72
Yusif QАZIYЕV
276 sаylı məktəbin аli kаtеqоriyаlı müəllimi,
pеdаqоji еlmlər nаmizədi
AZƏRBAYCANDA MƏKTƏB KİTABXANALARININ
İNKİŞAF TARİXİNDƏN
V əsrin əvvələrində Albaniyada 52 hərfdən ibarət alban əlifbası tərtib
olunduqdan sonra kilsənin ixtiyarında olan əyan və ruhani uşaqlarının təhsil
alması üçün məktəblər açılır, orijinal əsərlər yazılır, kitabların üzü köçürülür,
məktəblər yanında kitablar toplanırdı (1, s.116-117).
Mənbələrdə alban əlyazmalarında məktəblər nəzdində külli miqdarda
dastan kitabları və 5 növ ədəbiyyat nümayış etdirildiyi qeyd edilir: a) dini eti-
qad ədəbiyyatı, b) hüquqşünas ədəbiyyatı (kanonlar və qanunlar), c) tarixi sal-
namə və xronoloji ədəbiyyat, ç) bədii ədəbiyyat, d) qrammatika ədəbiyyatı.
Kilsələr və məktəblər yanında şagirdlər göstərilən elm sahələrinə aid kitablar-
dan mütaliə edirdilər (1, s.305-306). Lakin alban məktəbləri ərəb işğalı döv-
ründə dağıldı və kitablar məhv edildi.
Ərəblər Azərbaycanı işğal etdikdən sonra islam dinini təbliğ etmək məq-
sədi ilə məscidlər açır, məscidlər yanında müsəlman məktəbləri - məktəb və
mədrəsələr təşkil edirdilər (3). Bu məktəblərin nəzdində kitabxanalar yarandı.
Məktəblərdə azərbaycanlı uşaqlar ərəb dilində yazılmış Quranı oxuyur, ele-
mentar hesab və yazı vərdişləri öyrənirdilər. XI əsrin əvvəllərində Azərbaycan-
da müsəlman məktəblərinin yeni yüksək tipi - mədrəsələr yarandı. Mədrəsə
kitabxanalarında ilahiyyat kitablarından başqa dünyəvi elmlərə – astronomiya,
tibb, fəlsəfə, riyaziyyat və s. fənlərə dair kitablar toplanırdı (1, s.141-143).
XII əsrdə Azərbaycanda Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Əfzələddin
Xaqani kimi şairlər yazıb-yaratmışlar. Məktəb və mədrəsələrdə təşkil edilən
kitabxanalar onların əsərləri ilə bir daha zənginləşirdi. Azərbaycan alim və
ədiblərinin, mədəni-maarif işçilərinin mövcud şəxsi kitabxanalarından şagirdlər
və yaşlı adamlar istifadə edirdilər. XI əsrin görkəmli şəxsiyyətlərindən olan
Xətib Təbrizi haqqında deyilirdi: “Ədəbiyyatı yaxşı bilən bu alim Abbasilər
dövründə Bağdadda kitabxana sahibi, Nizamiyyə mədrəsəsində ümumi-
ədəbiyyə müdərrisi və bir çox alimlərin müəllimi olmuşdur (3).
Nizami Gəncəvinin şəxsi ev kitabxanasının olmasını Sultan Toğrulun
Gəncəyə gəldiyi zaman etdiyi müraciətdən görürük: “Böyük və möhtərəm
şair... kitabxanasına baxmaq üçün icazə versəydi, mən özümü tarixi bir şərəfə
nail olmuş hesab edərdim” (18).
XI-XII əsrlərdə məktəb, mədrəsə və şəxsi kitabxanalarla yanaşı, ictimai
kitabxanalar da mövcud olmuşdur.
Xaqani o dövrdə böyük bir kitabxana olması haqqında məlumat verir:
73
Gördü ki, bələdəm hər nişanəyə,
Apardı bir böyük kitabxanəyə,
Gördükdə olmuşam doğrudan heyran,
Oxutdu əvvəlcə “Xələqəl insan” (15).
1258-ci ildə Marağa şəhərində rəsədxana tikilir. Nəsirəddin Tusinin
rəhbərliyi ilə buraya 400.000 kitab toplanır (17).
Atabəy Məhəmmədin vəziri olan Xacə Əbülqaim Rəbibəddinin Təbrizdə
böyük bir kitabxanası olmuşdur (19).
Monqol işğalçıları dövründə bu tip məktəblər və onların kitabxanaları
darmadağın edildi. K.Marks monqol işğalçıları dövründən bəhs edərək yazırdı:
“...incəsənət, zəngin kitabxanalar, mükəmməl kənd təsərrüfatı, saraylar və
məscidlər - hər şey yerlə yeksan edilirdi (6). Monqol istilasının başlanması ilə
müsəlman mədəniyyəti böyük iflasa uğrasa da, zaman keçdikcə geniş ərazini
əhatə edən dövlət aparatını əldə saxlamaq üçün monqolların özləri yerli mədə-
niyyətə, eləcə də islam dininə böyük ehtiyac hiss edirdilər. Bu məqsədlə mon-
qol işğalından təxminən 75-80 il sonra Qazan xan Azərbaycanın bir çox şəhər-
lərində məscid, məktəb, mədrəsə və ali tipli müəssisələr tikdirməyə başladı.
XIV-XV əsrlərdə Azərbaycanda təşkil edilmiş məktəb, mədrəsə və ali
tipli təhsil müəssisələri nəzdində isə kitabxanalar vardı. Alimlər tərəfindən ya-
zılmış, məşhur xəttatlar tərəfindən üzü köçürülmüş, müzəhhiblər və nəqqaşlar
tərəfindən haşiyələrlə bəzədilmiş kitablar burada saxlanılırdı. Hər bir məd-
rəsənin kitabxanasında tədris tdilən fənlərin təmayülünə uyğun kitablar olurdu.
Məktəb müəllimsiz ola bilmədiyi kimi, mədrəsə də kitabxanasız deyildi (19).
Mədrəsə kitablarının kitab fondu vəqf hesabına artırdı. Hər bir mədrəsə
kitabxanasında 100-200 kitab olurdu. Məktəblərdə isə vəziyyət başqa cür idi.
Hər bir şagird valideynin icazəsi ilə məktəbə bir kitab gətirməli idi.
XIV-XV əsrlərdə məktəb və mədrəsə kitabxanalarının fondu bu cür idi:
Quran, şəriət kitabları, Şafei və hənəfi təriqətlərinə dair fiqh, təfsir, hədis kitab-
ları, dini-idealist fəlsəfi əsərlər. Burada Nizaminin, Xaqaninin, Sədinin əsərləri,
Qazan xanın vəziri, məşhur alim Rəşidəddin Fəzlullahın 24 cildlik “Əl-Əhya-
vəl asar” əsəri, Əvhədi Marağayinin “Dəhnamə”, şair Əlinin “Qisseyi Yusif”
dastanı, Həsənoğlunun “Divan”ı, Nəsirəddin Tusinin əsərləri də var idi (2).
Şagirdlər kitaba, mütaliəyə böyük həvəs və maraq göstərirdilər. Onlar 10
dinar tapdıqda belə kitab alırdılar və ondan istifadə edirdilər. Şagirdlər müstə-
qil mütaliə etməyi bacarırdılar (2).
XVI-XVII əsrlərdə Azərbaycanda kitabxanaçılığın inkişafı əvvəlki dövr-
lərə nisbətən üstünlük təşkil edirdi. “...Hələ XVI əsrin əvvəllərində I Şah İsma-
yıl özünün Təbrizdəki sarayında və Səfəvilərin ruhani mərkəzi olan Ərdəbildə
böyük kitabxanalar təsis etmişdir. Ölkədə qədim əlyazmaları, məşhur şair və
alimlərin əsərləri toplanırdı. Məşhur xəttatlar onların əsərlərinin üzünü köçürür,
Azərbaycan miniatürçüləri isə onlara bəzən möhür vururdular. Azərbaycan us-
74
taları kitabların ömrünü uzatmaq üçün dəri və başqa möhkəm materiallardan
nəfis cildlər hazırlayır, kağız, mürəkkəb və rənglərin keyfiyyəti qayğısına qalır-
dılar. Dövlət vəqf hesabına, ayrı-ayrı şəxslər isə şəhər və kəndlərdə yeni-yeni
məktəb və mədrəsələr açıb, kitabxanalar təşkil edirdilər. Onu demək kifayətdir
ki, XVII əsrin ortalarında (1647-ci ildə) yalnız Təbrizdə 47 mədrəsə fəaliyyət
göstərirdi (3). Hətta ayrı-ayrı müəllimlər öz evlərində məktəb və kitabxana
təşkil edirdilər. Belə məktəblərin sayı Təbrizdə 600-ə çatmışdı (20).
Bu dövrdə məktəb və mədrəsələrin kitab fondunu dini dərsliklər, hesab,
həndəsə, cəbr, astronomiya, təbabət, fəlsəfə, tarix (Mirxondun “Rövzət-üs-sə-
fa” əsəri), coğrafiya, ədəbiyyat dərslikləri, Sədinin “Gülüstan” və “Büstan”ı,
Hafizin “Divan”ı, Füzulinin “Leyli və Məcnun”u, Caminin əsərləri, Nəsirəddin
Tusinin əsərləri, Aristotel, Evklid, Arximed və Qalileyin əsərləri, İsgəndər
Münşinin “Tarix-i-aləm-arayi Abbasi” əsəri, Məhəmməd Tahir Vahidin “Ab-
basnamə” əsəri, Azərbaycan filosofu Yusif Məhəmmədcan oğlu Qarabağinin
əsərləri və digər görkəmli Azərbaycan və fars xadimlərinin əsərləri təşkil edir-
di. Hətta Qarabağinin əsərləri Orta Asiya mədrəsələrində də öyrənilirdi (1).
Məktəb və mədrəsələrin kitab fondu şagirdlərin öz zəhmətləri hesabına
da artırdı. Belə ki, yaxşı xətti olan şagirdlər oxuduqları müddət ərzində müx-
təlif əsərlərin üzünü yaxşı xətlə köçürüb, gündə 10 dinar əmək haqqı alıb,
onunla dolanır və təhsil xərclərini çıxarırdılar (20).
Şagirdlər bədii yaradıcılıqla məşğul olur, sinifdənxaric mütaliə yolu ilə
biliklərini zənginləşdirirdilər. 1633, 1636, 1639-cu illərdə Azərbaycana və
İrana səyahət etmiş alman Adam Oleari Azərbaycanın məktəb və mədrəsələrin-
də oxuyan şagirdlərin dərsdən sonra çox həvəslə və maraqla bədii yaradıcılıqla
və sinifdənxaric mütaliə ilə ciddi məşğul olduqlarını qeyd edərək göstərirdi ki,
şagirdlər Hafiz, Xaqani, Şəms Təbrizi, Nəsimi, Nəvai, Şahidi, Dəqiqi, Cami,
Valeh və b. Azərbaycan və fars şairlərinin əsərlərini öyrənirdilər (26).
XVIII əsrin əvvəllərində Səfəvilər dövlətinin tənəzzülə uğraması ilə
əlaqədar məktəb və mədrəsələrin kitabxanaları dağıldı. Arasıkəsilməz İran-Tür-
kiyə müharibələrində kitablar qarət edilirdi. Lakin XVIII əsrin ortalarında
Azərbaycan xanlıqları meydana gəlməyə başladı. Ayrı-ayrı xanlıqlar öz pay-
taxtlarında (Şamaxı, Şəki, Gəncə, Təbriz, Naxçıvan, Quba, Bakı və s.), digər
şəhər və kəndlərində yeni məktəb, mədrəsə, dünyəvi məktəblər təşkil edib,
onların nəzdində kitabxanalar yaradırdılar.
Bu dövrdə məktəb və mədrəsə kitabxanalarının kitab fondu coğrafiyaşü-
nas Zeynalabdin Şirvaninin, tarixçi Əbdürrəzzaq bəyin, Arif Təbrizinin, Arif
Şirvaninin, Ağa Məsih Şirvaninin, Nəbinin, Baba Şirvaninin, Xəstə Qasımın,
Molla Vəli Vidadinin, Molla Pənah Vaqifin və başqalarının əsərləri ilə bir daha
zənginləşirdi. Şagirdlər mütaliə prosesində bədii yaradıcılıqla da məşğul olur,
şeirlər yazırdılar (1).
75
Çar Rusiyası Şimali Azərbaycanın istilasına nail olduqdan sonra məktəb
və mədrəsələrdən başqa qəza, şəhər, müsəlman və s. tipli məktəblər açıldı. İsti-
la dövründə təşkil edilən məktəb və mədrəsə kitabxanalarında kitablar əlveriş-
siz otaqlarda və guşələrdə pis vəziyyətdə saxlanırdı. Kitab fondunun mühafizə
edilməsinə və saxlanılmasına məktəbdarlar rəhbərlik edirdi. Məktəb və mədrə-
sə kitabxanalarının sayına və kitab fonduna gəldikdə, bu barədə arxiv sənədlə-
rində, dövri mətbuatda dəqiq məlumat azdır. Yalnız kitab fondunu təşkil edən
kitabların məzmununa, bəzi məktəb və şagirdlərin sayına dair məlumatlara rast
gəlmək olar. Bunlar da müəyyən dövrlərdə gah azalmış, gah da çoxalmışdır.
1842-ci ildə məscid məktəblərinin sayı Xəzər vilayətində 605 (şagirdlərin sayı
637) olmuşdur (10). Ancaq mədrəsələrin sayı haqqında məlumat yoxdur.
Məktəb və mədrəsə kitabxanalarında ana dilində uşaqların yaş və bilik
səviyyələrinə uyğun dərslik və bədii ədəbiyyat kitabları tamamilə yox idi. Bu
tədris müəssisələrində əsas dərs kitabları “Çərəkə”, “Quran”, bunları bitirdik-
dən sonra isə farsca yazılmış Sədinin “Gülüstan” və “Büstan”ı, Hafizin
“Divan”-ı, “Nisab”, “Tənbeh-qafil”, “Tarixi-Nadir”, “Came-Abbas” və s. idi.
Sinifdənxaric mütaliə üçün “Əhmədiyyə”, “Məhəmmədiyyə” və sair əfsanəvi
nağıl və hekayələrdən ibarət kitablar oxunurdu (5).
Şagirdlər bədii ədəbiyyatın mütaliəsinə də xüsusi maraq göstərir, bədii
yaradıcılıqla məşğul olurdular. Bu münasibətlə İ.Şopen 1837-ci ildə “Ermənis-
tan vilayətində maarifin vəziyyəti haqqında” adlı məqaləsində yazırdı: “Gənc-
lər bədii ədəbiyyatla daha çox məşğul olurlar. Onlardan bir çoxu Rudəki, Fir-
dovsi, Ənvəri, Nizami, Cami, Hafiz, Sədi və digər məşhur söz ustalarının əsər-
lərini əzbərdən bilirdilər. Hətta bəzi orijinal şairlər İrəvan muzlarını ilhama də-
vət edir və müxtəlif hadisələrə həsr edilmiş xüsusi şeirlər qoşurdular. Öz əqlini
poeziyanın ən əsas cəhətlərinə həsr edən bir mirzə isə özünə Mirzə Bülbül
təxəllüsü götürmüşdür” (22).
Məktəb kitabxanalarında kitab və digər tədris vəsaitlərinin çatışmazlığı
şəraitində şagirdlərin sinifdənxaric mütaliəsinin bu deyilən keyfiyyəti öz başına
yaranmamışdır. Dövrün qabaqcıl müəllim və alimləri, mütəfəkkir və yazıçıları
istilalar dövründə şəxsi kitablarını mühafizə etməklə yanaşı, şagirdlərin sinif-
dənxaric mütaliələrinə geniş əhəmiyyət verir, azərbaycanlı uşaqların təlim-
tərbiyəsinə himayədarlıq edir, onları bədii yaradıcılığa alışdırırdılar.
Belə maarifçilərdən biri də A.Bakıxanov (1794-1846) olmuşdur. Onun
Bakı və Quba şəhərlərində zəngin kitabxanaları var idi. Bu kitabxanalarda qiy-
mətli əlyazmalar və çap kitabları saxlanırdı. Alim öz kitabxanasındakı kitabla-
rın hamısında bu cür mənalı qeydlər etmişdir: “Neməti başəd kitabi-dilguşə”
(“Ürək açan kitab nemətdir”), “Əlanəli fəsəyagunə kəmə kane miceyri” (“Bu
gün mənimdir, sonra başqalarının olacaq”).
A.Bakıxanovun ədəbi yaradıcılığı və kitabxanası o zaman Avropa və Ru-
siyanın bir çox alimlərini maraqlandırmışdır. Fransız səyyahı qraf Süzanne,
76
Kazan Universitetinin professoru İ.N.Berezin 1840-cı ildə Zaqafqaziyaya səya-
hət etdikləri zaman Qubaya da gəlmiş, Bakıxanovla və onun kitabxanası ilə
tanış olmuşdular. İ.N.Berezin A.Bakıxanovun Bakıdakı zəngin kitabxanasında-
kı əlyazmaların siyahısını tutaraq, onu 1843-cü ildə Kazanda “Dağıstan və Za-
qafqaziyaya səyahət” adlı əsərinin əlavəsində çap etmişdir. Bu kitabxanada Ni-
zami, Cami, Savəci, Saib Təbrizi, Nəvai, Əttar, Ənvəri, Hafiz, Münşi, A.Bakı-
xanov və başqalarının 253 nüsxədən ibarət qiymətli əlyazmaları var imiş (4).
Şübhəsiz, A.Bakıxanovun bu şəxsi kitabxanası Azərbaycanda kitabın və
kitabxanaçılığın inkişafında böyük rol oynamış, o zamankı Azərbaycan ziyalı-
ları bu zəngin kitab xəzinəsindən istifadə etmişlər.
A.Bakıxanovun kitabxanalarında uşaq mütaliəsinə dair ədəbiyyat az olsa
da, o öz pedaqoji yaradıcılığında şagirdlərin sinifdənxaric mütaliəsinə böyük
əhəmiyyət vermişdir. Belə ki, “təlim kitablarının dilcə uşağın yaş və bilik sə-
viyyəsinə müvafiq olmamasını, onların bəzilərini dərs deyən müəllimin də başa
düşməməsini görən A.Bakıxanov özü təşəbbüs edib, uşaq və gənclərin mütaliə-
sinə xidmət göstərən “Təhzibül-əxlaq” və “Nəsayeh” əsərlərini yaratmışdır, di-
gər tərəfdən isə tərcümələri vasitəsilə bu sahədəki boşluğu doldurmuşdur (8).
Onun Krılovdan etdiyi tərcümələr o zamankı uşaq ədəbiyyatını daha da zəngin-
ləşdirmişdir. Məşhur ədəbiyyat tarixçilərindən olan F.Köçərli Bakıxanovun tər-
cüməsi haqqında yazırdı ki, bizim şairlərin bir neçəsi “Eşşək və bülbül” adlı
təmsili uşaqlar üçün tərcümə etmişdir: lakin onlardan heç kəs həmin təmsili
Bakıxanov qədər gözəl, bədii, sadə, ustalıqla tərcümə edə bilməmişdir. Bu
gözəl şairanə tərcümə bizim dərsliklərin bəzəyi ola bilər (21).
Uşaq mütaliəsi ilə dərindən maraqlanan A.Bakıxanov məktəbdə uşaqların
mütaliəsinə kimlərin rəhbərlik edəcəyini, hansı siniflərdən mütaliəyə başlamaq
lazım olduğunu da göstərmişdir. Belə ki, o, Bakıda azərbaycanlı uşaqlar üçün
dünyəvi təhsil məktəbi açmağın müfəssəl bir layihəsini tərtib edərək onu Qaf-
qazın o zamankı baş hakimi olan general V.Q.Rozenə təqdim etmişdir. Layihə
belə adlanırdı: “Mayor Abbasqulu ağa Bakıxanovun 1832-ci il fevralın 20-də
tərtib etdiyi müsəlman məktəbinin təsis edilməsi layihəsi”. “Layihə”nin 3-cü
maddəsində şagirdlərə özünün zəngin kitabxanasından istifadə etməyə icazə
verir. Həmçinin “layihə”də Bakıda təsis ediləcək müsəlman məktəbinin tədris
planında müxtəlif bədii əsərlərin tədrisini II və III siniflərdə nəzərdə tutur. O,
bu məsələnin həyata keçməsi üçün məktəbdə kitabxana ştatına yer verir (8).
Çarizmin müstəmləkə siyasəti ilə əlaqədar olaraq A.Bakıxanovun bu la-
yihəsi 15 il gecikdi və Azərbaycanda ilk müsəlman məktəbi 1849-cu il aprelin
10-da Gəncədə açıldı (1, 23). Tiflisdə isə ilk müsəlman məktəbi 1847-ci ildə
təsis edilmişdir.
Bu dövrdə Tiflis gimnaziyasının Azərbaycan dili müəllimi, görkəmli ma-
arifpərvər şair Mirzə Şəfi Vazeh şagirdlərin sinifdənxaric, mütaliəsinə ciddi
fikir verərək tədrisin ana dilində aparılmasını irəli çəkmişdi. O, İ.Qriqoryevlə
77
birlikdə dili sadə və bədii, uşaqların yaş və bilik səviyyələrinə uyğun “Müntə-
xəbat” dərsliyini, məktəblilər üçün “Tatar-rus lüğəti” kitabını tərtib etmişdi
(19). Azərbaycan dilində ilk dəfə tərtib olunmuş, geniş məzmunlu bu dərslik və
lüğət kitabı o zamankı məktəb, mədrəsə və yeni yaranan müsəlman məktəbləri-
nin kitabxanalarına böyük hədiyyə idi.
XIX əsrin 40-cı illərindən başlayaraq yeni müsəlman məktəbləri yaran-
mağa başladı. 1847-1856-cı illərdə Zaqafqaziyada 12 (Tiflisdə 2, Gəncədə 1,
Şuşada 1, Nuxada 1, Şamaxıda 1, Bakıda 1, Lənkəranda 1, Dərbənddə 1, Zaqa-
talada 1, Teymurxan-Şurada 1, Salyanda 1 müsəlman məktəbinin nəzdində
kitabxanalar təşkil edildi (11). Məktəb mədrəsə, yeni müsəlman məktəblərinin
kitabxanaları məktəblər, məscidlər nəzdində və ya şəxsi evlərdə yerləşirdi.
Kitab fondunun mühafizəsinə məktəbdarlar rəhbərlik edirdi (17).
Bu dövrdə məktəblərdə kitabxanaçı ştatının olmaması kitabxana fondları-
nın mühafizəsinə, onlardan istifadənin kefiyyətinin yüksəldilməsinə və onların
təliminə öz mənfi təsirini göstərirdi. Məktəb kitabxana fondlarının komplekt-
ləşdirilməsinə dövlət vəsaiti ayrılmırdı. Bu səbəbdən də məktəb kitabxanaları-
nın fondu şagirdlərin ədəbiyyata olan tələbini ödəmirdi.
Məktəb, mədrəsə və müsəlman məktəblərində kitab və dərslikləri, digər
dərs vəsaitlərini məktəbi açan şəxs öz hesabına əldə edirdi (11). Kitablar
məzmunca keyfiyyətsiz, sayca az idi.
Yeni yaranan müsəlman məktəbləri və onların kitabxanalarının təşkili,
müəllimlərin əmək haqqı və sair xərclər camaat tərəfindən toplanmış ianə hesa-
bına olurdu. Yalnız rus dili müəllimi dövlət hesabına - canişinin büdcəsindən
əmək haqqı alırdı. Müsəlman məktəblərinin kitabxanaları acınacaqlı vəziyyətdə
idi, kitablar çatışmırdı. Azərbaycanda mövcud olan məktəb, mədrəsə və müsəl-
man məktəblərinin kitabxanalarında mövcud olan kitabların əksəriyyəti Tür-
kiyə və İrandan gətirilirdi. Hətta rus dilində olan kitab və sair tədris vəsaitləri
da çatışmırdı. Bu də çar Rusiyasının müstəmləkə siyasətinin təzahürü idi.
Bu mülahizəni arxiv materialları da təsdiq edir. Zaqafqaziya ölkəsinin
müfəttişi Məhəmməd Əfəndi Müftizadənin Qafqaz canişini baş idarəsinin rəisi-
nə Tiflis müsəlman məktəbinin yenidən təşkili haqqında yazdığı 14 mart 1863-
cü il tarixli məlumatında müsəlman məktəblərinin kitabxanalarında kitabların
çatışmaması və yox dərəcədə olması haqqında geniş izahat verilirdi. Tiflis mü-
səlman məktəbinin yenidən təsisi haqqındakı vərəqədə qeyd edilirdi: “Məndə
Vostokovun 1 ədəd qrammatika kitabı, Qalaxovun bir hissə müntəxəbatı, Zu-
yevin üç hissə tarix kitabları vardır. Mən işlədiyim vaxtdan bəri tədris vəsaitlə-
rindən coğrafiya xəritəsi və Zolotovun qarşılıqlı təlim cədvəli əldə edilmişdir
ki, axırıncı qeyd edilən tədris vəsaitinin istifadəsi 4 ildən artıqdır, ... bu dərs
ilində də şagirdlər çətinliklə həmin tədris vəsaitlərindən oxuyurlar ki, bununla
təlim ləngiyir. Baxmayaraq ki, mən bu haqda müdiriyyətə məlumat vermişəm,
ancaq hələlik mənim xahişimin yerinə yetirilməsi nəzərə alınmamışdır” (12).
78
Tiflis müsəlman məktəbləri popeçitelinin (müdirinin) müsəlman məktəb-
lərinin vəziyyəti haqqındakı 9 sentyabr 1863-cü il tarixli məktubunda qeyd edi-
lirdi: “Mən şəxsən Tiflis müsəlman məktəblərində tədris vəsaitlərinin-kitabla-
rın, ölkə xəritələrinin, qlobusların və şairlərin çatışmamasını, eləcə də pis və-
ziyyətli mebelin olmasını fürsət tapıb yəqin etdim və mənim fikrimcə, göstəri-
lən əşyaların əldə edilməsi üçün hər məktəbə 500 rubl buraxmaq zəruridir. Şa-
girdlər üçün Şərq dillərində lazım olan kitabları bizim missiyalar vasitəsi ilə
İrandan, Türkiyədən gətirmək olar... Rus dilində olan kitabları və başqa tədris
vasaitlərini Peterburqdan satın əldə etmək mümkündür” ( 12, v.31).
Müsəlman məktəblərinin (məktəb, mədrəsə və yeni yaranan, müsəlman
məktəbləri) maddi bazasının acınacaqlı vəziyyətini çar Rusiyasının məmurları
da mətbuatda etiraf edirdilər. Qafqaz təhsil dairəsi popeçitelinin 1882-ci il he-
sabatında deyilirdi: “Qafqaz üzrə 1920 müsəlman məktəbi olmuşdur. Bunlar-
dan 108-i Tiflis quberniyasında və Zaqatala dairəsində, 377-si Gəncə quberni-
yasında, 301-i Bakı quberniyasındadır. Göstərilən məktəblərin əksəriyyəti ol-
duqca qaranlıq, soyuq, rütubətli, pis binaya və lazımsız mebelə malikdir” (17).
Bu məktəblərin kitabxanalarında kitab fondu yox dərəcəsində idi. Dövri
mətbuatda yazılırdı: “S.Ə.Şirvaninin təşəbbüsü ilə 1874-cü ildə açılmış Şamaxı
məclis məktəbinin kitabxanası 7 il ərzində heç bir tədris vəsaiti əldə etməmişdi.
“Şagirdlərin sayı 20-ni ötür, rus dili və hesab müəllimi yoxdur, heç bir tədris
vəsaiti yoxdur, tatar (Azərbaycan - Y.Q.) dili müəllimi heç bir əmək haqqı
almır, bir sözlə nə məclis, nə də camaat tərəfindən heç bir yardım yoxdur” (16).
Müsəlman məktəblərinin kitabxanalarında kitab fondu necə idisə, təlim
keyfiyyəti və təhsil də elə idi. Qafqaz təhsil dairəsi popeçitelinin 1882-ci il
hesabatında deyilirdi: “Müsəlman məktəblərində tədris ərəb dilində uşaqlara
aydın olmayan dualar öyrətməkdən ibarətdir, uşaqların tatar (Azərbaycan -
Y.Q.) dilində oxu və yazı bilikləri uzun illər məktəbə gəldikdən sonra əldə
edilir, ona görə ki, bütün təlim şüursuz surətdə aparılır. Tədrisin məzmunu
məktəbdarın öz biliyindən asılı idi, bütün məktəblərdə Quranın mütaliəsi
məcburi idi, onu ehtirasla oxuyurdular, möminliklə dinləyirdilər, ancaq başa
düşmürdülər” (17).
Tədrisin gedişi kimi şagirdlərin mütaliəsi də səmərəsiz olmuşdur. Bu da
ondan irəli gəlmişdir ki, kitabxana fondunun əksəriyyətini ana dilində olmayan
və heç bir dünyəvi bilik verməyən dini-idealist kitablar təşkil etmişdir ki, bun-
ların içərisində həm tədris, həm də sinifdənxaric mütaliədə başlıca kitab “Qu-
ran” olmuşdur. A.Çernyayevski yazırdı: “Quranın mexaniki mütaliəsini, əlbət
ki, ərəb dili biliyi adlandırmaq olmaz” (7). Müsəlman məktəblərinin müəllim-
lərinin maddi vəziyyəti də çox dözülməz halda idi. Dövlət tərəfindən heç bir
maddi kömək almayan müəllimlər valideynlərin və şagirdlərin cüzi maddi yar-
dımlarının ümidinə qalmışdı. Azərbaycanın XIX əsr maarifçilərindən olan
M.A.Şahtaxtlı “Müsəlmanların məktəb aləmi” məqaləsində göstərirdi: “Mək-
79
təbdarların maddi vəziyyəti həqiqətən müsibətdir. Nə ictimaiyyət, nə dövlət, nə
də ali ruhanilər məktəbdarlara heç bir şey vermirlər. Onlar həmişəlik cüzi aylıq
əmək haqqı (ayda 30 qəpikdən bir manata qədər) və arabir şagirdlər tərəfindən
verilən hədiyyələrlə dolanırlar” (23).
Ancaq şagirdlər məktəbdə aldıqları elementar biliklərini sinifdənxaric
mütaliə vasitəsi ilə genişləndirirdilər. Məsələn, mənbələrin birində deyilir:
“Qax məktəbinin şagirdləri təlim zamanı əldə etdikləri elementar bilikləri mək-
təbdə dərsdən sonra ana dili və rus dilində olan kitabların mütaliəsi ilə tamam-
layırlar” (14, v.34).
Beləliklə, 1860-cı illərdə yeni yaranan müsəlman məktəbləri binanın,
tədris vəsait və vəsaitlərinin çatışmaması, müəllimlərin maaşının az olması və
s. səbəblərin ucbatından tədricən bağlanıb (1849-1879), kitabxanaları dağıdıldı.
60-cı illərdən sonra yalnız Tiflis və Zaqatala müsəlman məktəbləri qaldı. Zaqa-
tala məktəbi isə üçsinifli ibtidai məktəbə çevrildi ki, bu da sonralar qəza məktə-
bi adlanırdı (11, v. 58).
Dostları ilə paylaş: |