaq?” dedilər. Bəqara
surəsinin 143-cü ayəti-kəriməsi gələrək, “Allahü təala imanlarınızı zay etməz!”
buyuruldu. Namazların qarşılıqsız qalmayacaqları bildirildi. Namaz iman kəlməsi
ilə bildirildi. Bundan anlaşılır ki, namazı sünnətə uyğun olaraq qılmamaq İmanı zay
etmək olar. Rəsulullah əfəndimiz “sallAllahü təala aləyhi və səlləm”, “ Gözümün
nuru və ləzzəti namazdadır” buyurdu. Bu Hədisi-şərif, “Allahü təala namazda
zuhur edir, müşahidə olunur. Beləcə gözümə rahatlıq gəlir”, deməkdir. Bir Hədisi-
şərifdə, “ Ya Bilal “radıyAllahü təala anh” ! Məni rahatlandır!” buyuruldu ki, “Ey
Bilal! Azan oxuyaraq və namazın qamətini söyləyərək məni rahata qovuşdur”, de-
məkdir. Namazdan başqa bir şeydə rahatlıq axtaran bir kimsə məqbul deyildir.
Namazı zay edən, əldən qaçıran başqa din işlərini daha çox qaçırır.
NAMAZDAKI ÜSTÜNLÜKLƏR
İmamı Rabbani “rahmətullahi aleyh” “ Məktubat” kitabının birinci cild, 261-
ci məktubunda buyurur ki:
Bu hissəsi mütləq bilinməlidir ki, namaz İslamın beş şərtindən ikincisidir. Bü-
tün ibadətləri özündə cəmləmişdir. İslamın beşdə bir parçası olsa da, bu toplama-
104
sından dolayı, təkbaşına müsəlmanlıq demək olmuşdur. İnsanı Allahü təalanın sev-
gisinə qovuşduran işlərin birincisi olmuşdur. Aləmlərin Əfəndisi və Peyğəmbərlə-
rin “aləyhi və aləyhimüssaləvatü vəssəlam” ən üstünü olana mirac gecəsi, Cənnət-
də nəsib olan rüyət şərəfi dünyaya endikdən sonra dünyanın halına uyğun olaraq,
özünə yalnız namazda nəsib olmuşdur. Buna görə də: “ Namaz möminlərin mira-
cıdır” buyurulmuşdur. Bir Hədisi-şərifdə, “ İnsanın Allahü təalaya ən yaxın ol-
ması namazdadır” buyurulmuşdur. Onun yolunda, tam izində gedən böyüklərə o
rüyət dövlətindən bu dünyada böyük pay yalnız namazda olur. Bəli, bu dünyada
Allahü təalanı görmək mümkün deyildir. Dünya buna əlverişli deyildir. Lakin ona
tabe olan böyüklərə namaz qılarkən rüyətdən bir şeylər nəsib olur. Namaz qılmağı
əmr buyurmasaydı, məqsədin, qayənin gözəl üzündən pərdəni kim qaldırardı?
Aşiqlər məşuqu necə tapardı? Namaz kədərli ruhlara ləzzət verəndir. Namaz xəstə-
lərin rahat edənidir. Ruhun qidası namazdır. Qəlbin şəfası namazdır. “ Ey Bilal,
məni fərəhləndir!” deyə azan oxumasını əmr edən Hədisi-şərif bunu göstərir,
“Namaz qəlbimin nəşəsi, gözümün bəbəyidir” hədisi-şərifi bu arzunu işarət edir.
Zövqlər, vəcdlər, bilgilər, bacarıqlar, məqamlar, nurlar, rənglər, qəlbdəki təlvinlər
və təmkinlər, anlaşılan və anlaşıla bilməyən təcəllilər, sifətli və sifətsiz zühurdan
hansı namaz xaricində hasil olarsa və namazın həqiqətindən bir şey anlaşıla bilməz-
sə, bu hasil olanlar həmişə zildən, əksdən və surətdən meydana gəlmişdir. Bəlkə də
vəhm və xəyaldan başqa bir şey deyildir. Namazın həqiqətini anlamış olan bir kamil
namaza durunca, sanki bu dünyadan çıxıb axirət həyatına girər və axirətə məxsus
olan nemətlərə qovuşur. Araya əks, xəyal qarışmadan, əsldən həzz və pay alar.
Çünki dünyadakı bütün kəmalat, nemətlər zildən, surət və görünüşdən hasil olur.
Zil, görünüş arada olmadan, doğruca əsldən hasil olmaq axirətə məxsusdur. Dünya-
da əsldən ala bilmək üçün mirac lazımdır. Bu mirac möminin namazıdır. Bu nemət
yalnız bu ümmətə məxsusdur. Peyğəmbərlərinə tabe olmaq sayəsində buna qovu-
şurlar. Çünki bunların Peyğəmbəri “sallallahü aləyhi və səlləm” Mirac gecəsi dün-
yadan çıxıb axirətə getdi. Cənnətə girdi və rüyət səadəti, neməti ilə şərəfləndi. Ya
Rəbb! Sən o böyük Peyğəmbərə “sallallahü aləyhi və səlləm” bizim tərəfimizdən
Onun böyüklüyünə yaraşan yaxşılıqları ehsan et! Bütün Peyğəmbərlərə də “ala nə-
biyyina və aləyhimüssaləvatü vəttəslimat” xeyirlər, yaxşılıqlar ver ki, onlar insanları
səni tanımağa və razılığına qovuşmağa çağırmış və bəyəndiyin yolu göstərmişdir.
Təsəvvuf yolunda olanların bir çoxu, özlərinə namazın həqiqəti bildirilmədiyi
və ona məxsus kəmalat tanıdılmadığı üçün dərdlərinin dərmanını başqa şeylərdə
axtardı. Məqsədlərinə qovuşmaq üçün başqa şeylərə sarıldı. Hətta bunlardan bəzisi
namazı bu yolun xaricində, məqsəd ilə əlaqəsiz sandı. Orucu namazdan üstün bildi.
Namazın həqiqətini anlaya bilməyənlərdən bir çoxu da, iztirablarını təskin və ruh-
larını fərəhləndirməyi, sima və nəğmədə, yəni musiqidə, vəcdə gəlməkdə, özündən
keçməkdə axtardı. Məqsədi, məşuqu, musiqi pərdələrinin arxasında sandı. Bunun
üçün rəqsə, dansa sarıldılar. Halbuki “ Allahü təala haramda şəfa təsiri yaratma-
mışdır” hədisi-şərifini eşitmişdilər. Bəli, boğulmaqda olan bir xam üzgüçü hər sa-
man çöpünə yapışar. Bir şeyin eşqi aşiq olanı kar və kor edər. Bunlara əgər nama-
105
zın kəmalatından bir şey daddırılmış olsaydı sima və nəğməni ağızlarına almaz,
vəcdə gəlməyi xatırlarına belə gətirməzdilər.
Ey qardaşım! Namaz ilə musiqi arasında nə qədər uzaqlıq varsa, namazdan
hasil olan kəmalat ilə musiqidən hasil olan təəssür də bir-birindən o qədər uzaqdır.
Ağılı olan bu qədər işarətdən çox sey anlayar.
İbadətlərdən zövq hiss etmək və bunların yerinə yetirilməsi insan üçün çətin
gəlməməsi Allahü təalanın ən böyük nemətlərindəndir. Hələ namazın dadını hiss
etmək nəhayətə çatmayanlara nəsib olmaz. Hələ fərz namazların dadını almaq an-
caq onlara məxsusdur. Çünki nəhayətə yaxınlaşanlara nafilə namazların dadını
daddırırlar. Nəhayətdə isə yalnız fərz namazların dadı hiss edilir. Nafilə namazlar
zövqsüz olub fərzlərin qılınması böyük kar, qazanc bilinir.
(Nafilə namaz, fərz və vacibdən başqa namazlar deməkdir. Beş vaxt namazın
sünnətləri və digər vacib olmayan namazlar nafilə namazlardır. Müəkkəd olan və
olmayan bütün sünnətlər nafilədir).
Namazların hamısında hasil olan ləzzətdən nəfsə bir pay yoxdur. İnsan bu da-
dı hiss edərkən nəfsi inləməkdə, fəryad etməkdədir. Ya Rəbb! Bu nə böyük rütbə-
dir! Bizim kimi ruhları xəstə olanların bu sözləri eşitməsi də böyük nemət, həqiqi
səadətdir.
Yaxşı bilın ki, dünyada namazın rütbəsi, dərəcəsi, axirətdə Allahü təalanı gör-
mənin yüksəkliyi kimidir. Dünyada insanın Allahü təalaya ən yaxın olduğu zaman,
namaz qıldığı zamandır. Axirətdə ən yaxın olduğu da rüyət, yəni Allahü təalanı
gördüyü zamandır. Dünyadakı bütün ibadətlər insanı namaz qıla biləcək bir hala
gətirmək üçündür. Əsl məqsəd namaz qılmaqdır. Əbədi səadətə və sonsuz nemətlə-
rə qovuşmaq ancaq namaz qılmaqla əldə edilir.
Namaz bütün ibadətlərdən və orucdan qiymətlidir. Namaz var ki, qırıq qəlb-
ləri zövqlə doldurur. Namaz var ki, günahları yox edər, insanı pislikdən qoruyur.
Hədisi-şərifdə, “ Namaz qəlbimin nəşəsi və sevinc qaynağıdır” buyuruldu. Na-
maz qəmli ruhlara ləzzət verir. Namaz ruhun qidasıdır. Namaz qəlbin şəfasıdır.
Namazda elə an olar ki, arifin dili Musa-əleyhissəlama söyləyən agac kimi olar.
İmamı-Rabbani həzrətləri “Məktubat” kitabının 1-ci cild, 266-cı məktu-
bunda buyurur:
İmanı, etiqadı düzəltdikdən sonra fiqh əhkamını (yəni dinimizin əmr və qada-
ğan etdiyi işlər) öyrənmək, əlbəttə, lazımdır. Fərzləri, vacibləri, halal və haramları,
sünnət və məkruhları, şübhəliləri lazımı qədər öyrənməli və öyrəndiyi ilə hərəkət
etməlidir. Fiqh kitablarını öyrənmək hər müsəlmana lazımdır. (Bunları bilmədən
müsəlmanlıq olmaz). Allahü təalanın əmrlərini yerinə yetirməyə, Onun bəyəndiyi
kimi yaşamağa çalışmalıdır. Onun ən çox bəyəndiyi və əmr etdiyi şey hər gün beş
vaxt namaz qılmaqdır. Namaz dinin dirəyidir. Namazın əhəmiyyətindən və necə
qılınacağından bir neçə məlumat bildirəcəm. Can qulağı ilə dinləyin! İlk əvvəl sün-
nətə (yəni fiqh kitablarında yazılana) tam uyğun olaraq dəstəmaz almalıdır. Dəstə-
maz alarkən yuyunması lazım olan yerləri üç dəfə və hər dəfə də hər tərəfini tam
106
yumağa çox diqqət etməlidir. Beləcə sünnətə uyğun dəstəmaz alınmış olar. Başa
məsh edərkən, başın hər tərəfini örtəcək şəkildə sığallamalıdır. Qulaqları və boyu-
nun arxasını yaxşıca məsh etməlidir. Ayaq barmaqlarını hilal edərkən (yəni barmaq
aralarını təmizləyərkən) sol əlin kiçik barmaqlarının ayağın alt tərəfindən aralarına
salması bildirilmişdir. Buna əhəmiyyət verməli, “müstəhəbdir” deyib keçməməli-
dir. Müstəhəbləri əhəmiyyətsiz görməməlidir. Bunlar Allahü təalanın sevdiyi və
bəyəndiyi şeylərdir. Əgər bütün dünyanı verməklə bəyəndiyi bir işin edilə biləcəyi
məlum olsa və dünyayı verib o işi edə bilsə, çox qazanc əldə etmiş olar və bir neçə
saxıl pul verib qiymətli bir almazı ələ keçirmiş olar. Yaxud bir neçə saxıl pulu ve-
rib ölmüş bir sevgilinin ruhunu geri gətirərək həyat qazandırmaq kimidir.
Namaz möminlərin miracıdır. Yəni mirac gecəsində peygəmbərimizə “sallalla-
hü aleyhi və səlləm” ehsan olunan nemətlər bu dünyada Onun ümmətinə yalnız na-
mazda daddırılmaqdadır. Kişilər fərz namazları camaatla qılmağa çox diqqət etməli,
hətta birinci təkbiri imam ilə almağı qaçırmamalıdır. (Qadınlar istər camaat ilə namaz
qılmaq olsun, istər də hafiz və mövlud dinləmək üçün məscidlərdə kişilər arasına
qarışmaları və hələ savab qazanmaq üçün Cümə namazlarına getmələri günahdır.)
Namazları vaxtında qılmaq (və vaxtında qıldığını bilmək) şərtdir. Tək olduğu
zaman hər namazı vaxtın əvvəlində qılmalı, əsri və işanı İmamı-azamın qavlinə gö-
rə qılmalıdır. Namaz nə qədər gec qılınarsa savabı o qədər azalır. Müstəhəb olan
vaxtlar, camaat ilə qılmaq üçün məscidə getmək üçündür. Namaz qılmadan vaxt
çıxarsa adam öldürmüş kimi günah olar. Qəza etməklə bu günah bağışlanmaz. Yal-
nız borc ödənmiş olur. Bu günahı əhv etdirmək üçün tövbəi-nasuh etmək və ya
həcci-məbrur etmək lazımdır.
Namazda Qurani-Kərim sünnət olan miqdarda oxunmalıdır. Rüküdə və səcdə-
lərdə hərəkətsiz durmaq lazımdır. Çünki fərz və ya vacibdir. Rüküdən qalxanda elə
dik durmalıdır ki, sümüklər yerinə yerləşsin. Bundan sonra bir miqdar bu şəkildə
durmaq fərz ya vacib və ya sünnət deyilmişdir. İki səcdə arasında oturmaq da belə-
dir. Bunlara çox diqqət etməlidir. Rüküdə və səcdələrdə təsbeh ən az üş dəfədir. Ən
çoxu yeddi və ya on birdir. İmam üçün isə camaatın halına görədir. Qüvvətli bir in-
sanın dərd-qəmi olmadığı vaxtlarda tək qılarkən təsbehləri ən az miqdarda söyləmə-
si nə qədər utanc bir haldır. Heç olmasa beş dəfə söylənməlidir. Səcdəyə yatarkən
yerə ən yaxın olan əzasını yerə daha əvvəl qoymalıdır. Ona görə də ilk əvvəl dizlər,
sonra əllər, daha sonra burun, ən axırda alın qoyulur. Səcdədən qalxarkən yuxarıda
olan əza əvvəl qaldırılır. Ona görə də əvvəl alın qaldırılmalıdır. Ayaqda ikən səcdə
yerinə, rüküdə ikən ayaqlara, səcdədə burun ucuna və oturarkən iki əllərə və ya qu-
cağa baxılır. Bu söylədiyimiz yerlərə baxıb gözlər ətraflara sürüşməzsə, namaz “ cə-
miyyətlə” qılına bilər. Yəni qəlb də dünya düşüncələrindən qurtula bilər. Huş hasil
olur. Necə ki, Peyğəmbərimiz “sallallahü aleyhi və səlləm” belə buyurmuşdur. Əl
barmaqlarını rüküdə açmaq və səcdədə bir-birinə yapışdırmaq sünnətdir. Bunlara da
diqqət etməlidir. Barmaqları açıq və ya bitişik saxlamaq səbəbsiz, boş şeylər deyil-
dir. İslamiyyətin sahibi (yəni Peyğəmbərimiz “sallallahü aleyhi və səlləm”) faidələ-
rini düşünərək bu cür etmişdir. Bizim üçün islamiyyətin sahibinə uymaq qədər bö-
107
yük bir faidə yoxdur, “aleyhissaləvatü vəssəlam”. Bu söylədiklərimiz fiqh kitabla-
rında bildirirlən şeyləri etməyə təşviqdir, həvəsləndirməkdir. Allahü təala bizə və
sizə islamiyyətin göstərdiyi saleh işlər etməyi nəsib etsin! Peyğəmbərlərin seyyidi,
əfəndisi, ən yaxşısı, ən üstünü hörmətinə “aleyhi və aleyhim və alə əli küllin minəs-
saləvati efdalüha və minəttəslimati əkməlüha” bu duamızı qəbul etsin! Amin.
Dostları ilə paylaş: |