partiya komitəsinin üzvü seçilir. o, 1945-ci ilin mart ayında «Azərbaycan
xalqının sosialist mədəniyyətinin təşəkkülü» mövzusunda namizədlik
dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. 1954-cü ilin mart ayından
1958-ci ilə qədər Azərbaycan Dövlət Universitetinin fəlsəfə kafedrasında baş
143
müəllim, dosent vəzifələrində işləmişdir. Respublikamızda fəlsəfə elmi üzrə
akademik A.O.Makovelski istisna olmaqla bir nəfər də olsun elmlər doktoru
yox idi. Belə bir şəraitdə Respublika Elmlər Akademiyasında fəlsəfə elminə
rəhbərlik etmək F.Köçərlinin üzərinə düşmüşdü. Qeyd etmək lazımdır ki, 60-cı
illərdə elmlər namizədlərinin və doktorların sayı xeyli artdı və nəticə etibarı ilə
1968-ci ildə Fəlsəfə İnstitutunu bərpa etmək mümkün oldu. İnsitutun yenidən
təşkilində, əlbəttə, F.Köçərlinin əməyi böyük olmuşdur. O, 1950-ci ildə
fəaliyyəti dayandırılan və nəhayət, yenidən təşkil edilən Fəlsəfə İnstitutuna ilk
direktor təyin edildi. F.Köçərli 1966-cı ilin iyun ayında «Azərbaycanda inqilabi
demokratik fikir və Nəriman Nərimanov» mövzusunda doktorluq dissertasiyası
müdafiə etmiş, Azərbaycanda inqilabi demokratiya probleminin xüsusiyyətləri
barədə alim sözü söyləmiş, məsələnin qoyuluşuna tam aydınlıq gətirmişdir.
Oxucuya təqdim olunan göstəricidə ədəbiyyat xronoloji qaydada, hər ilin
daxilində isə əlifba sırası ilə düzülmüşdür. F.Köçərlinin əsərlərinin biblioqra-
fiyasında yaradıcılığının əsas tarixləri, elmi-tədqiqat, təşkilati işlərinin qısa
səciyyəsi göstərilir. Göstəricidə alimin dissertasiyalara elmi rəhbərliyi, həyat və
yaradıcılığı haqqında ədəbiyyat ayrıca bölmələrdə verilmişdir.
Dünya şöhrətli Azərbaycan filosofu Şihabəddin Yəhya Sührəvərdiyə
(1154-1191) həsr olunmuş biblioqrafik məlumat kitabında (14) həyatı və
yaradıcılığı nəzərdən keçirilir, geniş mündəricəli traktatlar, onlara görkəmli
filosoflar tərəfindən yazılmış şərhlər və haşiyələr, həmin əsərlərin çap və
əlyazması nüsxələri barədə məlumat verilir. Şihabəddin Sührəvərdi haqqında
mənbələr, habelə Şərq və Qərb dillərində tədqiqatlar onun dünya şöhrəti
haqqında müəyyən təsəvvür yaradır.
Azərbaycan EA Rəyasət Heyəti Şihabəddin Yəhya Sührəvərdinin vəfatı-
nın 800 illik yubileyini keçirmək barədə qərar qəbul etmiş, tədbirlər planı
hazırlamışdır. 2 aprel 1991-ci il tarixli bu sənəddə qərara alınmışdır ki, Şiha-
bəddin Sührəvərdinin vəfatının 800 illiyi ilə əlaqədar 1991-ci ilin dekabrında
elmi sessiya keçirilsin; Şihabəddin Sührəvərdi haqqında dövri mətbuatda,
«Elm» qəzetində, «Xəbərlər» jurnalında məqalələr buraxılsın, radio və televi-
ziya verilişləri təşkil edilsin; Şihabəddin Sührəvərdinin həyat və yaradıcılığı
haqqında monoqrafiya və biblioqrafik məlumat çapa verilsin; o cümlədən, Av-
ropa xalqları dillərinə tərcümə olunan əsərlərinin əldə edilməsi, tərcüməsinin
təşkili, əsərlərinin həm orijinalın, həm də tərcüməsinin nəşrə hazırlanması
haqqında təkliflər verilsin; Şihabəddin Sührəvərdinin portretinin yaradılması
məqsədilə müsabiqə elan edilsin; Şihabəddin Sührəvərdinin xatirəsinin əbədi-
ləşdirilməsi üçün adının Bakı şəhərindəki küçə, meydan və elmi idarələrdən
birinə verilməsi haqqında vəsatat qaldırılsın; orta məktəblərin təhsil proqra-
mında və dərsliklərdə digər Azərbaycan filosofları ilə yanaşı Şihabəddin Süh-
rəvərdiyə həsr olunmuş bölmələrin nəzərdə tutulması Xalq Təhsili Nazirliyinə
tövsiyə edilsin.
144
Şihabəddin Yəhya Sührəvərdinin elmi-fəlsəfi irsi şərqşünas fəlsəfə
tarixçilərinin həmişə diqqət mərkəzində olmuşdur. Onun vəfatının hicri tarixi
ilə 800 illiyi Qahirədə qeyd edilmiş, bu münasibətlə 1974 (1975)-cü ildə böyük
bir məcmuə buraxılmışdır.
Şihabəddin Yəhya Sührəvərdi bəşər fəlsəfi fikrinin inkişafında özünə
layiqli yer tutmuşdur. Onun misilsiz xidmətini işıqlandırmaq və təbliğ etmək
bizim müqəddəs borcumuzdur.
Dünya şöhrətli Azərbaycan filosofunun yubileyi ilə əlaqədar qısa müd-
dətdə hazırlanmış bu kitabça gələcək nəşrlərdə yəqin ki, daha da təkmilləşdi-
riləcək və genişləndiriləcək.
Biblioqrafik göstəricidə Şihabəddin Sührəvərdinin fəlsəfi irsi və onun
dünyada yayılması; Zəngin irsin saxlanıldığı ünvanlar; Şihabəddin Sührə-
vərdinin əsərləri; Şihabəddin Sührəvərdinin əsərlərinə şərhlər və haşiyələr;
Şihabəddin Sührəvərdi haqqında mənbələr; Şihabəddin Sührəvərdi haqqında
tədqiqatlar (20 adda ərəb dilində, 14 adda fars dilində, 6 adda fransız dilində, 6
adda alman dilində, 4 adda ingilis dilində, 3 adda türk dilində, 30 adda
Azərbaycan dilində, 8 adda rus dilində mənbə) öz əksini tapmışdır.
«Şihabəddin Sührəvərdinin fəlsəfi irsi və onun dünyada yayılması» adlı
yazıdan məlum olur ki, Şihabəddin Əbülfütuh Yəhya ibn Həbəş Sührəvərdi
Azərbaycanın qədim Zəncan şəhəri yaxınlığındakı Sührəvərd qəsəbəsində
anadan olmuşdur. O dövrdə Sührəvərd özünün təbii gözəlliyi və abadlığı ilə
bərabər, mədəni səviyyəsi ilə də məşhur idi. Cəlaləddin Ruminin atası Baha-
əddin Vələd (…-1231) bu cəhəti xüsusi qeyd etmişdir. Sührəvərddən görkəmli
alimlər, ictimai-siyasi xadimlər çıxmış, Yaxın və Orta Şərq ölkələrinin
mədəniyyət tarixində layiqli yer tutmuşlar.
Şihabəddin Sührəvərdi kiçik yaşlarında Marağa şəhərinə getmiş, orada
Məcəddin Cilidən fəlsəfəni və fiqhin (müsəlman hüququnun) əsaslarını öyrən-
mişdir. O, sonra İsfahan şəhərində Zəhirəddin Fəraisinin yanında peripatetik
filosof İbn Səhlan Savinin (…-1058) məntiq, metafizika və fizika (təbiətşünas-
lıq) hissələrindən ibarət «Bəsirətlər» («əl-Basir») kitabını mütaliə etmişdir.
Şihabəddin Sührəvərdi Azərbaycanın, ümumiyyətlə, Yaxın və Orta Şər-
qin mühüm şəhərlərin, o cümlədən, Ərdəbil, Miyanə, Diyarbəkir, Xərbut, Kon-
ya, Sivas, Mardin, Bağdad, Dəməşq və Hələbi gəzmişdir. Həmin səfərlərdə
onun əsas məqsədi orijinal elmi-fəlsəfi doktrinalarını yaymaq idi. Öz şagirdi
Şəmsəddin Şəhrəzuri (…-1250) bu barədə yazır: «Allah ruhunu təqdis eləmiş,
(Şihabəddin Sührəvərdi) çoxlu ölkələr gəzib dolaşmış, elmlərdə özünə həmfikir
tapmağa güclü şövq göstərmişdir».
Mosulda İbn Yunus (1154-1242), Mardində Fəxrəddin Mardini (…-
1195), digər yerlərdə Seyfəddin Amidi (1156-1233) kimi tanınmış alimlər,
filosoflar onun ideyalarını qızğın müdafiə edirdilər.
145
Azərbaycan fəlsəfəsində, sosial ekologiyasında, mifoloji problemlərin
tədqiqində özünəməxsus yer tutan alimlərdən biri Ağayar Şükürovdur. Onun
qələmindən çıxan məqalə, monoqrafiya və dərsliklər orijinal tədqiqat metodu
və metodologiyası, yazılış tərzi, dili, ümumiləşdirmə priyomları ilə seçilir.
Tədqiq etdiyi problemlər özünün orijinallığı və aktuallığı ilə diqqəti cəlb edir.
Müasir mərhələdə Azərbaycan filosofları arasında öz məhsuldar fəaliyyə-
ti ilə seçilən, xalqımızın mənəvi mədəniyyət xəzinəsini zənginləşdirən sanballı
alimlərimiz arasında fəlsəfə elmləri doktoru, professor Ağayar Şükürovun özü-
nəməxsus yeri vardır. Onun hərtərəfli və geniş yaradıcılığı xüsusi tədqiq olun-
malıdır. Son dövrlərdə onun Azərbaycan elminə verdiyi töhfələr, yəni elmi icti-
maiyyətimiz tərəfindən xüsusi rəğbətlə qarşılanan tədqiqat əsərləri Azərbaycan
ictimai fikir tarixində böyük əhəmiyyətə malikdir.
Alim haqqında Azərbaycan MEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu
2000-ci ildə Ağayar Şükürova həsr olunmuş biblioqrafik göstərici çap etdirmiş-
dir (4). 107 səhifəlik biblioqrafik göstərici Yadigar Babayev və Ariz Gözəlov
tərəfindən tərtib olunmuşdur. Biblioqrafik göstəricinin redaktoru Əflatun Ama-
şovdur. 169 biblioqrafik təsviri özündə cəmləşdirən bu biblioqrafik göstəricidə
«Tərtibçidən»; «Həyatı və elmi ictimai fəaliyyətinin əsas tarixləri»; «Yorulmaz
tədqiqatçı» (oçerk fəlsəfə elmləri doktoru Vəli Həbiboğlu tərəfindən yazılmış-
dır); «Əsərlərinin biblioqrafiyası» (18 adda kitabı, 5 adda dərsliyi öz əksini tap-
mışdır); «Elmi jurnal və məcmuələrdə çap olunmuş məqalələri» (83 adda);
«Qəzet məqalələri» (43 adda); «Elmi rəhbərliyi altında müdafiə olunmuş nami-
zədlik dissertasiyaları» (cəmi 8 nəfər) xronoloji ardıcıllıqla verilmişdir. «Ağa-
yar Şükürovun kitabları haqqında rəylər» bölməsində 13 müəllifin rəyi haqqın-
da informasiya əldə etmək mümkündür. Sonda isə «Əsərlərinin əlifba göstərici-
si»; «Müştərək müəlliflərin əlifba göstəricisi»; «Haqqında yazmış müəlliflərin
əlifba göstəricisi» adlı köməkçi göstəricilər vasitəsilə biblioqrafik mənbənin
axtarış imkanları daha da zənginləşmişdir.
Biblioqrafik göstəricidən məlum olur ki, Ağayar Məhəmməd oğlu Şükü-
rov 25 mart 1946-cı ildə Biləsuvar rayonunun Əmənkənd kəndində anadan
olmuşdur. O, 1963-cü ildə orta məktəbi bitirmişdir. Uşaqlıqdan ədəbiyyat və
tarixə həvəs göstərmiş, şeirlər də yazmışdır. O vaxtlar müəyyən maneələr oldu-
ğuna görə jurnalistika fakültəsinə deyil, tarix fakültəsinə imtahanları daxil ol-
muşdur. Onun «Nəsiminin ictimai-fəlsəfi görüşləri» mövzusunda yazdığı dip-
lom işi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. 1969-cu ildə
A.Şükürov Azərbaycan MEA Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasına
daxil olmuşdur. O, 1975-ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almaq
üçün «Milli və dini ənənələr» mövzusunda yazdığı dissertasiyanı müdafiə
etmişdir. 1984-cü ildə “Elm” nəşriyyatında çap etdirdiyi «Müasir dövrün
qlobal, ekoloji və demoqrafik problemlərinin sosial-fəlsəfi mahiyyəti” əsəri ilə
o, Azərbaycan fəlsəfəsində yeni qlobal problemlər istiqamətinin bünövrəsini
146
qoymuşdur. 1989-cu ildə A.Şükürov «Müasir qlobalistikada ekoloji problemlə-
rin yeri və rolu» adlı doktorluq disertasiyasını müdafiə etmişdir. 1991-ci ildə o,
SSRİ məkanında ilk dəfə olaraq «Ekologiyanın fəlsəfi problemləri» şöbəsini
yaratdı. Təkcə bunu demək kifayətdir ki, 2000-ci ilə qədər şöbənin təşəbbüsü
ilə «Ekologiya. Fəlsəfə. Mədəniyyət» adlı məcmuənin 24 buraxılışı çap olun-
muşdur. Professor Ağayar Şükürov bir sıra Beynəlxalq konfranslarda iştirak və
çıxış etmişdir. Əsərləri Rusiyada və Türkiyədə çap olunmuşdur.
Göstəricinin «Yorulmaz tədqiqatçı» başlıqlı oçerkində qeyd edilir ki,
onun yazdığı kitablara, monoqrafiyalara, dərsliklərə, məqalələrə diqqətlə nəzər
salsaq, xalqını, vətənini, tarixi keçmişini dərindən düşünən bir alimin, ziyalı-
nın, vətəndaşın ürək döyüntülərini, mənəvi dünyasını aydın görə bilərik. A.Şü-
kürovun namizədlik dissertasiyası «Milli və dini ənənələr» mövzusunda oldu-
ğuna görə o, dinin tarixi köklərini, əsl mahiyyətini, cəmiyyətdə mövqeyini, dini
adət və ənənələri, ümumiyyətlə, ateizm problemlərini çox dərindən öyrənmiş-
dir. Qeyd edək ki, Sovet cəmiyyətində dini adət və ənənələrin öyrənilməsinə,
ateizm tərbiyəsi məsələlərinə xüsusi diqqət yetirilirdi. Bu cəhətdən gənc alimin
ilk çap məhsulu da məhz həmin mövzuda olmuşdur. O, 1979-cu ildə «Bilik»
cəmiyyətinin xəttilə nəşr etdirdiyi «Sosialist adət, ənənələri və ateizm tərbiyə-
si» kitabında adət, ənənə, onların mahiyyəti, sosialist adət-ənənələrinin təşək-
külü gedişində dini ayin və mərasimlərin aradan qaldırılması və s. mühüm
problemləri şərh etmiş, ateizm tərbiyəsi ilə bağlı müəyyən mülahizələrini bil-
dirmişdir. Nəzərə almaq lazımdır ki, həmin dövrdə bu qəbildən olan tədqiqat
işlərinin aparılmasına böyük ehtiyac duyulurdu. Lakin gənc tədqiqatçı ateizm
tərbiyəsi ilə bağlı yazdığı mövzulara heç də ehkamçılıq mövqeyindən yanaş-
mırdı, o yeri gəldikcə dinin mütərəqqi xüsusiyyətlərini, eləcə də insanları fana-
tizmə, mövhumata səsləyən xüsusiyyətləri də açıb göstərirdi. Biz bu cəhətlərə
«İslam-adət və ənənə», «Sosial tərəqqi və ateizm» kitablarında rast gələ bilərik.
Müstəqillik şəraitində dövlətimiz və xalqımız, alimlərimiz, ziyalılarımız,
bütün qəbildən olan mütəxəssislərimizin qarşısında duran ən mühüm vəzifə
müasir Azərbaycan cəmiyyətini informasiyalaşdırmaqdır.
Ümumiyyətlə, informasiyalaşdırma cəmiyyət üzvlərinin, dövlət idarə or-
qanlarının, yerli özünüidarə orqanlarının, cəmiyyətin bütün sosial strukturları-
nın, ictimai təşkilatların informasiya ehtiyatlarını formalaşdırmaq və ondan
istifadə etmək əsasında informasiya tələbatını ödəmək üçün optimal şərait
yaradan, həmçinin bu sahədə vətəndaşların hüququnu həyata keçirən, təşkil
edən sosial-iqtisadi və elmi-texniki prosesdir.
Müasir dövrdə cəmiyyətin informasiyalaşdırılması cari biblioqrafik
məlumatın dolğunluğunu, ardıcıllığını və operativliyini daha da artırmağı tələb
edir. Buna görə də ənənəvi nəşrlərlə yanaşı, avtomatlaşdırılmış sistemlərin
yaradılması, elektron nəşrlərin hazırlanması da dövrün zəruri şərtlərindədir.
Burada kitabxanalar və biblioqrafik fəaliyyətin digər subyektləri bilavasitə
147
dövlət və məhəlli informasiya-kitabxana ideologiyasının formalaşmasında, öz
fəaliyyətlərinin hüquqi əsaslarının hazırlanmasında fəal iştirak edə bilirlər.
Nəticə olaraq qeyd etmək lazımdır ki, fəlsəfə elminə dair biblioqrafik
informasiya təminatına həsr olunmuş mövzu araşdırılarkən məlum olmuşdur
ki, bu sahəyə dair biblioqrafik nəşrlər kifayət qədər deyil. Ona görə də bu
sahədə müvafiq sahənin oxucu qruplarının informasiya təminatını daha da
yaxşılaşdırmaq məqsədilə biblioqrafik göstəricilərin tərtibini artırmaq, eyni
zamanda müasir informasiya texnologiyalarının tətbiqindən yararlanaraq
onların elektron variantını da informasiya istifadəçilərinin ixtiyarına vermək
məqsədəuyğundur.
Dostları ilə paylaş: |