Kompüter sistemləRİNİn quruluşu və ƏMƏLİyyatsistemləRİ MÜhaziRƏ DƏrsləRİ (30 saat)


Yeni qovluq yaratmaq, adını dəyişmək və silmək



Yüklə 172,44 Kb.
səhifə23/31
tarix22.05.2022
ölçüsü172,44 Kb.
#58951
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   31
2-KSQ və ƏS

13.3. Yeni qovluq yaratmaq, adını dəyişmək və silmək
4
13.6

.Yeni qovluq yaratmaq,adını dəyişdirmək və silmək
Yeni qovluğu yaratmaq üçün ilk növbədə onun yerləşəcəyi diski və ya qovluğu açırıq. Sonra Fayl menyusunun Создать-bölməsinin əmrlər siyahısından Папкa və ya yaradılacaq faylın tipinə müvafiq əmri yerinə yetiririk və yaxud da İstənilən qovluğun içərisində, boş sahədə → Kontekst menyu → Создать → Папку əmrini seçirik. Sağ paneldə yeni yaradılmış qovluğa ad verir və klaviaturanın Enter düyməsini sıxırıq. Lazımsız qovluğu ləğv etmək üçün onu qeyd edib, klaviaturanın Delete düyməsini sıxmaq lazımdır. Bu zaman əgər qovluq bərk diskdə yerləşərsə ,qeyd olunmuş qovluğun Zibil qutusuna atılması haqqında, qovluq işçi diskdə yerləşirsə, onun diskdən pozulması haqqında sorğu-dialoq pəncərəsi açılır. Sorğuya müsbət cavab verildikdə -Да düyməsi sıxıldıqda həmin əməliyyatlar həyata keçrilir.
Qovluğun adını dəyişmək üçün onu qeyd edib Файл –Переименовать və yaxud da Kontekst menyu → Переименовать → yeni ad yazılarkən köhnə avtomatik silinir. Fayl və ya qovluğun yaradılması və onda edilmiş dəyişikliklərin tarixi, tipi, ölçüsü atributları haqqında məlumat əldə etmək üçün Файл menyusunun Свойства əmrini yerinə yetirmək kifayətdir. Açılmış pəncərədə bu məlumatlar öz əksini tapacaqdır.
Qovluğu qeyd etdikdən sonra siçanın sağ düyməsini sıxıb, açılmış kontekst menyunun Отправить bölməsinin - Мои документы, Portfel, Disk 3.5(A), Ünvan və Microsoft Outlook əmrlərindən birini yerinə yetirməklə uyğun olaraq qovluğu Мои документы-qovluğuna, Portfel qovluğuna, disketə və elektron poçt ilə uzaq məsafədə yerləşən istifadəçiyə göndərmək olar.
Qovluğun işçi stolda yarlığını yaratmaq istəyiriksə, onu qeyd edib Kontekst menyudan - Отправить bölməsinin - Ярлык на рабочий стол əmrini yerinə yetirməliyik.Yarlığın işarəsinin dəyişdirilməsi üçün: Yarlığın üzərində kontekst menyu → Свойства → «Свойства:» pəncərəsində «Ярлык» hissəsi seçilir → «Сменить значок...» düyməsi basılır → «Смена значка» pəncərəsində istənilən düymə seçilir → OK→ OK (Digər fayllardan seçmək lazım gəldikdə → «Обзор»).
Qovluğun surətini digər qovluqda və ya diskdə saxlamaq üçün onu qeyd edib Правка menyusunun – Копировать əmrini yerinə yetirməli və yaxud da alətlər panelinin eyni adlı düyməsini sıxmaq lazımdır. Sonra surətin yerləşəcəyi diski və ya qovluğu tapıb Правка menyusunun - Вставить əmrini yerinə yetirməli və yaxud da alətlər panelinin eyni adlı düyməsini sıxmaq lazımdır. Eyni qayda ilə qovluğu bir qovluqdan digər qovluğa köçürmək olar. Fərq ondadır ki, Правка menyusunun – Копировать əmrinin yerinə Правка menyusunun - Вырезать əmrini və yaxud da alətlər panelinin eyni adlı düyməsini sıxmaq lazımdır.
Disk haqqında informasiya əldə etmək üçün əvvəlcə sol paneldə Мой компьютер qovluğunu açıb, sağ paneldə kompüterin disklərindən tələb olunanı qeyd edir və siçanın sağ düyməsini sıxırlar. Açılmış menyu pəncərəsində Свойства əmrini yerinə yetirirlər. Ekrana açılan pəncərədə diaqram şəklində diskin ümumi tutumu və onun nə qədər informasiya ilə dolu olduğu əks olunur.
Diski formatlaşdırmaq tələb olunursa Мой компьютер qovluğunu açıb, sağ paneldə kompüterin disklərindən tələb olunanı qeyd edir və Файл menyusunun –Format komandasını yerinə yetirib,açılmış pəncərədə formatlaşmanın növünü göstərmək lazımdır.
Kompüterin diskinin, qovluğunun və ya fayllarının şəbəkədə ümumi istifadəsini təmin etmək üçün onları qeyd edib, proqramın Мой компьютер qovluğunun - Файл menyusunun Доступ-əmrini yerinə yetirmək lazımdır. Açılmış pəncərədə Общий ресурс-variantı seçilir. Şəbəkə adı (Сетевое имя) və qeyd (Заметки) mətn sahələrində müvafiq olaraq ümumi istifadəçi üçün nəzərdə tutulan diskə, qovluğa və ya fayla şəbəkə adı və əlavə izahedici şərh verilir. Sonra-Тип доступа –çərçivəsində Польный,Только для чтения, Определяется паролем sahələrinə variantlarından birini seçib, Пароли - çərçivəsində Для чтения və ya Для польного доступа sahələrinə müvafiq parolları daxil edib-OK. Bu zaman qovluğun və ya diskin nişanında əl işarəsi meydana gəlir.
Tələb olunduqda Servis menyusunun - Отключить сетевой диск əmrini yerinə yetirməklə şəbəkə diskindən imtina etmək olar. Servis menyusunun Axtarış əmri ilə diskdəki fayl və qovluqları, şəbəkədə kompüterləri, ünvan kitabı vasitəsi ilə ayrı-ayrı şəxsləri tapmaq olar

Yüklə 172,44 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin