9. ŞƏBƏKƏNİN NÖVLƏRİ
Şəbəkələrin çoxlu növü mövcuddur, ancaq onların içərisində yerli (lokal)
şəbəkələr [local area networks, LAN] və geniş (qlobal) şəbəkələr [wide area
networks, WAN] daha geniş yayılmışdır. Adlarından da göründüyü kimi, LAN
əsasən məhdud, WAN isə daha geniş coğrafi ərazini əhatə edir.
Yerli şəbəkələrin əksəriyyəti fərdi kompyuterləri, iş stansiyaları və printer, skaner
və s. kimi qurğuları bir-birinə bağlayır. Yerli şəbəkələrin müxtəlif növləri olsa da,
onlardan ikisindən daha çox istifadə olunur: “muştəri-qulluqcu” və “tay-tuşlar”
şəbəkəsi.
• “Muştəri-qulluqcu”, yaxud “muştəri-server” şəbəkəsi [client-server network].
Bu növ yerli şəbəkədə iş stansiyalarının və serverin imkanlarından maksimum
istifadə etmək məqsədilə idarəetmə onlar arasında paylanır.
Bu arxitekturada tətbiqi proqramın işlənməsi müştəri və server kompyuterləri
arasında bölüşdürülür. Meynfreymlərə əsaslanan çoxistifadəçi sistemlərin “lal”
terminallarından fərqli olaraq, “müştəri-server” arxitekturasına əsaslanan şəbəkədə
müştərilər üçün fərdi komputerlər olur. Server kimi digər fərdi komputerdən,
19
minikomputerdən və ya meynfreymdən istifadə edilə bilər. Server müştəriyə
çoxistifadəçi mühitində işləməyin ənənəvi üstünlüklərini – verilənlərin idarə
edilməsi, informasiya ilə kollektiv işləmək, verilənlərin şəbəkə administrasiyası və
onların qorunma imkanlarını verir. Özündən əvvəlki arxitekturalardan (meynfreym
və fayl serveri) fərqli olaraq “müştəri-server” arxitekturasında proqram
təminatından server və iş stansiyaları birgə istifadə edirlər.
Dostları ilə paylaş: |