Няшриййатын директору: Ислам ширинов



Yüklə 2,07 Mb.
Pdf görüntüsü
səhifə52/66
tarix25.12.2016
ölçüsü2,07 Mb.
#2902
1   ...   48   49   50   51   52   53   54   55   ...   66
BİBLİOQRAFİYAŞÜNASLIQ 
___________________________________________ 
 
 
Nadir İSMAYILOV 
Biblioqrafiyaşünaslıq kafedrasının dosenti 
Solmaz SADIQOVA 
Biblioqrafiyaşünaslıq kafedrasının  
baş müəllimi 
 
FƏLSƏFƏ ELMİNƏ HƏSR OLUNMUŞ BİBLİOQRAFİK 
İNFORMASİYA MƏNBƏLƏRİ 
 
Biblioqrafik informasiyanın strukturunu və xassələrini, bu informasiya-
nın yaradılması və tələbatçılara çatdırılması proseslərini öyrənən elm olmaqla 
biblioqrafiyaşünaslıq nəinki bu proseslərə ümumilikdə yanaşır, həm də ayrı-
ayrı elm və fəaliyyət sahələrinin informasiya tələbatını, həmin tələbatın öyrə-
nilməsi problemlərini tədqiq edir. Həmin nöqteyi-nəzərdən sosial-siyasi elmlər 
kompleksi və bu kompleksin aparıcı elmlərindən biri olan fəlsəfənin biblio-
qrafik vəsaitlərlə təminatı probleminin tədqiqi mühüm əhəmiyyət kəsb edir. 
Məlumdur ki, müasir biblioqrafiyaşünaslığın obyekt baxımından bir sıra 
sahələri vardır. Bu baxımdan fəlsəfənin biblioqrafiyası xüsusi biblioqrafiyaşü-
naslığın bir sıra sahələri ilə sıx bağlılığa malikdirBunlara misal olaraq dövlət 
biblioqrafiyası, elmi-köməkçi biblioqrafiya, tövsiyə biblioqrafiyası, universal 
biblioqrafiya, biblioqrafiyalaşdırma və biblioqrafik xidməti göstərmək müm-
kündür. Həqiqətən də dövlət biblioqrafiyası  mənbələrində digər elm sahələri 
kimi fəlsəfəyə dair kitablar və məsələlər də əks olunur, xüsusi biblioqrafiyanın 
bölmələri olan elmi-köməkçi və tövsiyə biblioqrafiyası isə fəlsəfənin biblioqra-
fiyası üçün böyük əhəmiyyətə malikdir.  
Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiya-
sının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin sərənca-
mında deyilir: «Milli müstəqillik dövrü xalqımıza məxsus mədəni-mənəvi 
dəyərlərlə bağlı olan istiqamətlərdə bir çox məsələlərin yenidən, azərbaycançı-
lıq məfkurəsi mövqeyindən işıqlandırılmasını aktuallaşdırmışdır» (2) . 
Bu sahədə kitabxanalarımızın üzərinə böyük məsuliyyətli işlər düşür. 
“Azərbaycan kitabxanalarının fəaliyyətinin yaxşılaşdırılması haqqında” Azər-
baycan Respublikasının Prezidentinin sərəncamında deyildiyi kimi, «Azərbay-
can kitabxanaları Azərbaycan xalqının milli sərvətidir. Xalqımızın yaratdığı 
qiymətli tarixi-mədəni,  ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanmasın-
da, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəslə çatdırılmasın-
 
138


da və cəmiyyətimizin intellektual-mənəvi potensialının artırılmasında kitabxa-
nalarımız əvəzsiz rol oynayır» (3). 
Fəlsəfə elmi sosial-siyasi elmlərin mühüm tərkib hissəsindən biridir. 
Digər sosial-siyasi elmlərdən fərqli olaraq fəlsəfə elmi bir çox elmlərlə  sıx 
surətdə bağlıdır. Məsələn, kimya, biologiya, fizika, riyaziyyat, humanitar elm-
lərlə, həmçinin sosial-siyasi elmlərlə əlaqəsi var. Ona görə də fəlsəfə elminin 
ayrı-ayrı elmlərlə  əlaqədar məsələləri öyrənilərkən biblioqrafik mənbələrdən 
istifadə olunur. Fəlsəfə elminin ayrı-ayrı elmlərlə əlaqəsi nəticəsində ədəbiyyat 
nəşri ildən-ilə çoxalır.  Ədəbiyyat nəşri ilə  əlaqədar olaraq müxtəlif oxucu 
qrupları var. Oxucuların biblioqrafik təminatı  məqsədilə  fəlsəfənin müxtəlif 
xarakterli biblioqrafik mənbələri  vardır.  
Azərbaycanda fəlsəfi biblioqrafiyanın təşkili və inkişafında ayrı-ayrı elmi 
müəssisələr, idarə və təşkilatlar, kitabxanalar yaxından iştirak edir. Ona görə də 
Azərbaycanda fəlsəfə elminə dair ədəbiyyatın göstərici xarakterli mənbələri 
vardır. Bu cəhətdən məlumat nəşrlərinin əhəmiyyəti çoxdur. Azərbaycan Sovet 
Ensiklopediyasında fəlsəfə üzrə xüsusi bölmə verilmişdir. Məsələn, IX cilddə 
fəlsəfə bölməsi fəlsəfə elmi ilə əlaqədar oxucu sorğularının ödənilməsində əhə-
miyyətli mənbə hesab olunur. Burada Azərbaycanda fəlsəfə elminin tarixinə, 
ədəbiyyat nəşrinə, o cümlədən filosofların həyat və  fəaliyyətinə (Heydər Hü-
seynov, Firudin bəy Köçərli, Mehbalı Qasımov, Ziyəddin Göyüşov və b.) dair 
materiallar verilmişdir. Qeyd etməliyik ki, müəyyən tarixi məlumatların, bib-
lioqrafik sorğuların ödənilməsi üçün məlumat nəşrlərinin ayrı-ayrı hissələrində 
fəlsəfə, o cümlədən sosial-siyasi elmlərlə əlaqədar olan məlumatları öyrənmək 
üçün ensiklopediyanın tərtibi metodikasını, materialların sistemləşdirilməsini 
və eləcə də əsas mövzunu müəyyənləşdirmək tələb olunur. Əsas mövzu  daxi-
lində müxtəlif xarakterli sorğular öz əksini tapmışdır. Fəlsəfə elminə aid ədə-
biyyatın öyrənilməsində ümumi xarakterli nəşrlərin də əhəmiyyəti çoxdur. Bu 
cəhətdən «Azərbaycan kitabı»nın II cildinin I kitabı mühüm əhəmiyyətə ma-
likdir. Burada «Fəlsəfə-ictimai-siyasi nəzəriyyə» adlı xüsusi bölmə verilmişdir. 
Bu bölmə daxilində 1920-1940-cı illərə qədər respublikada fəlsəfə elminə aid 
çap olunmuş elmi ədəbiyyat, tədris ədəbiyyatı, elmi-kütləvi ədəbiyyatı, bu sahə 
üzrə  məşğul olan elmi müəssisələr, nəşriyyatlar, institutlar, cəmiyyətlər və s. 
haqqında ədəbiyyat öz əksini tapmışdır.  
«Azərbaycan kitabı»nda fəlsəfə elmilə əlaqədar, mühüm bir bölmə veril-
mişdir. «Azərbaycan kitabı”nın II cildinin I kitabının əhatə etdiyi dövr ərzində 
ədəbiyyat nəşrinin öyrənilməsi mühüm biblioqrafik axtarış tələb edir.  
Ona görə  də ümumi xarakterli biblioqrafik göstəricinin bu sahədə  əhə-
miyyəti çoxdur. Belə bir ümumi xarakterli biblioqrafik nəşrə misal olaraq 
Azərbaycan MEA MEK tərəfindən çap edilmiş “Azərbaycan Milli Elmlər 
Akademiyası  nəşrlərinin biblioqrafiyası”nı göstərmək olar. Göstəricinin III 
cildinin VI kitabı tarix, iqtisadiyyat və hüquq elmlərinə həsr olunmuşdur. 
 
139


Respublikamızda fəlsəfə elminin inkişafı mühüm aparıcı müəssisələrdən 
olan Fəlsəfə  və Hüquq İnstitutunun adı ilə bağlıdır. Bu institut ilk dövrlərdə 
akademiyanın xüsusi bir bölməsi kimi fəaliyyət göstərirdi. 1945-ci ildə akade-
miya təşkil olunduqdan sonra akademiyanın nəzdində belə bir elmi-tədqiqat 
müəssisəsi yaradılmışdır.  İnstitut respublikada filosof alimlərin yetişməsində 
ədəbiyyat nəşrlərinin çoxalmasında, fəlsəfə üzrə elmi problemlərin həll olun-
masında mühüm rol oynayır. Qeyd etdiyimiz biblioqrafik göstəricinin yaradıl-
masında həmin institutun rolu böyükdür.  
“Azərbaycan Milli Elmlər Akademiyası  nəşrlərinin biblioqrafiyası” adlı 
biblioqrafik göstəricidə ayrı-ayrı elmlərlə yanaşı, fəlsəfə elmi üzrə xüsusi böl-
mə verilmişdir. Bu bölmə daxilində institutun 1945-ci ildən sonrakı dövrlərdə 
çap olunmuş ədəbiyyatı axtarıb tapmaq mümkün olur. Ona görə də akademiya-
nın bu mühüm biblioqrafik nəşrində bütün elm sahələri, o cümlədən fəlsəfə 
üzrə bütün ədəbiyyat öz əksini tapmışdır. Bu biblioqrafik göstərici müxtəlif 
dövrlər üzrə ədəbiyyatı özündə əks etdirmişdir. Biblioqrafik göstəricinin ayrı-
ayrı buraxılışlarında fəlsəfə elmi üzrə ədəbiyyatın xüsusi bölməsi verilmişdir. 
Fəlsəfəyə aid ədəbiyyatın biblioqrafiyasının yaradılmasında institut alimlərinin 
xidmətlərini qeyd etmək lazımdır. 
İnstitut tərəfindən xüsusi biblioqrafik göstərici çap edilmişdir. Məsələn, 
«Azərbaycan filosoflarının Moskva, Leninqrad və b. şəhərlərdə çap olunmuş 
əsərlərinin biblioqrafiyası» adlı biblioqrafik göstərici nəşr olunmuşdur. Bu 
biblioqrafik göstərici 1970-1981-ci illəri əhatə edir. Bu dövr ərzində Azərbay-
can filosoflarının müxtəlif elmi jurnal, məcmuələrdə, konfrans materiallarında 
çap edilmiş biblioqrafik xarakterli məlumatı öyrənmək mümkündür. Ona görə 
də  fəlsəfə elmilə  əlaqədar olaraq müxtəlif bölmələr üzrə, məsələn, fəlsəfə 
tarixi, dialektik materializm, etika, estetika, məntiq və s. elmlərlə  əlaqədar 
bölmələr  əsasında materiallar sistemləşdirilmişdir. Burada ayrı-ayrı  fəlsəfə 
elmilə əlaqədar başqa fəlsəfə elminin tarixinə aid ədəbiyyat öz əksini tapmış-
dır. Bu biblioqrafik göstərici elmi müəssisənin  əməkdaşlarının respublikadan 
kənarda çap olunmuş elmi əsərlərinin yayılmasında  əhəmiyyətə malikdir. 
Biblioqrafik göstərici oxucular üçün əhəmiyyətli olduğu kimi, müəyyən nöqsan 
cəhətləri də var. Məsələn, biblioqrafik göstəricinin  əvvəlində girişin verilmə-
məsi belə nöqsanlardan biridir. Çünki giriş biblioqrafik göstəricinin  əhəmiy-
yətini, məqsəd və oxucu istiqaməti və s. məsələlər barədə oxucuları tanış edir. 
Buna görə də belə biblioqrafik göstəriciyə giriş yazılmalıdır.  
Fəlsəfə sahəsində «Azərbaycan ensiklopediyası» Nəşriyyat-Poliqrafiya 
Birliyi tərəfindən «Fəlsəfə ensiklopedik lüğəti» 1997-ci ildə 520 səhifə 
həcmində çapdan buraxılmışdır (10). Ali məktəb müəllimləri, tələbə  və aspi-
rantlar üçün gərəkli vəsait olan bu kitab ixtisasından asılı olmayaraq, fəlsəfi 
görüş dairəsini genişləndirmək istəyən hər bir oxucu üçün faydalıdır. Kitabda 
fəlsəfi fikir tarixindən, fəlsəfənin əsas kateqoriya və anlayışlarından, həmçinin 
 
140


dialektika problemlərindən, dünya filosoflarının həyatından bəhs edən yığcam 
məqalələr verilmişdir. Burada oxucular şərq fəlsəfəsinə, mütəfəkkir və filoso-
fların həyatına, onların təlimlərinə aid materiallar haqqında informasiya əldə 
edə bilərlər. Belə bir ensiklopediyanın sahə mütəxəssislərinin informasiya 
təminatında rolu sözsüzdür. Ensiklopediyanın elmi redaksiya şurasının sədri 
fəlsəfə elmləri doktoru, professor İ.Ə.Rüstəmovdur.  
Son dövrlərdə dünyada və ölkəmizdə baş verən hadisələr, mövcud ictimai 
proseslər, siyasi və ideoloji münasibətlərin kəskinləşməsi fəlsəfənin də qarşı-
sında yeni və çətin vəzifələr qoymuş, onun problemlərinin həlli yollarının ob-
yektiv şərhini zəruriləşdirmişdir. Kitabda fəlsəfənin tarixi inkişaf mərhələləri-
nin və problemlərinin elmi şərhinə, mövcud siyasi vəziyyətlə əlaqədar daha da 
aktuallaşmış bir çox ictimai-sosial qayəli məsələlərə aid məqalələr  əksini 
tapmışdır. Lüğətdə Azərbaycan xalqının fəlsəfi və ictimai fikrinin yaranması və 
fəaliyyəti ilə bağlı məqalələrin də verilmişdir. 
Ayrı-ayrı dövrlərdə  zərbaniliyin, zərdüştlüyün,  maniliyin, məzdəkiliyin 
və s. Orta əsr Şərq ideoloji cərəyanlarının, onların görkəmli nümayəndələrinin 
tərcümeyi-halına, təlimlərinə  həsr olunmuş  məqalələr də kitaba salınmışdır 
(Kind, Fərabi, İbn Sina, İbn Rüşd, Qütbəddin Razi və b.).  
Feodalizm dövründə Qərb ölkələrindən fərqli olaraq, müsəlman Şərqində 
sxolastika və mistika ilə  bərabər, qeyri-dini fəlsəfi təlimlər də  fəaliyyət gös-
tərmişdir. Lüğətdə Şərq peripatetizminin azərbaycanlı nümayəndələrinə (Bəh-
mənyar, Əfsələddin Xunəci, Sircəddin Urməvi və b.), sufizmin panteist fəlsəfə-
sinin yaradıcısı Eynəlqüzzat Miyanəçi, işraqilik fəlsəfəsinin banisi Şihabəddin 
Sührəvərdi və onların davamçılarına da geniş yer verilmişdir. 
Azərbaycan  şəhərlərinə  mənsubluğu ilə tanınmış Sührəvərdilər, Təbrizi-
lər, Urməvilər, Xoylular və b. filosoflar, mütəfəkkirlər kitabda ayrıca yer tutur. 
Lüğətdə soraq-məlumat nəşrləri üçün birinci qəbul olunmuş bir sıra ixtisarlar 
təbliğ edilir. Məqalənin adı  mətndə birinci hərflə  əvəz olunur. Məsələn, 
«Aristotel» məqaləsində filosofun tam familiyasının  əvəzinə A. hərfi yazılır. 
Əgər məqalənin adı bir neçə sözdən ibarətdirsə, onda onlar mətndə yalnız 
məqalənin birinci hərflərlə göstərilir. Məsələn, «Məzmun və forma» məqalə-
sinin mətnində tam adın əvəzində M. və F. kimi, üç sözdən artıq məqalə adları 
isə  mətndə yalnız məqalənin birinci hərfi ilə göstərilir. Məqalələrdə kursivlə 
yığılmış bütün söz və terminlər lüğətdə onların haqqında ayrıca məqalə 
getdiyini göstərir. 
1940-cı illərdə görkəmli filosof, akademik Heydər Hüseynovun tərtib 
etdiyi «Fəlsəfə lüğəti» istisna olmaqla, kitab ana dilimizdə bu sahədə  nəşr 
edilən ilk böyük lüğətdir. Fəlsəfi biliklərin yeni təfəkkür baxımından 
işlənməsinə prof. İzzət Rüstəmov rəhbərlik etmişdir.  
 
