Komputer şƏBƏKƏLƏRİ VƏ telekommunikasiYA


    21. Elektron elanlar lövhələri



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə47/57
tarix10.05.2022
ölçüsü1,04 Mb.
#57181
1   ...   43   44   45   46   47   48   49   50   ...   57


45 

 

21. Elektron elanlar lövhələri 

Bu xidmət növü elektron poçtundan, müxtəlif informasiya xidmətldərindən, 

interaktiv səsli və görüntülü əlaqələrdən və konfranslardan birgə istifadə edilməklə 

reallaşdırılır.  ABŞ-ın  NPTN  (National  Publik  Telecomputinq  Network-  Milli 

İctimai Kompüter Şəbəkəsi) kompüter şəbəkəsinin tərkibinə daxil olan bu sistem 

pulsuz telekommunikasiya və şəbəkə xidmətləri təqdim edir. 

Elektron  lövhələr  onlarda  yerləşdirilmiş  elanların  mövzularına  görə 

xüsusiləşdirilmiş  və  ümumi  xarakterli  ola  bilərlər.  1-ci  halda  elektron  lövhədə 

yerləşdirilmiş  elanlar  müəyyən  mövzuya  görə  qruplaşdırılır,  məsələn,  daşınmaz 

əmlak  satışı,  avtomobil  satışı  və  s.,  2-ci  halda  isə  lövhədə  bütün  mövzulara  aid 

elanlar yerləşdirilir. Elektron elanlar adi qəzet və ya divar elanlarından fərqli olaraq, 

daha çox müddətdə fəaliyyət göstərir və onları daha çox sayda istifadəçi oxuyur. 

Qəzetlərdəki  elanların  elektron  variantlarını  da  INTERNET-də  yerləşdirmək 

mümkündür. 

INTERNET  vasitəsilə  alqı-satqı  əməliyyatlarının  aparılması  da  çox 

səmərəlidir. INTERNET-in bu xidmət obyektlərinə INTERNET-mağazalar deyilir. 

INTERNET-mağazalarda satılan mallar haqqında  ətraflı məlumat verilir və qrafık 

vasitələrin köməyilə əks etdirilir. Alıcı ona lazım olan malı seçdikdən sonra satıçı 

ilə « online» və ya «offline» rejimində əlaqə saxlaya və onunla sövdələşə bilər. Ən 

geniş  yayılmış  INTERNET-mağaza  proqramlarına  misal  olaraq  «Copernic 

Shopper»  (ünvanı: 

www.copernic.com

),  «Half»(ünvanı: 

www.half.com

), 

«Shopping» (ünvanı: 



www.shopping.ru

) və s. göstərmək olar. 

Elektron  elanlar  lövhələrinin  bir  növü  də  INTERNET  və  ya  şəbəkə 

auksionlarıdır.  INTERNET-  auksion  istənilən  mal  növləri  üzrə  və  istənilən 

istifadəçiyə  görə  təşkil  edilə  bilər.  Məsələn,  Rusiyada  bu  məqsədlə  iri  miqyaslı 

«Molotok» (ünvanı: 

www.molotok.ru

) auksionu təşkil edilmişdir. Auksionda axtarış 

aparmaq  üçün  xüsusi  axtarış  sistemləri  də  hazırlanmışdır(  məsələn,  «Auctions 

Portal» sistemi: 

www.auctions-portal.com

). Elektron-mağazalarda və auksionlarda 

axtarış aparmaq üçün yuxarıda adlan çəkilən proqramlardan başqa digər proqramlar 



 

 

46 

 

da mövcuddur. Təəssüflər ki, bunu digər növ elektron elanlar lövhələri haqqıında 



demək olmaz . Bu cür proqramların sayı azdır.  

 

 



 

 

 



 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin