Няшриййатын директору: Ислам ширинов



Yüklə 2,07 Mb.
Pdf görüntüsü
səhifə49/66
tarix25.12.2016
ölçüsü2,07 Mb.
#2902
1   ...   45   46   47   48   49   50   51   52   ...   66
E. AZHDAROV 
İN PRESERVİNG THE NATİONAL HERİTAGE  
OF THE FUNCTİONS  
SUMMARY   
                   
This article discusses the functions of libraries in preserving the national 
heritage. Particular attention is paid to the library in the world today. The 
article analyzes the priorities of modern library science education context of 
national culture society.
 
132


Sevinc SALAMLI 
magistrant 
 
 
MÜASİR ŞƏRAİTDƏ KİTABXANALARDA ELEKTRON 
İNFORMASİYA XİDMƏTİNİN TƏTBİQİ 
 
Müasir  şəraitdə  təbiətin və  cəmiyyətin inkişaf qanunları ilə  məlumat-
lanmağın ən mühüm vasitəsi mütaliədir. Hər hansı bir tələbatla əlaqədar olaraq 
məlumat  əldə etmək üçün münasib şəraiti olan kitabxana mühitinin vacibliyi 
qaçılmazdır.  
Kitabxana – elm, informasiya, mədəniyyət, təhsil və  tərbiyə müəssisəsi 
kimi çap əsərlərini və digər informasiya daşıyıcılarını toplayıb mühafizə edən, 
onların sistemli ictimai istifadəsini təşkil edən, cəmiyyətin intellektual və 
mənəvi potensialının inkişafına xidmət göstərən sosial institutdur (1).
 
Kitabxanaların  əsas vəzifəsi olan oxuculara xidmətin səviyyəsindən 
kitabxananın cəmiyyətdəki imici və oxucu kontingentinin əhatə dairəsi asılıdır.  
Kitabxana xidməti oxucu sorğusunun tam və dolğun ödənilməsi, mütaliə-
nin məzmununa, xarakterinə kitabxanaçıların pedaqoji cəhətdən müdaxiləsi, 
planlı  və sistemli mütaliənin təşkili məsələləri bir çox cəhətdən fondun necə 
təşkilindən, onun kataloq-kartoteka sistemində necə əks olunmasından asılıdır 
(5, s.5). 
Kitabxana xidməti abonement, qiraət zalı, kitabxanalararası  və beynəl-
xalq abonement, biblioqrafiya, elmi-texniki informasiya, fərdi və kütləvi, yazılı 
və şifahi, stasionar və qeyri-stasionar, qiyabi, kompleks vasitələrlə təşkil edilir. 
Kitabxana xidmətinin vəzifəsi kitabxana sərvətlərinin, dünya ədəbiyyatı nümu-
nələrinin etibarlı şəkildə toplanması, qorunması və gələcək nəsillərə çatdırılma-
sından, onların  əhali arasında geniş  təbliğindən, bəşəri dəyərlərə yiyələnmək, 
müstəqil və yaradıcı düşünən vətəndaş yetişdirilməsinə fəal yardım etməkdən 
ibarətdir (1). 
Yüksək peşəkarlığı ilə seçilən kitabxanalar oxucuların gündəlik mütaliə 
sorğularını tam və dolğun ödəmək imkanına malik olduğundan kitabxanalarda 
oxuculara xidmət işini  ən təcrübəli, savadlı  və yüksək peşəkarlığı ilə seçilən 
kitabxanaçılara həvalə edirlər (5, s.140).
 
Hazırda oxucuların intellektual ehtiyacı ümumbəşəri problemlər üzrə baş 
verir. Bu baxımdan müasir kitabxanaçılar xidmət prosesini həm abonement, 
həm də qiraət salonlarının köməyi ilə  həyata keçirərkən yalnız oxucuların 
konkret sorğularını ödəməklə kifayətlənməməli, həmçinin onları  cəmiyyətdə 
baş verən yeniliklərlə maraqlanmağa istiqamətləndirməlidir. 
 
Kitabxanalarımızın modernləşmə prosesinin sürətləndirilməsi, məlumat-
baza bankının yaradılması, texniki resursların artırılması, beynəlxalq elektron 
 
133


sisteminə keçid müasir şəraitdə ölkəmizin kitabxana xidməti sistemində 
oxuculara yeni xidmət növü – “informasiya xidməti” növünü yaratmışdır ki, 
məhz bu da kitabxana xidmətinin əsas mahiyyətini özündə birləşdirən, onların 
üzərində yüksələn, müasir tələblərə cavab verə bilən bir xidmət növüdür. 
İnformasiya xidməti formaca yeni bir xidmət növü kimi səslənsə  də, başa 
düşülsə də, məzmunca “kitabxana xidmətinin” davamıdır. 
 İnformasiya xidməti oxucuların informasiya tələbatına tam cavab verə 
bilən müasir informasiya texnologiyasının tətbiqi və ondan istifadə  əsasında 
internet vasitəsilə dünya müstəvisinə  çıxan, elektron vasitələrin köməyi ilə 
oxucuların qarşısında böyük informasiya məkanı yaradan, bəşəri biliklər 
xəzinəsi, xəyali – virtual kitabxanaların köməyi ilə oxucuların malına çevirə 
bilən xidmət növüdür. İnformasiya xidməti oxucuların informasiya tələbatını 
ödəməyə yönəlmiş fəaliyyət sahəsidir  (3, s.70 -71). 
Müasir  şəraitdə informasiya xidməti bir sıra oxucu qrupları ilə  işdə  ən 
üstün istiqamət hesab olunur. Bu sahədəki fəaliyyətin həcmi həm kəmiyyət 
baxımından, həm də ödənilən sorğuların mürəkkəbliyi baxımından daim 
genişlənir. Məlumatlandırmaq işi informasiya verməyin  ən geniş yayılmış 
formalarından olub, kitabxanaçıdan yüksək peşə biliyi tələb edir (6, s.67). 
 Müasir 
şəraitdə dövlət kitabxanalarımızın oxucu xidmətinin müasir 
informasiya texnologiyası ilə  təmin edilməsi sahəsində xeyli tədbirlər görür. 
Kitabxanaların internet şəbəkəsinə qoşulması, oxucular üçün ümumaçıq 
informasiya məkanının formalaşdırılması, xidmət prosesində elektron sənədləri 
və kataloqları, elektron poçtu, CD ROM və s. informasiya texnologiyasının 
tətbiqini təmin edən tədbirlər həyata keçirir. Kitabxanalarda xidmət işi ilə 
informatikanın qarşılıqlı elmi əlaqələrinin  zənginləşməsinə şərait yaradılır. 
 
İnformasiyalaşdırılmış  cəmiyyətdə kitabxanalarda biblioqrafik yazıların 
maşınla oxunan MARC formatına  əsaslanan Avtomatlaşdırılmış Kitabxana-
İnformasiya Sistemlərinin yaradılması mümkün olmuşdur. Avtomatlaşdırılmış 
Kitabxana-İnformasiya Sistemlərinin yaradılması kitabxanaçı əməyinin, xidmət 
prosesinin avtomatlaşdırılmasına, qısa zaman ərzində məlumatlanmağa, infor-
masiyanın çoxcəhətli axtarışına, oxucu sorğusunun on-line yerinə yetirilməsi-
nə, ədəbiyyatın oxucu tələbatına uyğun komplektləşdirilməsinə, kitabxana he-
sabatının, planlarının, statistikasının uçotunun aparılmasına elektron nəzarəti 
artırır. Kitabxanalarımız bu sahədə kompüterləşmə işini dünya kitabxanaların-
da tətbiq edilmiş Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sistemləri proq-
ramlarından istifadə etməklə həyata keçirməyə çalışır. Sevindirici haldır ki, bu 
sahədə respublikamızın bir çox kitabxanaları  uğurlar qazanmağa müvəffəq 
olmuşdur. 
İnformasiyalaşdırılmış cəmiyyətdə oxucu sorğularının ödənilməsi sahə-
sində həm ənənəvi, həm də elektron informasiya xidmətindən qarşılıqlı şəkildə 
istifadə edilir.  
 
134


Müasir  şəraitdə kitabxanalarda oxuculara yüksək xidmət təşkil etmək 
üçün sərf edilən vaxtı minimuma endirmək lazımdır.  Ənənəvi kitabxanalarda 
oxucu ədəbiyyatı sifariş etmək üçün kataloq qarşısında xeyli vaxt sərf etməli-
dir. Ənənəvi kataloq ədəbiyyatın hərəkətini əks etdirmədiyindən, sifariş olunan 
ədəbiyyatın hər hansı bir nüsxəsi kitabxanada olmadıqda sərf olunan vaxtın hə-
dər getdiyi aşkar olur. Elektron kataloq isə oxuculara lazım olan ədəbiyyatın 
qısa müddətdə kitabxanada olması haqqında dəqiq məlumat  əldə etməsini 
təmin edir. Elektron kataloq ədəbiyyat fondu haqqında  ənənəvi kataloqlardan 
daha dolğun biblioqrafik məlumata malik olduğundan oxucuya çoxelementli və 
çoxsəviyyəli axtarış imkanları  təklif edir. Bunun nəticəsində  ədəbiyyatın 
oxucuya çatmaq ehtimalı xeyli artır. Digər tərəfdən isə, oxucu elektron kataloq 
vasitəsilə uzaq məsafədən  ədəbiyyat axtarıb, sifariş verə bilər. Qeyri-məhdud 
sayda oxucu eyni vaxtda elektron kataloqda ədəbiyyatın biblioqrafik təsvirinin 
bütün  əsas elementləri üzrə axtarış apara və  ədəbiyyatın kitabxanada olan  
nüsxəsini sifariş edə bilər. 
Müasir cəmiyyətdə kitabxanalarda yeni xidmət növü kimi elektron sənəd 
göndərişi yaradılmışdır. Bu xidmət növü vasitəsilə kitabxanalar tammətnli 
informasiya mübadiləsi edir, oxucular isə öz informasiya tələbatını uzaq 
məsafədən ödəyə bilirlər.  
Elektron sənəd göndərişi ödənişli xidmət növüdür və kitabxanaya əlavə 
maliyyə  vəsaitlərinin daxil olmasını  təmin edir. Ödənişin miqdarı bazar 
münasibətləri ilə  tənzimlənir və sifarişin xarakterindən, göndəriş növündən 
asılıdır. 
Elektron sənəd göndərişi xidməti kitabxanalarda elektron xidmətin ilk 
forması olmaqla, müasir dövrdə  ən yeni informasiya xidməti olan elektron 
kitabxanaların yaradılması üçün baza rolu oynamışdır (4, s. 109). 
Sifarişçi kitabxanaya gəlmədən öz sifarişini kitabxananın elektron ünva-
nına göndərə bilər. 1 saat ərzində o, fondda həmin kitabın olub olmadığı haq-
qında cavab alır. Bu cür xidmət sistemi oxucuya operativ informasiya təqdim 
etmək və vaxta qənaət etmək üçün çox əlverişlidir. Belə metod Amerika avto-
matlaşdırılmış sistemidir və dünyanın bir çox böyük kitabxanalarında tətbiq 
edilmişdir.
 
Müasir oxucular ən operativ informasiyanı  əldə etmək üçün internetdən 
istifadəni əvəzsiz sayırlar. Belə oxucuların marağını elektron kitabxanalar daha 
çox təmin edir. İnkişaf etmiş ölkələrdə kitabxanaların avtomatlaşdırılmış sis-
temlə işləməsi təcrübəsinin uğurları bizim ölkə kitabxanaları üçün də nümunə-
yə çevrilmişdir.  
Elektron kitabxanalar informasiyalaşdırılmış cəmiyyət quruculuğunun so-
sial sifarişidir. Elektron kitabxanalar oxuculara informasiya xidmətinin kompü-
terləşdirilməsinin nəticəsi olub, ənənəvi kitabxanalara alternativ bir qurum de-
yil, yalnız bir xidmət növüdür. 
 
135


Elektron kitabxanalar uzaq məsafədən oxuculara daha dolğun informasi-
ya xidməti göstərərək, bu xidmətin zaman və məkandan asılılığına son qoyur. 
Ənənəvi kitabxanalarda informasiya xidməti yalnız kitabxananın iş saatı müd-
dətində və məhdud sayda oxuculara göstərildiyi halda, elektron kitabxanalar 24 
saat müddətində  fəaliyyət göstərir və dünyanın istənilən nöqtəsində yerləşən 
qeyri-məhdud sayda oxuculara eyni zamanda xidmət edir. Elektron kitabxana-
lar rahat və sərfəli xidmət növüdür. Müasir şəraitdə respublikamızın bəzi kitab-
xanalarında bu xidmətin təşkili qısa müddətə və az xərc sərf etməklə böyük in-
formasiya ehtiyatlarının oxucuların istifadəsinə verilməsini və oxucu tələbatı-
nın operativ yerinə yetirilməsini təmin edir. 
Elektron kitabxanalar müasir web texnologiyası əsasında fəaliyyət göstə-
rir. Web texnologiya lokal və uzaqda yerləşmiş informasiya ehtiyatlarının in-
teqrasiyasını təmin edir. Axtarış və naviqasiya vasitələri onun mühüm elemen-
tidir. Məhz onun sayəsində müasir dövrdə oxucular kitabxanaların informasiya 
ehtiyatlarından istifadə edir. Axtarış aparatı oxucu sorğusu əsasında informasi-
ya ehtiyatının metaverilənlər bazasında axtarış aparmağı  təmin edən xüsusi 
moduldan ibarətdir. Naviqasiya elementləri isə konkret sənədə  və ya sənədin 
konkret hissələrinə istinadı təmin edən hiperistinad siyahısından ibarətdir. 
Elektron kitabxanadan istifadə çox asandır. Elektron kitabxana ehtiyatla-
rından istifadə internet şəbəkəsi vasitəsilə, xüsusi proqramlar – brauzer və FTP 
Klient proqramları ilə, müvafiq olaraq http və ftp protokolları əsasında təmin 
olunur. Kitabxanadan istifadə etmək üçün oxucudan internetə qoşulmuş kom-
püter və internetin www, FTP xidmətindən istifadə vərdişi tələb edir (4, s.174). 
Beləliklə, informasiyalaşdırılmış  cəmiyyətdə oxucu sorğularının tam və 
dolğun ödənilməsi üçün mövcud kitabxanaların qarşısında çox mühüm tələblər 
durur. Kitabxanaçıların oxuculara xidməti ilə əlaqədar olaraq yeni funksiyaları 
müasir tələblər səviyyəsində yerinə yetirmək əsas tələblərdən biridir (2, s.69).
 
Yekun demək olar ki, kitabxanalarda oxuculara xidmət sistemi qədim 
dövrlərdən kitabxanalarda meydana gəlmiş, tarixən formalaşmış, inkişaf etmiş, 
təkmilləşmişdir. Zaman keçdikcə müasir informasiya texnologiyası ilə silah-
lanmış, informasiya cəmiyyətinin tələblərinə müvafiq yenidən qurulmuşdur.  
 

Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin