Komputer şƏBƏKƏLƏRİ VƏ telekommunikasiYA



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə21/57
tarix10.05.2022
ölçüsü1,04 Mb.
#57181
1   ...   17   18   19   20   21   22   23   24   ...   57


9.  ŞƏBƏKƏNİN NÖVLƏRİ 

Şəbəkələrin  çoxlu  növü  mövcuddur,  ancaq  onların  içərisində  yerli  (lokal) 



şəbəkələr  [local  area  networks,  LAN]  və  geniş  (qlobal)  şəbəkələr  [wide  area 

networks,  WAN]  daha  geniş  yayılmışdır.  Adlarından  da  göründüyü  kimi,  LAN 

əsasən məhdud, WAN isə daha geniş coğrafi ərazini əhatə edir. 



Yerli şəbəkələrin əksəriyyəti fərdi kompyuterləri, iş stansiyaları və printer, skaner 

və s. kimi qurğuları bir-birinə bağlayır. Yerli şəbəkələrin müxtəlif növləri olsa da, 

onlardan  ikisindən  daha  çox  istifadə  olunur:  “muştəri-qulluqcu”  və  tay-tuşlar” 

şəbəkəsi. 

•  “Muştəri-qulluqcu”,  yaxud  “muştəri-server”  şəbəkəsi  [client-server  network]

Bu  növ  yerli  şəbəkədə  iş  stansiyalarının  və  serverin  imkanlarından  maksimum 

istifadə etmək məqsədilə idarəetmə onlar arasında paylanır. 

Bu  arxitekturada  tətbiqi  proqramın  işlənməsi  müştəri  və  server  kompyuterləri 

arasında  bölüşdürülür.  Meynfreymlərə  əsaslanan  çoxistifadəçi  sistemlərin  “lal” 

terminallarından fərqli olaraq, “müştəri-server” arxitekturasına əsaslanan şəbəkədə 

müştərilər  üçün  fərdi  komputerlər  olur.  Server  kimi  digər  fərdi  komputerdən, 




 

 

19 

 

minikomputerdən  və  ya  meynfreymdən  istifadə  edilə  bilər.  Server  müştəriyə 



çoxistifadəçi  mühitində  işləməyin  ənənəvi  üstünlüklərini  –  verilənlərin  idarə 

edilməsi, informasiya ilə kollektiv işləmək, verilənlərin şəbəkə administrasiyası və 

onların qorunma imkanlarını verir. Özündən əvvəlki arxitekturalardan (meynfreym 

və  fayl  serveri)  fərqli  olaraq  “müştəri-server”  arxitekturasında  proqram 

təminatından server və iş stansiyaları birgə istifadə edirlər. 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin