Fiziki fəaliyyətin intensivliyi və həcmi. ÜDX xəstələrində fiziki
məşqlər proqramı onların klinik vəziyyətinə əsasən fərdi qaydada
müəyyən edilməlidir (Əlavə 1). Aşağı klinik riski olan (SCORE
şkalası əsasında müəyyən edilir) və Mİ, AKŞ, DKM keçirmiş və ya
stabil stenokardiyası və ya xronik ürək çatışmazlığı olan xəstələr, hər
bir məşqin müddəti 30 dəqiqə olmaqla, həftədə 3-5 dəfə orta və
yüksək intensivlikdə məşq edə bilərlər və həmin məşqlər xəstənin
klinik vəziyyətinə uyğunlaşdırılaraq mütləq nəzarət altında
edilməlidir. Orta və yüksək klinik riski olan xəstələr, xoşagəlməz
əlamət və simptomları olmadan davamgətirmə qabiliyyətindən asılı
olaraq fiziki yüklənmənin fərdiləşdirilmiş proqramına daha ciddi
riayət etməlidirlər. Hətta ən ağır hallarda belə minimal nəzarət
altında olan fiziki fəaliyyət xəstənin özünə xidmətetmə bacarığının
saxlanması və xəstəliklə bağlı depressiyanın azaldılması üçün faydalı
olan bilər
118
.
Dostları ilə paylaş: |