Komputer şƏBƏKƏLƏRİ VƏ telekommunikasiYA


Paket  kommutasiyalı  qlobal  şəbəkələr



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə36/57
tarix10.05.2022
ölçüsü1,04 Mb.
#57181
1   ...   32   33   34   35   36   37   38   39   ...   57


Paket  kommutasiyalı  qlobal  şəbəkələr.  Bu  şəbəkələr  paketlərin  kommutasiyası 

şəbəkələrində  siqnal  və  verilənlərin  ötürülməsi  protokolunu  təyin  edən  X.25 

standartı ilə işləyən şəbəkələrdir. Burada hər bir paket verilənləri ötürən və qəbul 

edən kompüterlər haqqında informasiyanı özündə cəmləşdirir. Bu interfeys OSİ-nin 

üç səviyyəsini- fiziki, kanal və şəbəkə səviyyələrini əhatə edir. 

Paket  şəbəkə  vasitəsilə  ötürülməzdən  əvvəl  şəbəkənin  abonentləri  –  terminalları, 

marşrutizatorları və ya komputerləri arasında virtual əlaqə qurmaq lazımdır. 

Qlobal şəbəkələrdə məlumatın ötürülməsi zamanı onun çatacağı son ünvanın 

əvvəlcədən məlum olması gərəkdir. Bu şəbəkənin mürəkkəb struktura malik olması 

və çoxlü sayda ötürümə marşrutlasrının mövcudluğu ilə izah edilir. Bu səbəbdən də 




 

 

32 

 

qlobal  şəbəkələrdə  informasiya  mübadiləsində  informasiya  paketlərinin  ötürən 



sistemdən, onun  ünvanlandığı  sonuncu  sistemə  qədərki  marşrutunu  izləyə  biləcək 

şəbəkə protokollarından istifadə edilməsi tələb olunur. 

Şəbəkə  səviyyəsi  protokolu  verilənləri  nəqliyyat  səviyyəsindən  alaraq  

deytaqramlara  yığır  və  öz  məxsusi  başlığını  oraya  əlavə  edir.  Kanal  səviyyəsi 

protokolunun  başlığında  olduğu  kimi  şəbəkə  səviyyəsi  protokolunun  başlığı  da 

özündə  alıcı  sisteminin  ünvanını  saxlayır,  lakin  bu  ünvan  informasiya  paketinin 

göndərildiyi son  yeri identifikasiya edir.  Şəbəkə səviyyəsi protokolları verilənlər 

paketinin  göndərildiyi  son  ünvanı  göstərmək  üçün  müxtəlif  tipli  ünvanlar 

sistemindən istifadə edir. Lakin şəbəkə protokolları içərisində ən çox istifadə ediləni 

TCP/İP  protokollar  stekinə  aid  İP  (İnternet  Protocol-  şəbəkələrarası  protokol) 

protokoludur.  O,  birində  alıcı  sistemi,  digərində  göndərən  sistem  yerləşən  iki 

şəbəkəni identifikasiya edən 32-dərəcəli ünvanlar fəzasını təmin edir. 

Ayrıca  şəbəkəni  müəyyənləşdirməyə  imkan  verən  və  şəbəkə  protokolunun 

əsas funksiyasının yerinə yetirilməsi üçün vacib olan ünvan marşrutlaşdırma adlanır. 

İnformasiya paketi qlobal şəbəkədə hərəkət edərkən, alıcı sistemə çatana gədər bir 

marşrutlaşdırıcıdan digərinə ötürülür. 

Etibarlılıq  baxımından  qlobal  şəbəkələr  elə  qurulur  ki,  ünvanlanmış  yerə 

hərəkət üçün həmişə birdən artıq marşrut olsun. Hər bir marşrutlayıcı informasiya 

paketinin təyin olunmuş yerə məqsədəuyğun olaraq çatmasını təmin edəcək növbəti 

marşrutlaşdırıcını müəyyənləşdirir. Aydın olur ki, kanal səviyyəsi protokolu lokal 

şəbəkə xaricində olan heç bir şeyi nəzərə almır və beləliklə də informasiya paketinin 

keçəcəyi marşrut bütövlüklə şəbəkə protokolu tərəfindən müəyyənləşdirilir. 




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin