Çökmə süxurların mineralları iki qrupa bölünür Autigen minerallar
məhlullardan çökmə, məhlulların sülb faza ilə qarşılıqlı təsiri altında yenidən kristallaşması nəticəsində həmin yerdə çöküntü və ya süxurlarda əmələ gəlmiş minerallardır. Eləcə də yer səthində süxurların aşınması nəticəsində onlarda əmələ gələn minerallar da həmçinin autigen minerallara aiddirlər. Allotigen minerallar autigen minerallara nisbətən mühitin fıziki-kimyəvi dəyişməsinə daha çox davamlıdır. Çünki bu mineralların əsasını kvars və silikatlı qırıntılar təşkil edirlər. Kollektorlar aşağıdakı qruplara ayrılırlar
Qranyular
Çatlı
Ovuqlu
Otuqlu-Çatlı
QRANULYAR KOLLEKTORLAR
Qranulyar kollektorlara məsaməli və dənəciklərarası boşluğa, yəni məsaməliyə və keçiriciliyə malik olan qumlu-alevritli süxurlar aiddir. Oolit və kristallik dənəvəri strukturlu əhəngdaşı və dolomit süxurları da qranulyar kollektor növünə aid edilir.
Çatlı kollektorlar Çatlılıqla mürəkkəbləşmiş digər qrup karbonat süxurları çatlı kollektor kimi səciyələnirlər. Çatlı kollektorlara həmçinin çatlı alevrolitlər qumdaşları, argillitlər, gilli şistlər, maqmatik və metamorlik süxurlar da daxildir.
Argillit
Şist
Ovuqlu-çatlı kollektorlar
Boşluqları ovuq və çatlardan ibarət olan süxurlara ovuqlu və ovuqlu-çatlı kollektorlar deyilir.
Süxurların kollektorluq qabiliyyəti
Əsasən məsaməlik, keçiricilik və s. xüsusiyyətlər ilə səciyyələnir.
Məsaməlik. Süxurlarda əmələ gəlmiş müxtəlif boşluqlar cəminə məsaməlik deyilir. Təbii qaz və neft isə süxurların həmin boşluqlarında toplantılar əmələ gətirirlər.
Keçiricilik. Keçiricilik neftli layların neftvermə qabiliyyətini müəyyənləşdirir. Süxurlarda təbii şəraitdə müəyyən təzyiq altında maye və qazın hərəkətetmə xassəsi keçiricilik adlanır.