İşçi stolunun təyinatı. Windows əməliyyat sistemini yüklədikdən sonra ekranda electron “İşçi stolu” yaranır. Aydındır ki, hər bir sənədin və əşyanın öz yeri olduğu yaxşı təşkil edilmiş işçi stolu, istifadəçiyə öz fəaliyyətini daha səmərəli təşkil etməyə imkan verir. Elektron variantda olan işçi stolda adı işçi stol funksiyalarını yerinə yetirir. Buna görə də, Windows mühitinə düşən kimi, istifadəçi interfeysi müəyyən stol imitasiyasını yaradır ki, bu stolun müəyyən yerlərində sənədlərin və əlavələrin nişanları yerləşir. Standart “İşçi stol”un mərkəzində istifadəçinin ən çox müraciət etdiyi tətbiqi proqramlar və sənədlərin yarlıkları yerləşir. Bu yarlıklar uyğun obyektlərin işə salınmasını sürətləndirir.
İşçi stolun aşağı hissəsində boz rəngdə “Məsələlər paneli” adlanan sətir yerləşir. Bu sətrin mərkəzi hissəsində məsələlər düymələri, daha doğrusu istifadəçinin cari seansda işlədiyi tətbiqi proqramlar və sənədlər düymələri yerləşirlər. Sol tərəfdə “Пуск” düyməsi yerləşir ki, bunu basmaqla Windows-un baş menyusuna daxil olmaq mümkündür.
Baş menyudan orada olan tətbiqi proqramları işə salmaq olar.Menyunun hər bir bəndinin öz nişanı və adı vardır. Bəzi bəndlərdə isə, onun altmenyusunu göstərən oxlar olur.
Məsələlər panelinin sağ tərəfində indikasiya paneli vardır ki, burada saat, təqvim və klaviaturanın rus və ya ingilis dilinə keçməsini göstərən düymələr vardır. Burada həmçinin istifadəçi tərəfindən quraşdırılan müxtəlif proqramların nişanları da ola bilər.
Yoxlama sualları:
1. İnterfeys nədir?
2. Simvol interfeysi nədir?
3. Qrafik intefeys nədir?
4. Pəncərə nədir?
5. Tətbiqi proqram və sənəd pəncərələrinin standart elementləri hansılardır?
6. Dialoq pəncərəsi hansı obyektlərdən ibarətdir?
7. İşçi stol nədir?
1 21
3. STANDART PROQRAMLAR
13.1. Standart proqramlar. Fayl sistemi 1.Fayl sistemi F 13.1
ayl – informasiyanın diskdə tutduğu yerdir. İki cür fayllar olur:
1.Sistem faylları – dəyişməyən fayllar, yalnız əlavələrin və əməliyyat sistemlərinin versiyaları digərlərilə əvəz olunduqda dəyişilirlər (.sys).
2.İnformasiya faylları – dəyişilməyə məruz qalan fayllar, məsələn:
mətn redaktorlarında yaradılan fayllar (.doc, .txt), verilənlər bazasının faylları (.mdb), elektron cədvəllərinin faylları (*.xls), mediya-fayllar (səs faylları: wav, mp3, midi, au, video-fayllar: avi, mov), qrafik fayllar (.jpg, .gif, .bmp, .tif, .png), prezentasiyalar (.ppt, .pps), Windows Explorerb-fayllar (.htm, .html), konfiqurasiya faylları (sistem reestr, DHCP, WINS, DNS və Active Directory verilənləri).
Göründüyü kimi hər bir fayl yarandığı proqramdan asılı olaraq xüsusi formata (genişləndiriciyə) malikdir. Hər bir fayl bir-birindən nöqtə ilə ayrılan iki hissəli ada malikdir. Xüsusi ad və genişləndirmə. Xüsusi ad 1-dən 255-ə qədər, genişləndirmə isə 1-dən 3-ə qədər simvollardan ibarət ola bilər.
Hər bir faylın öz unikal adı və ünvanı vardır. Ünvan faylın harada yerləşdiyini göstərir. Adətən eyni məqsədli faylları qovluqlarda quruplaşdırırlar. Bu istifadəçiyə bu və ya digər faylı tez axtarıb-tapmağa imkan verir. Demək olar ki, bütün əməliyyat sistemləri faylların axtarışı ilə məşğul olan xüsusi proqrama malikdir. Disketlər, bərk və kompakt disklər cığırlara və sektorlara bölünmüşdür. Ən birinci cığır və ya 0-cı cığır – yükləmə sektoru (Boot Record) sistem xarakterli olub, onda diskin formatı haqqında əməliyyat informasiya yerləşir. Ondan sonra fayılların yerləşmə cədvəli (FAT-cədvəli) yerləşir. Bu cədvəldə diskdəki faylların ünvanları yerləşir. Əgər diskdən hər hansı fayl istifadə üçün çağırılsa, bu zaman bu cədvəldən həmin faylın yerləşdiyi cığır və sektor müəyyən olunur. Bundan sonra maqnit başlıq həmin yerdən faylı oxuyur, prosessor isə onu operativ yaddaşa göndərir.
3 13.2
. Fayl strukturu üzərində aparılan əməliyyatlar bunlardır:
1.Fayl strukturu ilə naviqasiyalar
2.Proqramın işə qoşulması və sənədlərin açılması
3.Qovluğun yaradılması
4.Faylların və qovluqların surətinin alınması
5. Faylların və qovluqların yerdəyişməsi
6. Faylların və qovluqların ləğv edilməsi
7. Faylların və qovluqların adının dəyişdirilməsi
8.Yarlıqların yaradılması
F 13.3
ayl və qovluqlar üzərində əməliyyatları Windowsda bir neçə müxtəlif üsullarla aparmaq olar.Hərə özünə əlverişli üsulu seçir.
Qovluq (Folders) – Ekranda qovluq şəklində işarə ilə göstərilən, istifadəçinin qrafik interfeysində proqram və fayllar üçün konteynerdir. Qovluq diskdəki proqram və sənədləri qaydaya salmaq üçün istifadə olunur və ona fayllar və digər qovluqlar daxil edilir.
İşçi masada (Рабочий стол) yerləşən əsas qovluqlar aşağıdakılardır.
«Мой компьютер» qovluğu – kompüterin istənilən xarici yaddaş qurğusunda (ROM, floppi-diskovod, CD-dickovod, DVD-diskovod) yerləşən bütün proqram və qovluqlara baxmaq olar. Qovluğun üzərində mausun sağ düyməsini basdıqda açılan kontekst menyudakı siyahıdan [Свойство] seçilməklə kompüterin xüsusiyyətinə (hansı ƏS yüklənib, ƏYQ-nun (RAM) həcmi, prosessorun sürəti və s. haqqında məlumat) baxmaq olar.
«Мои документы» qovluğu – içərisində sənədlərin, şəkillərin və tez müraciət tələb olunan faylların saxlanması rahat olan qovluqdur. Ofis proqramları, WordPad və ya Paint kimi proqramlar, öz fayllarını avtomatik olaraq «Мои документы» qovluğunda saxlayırlar.
«Корзина» – Windows ƏS-də silinmiş faylların saxlandığı xüsusi qovluqdur. Səbətdən istifadə etməklə silinmiş faylları bərpa etmək və ya diskin içindəkiləri silməklə orada “boş yaddaş” yaratmaq mümkündür.
Son istifadə edilən faylarin siyahisina baxmaq və silmək üçün aşağıdakı əməliyyatları yerinə yetirmək lazımdır.
Пуск (Start) → Документы → Açılan siyahıda hər hansı adın üzərində kontekst menyu açılır → Удалить. Siyahının tamam silinməsi üçün: Əsas panelin üzərində kontekst menyu açılır → Свойства → Меню «Пуск» → Настроить → Очистить.
I 13.4
nformasiyanin kompüterdə axtarmaq üçün aşağıdakı əməliyyatları yerinə yetirmək lazımdır.
Пуск (Start) → Найти → Файлы и папки… → açılan «Резултаты поиска» pəncərəsində «Файлы и папки» bəndiseçilibsə, boş sahədə faylın/qovluğun tam adı və ya adın bir hissəsi (ada hərfiilə başlayırsa *) daxil edilir → Найти. Faylları formatlarına (tiplərinə) görə də tapmaq mümkündür: *.doc, *.txt, *.xls, *.jpg, *.gif, *.bmp, *.ppt, *.html və s.