Komputer şƏBƏKƏLƏRİ VƏ telekommunikasiYA



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə11/57
tarix10.05.2022
ölçüsü1,04 Mb.
#57181
1   ...   7   8   9   10   11   12   13   14   ...   57


 

Baza  interfeysində  avadanlıqların sayı  minimum  olur və  o kliyentə  2  kanal 

təklif edir:  

1.  səs üçün və ya 64 Kbit/san sürətlə verilənlərin ötürülməsi üçün,  

2.  xidməti kanal.  

Xidməti  kanal  vasitəsilə  abonent  avadanlığının  telefon  şəbəkəsi  ilə  informasiya 

mübadiləsini təşkil etmək mümkündür.  



Genişləndirilmiş interfeys baza interfeysinin genişlənmiş variantı olub, əlavə 

olaraq  burada  30  informasiya  kanalı  ayrılır.  Bu  informasiya  kanallarında  telefon 

nömrələri  heç  də  kanala  birdəfəlik  bağlanmır.  Yüsək  sürətlə  verilənləri  ötürmək 

üçün “invers multipleksləşdirmə” kimi xüsusi proqramdan istifadə edilir. Bu halda 

bir neçə informasiya kanalından eyni zamanda istifadə etmək mümkün olur. Kanalın 

buraxma qabiliyyətini artırmaq üçün peyk rabitə kanallarından istifadə olunur. Bu 

məqsədlə  kliyent  kiçik  ölçülü  parabolik  peyk  antenasına  malik  olmalıdır.  Belə 

şəbəkəyə  yenə  də  əvvəldə  olduğu  kimi,  telefon  kanalı  ilə  sorğu  göndərilir, 

informasiya  isə  peyk  rabitə  kanalı  ilə  qəbul  edilir.  Belə  rabitə  kanalında  hər  bir 

istifadəçi göndərdiyi sorğuya nəzərən, daha çox informasiya almaq imkanına malik 

olur.  Təbii  olaraq,  belə  hallarda,  siqnalın  qəbul  olunma  sürəti  şəbəkəyə  verilən 

sorğunun  sürətindən  qat-qat  çox  olmalıdır.  Bundan  əlavə,  belə  kanallarda 

verilənlərin  ötürülmə  etibarlılığı  da  artır.  Fərdi  kompüterlərin  meydana  gəlməsi 

qlobal  şəbəkələrə  böyük  təsir  göstərərək,  onların  kəmiyyət  və  keyfiyyət  cəhətcə 

yaxınlaşmasına  səbəb  olmuşdur.  Bu  artımın  çox  hissəsini  isə  istifadəçidə  olan 

kompüter  və  modemlər  təşkil  etmişdir.  Bütün  qlobal  şəbəkələr  bir-birilə 

əlaqədardırlar,  lakin  onlardan  bəziləri  adi  rabitə  vasitələri  kimi  teleqraf,  telefaks, 

teleks, adi poçt xidmətləri də göstərə bilirlər. Bunun üçün şəbəkəni xüsusi qovşağı 

olur  ki,  onlar  elektron  poçtu  ilə  məktub  və  digər  materialları  qəbul  edir  və  sonra 

onları  faksla  lazımi  telefon  nömrəsinə  göndərirlər.  Belə  şəbəkə  ilə  həmçinin  adi 

məktub  və  teleqramları  da  göndərmək  mümkündür.  Belə  halda  elektron  poçtu  ilə 

şəbəkənin xüsusi qovşağına mətn göndərilir. Orada o aydınlaşdırılır, zərfin daxilinə 

qoyulur  və  adi  poçtla  məktubu  alacaq  şəxsə  göndərilir.  Şəbəkənin  bu  cür  böyük 



 

 

 

imkanları  lokal  və  qlobal  şəbəkələr  arasında  olan  prinsipial  fərqi  aradan  qaldırır. 



Şəbəkələrin  belə  sürətlə  inkişaf  etməsi  telekommunikasiya  şəbəkə  və  vasitələrin 

geniş inkişafı nəticəsində mümkün olmuşdur.  

Müasir  qlobal  kompüter  şəbəkələri  mövcud  olan  rabitə  vasitələrinin  üstün 

xüsusiyyətlərini özündə birləşdirir və böyük həcmli müxtəlif informasiyaların böyük 

sürətlə və etbarlılıqla ötürülməsini təmin edir. 

 

 



 

 

 




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin