Komputer şƏBƏKƏLƏRİ VƏ telekommunikasiYA


    Konstruktiv olaraq modemlər iki formada olur: daxili və xarici



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə14/57
tarix10.05.2022
ölçüsü1,04 Mb.
#57181
1   ...   10   11   12   13   14   15   16   17   ...   57


12 

 

Konstruktiv olaraq modemlər iki formada olur: daxili və xarici. Daxili modemlər 



ana  plata  üzərində  olan  sistem  şinə  qoşulur.  Xarici  modemlər  isə  ardıcıl  Com 

portuna (

communications 

port

) qoşulur. Xarici modemlərin qiyməti nisbətən baha 

olur və fərdi kompüterə rahat qoşulur. 

 

 



 

 

 



 

6.  İNFORMASİYANIN SIXLAŞDIRILMASI. SƏHVLƏRİN 

TAPILMASI VƏ TƏSHİHİ 

İnformasiyanın  sıxlaşdırılması.  Rabitə  xəttinə  informasiyanı  ötürməmişdən 

əvvəl  daha  böyük  miqdarda  informasiyanı  ötürmək  üçün  mütləq  həmin 

informasiyanı  sıxlaşdırmaq  lazımdır.  Sıxlaşdırma  prinsiplərindən  biri  ondan 

ibarətdir  ki,  təkrar  olunan  simvol  və  kodlar  ardıcıllığı  daha  qısa  şəkildə  yazılmış 

kodla əvəz edilir. Məs, AAAAAVVVVSSSSSS=5A4V6S. 

Sıxlaşdırmanın digər bir üsulu qısaldılmış baytlardan istifadə edilməsidir. Aydındır 

ki,  bayt  özü  8  bitdən  ibarətdir,  amma  5  bitdən  ibarət  olan  informasiya  qrupu  bir 

baytdan başlayıb, digər baytda qurtara bilər. Bu cür qısaldılmış bayt birləşmələrinin 

uzunluğu müxtəlif ola bilər. Əksər hallarda  ən çox rast gəlinən simvollar bitlərin 

qısaldılmış  ardıcıllığı  ilə  kodlaşdırıla  bilirlər.  Hal-hazırda  informasiyanın 

sıxlaşdırmasının mürəkkəb alqoritmləri əsasında işləyən külli miqdarda proqram – 

arxivatorlar  işlənib  hazırlanmışdır.  Qeyd  etmək  lazımdır  ki,  ən  kiçik  sıxlaşdırma 

vahidi informasiyanın tipindən asılı olaraq, informasiya blokudur. Ən geniş yayılmış 

proqram arxivatorlardan – Rar və Zip proqramlarını göstərmək olar. 

Verilənlərin  sıxlaşdırılmasını  modemin  daxilində  yerləşdirilmiş  sıxlaşdırma 

protokolu  (MNR5),  həmçinin  verilənlərin  ötürülmə  kanallarının  özü  həyata 

keçirirlər. 



 

 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin