Komputer şƏBƏKƏLƏRİ VƏ telekommunikasiYA



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə6/57
tarix10.05.2022
ölçüsü1,04 Mb.
#57181
1   2   3   4   5   6   7   8   9   ...   57


Simsiz  vasitələr.  Hal-hazırda  verilənləri  daşımaq  üçün  fiziki  vasitələr  ilə 

yanaşı, simsiz vasitələrdən də geniş istifadə olunur. 

• Radiosiqnallar [radio signals]. Radiosiqnallar vasitəsilə ötürülmə zamanı ötürücü 

və qəbuledici arasında görünüş xəttinin olması vacibdir; belə ki, siqnal bir mənbədən 

o  birisinə  düz  xətt  boyunca  ötürülür.  Radioveriliş  üçün  siqnalları  göndərən 

radioötürücü aparatın və siqnalları qəbul edən radioqəbuledicinin olması lazımdır. 

•  Mikrodalğalar  [microwaves].  Mikrodalğalı  siqnallar  fəzada  elektromaqnit 

dalğaları  formasında  yayılır.  Radiosiqnallar  kimi,  onlar  da  bir  mikrodalğa 

stansiyasından  digərinə  düz  xətt  üzrə  göndərilir.  Maneələrdən  qaçmaq  üçün 

mikrodalğa  stansiyalarının  əksəriyyəti  yuksəkliklərdə,  yaxud  hündür  binaların 

başında quraşdırılır. 

•  Peyk  rabitəsi  vasitələri  [satellite  transmissions].  Rabitə  peykləri  orbitdə  Yerin 

səthindən on minlərlə kilometr məsafədə hərəkət edir. Belə yüksəklik peykə Yerlə 

eyni sürətlə fırlanmaqla Yer səthindəki bir nöqtə üzərində sabit mövqe saxlamağa 

imkan  verir.  Peykdəki  avadanlıqlar  Yerdən  göndərilən  siqnalları  gücləndirir  və 

onları yenidən Yerə qaytarır.  

Şəbəkə qurarkən bu kommunikasiya vasitələrindən hər hansı birini seçmək üçün bir 

neçə amili – şəbəkənin növünü, ölçüsünü (miqyasını) və onun maya dəyərini nəzərə 

almaq lazımdır. 

 

 



 


 

 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin