Kitabüs-salat namaz kitabi


KÜFR ÜÇ NÖVDÜR: CƏHLI, CÜHUDI VƏ HÖKMÜ



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə16/17
tarix07.01.2017
ölçüsü1,22 Mb.
#4733
1   ...   9   10   11   12   13   14   15   16   17

KÜFR ÜÇ NÖVDÜR: CƏHLI, CÜHUDI VƏ HÖKMÜ 
 A)  Eşitmədiyi, düşünmədiyi üçün kafir olanların küfrü “Küfr-i cəhli”dir. 
Cəhl də iki cürdür: Birincisi sadədir. Bu cür kimsə cahil olduğunu bilir. Bu kimi 
şəxslərdə yanlış etiqad olmaz. Heyvan kimidirlər. Çünki insanı heyvandan ayıran 
elm və idrakdır. Bunlar, heyvandan da aşağıdırlar. Çünki heyvanlar yaradıldıqları 
şeydə irəlidirlər. Cəhlin ikincisi mürəkkəb cəhldir. Yanlış, yolunu azmış etiqaddır. 
Yunan filosoflarının və müsəlmanlardan 72 bidət qolunun açıqca bildirilmiş olan-
lara tabe olmayan etiqadları belədir. Bu cəhalət birincisindən daha pisdir. Dərmanı 
bilinməyən bir xəstəlikdir.  
 B) Küfri cühudiyə, küfri inadı da deyilir. Bilərək, tərslik edərək kafir olmaq-
dır. Təkəbbürdən, mövqe sahibi olmağı sevməkdən və ya qınaqdan qorxması səbə-
bi ilə hasil olar. Firon və yoldaşlarının, Bizans kralı Heraklusun küfrləri belədir.  
 C) Küfrün üçüncü növü, “Küfr-i hökmü”dür.  İslamiyyətin imansızlıq  əla-
məti dediyi sözləri söyləyən və işləri edən, qəlbində təsdiq olsa da və inandığını 
söyləsə də, kafir olar. İslamiyyətin hörmət etmədiyi şeyə təzim, hörmət edilməsi 
əmr etdiyi şeyi təhqir etmək küfrdür.  

 124
1.
 
Allahü təala Ərşdən və ya göydən bizə baxır demək küfrdür.  
2.
 
Sən mənə zülm etdiyin kimi, Allahü təala da sənə zülm edir, demək küfr-
dür.  
3.
 
Filan müsəlman mənim gözümdə yəhudi kimidir, demək küfrdür.  
4.
 
Yalan bir sözə, Allahü təala bilir ki, doğrudur, demək, küfrdür.  
5.
 
Mələkləri kiçildən şeylər söyləmək küfrdür.  
6.
 
Qurani-Kərimi, hətta bir hərfini kiçildən söz söyləmək, bir hərfinə inanma-
maq küfrdür.  
7.
 
Çalğı çalaraq Qurani-Kərim oxumaq küfrdür.  
8.
 
Həqiqi olan Tövrat və İncilə inanmamaq, bunları pisləmək küfrdür. [İndi, 
həqiqi Tövrat və İncil yoxdur.]  
9.
 
Qurani-Kərimi başqa hərflərlə oxuyub, Quran budur, demək küfr olar.  
10.
 
Peyğəmbərləri kiçildən şeylər söyləmək küfrdür.  
11.
 
Qurani-Kərimdə adları bildirilən 25 Peyğəmbərdən “aləyhimüssaləvatü 
vəttəslimat” birinə inanmamaq küfrdür.  
12.
 
Çox yaxşılıq edən biri üçün Peyğəmbərdən daha yaxşıdır, demək küfr olar.  
13.
 
Peyğəmbərlər möhtac idi, demək küfr olar. Çünki onların kasıblıqları öz 
istəkləri ilə idi.  
14.
 
Biri Peyğəmbər olduğunu söyləsə, buna inananlar da kafir olar.  
15.
 
Axirətdə olacaq şeylərlə lağ etmək küfr olar.  
16.
 
Qəbirdəki və qiyamətdəki əzablara [ağıla, fənnə uyğun deyildir deyərək] 
inanmamaq küfrdür.  
17.
 
Cənnətdə Allahü təalanı görməyə inanmamaq, mən Cənnəti istəmərəm, 
Allahü təalanı istəyərəm? demək küfr olar.  
18.
 
İslamiyyətə inanmamaq əlaməti olan sözlər, fənn elmləri, din elmlərindən 
daha xeyirlidir, demək küfrdür.  
19.
 
Namaz qılsam da, qılmasam da bərabərdir, demək küfrdür.  
20.
 
Zəkat vermərəm, demək küfrdür.  
21.
 
Faiz halal olsaydı, demək küfrdür.  
22.
 
Zülm halal olsaydı, demək küfrdür.  
23.
 
Haramdan olan malı kasıba verib savab gözləmək, kasıb verilən pulun ha-
ram olduğunu bilərək verənə xeyir dua etmək küfrdür.  
24.
 
İmamı-azam Əbu Hənifənin qiyası (ictihadı) haqq deyildir, demək küfr-
dür. Vəhhabilər, bunun üçün kafir olur.  
25.
 
Məşhur sünnətlərdən birini bəyənməmək küfrdür.  
26.
 
Qəbrim ilə minbərim arası [Ravdai mutahhara] Cənnət bağçaların-
dan bir bağçadır” Hədisi-şərifini eşidincə, mən minbər, həsir və qəbirdən başqa 
bir şey görmürəm, demək küfr olar.  
27.
 
İslam elminə inanmamaq, bunları və din alimlərini aşağılamaq da küfr olar.  
28.
 
Kafir olmağı istəyən kimsə buna niyyət etdiyi anda kafir olar.  
29.
 
Başqasının kafir olmasını istəyən kimsə küfrü bəyəndiyi üçün istəyirsə 
kafir olar.  

 125
30.
 
Küfrə  səbəb olduğunu bilərək və arzusu ilə küfr kəlmələrini söyləyən 
kafir olar. Bilməyərək söyləyərsə, alimlərin çoxuna görə yenə kafir olar.  
31.
 
Küfrə  səbəb olan bir işi bilərək etmək küfr olar. Bilməyərək edincə  də 
küfr olar, deyən alimlər çoxdur.  
32.
 
Belinə zünnar deyilən keşiş qurşağını bağlamaq və küfrə məxsus bir şey 
geyinmək küfr olar. Tacirin dar-ül hərbdə (kafir ölkə) də istifadə etməsi küfr olar. 
Bunları yumor üçün başqalarını güldürmək üçün zarafat üçün istifadə etmək də 
küfrə səbəb olar.  
33.
 
Kafirlərin bayram günlərində, o günə məxsus şeylərini, onlar kimi istifadə 
etmək, bunları kafirə hədiyyə etmək küfr olar.  
34.
 
Ağıllı, elmli, ədəbiyyatçı olduğunu göstərmək üçün və ya yanındakıları 
heyrətə salmaq, güldürmək, sevindirmək və ya lağ etmək üçün söylənən sözlərdə 
“küfri hökmi”dən qorxulur. Qəzəb, hirslilik və hirs ilə söylənən sözlər də belədir.  
35.
 
Qeybət edən kimsə mən qeybət etmədim, onda olan şeyi söylədim deyər-
sə, belə söyləmək küfr olar.  
36.
 
Uşaq ikən nikah edilmiş qız, ağıllı və yetkin olduğu zaman, imanı, islamı 
bilməsə, soruşulunca başa sala bilməsə, ərindən boşanmış sayılır, özü mürtəd olur. 
Kişi üçün də belədir.  
37.
 
Bir mömini [haqsız olaraq], öldürən və ya öldürülməsini əmr edən kimsə-
yə, yaxşı etdin, deyən kafir olar.  
38.
 
Qətli vacib olmayan kimsə üçün öldürülməsi lazımdır, demək küfr olar.  
39.
 
Bir kimsəni haqsız olaraq döyən və ya öldürən zalıma, yaxşı etdin, buna 
layiq idi, demək küfr olar.  
40.
 
Yalan olaraq, Allahü təala bilir ki, səni uşağımdan çox sevirəm, demək 
küfr olar.  
41.
 
Vəzifə sahibi bir müsəlman asqırdığı zaman, buna “Yərhamükəllah” de-
yən kimsəyə böyüklərə qarşı belə deyilməz, demək küfr olar.  
42.
 
Vəzifə olduğuna inanmayaraq, əhəmiyyət verməyərək namaz qılmamaq, 
oruc tutmamaq, zəkat verməmək küfr olar.  
43.
 
Allahın rəhmətindən ümidini kəsmək küfr olar.  
44.
 
Özü haram olmayıb, sonradan hasil olan bir səbəbdən dolayı haram olan 
mala, pula “haramı li qeyrihi” deyilir. Oğurlanan və haram yollardan gələn mal 
belədir. Bunlara halal demək küfr olmaz. Leş, donuz, şərab kimi, özləri haram olan 
şeylərə “haram- li eynihi” deyilir. Bunlara halal demək küfr olar.  
45.
 
Haram olduqları  dəqiq olaraq bilinən bütün günahlara halal demək də 
küfr olar.  
46.
 
Azan, məscid, fiqh kitabları kimi islamiyyətin qiymət verdiyi şeyləri aşa-
ğılamaq küfr olar.  
47.
 
Dəstəmazsız olduğunu bildiyi halda namaz qılmaq küfr olar.  
48.
 
Bilə-bilə qiblədən başqa tərəfə namaz qılmaq küfr olur. Namazı qibləyə 
qarşı qılmaq lazım deyildir, deyən kafir olar.  
49.
 
Bir müsəlmanı pisləmək üçün kafir demək küfr olmaz. Kafir olmasını is-
təyərək söyləmək küfr olar.  

 126
50.
 
Günah olduğuna əhəmiyyət vermədən günah işləmək küfr olar.  
51.
 
İbadət etmənin lazım olduğuna və günahdan çəkinmənin lazım olduğuna 
inanmamaq küfr olar.  
52.
 
Toplanan vergilər sultanın mülkü olduğuna inanmaq küfr olar.  
53.
 
Kafirlərin dini ayinlərini bəyənmək, zərurət yox ikən zünnar qurşanmaq 
və küfr əlamətlərini istifadə etmək və bunlara məhəbbət edib əl vurmaq küfr olar.  
54.
 
Öz razılığı ilə filan şey filan adamdadır, yaxud yoxdur, kafir olum, yəhudi 
olum deyə and içmiş olsa, o şey o kimsədə olsun və ya olmasın, o kimsə öz rizası 
ilə küfrə düşmüşdür.  
55.
 
Zina, livata (uşaqbazlıq), faiz, yalan kimi hər dində haram olan bir şey 
üçün halal olsaydı da, mən belə işləsəydim, deyə təmənni etmək küfrdür.  
56.
 
Peyğəmbərlərə “aləyhimüssaləvatü vəttəslimat” inandım, amma Adəm-
əleyhissəlam Peyğəmbərdirmi bilmirəm, demək küfrdür.  
57.
 
Muhamməd-əleyhissəlamın axır zaman Peyğəmbəri olduğunu bilməyən, 
kafir olar.  
58.
 
Bir kimsə Peyğəmbərlərin dediyi doğru isə, biz qurtulduq desə, kafir olar. 
[Bu sözü şübhə yolu ilə söylədi isə kafir olar.]  
59.
 
Bir kimsəyə, gəl namaz qıl desələr, o da qılmaram desə, kafir olar. Amma 
muradı, sənin sözünlə qılmaram, Allahü təalanın əmri ilə qılaram, desə kafir olmaz.  
60.
 
Bir kimsəyə saqqalını bir tutamdan qısa etmə və ya bir tutamdan artığını 
kəs, dırnaqlarını kəs, çünki Rəsulullahın “sallAllahü təala aləyhi və səlləm” sünnə-
tidir desələr, o da kəsmərəm desə, kafir olar. Digər sünnətlər də belədir. “Sənin sö-
zünlə  işləmərəm, amma Rəsulullahın sünnəti olduğu üçün işləyərəm demək küfr 
olmaz. İnkar məqsədi ilə olarsa küfr olar.”  
61.
 
Bir kimsə bığlarını qırxdıqda yanındakı bir şeyə yaramadı, desə, o deyə-
nin küfründən qorxulur. [Bığları qısaltmaq sünnətdir. Sünnətə əhəmiyyət verməmiş 
olur.]  
62.
 
Bir kimsə başdan ayağa kimi ipək geyinsə, başqa biri bu vəziyyətinə mü-
barək olsun, desə küfründən qorxulur.  
63.
 
Bir kimsə qibləyə qarşı ayağını uzadıb yatmaq və ya qibləyə qarşı tüpür-
mək və ya qibləyə qarşı dəstəmazını pozmaq kimi bir məkruhu işləsə, o kimsəyə 
bu etdiklərin məkruhdur etmə desələr, o da hər günahımız bu qədər olsa desə, 
küfründən qorxulur. Yəni məkruhu əhəmiyyətsiz bir şey saydığı üçün.  
64.
 
Bir kimsənin xidmətçisi qapıdan içəri girsə, əfəndisinə salam versə, əfən-
disinin yanında olan bir kimsə də “sus, əfəndisinə salam vermək olarmı?” desə, o 
deyən kimsə kafir olar. Amma muradı ədəbi öyrətmək isə, salamı qəlbən vermək 
lazımdı, demək isə, küfr olmaz.  
65.
 
İman artar, azalar, demək küfrdür. Amma yaxınlıq imanın gücü etibarı ilə 
olarsa küfr olmaz.  
66.
 
Qiblə ikidir, biri Kəbə, biri Qüdsdür, demək küfrdür. İndiki halda ikidir 
demək küfrdür. Amma Beyt-i Müqəddəs qiblə idi, sonra Kəbə qiblə oldu desə küfr 
olmaz.  

 127
67.
 
Bir kimsə bir islam aliminə səbəbsiz nifrət etsə, söysə o kimsənin küfrün-
dən qorxulur.  
68.
 
Bir kimsə yemək yeyərkən susmaq, atəşpərəstlərin yaxşı adətlərindəndir 
desə, yaxud adətli və nifaslı halında xanımı ilə yatmamaq atəşpərəstlərin yaxşı şey-
lərindəndir desə, kafir olar demisdirlər.  
69.
 
Bir kimsəyə sən möminsənmi desələr, o da inşaallah desə, təvil (izah) edə 
bilməsə küfrdür.  
70.
 
Bir kimsə övladı ölən kimsəyə Allahü təalaya sənin oğlun lazım idi desə, 
kafir olar deyilmişdir.  
71.
 
Bir qadın belinə bir qara ip bağlasa, bu nədir desələr, zünnardır desə, kafir 
olar.  
72.
 
Bir kimsə haram yemək yedikdə, Bismillah desə kafir olar. Haram-i li-
eynihi üçün yəni leş, şərab kimi haramlar üçün belədir. Özü haram olmayan, ha-
ram-i li-qeyrihi üçün belə deyildir. Qəsb edilmiş malı yedikdə  bəsmələ  çəkmək 
küfr olmaz. Malın özü haram deyil, qəsb edilməsi haramdır.  
73.
 
Bir kimsənin küfrünə razı olmaq küfrdür. Bir kişiyə bəddua (qarğış) edə-
rək, Allahü təala sənin canını küfr ilə alsın desə kafir olmasında alimlər ixtilaf etdi-
lər. Küfrünə razı küfrdür. Amma zülm və günahından ötrü əzabı daim və şiddətli 
olsun deyə razı isə küfr deyildir.  
74.
 
Bir kimsə Allahü təala bilir filan isi işləmədim desə, halbuki o işi işlədiyi-
ni bilsə, kafir olar.  
75.
 
Bir kimsə bir qadını şahidsiz nikah etsə, o kimsə və qadın, Allahü təala və 
Peyğəmbər şahidimizdir desələr, hər ikisi kafir olar. Zira Peyğəmbərimiz “sallAlla-
hü təala aləyhi və səlləm” diri ikən qeybi bilməzdi. Qeybi bilirdi, demək küfr olar. 
[Qeybi, Allahü təala bilir və Onun bildirdikləri bilir.]  
76.
 
Mən oğurlananları və qeyb olanları bilirəm desə, söyləyən və inanan kafir 
olar. Mənə cin xəbər verir desə, yenə kafir olar. Peyğəmbərlər və cinlər belə qeybi 
bilməz. [Qeybi, Allahü təala və Onun bildirdikləri bilir.]  
77.
 
Bir kimsə Allahü təalaya and içmək istəsə, başqa bir kimsə də, mən sənin, 
Allahü təalaya and içməni istəmirəm boşanmağa və  şərəfə, namusa and içməni 
istəyirəm desə, kafir olar deyilmişdir.  
78.
 
Bir kimsə sevmədiyi bir nəfərə, sənin didarın [üzün, çöhrən] mənə can 
alıcı kimidir desə kafir olar deyilmişdir. Çünki can alıcı mələk [Əzrayil-əleyhissə-
lam] böyük mələkdir.  
79.
 
Bir kimsə namaz qılmamaq xoş işdir desə kafir olar. Bir kimsə bir nəfərə 
gəl namaz qıl desə, o da mənə namaz qılmaq çətin işdir desə, kafir olar deyilmişdir.  
80.
 
Bir kimsə Allahü təala göydə  mənim  şahidimdir desə, kafir olar. Çünki 
Allahü təalaya məkan isnad etmiş olar. Allahü təala məkandan münəzzəhdir.  
81.
 
Allah baba deyən kafir olar.  
82.
 
Bir kimsə Rəsulullah “sallallahü aləyhi və səlləm” yemək yedikdən sonra 
mübarək barmağını yalayardı desə, bir başqası bu iş  tərbiyəsizlikdir, desə kafir 
olar.  

 128
83.
 
Bir kimsə Peyğəmbər “aləyhissalatü vəssəlam” qara idi desə, kafir olar. 
[Qara itləri  ərəb,  ərəb deyə çağırmaq, hamam böcəyinə qara Fatimə, demək çox 
yayılmışıdr. Çəkinmək lazımdır.]  
84.
 
Ruzi Allahü təaladandır. Lakin quldan da hərəkət lazımdır desə, bu söz 
şirkdir. Çünki qulun hərəkəti də Allahü təaladandır.  
85.
 
Bir kimsə xristian olmaq yəhudi olmaqdan, Amerikan kafiri olmaq kom-
munist olmaqdan xeyirlidir desə, kafir olar. Yəhudi xristiandan, kommunist xristi-
andan daha pisdir deməlidir.  
86.
 
Kafir olmaq xəyanət etməkdən yaxşıdır desə, kafir olar.  
87.
 
Elm məclisində nə işim var, yaxud alimlərin dediyini etməyə kim qadir olar 
desə və ya fətvanı yerə atsa və din adamlarının sözü nəyə yarayar desə, kafir olar.  
88.
 
Bir kimsə küfr söyləsə, bir nəfər gülsə, gülən belə kafir olar. Gülməsi 
zəruri olarsa, küfr deyildir.  
89.
 
Bir kimsə övliyanın ruhları həmişə hazırdır, bilirlər desə, kafir olar. Hazır 
olar desə, küfr olmaz. [Övliyanın ruhları, Allahü təala kimi hazır və nazır ola 
bilməzlər. Anıldıqları yerdə hazır olarlar. Anılmadan əvvəl orada yox idilər.]  
90.
 
İslamiyyəti bilmirəm və ya istəmirəm desə, kafir olar.  
91.
 
Bir kimsə Adəm-əleyhissəlam buğda yeməsə idi, biz şaki (üsyankar) ol-
mazdıq desə, kafir olar. Amma biz dünyada olmazdıq desə küfründə ixtilaf etmiş-
dirlər.  
92.
 
Adəm-əleyhissəlam parça toxuyurdu desə, biri, elə isə biz mahudçu oğ-
lanları imişik desə, kafir olar.  
93.
 
Bir nəfər kiçik günah işləsə, biri ona tövbə et desə, o da nə işlədim ki, töv-
bə edim desə kafir olar.  
94.
 
Biri digərinə, gəl islam aliminə gedək və ya fiqh, elmi-hal kitabından oxu-
yub öyrənək desə, o da mən elmi nə edim desə, kafir olar. Çünki din elmini kiçik 
görmək, əhəmiyyət verməmək küfrdür.  
95.
 
Təfsir və fiqh kitablarını təhqir edən, bunları bəyənməyən, pisləyən kimsə 
kafir olar.  
96.
 
Bir kimsəyə, kimin zürriyyətindənsən, kimin millətindənsən, etiqadda 
məzhəbin imamı kimdir, əməldə məzhəbin imamı kimdir deyə sual etsələr, bilmə-
sə, kafir olar.  
97. Qəti harama halal deyən kafir olar. (Tütünə haram demək təhlükəlidir.)  
98. Bütün dinlərdə haram olan, halal edilməsi, hikmətə müxalif olan bir şeyin 
(zina, livata (uşaqbazlıq), doyduqdan sonra yemək, faiz alıb-vermək kimi) halal 
olmasını arzu etmək küfrdür. Şərabın halal olmasını istəmək küfr deyildir. Çünki, 
hər dində haram deyildi.  
99. Quranı azim-uş-şanı, söz və lətifə arasında istifadə etmək küfrdür.  
100. Yəhya adlı kimsəyə,  “Ya Yəhya! huz-il-kitabə” desə, kafir olar. 
Qurani-Kərim ilə lağ etmiş sayılır. Çalğı, oyun, mahnı arasında Qurani-Kərim oxu-
maq da belədir.  
101. İndi gəldim, Bismillahi desə, fəlakətdir. Bir şeyi çox görsə “Mahalakal-
lah” desə, mənasını bilməsə, kafir olar.  

 129
102. Bir kimsə indi sənə söymərəm, söymənin adını günah qoymuşlar desə, 
fəlakətdir.  
103. Bir kimsə Cəbrayıl buzovu kimi lümbəlüt olmusan desə, fəlakətdir, mə-
ləklə lağ etmək sayılır.  
104. Oğlumun başı üçün və ya başım üçün kəlmələrinə and olaraq billahi sözü-
nü əlavə etsə, məsələn, vallahi oğlumun başı üçün desə, küfr olmasından qorxulur.  
105. Qurani-Kərimi, mövludu və ilahiləri çalğı çalarkən oxumaq və ya çalğı 
alətləri ilə oxumaq küfrdür.  
106. Qurani-Kərimi, mövludu, ilahiləri, salavat-ı şərifələri fisq (günah işlənən) 
məclislərində hörmət ilə oxumaq haram olar. Əyləncə, keyf üçün oxumaq küfr olar.  
107. Sünnət üzrə oxunan Azanı Muhammədini dinləməyib qiymət verməzsə, 
dərhal kafir olar.  
108. Qurani-Kərimə öz ağılı ilə məna verən kafir olar.  
109. Qurani-Kərimdə və Hədisi-şəriflərdə açıq olaraq bildirilmiş olan və müc-
təhid imamların söz birliyi ilə bildirdikləri və müsəlmanlar arasına yayılmış iman 
elmlərinə uyğun inanmayan kafir olar. Küfrün bu formasına “İlhad”, belə inanan-
lara “Mülhid” deyilir.  
110. Kafirə hörmət ilə salam verən kafir olar.  
111. Kafirə hörmət bildirən bir söz söyləmək, məsələn ustadım, demək küfr 
olar.  
112. Başqasının küfrünə razı olan kafir olar.  
113. Qurani-Kərim olan kasetlər və vallar mushaf-i şərif kimi qiymətlidirlər. 
Bunlara da hörmətsizlik etmək küfr olar.  
114. Cin ilə tanış olan falçılar və ulduzlara baxıb soruşulan hər şeyə cavab ve-
rənlərə  və falçılara gedib söylədiklərinə, etdiklərinə inanmaq, bəzən doğru çıxsa 
belə, Allahü təaladan başqasının hər şeyi bildiyinə və hər dilədiyini edə biləcəyinə 
inanmaq olub, küfr olar. [Fənn elmlərinə inanmamaq belə deyildir.]  
115. Sünnətə əhəmiyyət verməyərək tərk etmək küfr olar.  
116. Zünnar deyilən keşiş qurşağını bağlamaq və bütlərə, yəni xaç, səlib deyi-
lən dik kəsilən iki çubuq və heykəllərə, bunların rəsmlərinə tapınmaq, hörmət et-
mək və  əhkamı islamiyyəyi bildirən din kitablarından birini təhqir etmək, islam 
alimlərindən birini istehza, lağ etmək və küfrə səbəb olan bir söz söyləmək, yaz-
maq və hörmət edilməsi əmr olunan bir şeyi təhqir və təhqir etmək əmr olunan bir 
şeyə hörmət etmək küfrdür.  
117. Bir sahir (sehirbaz) sehr ilə istədiyini əlbəttə edər, sehr mütləq təsir edər, 
deyən və inanan kafir olar.  
118. Müsəlman, özünə kafir deyənə əfəndim kimi qəbul göstərən cavab verər-
sə, o da kafir olar.  
119. Haram olduğu bilinən müəyyən bir mal ilə məscid tikdirmək, sədəqə ver-
mək və başqa xeyir iş görmək və bunlara qarşılıq savab gözləmək küfrdür.  
120. Bir kimsə əlindəki qəti haram olan maldan sədəqə versə, savab gözləsə, 
alan kasıb haramdan olduğunu bilərək verənə “Allah razı olsun” desə, verən də və 
ya başqa bir kimsə də “amin” desə, hamısı kafir olar.  