141


«Azərbaycan Ensiklopediyası» Nəşriyyat-Poliqrafiya Birliyi «Fəlsəfə 
ensiklopedik lüğəti»nin elmi-ideoloji sahədə müsbət rol oynayacağına, 
respublikamızda fəlsəfi mədəniyyətin yüksəlişi üçün faydalı olacağına əmindir.  
Heydər Hüseynovun fəlsəfə sahəsində elmi fəaliyyəti yüksək təqdirəla-
yiqdir. O, Azərbaycanın ilk görkəmli filosofu olmaqla, Azərbaycan fəlsəfi fikir 
tarixinin öyrənilməsində böyük xidmətləri olmuşdur. Akademiyanın kitabxana-
sının işçisi Əhməd Mahmudov tərəfindən tərtib olunmuş «Heydər Hüseynov» 
(1965) adlı biblioqrafik göstəricidə (12), olduğu kimi Heydər Hüseynov 
halında çap olunmuş biblioqrafik göstəricinin də  əsas məqsədi alimin bütün 
əsərlərini  əks etdirmək olmuşdur. Bu məqsədlə biblioqrafik göstəricinin 
müəllifi geniş axtarışlar aparmışdır. O, H.Hüseynovun kitab haqqında çap 
olunmuş  əsərlərini, dövri mətbuatda dərc edilmiş  məqalələrini, məruzə  və 
çıxışlarını toplamaqla alimin zəngin irsini toplamışdır. O, topladığı materiallar 
əsasında belə bir elmi köməkçi biblioqrafik göstəricini çap etdirmişdir. 
Biblioqrafik göstəriciyə respublikamızın görkəmli  ədəbiyyatşünas alimi 
Məmməd Arif Dadaşzadə tərəfindən geniş elmi giriş hissəsi verilmişdir. Giriş 
hissəsi biblioqrafik və elmi cəhətdən oxucular üçün mühüm mənbə hesab 
olunmuşdur. Burada Heydər Hüseynovun həyat və  fəaliyyəti, tələbəlik illəri, 
elmi, ictimai-siyasi fəaliyyətilə  əlaqədar olaraq, çox zəngin məlumatlar 
verilmişdir. Biblioqrafik göstəricinin əhəmiyyəti alimin biblioqrafik göstəriciyə 
yazdığı giriş hissədə geniş  şərh olunmuşdur. M.Dadaşzadənin yazdığı giriş 
hissədə H.Hüseynov haqqında müxtəlif məlumatlar öyrənmək olur. 
Biblioqrafik göstəricidə H.Hüseynovun əsərləri nəşr illərinə görə sistem-
ləşdirilib təsvir edilmişdir. Bu da alimin əsərlərinin nəşri tarixinin öyrənilməsi 
cəhətdən əhəmiyyətlidir. Biblioqrafik göstərici alimin əsərlərinin çap olunduğu 
dilə görə iki hissədən ibarətdir: 1. Azərbaycanca  əsərləri; 2. Rus dilində çap 
olunmuş əsərləri. 
I hissədə olduğu kimi, II hissədə də nəşr ilinə görə çap olundu. Biblioqra-
fik göstəricidə H. Hüseynovun əsasən elmi əsərlərilə yanaşı, elmi məqalələri də 
verilməlidir. H.Hüseynov respublikamızın ictimai həyatında mühüm rol 
oynadı. Biblioqrafik göstəricidən istifadəni asanlaşdırmaq üçün köməkçi aparat 
yaradılmışdı. Məsələn, alimin əsərlərinin əlifba göstəricisi. 
Biblioqrafik göstəricilərdən biri görkəmli filosof Aleksandr Osipoviç Ma-
kovelskiyə həsr olunmuşdur. O, Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutunun 
direktoru (1945-1950) olmuşdur. Makovelski qədim yunan fəlsəfə tarixi, dia-
lektik və tarixi materializm, məntiq və məntiq tarixi, pedaqogika, psixologiya 
sahəsində, xüsusilə yunan fəlsəfəsində sofistlər, Sokrataqədərki məktəblər (Mi-
let və Pifaqor məktəbi; Heraklit və davamçıları; Eleya məktəbi və s.), atomist-
lər (Levkipp, Demokrit, Epikür və b.) barədə  əsaslı  tədqiqat aparmış, onların 
bir sıra  əsərlərini tərcümə etmiş, onlara şərh yazmışdır. Azərbaycanın fəlsəfə 
tarixinə dair əsərlərində Makovelski zərdüştlük, Avesta, məzdəkilik,  Şərqdə 
 
142


peripatetizm, neoplatonçuluq və atomizm, sufilik, «İxvan-əs-Səfa», «Nizami və 
onun Şərqdə yeri», XIX əsr ictimai və fəlsəfi fikri, M.Ş.Vazeh, M.F.Axundov 
kimi məsələləri  əhatəli  şəkildə  tədqiq etmişdir. Azərbaycanda fəlsəfə üzrə 
kadrların yetişdirilməsində də onun böyük xidməti olmuşdur.  
MEA Mərkəzi Elmi Kitabxanasının işçisi Syusorenkro alimin əsərlərini 
toplayıb «A.O.Makovelski. Şəxsi biblioqrafik göstərici»sini tərtib etmişdir. 
Onun haqqında çap olunmuş  şəxsi bibilioqrafik göstərici fəlsəfə elminin 
informasiya təminatında əhəmiyyətli rol oynayır. 
Azərbaycan Elmlər Akademiyasının akademiki, Əməkdar elm xadimi, 
Azərbaycan fəlsəfəsi tarixi ixtisası üzrə görkəmli alim Firudin Qasım oğlu 
Köçərlinin əsərlərinin biblioqrafiyası 1950-1996-cı illəri əhatə edir (11). Göstə-
riciyə Azərbaycan və rus dillərində çıxan əsərləri, habelə dövri mətbuatda dərc 
olunmuş  məqalələri daxil edilmişdir. 1997-ci ildə Azərbaycanın elm və 
mədəniyyət xadimləri seriyası ilə “Elm” nəşriyyatında çapdan çıxmış göstərici-
nin tərtibçisi Ç.Əhmədova, redaktoru F.Hüseynovadır. MEA Mərkəzi Elmi 
Kitabxanası «Elm» Redaksiya-Nəşriyyat və Poliqrafiya Mərkəzi tərəfindən ça-
pa hazırlanmış biblioqrafik göstəricidə 341 mənbə xronoloji prinsiplə düzül-
müşdür. Göstəricinin aşağıdakı bölmələri vardır: Tərtibçidən; Həyatı, elmi-pe-
daqoji və ictimai fəaliyyətinin əsas tarixləri; Həyatı və elmi fəaliyyəti haqqında 
qısa oçerk (oçerkin müəllifi MEA-nın müxbir üzvü Məqsəd Səttarovdur); 
Əsərlərinin biblioqrafiyası (burada 275 adda mənbə öz əksini tapmışdır); Re-
daktə etdiyi əsərlər (cəmi 42 adda); Dissertantlara elmi rəhbərlik və məsləhətçi 
(18 adda); Həyatı, elmi-pedaqoji, ictimai fəaliyyəti və  əsərləri haqqında 
məlumat (7 adda) xronoloji ardıcıllıqla düzülmüşdür. Göstəricinin sonunda 
«Əsərlərinin  əlifba göstəricisi», «Müştərək müəlliflərin  əlifba göstəricisi» və 
“Haqqında yazan müəlliflərin  əlifba göstəricisi” adlı köməkçi aparat veril-
mişdir. “Əsərlərinin biblioqrafiyası” bölməsinə baxdıqda məlum olur ki, Firu-
din Köçərlinin ilk əsəri dövri mətbuatda 1948-ci ildə çap olunmuşdur.  
Göstəricidə qeyd olunur ki, Köçərli Firudin Qasım oğlu 1920-ci il deka-
brın 8-də  Gədəbəy rayonunun İsalı  kəndində müəllim ailəsində anadan 
olmuşdur. 7 illik kənd məktəbini bitirdikdən sonra Kirovabad (Gəncə)  şəhə-
rində pedaqoji texnikumda təhsilini davam etdirmiş  və 1939-1945-ci illər 
arasında özünün təhsil aldığı İsalı kənd məktəbində müəllim işləmişdir.  
F.Köçərli 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsi 
nəzdində açılmış  fəlsəfə  şöbəsinə daxil olur. F.Köçərli hələ oxuduğu illərdə 
geniş ictimai iş aparır və tezliklə fəal ictimaiyyətçi kimi tanınır. O,universitetin 
Tələbə Elmi cəmiyyətinə  rəhbərlik edir, birləşmiş yerli komitənin sədri və 
Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin