• “Tay-tuşlar” şəbəkəsi [peer to peer network]. Bu növ arxitekturalı şəbəkədə bütün
komputerlər eyni dərəcəlidir. Burada heç bir komputer server kimi ayrılmır.
Şəbəkədə olan istifadəçilər komputerlərində olan fayllardan hansılarını digər
istifadəçilər ilə paylaşmalarını özləri müəyyənləşdirir. Bu növ şəbəkələri
quraşdırmaq və idarə etmək çox asandır. Kiçik ofislərin çoxunda “tay-tuşlar”
şəbəkəsindən istifadə olunur.
Geniş şəbəkələr daha geniş coğrafi ərazi üçün nəzərdə tutulmuşdur. Bu ərazi bir
bölgə, bir ölkə, hətta bütün dünyanı əhatə edə bilər. Ən böyük geniş şəbəkə,
şübhəsiz, İnternetdir. Geniş şəbəkələrin əksəriyyəti iki və daha artıq yerli şəbəkədən
ibarət olur və onlar bir-birinə yönləndiricilər vasitəsilə bağlanır. Belə şəbəkələrdə
rabitə kanalı olaraq telefon sistemlərindən, rabitə peyklərindən, mikrodalğalardan,
yaxud onların kombinasiyasından istifadə olunur. Geniş şəbəkənin iki variantı var:
1. intranet
2. ekstranet.
İntranet yalnız bir təşkilatın əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulur. Böyük
biznes qurumlarının çoxunun müxtəlif ofisləri arasında daxili sənəd dövriyyəsi
məqsədi ilə belə şəbəkələr qurulur.
Ekstranet şəbəkəsi intranetə bənzəyir, ancaq bu şəbəkədə təşkilatdan kənar xüsusi
şəxslərə daxili informasiya sistemindən istifadə etməyə icazə verilir. İnternet kimi,
intranet və ekstranet şəbəkələrində də veb texnologiyalarından istifadə olunur.
Dostları ilə paylaş: |