 130
121. Nikahı haram olan qadın ilə evlənməyə halal deyən kafir olar.  
122.Meyxanalarda (şərab içilən yer) oyun yerlərində, günah işlənən məclislərdə, 
radio və ya mikrofon ilə Qurani-Kərim və mövlud dinləyərək keflənmək küfr olar.  
123. Qurani-Kərimi çalğı çalaraq oxumaq küfrdür.  
124. Qurani-Kərimin radioda və mikrofonda söylənən, oxunan tam bənzərinə 
də hörmətsizlik etmək küfr olar.  
125. Allahü təaladan başqasına hər nə  məqsəd ilə olursa-olsun Yaradan de-
mək küfrdür.  
126. Abdülqadir yerinə, Abdülqoydur, demək, qəsd ilə olar isə küfrdür. 
Abdülaziz yerinə Abdülüzeyz, Muhamməd yerinə Memo, Həsən yerinə Hasso, 
İbrahim yerinə İbo, demək də belədir. Bu adları ayaqqabı və başmaqlara yazanların 
və üzərlərinə basanların imanlarının getməsindən qorxulur.  
127.Dəstəmazsız olduğunu bilərək namaz qılmaq və sünnət olan bir işi 
bəyənməmək küfrdür. Sünnətə əhəmiyyət verməmək küfrdür.  
128. Cahillərin Övliyanı yaradan hesab etmələrindən qorxduğumuz üçün tür-
bələri yıxırıq sözü küfrdür.  
129. Başqasının, hələ öz övladının kafir olmasına səbəb olan kafir olar.  
130. Zinaya, livataya (uşaqbazlığa) caiz, demək küfrdür.  
131. Nass ilə (yəni ayət və hədis ilə) və icma ilə bildirilmiş olan harama əhə-
miyyət verməmək küfrdür.  
132. Böyük günahlara davam etmək, inad etmək küfrə aparar. Namaza əhə-
miyyət verməmək küfrdür.  
133. Üzərində islam yazısı, hətta hərf olan kağızı, örtüyü, səccadəni yerə qoy-
maq (təhqir üçün sərmək və ya istifadə etmək) küfr olar.  
134. Allahü təaladan ayrı olaraq bir ölüdən bir şey gözləmək küfr olar.  
135. Tez verən baba , demək çox çirkin və küfrə səbəb olar.  
136. Meyidi torpağa basdırmaq fərz olduğu üçün bu fərzə əhəmiyyət vermə-
yərək xidmətdən qaçanın, elmi, fənni irəli ataraq, ölüləri basdırmaq gericilikdir. 
Bütpərəst, brahman, kommunist kafirləri kimi ölüləri yandırmaq daha yaxşıdır, de-
yənin imanı gedər, mürtəd olar.  
137. Allahü təalanın vəlilərindən (övliyalarından) ölü və ya diri hər hansı biri-
ni, dil və ya qəlb ilə inkar etmək küfrdür.  
138. Övliyaya və elmi ilə amil olanlara düşmənlik küfrdür.  
139. Övliyada ismət xüsusiyyəti (günah işləməmək) vardır, demək küfrdür. 
(İsmət xüsusiyyəti yalnız Peyğəmbərlərdə olur). 
140. Batıni elmdən nəsibi olmayanın imansız getməsindən qorxulur. Bundan 
nəsib almanın ən azı bu elmə inanmaqdır.  
141. Qurani-Kərimi din alimlərindən heç birinin oxumadığı şəkildə oxumaq, 
mənanı və kəlmələri pozmasa belə, küfrdür.  
142. Keşişlərin ibadətlərinə məxsus şeyi istifadə etmək küfrdür.  
143. Hər hansı bir hadisənin öz-özünə olduğuna inanmaq və heyvanların tək 
hüceyrəlilərdən yüksək quruluşlara doğru, bir-birinə və nəhayət insana döndüyünü 
söyləmək küfrdür.  

 131
144. Namazı bilə-bilə qılmayıb, qəza etməyi düşünməyən, bunun üçün əzab 
çəkəcəyindən qorxmayan kimsə hənəfi məzhəbində də kafirdir.  
145. Kafirlərin ibadətlərini ibadət olaraq etmək, məsələn kilsələrdə çaldıqları 
orqan kimi çalğıları və zəngləri məscidlərdə çalmaq və islamiyyətin kafirlik əlamə-
ti saydığı şeyləri zərurət və məcburiyyət olmadan istifadə etmək küfr olar.  
146. Əshabi-kirama söyənə mülhid deyilir. Mülhid kafir olur.  
147. Kafirlərin rəsmlərini yüksəyə asaraq hörmət etmək küfrdür.  
148. Rəsmin, heykəlin sahibində və səlibdə (xaçda) və ya ulduz, günəş, inək 
kimi hər hansı bir şeydə, üluhiyyət (ilahi) xüsusiyyəti olduğuna inanaraq, məsələn, 
istədiyini yaradar, hər istədiyini edər, xəstəyə  şəfa verər deyərək hörmət etmək 
küfr olar.  
149. Həzrəti Aişəyə nalayiq söz deyən (fahişə deyən) və Atasının əshabə ol-
duğuna inanmayan kafir olar.  
150. İsa-əleyhissəlamın göydən enəcəyi də mütləq olaraq bilinir. Buna inan-
mayan kafir olar.  
151. Qurani-Kərimdə və hədis şərifdə Cənnət ilə müjdələnən kimsəyə kafir, 
demək küfrdür.  
152. Əbu Bəkri Sıddıq ilə Ömər-ül-Farukun “radıyAllahü təala anhüm” xila-
fətə haqları yox idi, demək küfrdür. 
153. Fənnin, təcrübənin xaricində olan, fənn ilə əlaqəsi olmayan ayəti-kərimə-
ləri fənn elminə uydurmağa çalışmaq, Sələfi-salehinin təfsirlərini dəyişdirmək bö-
yük günah olar. Belə təfsir və tərcümə edənlər kafir olar.  
154. Müsəlman adlanan bir qız həddi-büluğa çatınca müsəlmanlığı bilməzsə, 
kitabsız kafir olar. Kişi üçün də belədir.  
155. Müsəlman qadının başı, qolları və ayaqları açıq olaraq küçəyə çıxması, 
kişilərə göstərməsi haramdır, günahdır. Əhəmiyyət verməzsə, aldırış etməzsə, ima-
nı gedər, kafir olar.  
156. Peyğəmbərimizin bildirdiyi fərzlər və haramlar da, Qurani-Kərimdə 
açıqca bildirilən fərzlər, haramlar kimi qiymətlidir. Bunlara da inanmayan, qəbul 
etməyən dindən çıxar, kafir olar.  
157. Rükü təsbehində “Zı” ilə “azım”, demək: “Rəbbim böyükdür” , demək-
dir. Əgər incə “Zə” ilə “azim” deyilərsə: “Rəbbim mənim düşmənimdir”, demək 
olar və namaz pozulur, məna dəyişdiyi üçün küfrə də səbəb olar.  
158. Qurani-Kərimi melodik şəkildə oxuyan hafıza, nə gözəl oxudun deyən 
kimsənin imanı gedər, kafir olar. Dörd məzhəbdə də haram olan bir şeyə gözəl deyən 
kafir olar. Səsi, sədası, Qurani-Kərim oxuması gözəl, demək istəyən kafir olmaz.  
159. Mələklərin və Cinin varlığına inanmayan kafir olar.  
160. Qurani-Kərimin ayətlərinə, kəlmələrin açıq, məşhur mənaları verilir. Bu 
mənaları dəyişdirərək, batinilərə (İsmaililərə) tabe olanlar kafir olar.  
161. Sehr edərkən küfrə səbəb olan kəlmə və iş olarsa küfrdür.  
162. Müsəlmana, “ey kafir” deyən (və ya, müsəlmana masson deyən, kommu-
nist deyən) onu kafir etiqad edərsə, özü kafir olar.  

 132
163.  İbadətləri edən kimsə imanının pozulmasında  şübhə edər və günahım 
çoxdur, ibadətlərim məni qurtarmaz, deyə düşünərsə, imanının qüvvətli olması 
hesab edilir. İmanının davam edəcəyindən şübhə edən kafir olar.  
164. Peyğəmbərlərin sayını söyləmək, Peyğəmbər olmayanı Peyğəmbər et-
mək və ya Peyğəmbəri Peyğəmbər qəbul etməmək küfrdür. Çünki Peyğəmbərlər-
dən birini qəbul etməmək, heç birini qəbul etməmək, deməkdir.  
Müsəlman olan kişi və ya qadın, alimlərin söz birliyi ilə küfrə səbəb olacağını 
bildirdikləri bir sözün və ya işin küfrə səbəb olduğunu bilərək, qəsdən (vadar edil-
mədən, könüllü) ciddi olaraq və ya yumor, güldürmək üçün söyləyər və ya edərsə 
mənasını düşünməsə belə imanı gedər, mürtəd olar. Buna “Küfri inadi” deyilir. 
Küfri inadi ilə mürtəd olanın, əvvəlki ibadətlərinin savabları yox olar. Tövbə edər-
sə, geri gəlməzlər. Zəngindirsə, yenidən həccə getməsi lazımdır. Mürtəd ikən qıl-
mış olduğu namazları, orucları, zəkatları qəza etməz, ondan əvvəl etmədiklərini qə-
za edər. Tövbə etmək üçün yalnız Kəlmeyi-şəhadət söyləmələri kafi deyildir. 
Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin