20. Neftdən alınan koks, daş kömürdən alınan koksun fərqi nədədir ?
Neftdən alınan koks daş kömürdən alınan koksa nisbətən həm ucuz, həm də
keyfiyyəli sayılır. Ona görədə neft koksuna tələbat ildən-ilə artır.
21. Koks ən çox harada işlədilir ?
Koks ən çox alüminium sənayesində işlədilir . Alüminium filizində alüminium
almaq üçün koks reduksiyaedici rol oynayır. Burada işlədilən koksun xüsusi sərfi
çox olur. Bir ton alüminium almaq üçün 550-600 kq koks sərf edilir. Bundan başqa
koksdan elektrodlar hazırlanır, polad əridmə sobalarında, karbid və karbon-sulfid
istehsalında istifadə olunur. Xüsusi növ kokslar konstruksiya mateilları kimi
işlədilir.
Dostları ilə paylaş: |