Komputer şƏBƏKƏLƏRİ VƏ telekommunikasiYA


 İNTERNETİN YARANMA TARİXİ



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə38/57
tarix10.05.2022
ölçüsü1,04 Mb.
#57181
1   ...   34   35   36   37   38   39   40   41   ...   57


15. İNTERNETİN YARANMA TARİXİ 

İnternet - əlaqələrin qlobal sistemi olub, şəbəkəyə qoşulmaq üçün proqram və 

apatar vasitələrinə malik istifadəçilərin daxil ola biləcəkləri iri həcmli informasiyanı 

özündə  saxlayan  çoxlu  sayda  yüksəksürətli  kompüter  şəbəkələrini  birləşdirir. 

İnternet birsincli sistem deyil, əksinə yer kürəsinin istənilən nöqtəsinə informasiya 

axımlarını ötürmə imkanına malik olan müxtəlif şəbəkələr qrupudur. Bu səbəbdən 

də İnterneti çox vaxt “şəbəkələr şəbəkəsi” adlandırırlar. 

İnternet  Standarts,  RFC  1310.2  İnterneti  avtonom,  bir-biri  ilə  qarşılıqlı  fəaliyyət 

göstərən beynəlxalq informasiya əməkdaşlığı kimi müəyyənləşdirir. Bu əməkdaşlıq 

aşıq  protokol  və  prosedurlara  könüllü  riayət  olunması  əsasında  maşınlararası 

qarşılıqlı əlaqələri təmin edir. 

İnternetin  yaranması  ABŞ-nın  Perspektiv  Planlaşdırma  İdarəsi-ARPA 

(Advanced  Research    Procejects  Agency)  tərəfindən  paket  komutasiyalı  şəbəkə 

vasitələrinin dözümlülüyünuün sınağı layihəsi kimi başlanmışdır. ARPA-nın fikrinə 

görə  bu  sınaq  şəbəkəsi  komutasiya  qovşaqları  arasında  icarəyə  götürülmüş  əlaqə 

xətlərindən  ibarət  olmalı  idi.  Şəbəkə  ARPANET  adlandırılmış,  onda  olan 

komutatorlar  isə  şəbəkələrarası  məlumatlar  prosessoru  adını  almışdır.  Əvvəlcə 

ARPANET-də  dörd  komutator  olmuşdur:  Los-Anceles  və  Santa-Barbaradakı 

kaliforniya universitetlərində, Stenford elmi-tədqiqat institunda və Yuta ştatınındakı 

universitetdə. Kommutator kimi Honeywell-316 mini kompüterləri istifadə edilirdi. 




 

 

34 

 

Şəbəkənin yaradılması və hazırlanmasının yekunlaşdırılmasına beş il sərf edilmişdir 



(1968-ci ildən 1973-cu ilədək). 

ARPANET-in  istismarına  artıq  1971-ci  ildə  başlanmışdır.  Bu  şəbəkəyə  qoşulmaq 

üçün ciddi müəyyən olunmuş qaydalarla kommutatorlardan biri ilə əlaqə yaratmaq 

lazım idi. ARPANET-in universitetlərdə, müəssisə və korporasiyalarda, istifadəçi 

cəmiyyətlərində alt sistemləri yarandıqda o artıq idar şəbəkəsi olmaqdan uzaqlaşdı 

və İnternet adını aldı. 

Yeni  standartların  yaradılması  və  planlaşdırılması  ilə  əvvəlcə  1983-cü  ildə 

yaradılmış İnternet işləri üzrə Şura- İAB (İnternet Activities Board) məşğul olurdu. 

1986-cı  ildə  İAB  standartların  işlənib  hazırlanmasını  İnternetin  mühəndis 

problemləri  üzrə  işçi  qrupuna-  İETF  (İnternet  Engineering  Task  Force)-ə  verdi. 

İnternet  sahəsində  uzunmüddətli  tədqiqatların  aparılması  isə  İnternetin  tədqiqatçı 

işçi  qrupuna-  İRTF  (İnternet  Research  Task  Force)-ə  tapşırıldı.  Bütün  bunlarla 

yanaşı,  istənilən  təklif  İAB  tərəfindən  təsdiq  olunduqdan  sonra  qüvvəyə  minir. 

Nəhayət,  1992-ci  ildə  İnternet  cəmiyyəti-  İSOC  (İnternet  Society)  təsis  olundu, 

İnternet işləri üzrə Şura isə İnternet arxitekturası üzrə Şura adlandırılaraq İSOc-un 

tabeçiliyinə verildi.  

Yeni informasiya texnoloqiyalarının intensiv inkişafı və geniş tətbiqi insanların illər 

ərzində  yaratdığı  və  topladığı  ənənəvi  informasiya  resurslarIını  elektron  formaya 

çevİrməyə  və  informasiya  resurslanmn  yeni-elektron-növünü  yaratmağa  imkan 

verdi.Yeni  keyfıyyətə  malik  olan  elektron  informasiya  resurslarının  toplanması, 

saxlanması, axtarışı və əldə edilməsi daha rahat və əlverişli olduğundan, onlar daha 

geniş  yayılır  və  istifadə  edilir.  Hazırda  İNTERNET  texnoloqiyalarından  şəbəkə 

mühitində işləməsi nəzərdə tutulan həm ixtisaslaşdırılmış, həm də ümumi təyinatlı 

informasiya sistemlərinin qurulmasında geniş istifadə olunur. 

Strukturuna görə İNTERNET müxtəlif tipli elektron informasiya resurslarını 

özündə toplayan və onlara müraciət üçün sadə interfeysə malik olan nəhəng, lakin 

kifayət qədər çevik informasiya şəbəkəsidir. Son illər ərzində İNTERNET şəbəkəsi 



 

 

35 

 

əsasında  istifadəçilərə  müxtəlif  informasiya  xidmətləri  göstərən  çoxlu  sayda 



informasiya sistemlərinin serverləri qurulmuş və fəaliyyət göstərirlər. 

İNTERNET mühitində işləyən informasiya-axtarış sistemini lokal və şəbəkə 

mühitlərində  fəaliyyət  göstərən  informasiya  axtarış  sistemlərindən  (İAS-dan) 

fərqləndirən  bir  sıra  xüsusiyyətlər  mövcüddür.  Onlardan  biri  də  İNTERNET-də 

informasiya  resurslarının  elektron  variantında  olmasıdır.  İNTERNET-in 

informasiya resurslarının əsas növləri aşağıdakılardır: 

-elektron  nəşrlər-periodik  elektron  jurnallar,  qəzetlər,  xülasələr,  bülletenlər, 

kitablar, konfrans materialları və s. 

-elektron  kitabxanalar-  ənənəvi  kitabxanaların,  kataloqların  və  s.  elektron 

variantları; 

-  İNTERNET-in  informasiya  massivləri  -WEB  sənədləri,  FTP  arxivləri, 

Gopher-in, Usenet-in resursları və s. 

-xüsusi təyinatlı informasiya resursları- xüsusi məqsədlər üçün İNTERNET-

də yerləşdirilən məlumatlar, hesabatlar, elmi tədqiqatların nəticələri, nəşr edilməsi 

üçün məqalələr, müxtəlif sənədlər və s. 

İNTERNET-in əsas xidmət sahələrinə (servislərinə) aşağıdakılar aiddir: 

1.  WWW- World Wide Web (Ümumdünya hörümçək toru) 

2.  Elektron poçt (E-mail) 

3.  FTP-File Transfer Protocol 

4.  USENET xidməti 

5.  İnteraktiv söhbət, audio və videokonfrans 

6.  Elektron elanlar lövhələri 

7.  İntemet vasitəsilə şəkillərin, insanlann və təşkilatlarm axtarışı 

8.  TELNET xidməti 

9.  «Gopher» informasiya-axtanş xidməti. 

Bu xidmətlərin izahını verək. 

 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin