Simsiz vasitələr. Hal-hazırda verilənləri daşımaq üçün fiziki vasitələr ilə
yanaşı, simsiz vasitələrdən də geniş istifadə olunur.
• Radiosiqnallar [radio signals]. Radiosiqnallar vasitəsilə ötürülmə zamanı ötürücü
və qəbuledici arasında görünüş xəttinin olması vacibdir; belə ki, siqnal bir mənbədən
o birisinə düz xətt boyunca ötürülür. Radioveriliş üçün siqnalları göndərən
radioötürücü aparatın və siqnalları qəbul edən radioqəbuledicinin olması lazımdır.
• Mikrodalğalar [microwaves]. Mikrodalğalı siqnallar fəzada elektromaqnit
dalğaları formasında yayılır. Radiosiqnallar kimi, onlar da bir mikrodalğa
stansiyasından digərinə düz xətt üzrə göndərilir. Maneələrdən qaçmaq üçün
mikrodalğa stansiyalarının əksəriyyəti yuksəkliklərdə, yaxud hündür binaların
başında quraşdırılır.
• Peyk rabitəsi vasitələri [satellite transmissions]. Rabitə peykləri orbitdə Yerin
səthindən on minlərlə kilometr məsafədə hərəkət edir. Belə yüksəklik peykə Yerlə
eyni sürətlə fırlanmaqla Yer səthindəki bir nöqtə üzərində sabit mövqe saxlamağa
imkan verir. Peykdəki avadanlıqlar Yerdən göndərilən siqnalları gücləndirir və
onları yenidən Yerə qaytarır.
Şəbəkə qurarkən bu kommunikasiya vasitələrindən hər hansı birini seçmək üçün bir
neçə amili – şəbəkənin növünü, ölçüsünü (miqyasını) və onun maya dəyərini nəzərə
almaq lazımdır.
|