qəbulunu təşkil edən texniki vəzifələrdir. Dünyada olan ixtiyari informasiyanı əldə
etmək üçün kompüter, tələb olunan informasiya bazasına daxil olmaq imkanına
malik olmalıdır. Bu da,öz növbəsində, bütün kompüterləri nəhəng bir hesablama
7
Keçən əsrin 60-80-ci illərində böyük universal kompüterlər uzaq məsafədə
yerləşən terminal qruplarına malik idilər. Bu terminallar bir neçə istifadəçiyə eyni
zamanda kompüterlə işləmək imkanını verirdi. Terminalların kompüterlə birləşmə
texnologiyası ilk hesablama şəbəkələrinin yaranma əsaslarını qoydu. Daha sonralar
qlobal şəbəkələr meydana gəlir ki, bunlar vasitəsilə daha uzaq məsafələrdə olan
kompüterlər bir-birilə birləşə bilirlər. Qlobal şəbəkəyə misal olaraq, İnternet
şəbəkəsini göstərmək olar. Lokal şəbəkələrdə yerləşən kompüterlər arasında məsafə
kiçik olduğuna görə, onlar arasında informasiya mübadiləsini çox asan həyata
keçirmək mümkündür. Uzaq məsafədə yerləşən kompüterlər arasında informasiya
mübadiləsini təşkil etmək üçün şəbəkə ünvanını vermək və lazımi rabitə əlaqəsini
qurmaq lazımdır. Bu da müəyyən vaxt sərf olunmasını tələb edirdi. Digər kanallar
istismar üçün bir qədər bahalı olduğundan və qlobal şəbəkəyə yalnız məhdud sayda
kliyentlər daxil ola bildikləri üçün informasiya mübadiləsinin əsas kanalı kimi
telefon xəttindən istifadə edilirdi. Bunu modem təmin edir. Modem kompüterə
qoşulur və telefon kanalı vasitəsilə verilənləri ötürmək və qəbul etmək imkanına
malik olur. Hal-hazırda müxtəlif funksiyaları yerinə yetirən küllü miqdarda müxtəlif
modemlər mövcuddur. Bu modemlər vasitəsilə sifariş olunan telefon nömrəsini
yığmaq, xətt məşğul olduqda bir daha yenidən zəng etmək, telefon dəstəyini
“qaldırmaq”, avtocavab rejimində işləmək, qəbul edilmiş səs informasiyasını fayl
şəklində diskə yazmaq mümkündür. Bütün dünya şəbəkələrinin əksər hissəsi
modemlərin köməyilə təşkil olunmuşdur.
Son zamanlar inteqrasiya xidmətlərinə malik telefon şəbəkəsindən (ISDN-
İntegrated Services Digital Network) istifadə edilir. Bunun yaradılmasında əsas
məqsəd, verilənlərin ötürülmə sürətinə olan məhdudiyyətləri aradan qaldırmaq və
eyni zamanda mövcud olan telefon xətləri ilə işləmək imkanına malik olmaqdır. Bu
cür şəbəkənin əsas iş prinsipi siqnalların rəqəmli emalıdır. Ondan əlavə, bu şəbəkələr
çoxkanallı olurlar. Belə şəbəkəyə qoşulmaq üçün baza və genişləndirilmiş
interfeyslərdən istifadə etmək lazımdır.