15. Konvensiya ilə müəyyən edilmiş şərtlər bu Qaydalardan fərqli olduqda,
Konvensiyanın müddəaları tətbiq edilir.
16. Bu Qaydaların 1 və 2 nömrəli əlavələrinə müxtəlif heyvan və bitki növlərinin
daxil edilməsi və ya çıxarılması elmi orqanın rəyi və inzibati orqanın təklifinə əsasən
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.
1.7. Bu Qaydalar Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil edilmiş
fauna və flora növlərinə şamil edilmir.
II. İnzibati və elmi orqanların səlahiyyətləri
2.1. İnzibati orqan:
2.1.1. Azərbaycan Respublikasının ərazisində Konvensiyada nəzərdə tutulan
səlahiyyətləri icra edir və Konvensiyanın məqsədlərinin həyata keçirilməsini təmin
edir;
2.1.2. Konvensiya ilə müəyyən edilmiş qaydada elmi orqanın rəyinə əsasən
icazə/sertifikatını verir və ya verməkdən imtina edir, onlara zəruri hesab etdiyi
şərtləri qoyur, verdiyi hər hansı icazə/sertifikatını etibarsız elan edir, geri alır və
dəyişdirir;
2.1.3. nümunələrin ixracı, təkrar ixracı və idxalı üçün digər dövlətlərin inzibati
orqanları tərəfindən verilmiş və istifadə edilmiş müvafiq icazə/sertifikatı toplayır,
xətm edir və saxlayır;
2.1.4. bu Qaydaların 1 və 2 nömrəli əlavələrinə daxil edilmiş növlərin
qorunması ilə əlaqədar qanunvericiliyin icrasının təmin edilməsi sahəsində digər
müvafiq orqanlarla əməkdaşlıq edir;
2.1.5. Konvensiyanın həyata keçirilməsi ilə əlaqədar qəbul edilməli tədbirlər
barədə dövlət orqanlarına zəruri tövsiyələr verir;
2.1.6. Konvensiyanın, Konvensiya tərəflərinin konfranslarının qətnamələri və
Konvensiya Katibliyinin qərar və tövsiyələrini icra edir;
2.1.7. nümunələrin beynəlxalq ticarəti barədə illik hesabatlar hazırlayır və
Konvensiya Katibliyinə təqdim edir.
Dostları ilə paylaş: |