13
Səhvlərin tapılması və təshihi. Növbəti informasiya blokunu göndərdikdən sonra
modem, rabitə xəttinin digər tərəfində olan modem tərəfindən bu informasiya
blokunun düzgün qəbulu haqqında təsdiq cavabını gözləyir. Əgər informasiya səhv
qəbul olunubsa, bu halda qəbuledici modem göndərilən blokun təkrarən
göndərilməsi üçün siqnal göndərir. Səhvlərin bu təshih üsulu ARQ (Automatic
Repaet reQuest – təkrarın avtomatik üsulu) adlanır. Bəzi rabitə kanalları informasiya
ötürülməsi zamanı əmələ gələ bilən səhvlərin müəyyən miqdardan kənara
çıxmamasına nəzarət edir. Əks halda, modem-qəbuledici modem- vericiyə təklif edir
ki, daha alçaq sürətə keçsin və ya ötürülən blokların sayını azaltsın. Ötürülən
informasiyaya nəzarət üçün hər bir informasiya bloku müəyyən nəzarət cəmi ilə
təmin olunur. Bu cəmi əldə etmək üçün ötürülən blokun bütün bitlərinin üzərində
müəyyən hesab əməli aparılır. Bu rəqəmin tapılma alqoritmi elə qurulmalıdır ki,
istənilən bitin təhrif olunması nəzarət cəminin dəyişməsinə səbəb olsun. Modem-
qəbuledici, növbəti informasiya blokunu qəbul etdikdən sonra göstərilən alqoritm
üzrə nəzarət cəmini tapır və onu cari alınmış cəm ilə müqayisə edir. Cəmlər bir-birilə
üst-üstə düşdükdə, blokun düzgün ötürülməsi təsdiq edilir. Cəmlər bir-birinin üstünə
düşmədikdə, bu ötürmə zamanı səhvə yol verildiyini göstərir və bu barədə modem-
qəbuledici həmin blokun təkrarən göndərilməsi üçün siqnal göndərir. Səhv alınmış
nəzarət cəminin təhrif olunmuş verilənlərə uyğunluq ehtimalı çox kiçikdir. Səhvlərin
təshihi modem daxilində olan səhvlərin təshih aparat protokolu (MNP4), həmçinin
faylların ötürülmə protokolunu formalaşdıran kommunikasiya protokolu (məs,
Xmodem) vasitəsilə də həyata keçirilə bilər.
Dostları ilə paylaş: |