Komputer şƏBƏKƏLƏRİ VƏ telekommunikasiYA



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə2/57
tarix10.05.2022
ölçüsü1,04 Mb.
#57181
1   2   3   4   5   6   7   8   9   ...   57


Kompyuter şəbəkəsi, öz aralarında hər hansı qayda ilə birləşdirilmiş kompyuterlər 

qrupudur.  Daha  geniş  anlamda  bu,  radio,  yaxud  televiziya  şəbəkəsinə  oxşayır. 

Ancaq teleşəbəkələrdə bir informasiya eyni vaxtda bütün qəbuledicilərə verilir (belə 

şəbəkə verici şəbəkə adlanır); komputer şəbəkələrində isə hər bir məlumat, adətən, 

ünvanlı, yəni müəyyən bir komputerə yönəldilir. Televiziya şəbəkələrindən fərqli 

olaraq  komputer  şəbəkələri  həmişə  ikiistiqamətlidir:  A  komputeri  B  komputerinə 

məlumat göndərirsə, B komputeri də A komputerinə cavab göndərə bilər. 

Kompüterlərin şəbəkə vasitəsilə birləşdirilməsinin əsas səbəbləri aşağıdakılardır: 

-  Resursların  bölüşdürülməsi.  Resursların  bölüşdürülməsi  onlardan  qənaətlə 

istifadəyə  imkan  yaradır.  Məsələn,  çap  qurğularındanş  ümumi  informasiya 

daşıyıcılarından, modemlərdən, işçi stansiyalardan və s; 

-  Tətbiqi  proqramların  bölüşdürülməsi.  proqram  vasitələrinin  bğlüşdürülməsi 

əvvəlcədən mərkəzləşdirilmiş proqram vasitələrindən, şəbəkə proqramlarından, eyni 



 

 

 

zamanda bir neçə istifadəçi tərəfindən istifadəyə imkan verir ki, bu da çoxistifadəçi 



rejimini yaradır; 

Prosessorun 



resurslarının 

bölüşdürülməsi. 

Prosessorun 

imkanlarının 

bölüşdürülməsi  zamanı  xüsusi  layihələndirilərək  şəbəkə  tərkibinə  daxil  edilmiş  

başqa  sistemlər  tərəfindən  prosessorun  hesablama  gücündən  və  tətbiqi 

proqramlardan verilənlərin emalı üçün istifadə etmək mümkündür; 

- Telekommunikasiya. Müəssisədə lokal şəbəkələrdən istifadə olunması yalnız işçi 

stansiyalar arasında hansısa qeydlərin, yazıların, sənədlərin və s. ötürülməsi deyil, 

real  vaxt  rejimində  videokonfransların  və  yığıncaqların,  diskussiyaların 

keçirilməsinə də imkan verir. 

Kompyuter şəbəkələrini iki əsas qrupa bölmək olar: 

  Yerli şəbəkələr [local area networks, LAN

  Geniş şəbəkələr [wide area networks, WAN

Bu iki şəbəkə arasında başlıca fərq ondan ibarətdir ki, LAN əsasən məhdud ərazini 

(məsələn,  bir  binanı),  WAN  isə  daha  geniş  coğrafi  ərazini  əhatə  edir.  WANların 

çoxusu bir neçə LAN-ın birləşdirilməsindən əmələ gəlir. 

İş  prosesində  tez-tez  verilənləri  bir  yerdən  başqa  yerə  ötürmək  lazım  gəlir. 

Verilənlərin  bir  yerdən  başqa  bir  yerə  verilməsinə  verilənlərin  ötürülməsi  [data 

communications] deyilir. Verilənlərin ötürülməsini həyata keçirmək üçün aşağıdakı 

komponentlərin olması zəruridir: 

1.  Gondərən qurğu [sending device] – bu, adətən komputerdir. 

2.  Kommunikasiya qurğusu [communications device] – məsələn, modem. Bu 

qurğu kompyuterdən çıxan siqnalı rabitə kanalının “daşıya bildiyi” siqnallara 

çevirir. 

3.  Kommunikasiya (rabitəkanalı [communications channel] – bu, siqnalların 

kecdiyi telefon xətləri, kabel, yaxud simsiz oturucu ola bilər. 

4.  Qəbuledici  qurğu  [receiving  device]  –  gələn  siqnalları  qəbul  edən  qurğu, 

adətən, komputer. 

5.  Kommunikasiya proqramları [communication software] . 



 

 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin