S. P. İSMAYILOVA
SOCİAL DEMANDS ON BİBLİOGRAPHİC İNFORMATİON ABOUT
CHILDREN LİTERATURE
SUMMARY
There were described the issues of importance of bibliographic
information in promotion of children literature, in children reading
mentorship, in teaching and upturning process and in instilling love to
motherland in the article.
160
Əliyusif MƏMMƏDOV
Biblioqrafiyaşünaslıq kafedrasının
baş müəllimi
BİBLİOQRAFİK MƏNBƏLƏRDƏ SƏNƏD HAQQINDA
İNFORMASİYANIN ƏKS OLUNMASININ BƏZİ MƏSƏLƏLƏRİ
Biblioqrafik informasiyanın öz ictimai funksiyasının yerinə yetirməsinə
təsir edən əsas amil ona olan ictimai tələbatdır. Məhz həmin tələbatın təsiri ilə
biblioqrafik informasiya bu və ya digər mövcudluq forması alır, bu və ya digər
metodla biblioqrafik məhsul yaradılır və ya biblioqrafik xidmət həyata
keçirilir. Bu sözlər tam mənada təbiət elmlərinə dair biblioqrafik informasiyaya
da aid edilə bilər.
Məlumdur ki, insanların sənəd-informasiya tələbatı ictimai inkişaf
nəticəsində bu tələbatın ödənilməsinə yardımçı olan biblioqrafik infor-
masiyanın və bu informasiyanın yaradılaraq tələbatçılara çatdırılması ilə
məşğul olan biblioqrafik fəaliyyətin yaranıb inkişaf etməsinə səbəb olmuşdur.
Lakin tarixi inkişaf nəticəsində biblioqrafik fəaliyyət get-gedə yeni xassələr
qazanmış, tələbatçıların sənəd-informasiya tələbatını ödəməyə yönəlmiş daha
dolğun məlumat formaları meydana çıxmışdır.
Biblioqrafik informasiyanın tarixi inkişafdan asılı olaraq bir sıra
formaları yaranıb inkişaf etmişdir ki, bütün bu formaları əmələ gətirən ibtidai
özək biblioqrafik çatdırmadır.
Biblioqrafik çatdırma biblioqrafiyalaşdırılan sənədlər haqqında elə ünsür-
lər toplusudur ki, onlar (müəllif, sərlövhə, buraxılış məlumatları və s.) ya
sənədin özündən, ya da başqa mənbələrdən götürülür (1, 5). Əgər biblioqrafik
çatdırma sənəd şəklində qeyd olunursa, buna biblioqrafik yazı deyilir. Konkret
şəraitdən, tələbatın xüsusiyyətlərindən asılı olaraq biblioqrafik yazı müxtəlif
əhatəli və dərinliyə malik ola bilər və özündə bir çox ünsürləri əhatə edə bilər.
Biblioqrafik yazının ən müxtəsər forması biblioqrafik təsvirdir.
Biblioqrafik təsvir, sənəd, onun tərkib hissəsi və ya sənədlər qrupu haq-
qında müəyyən qaydada verilmiş, sənədin ümumi səciyyələndirilməsi və iden-
tifikasiyası üçün zəruri və kafi olan biblioqrafik əlamətlərin toplusudur. Bib-
lioqrafik fəaliyyətdə ən geniş yayılmış məhsul növü olan biblioqrafik təsvirə
çox yüksək tələblər qoyulur. Çünki o, elə bir əlamətlər məcmusudur ki, məhz
bu məcmu vasitəsi ilə bir sənədi digərindən fərqləndirmək, saysız-hesabsız sə-
nədlər içində məhz axtarılanı tapmaq mümkün olur. Buna görə də biblioqrafik
təsvirin hər bir ünsürü, onların sırası, onların tərtibi xüsusiyyətləri çox aydın və
birmənalı şəkildə reqlamentlənir və məhz bu məqsədlə də biblioqrafik təsvirin
161
tərtibinə dair xüsusi Milli və beynəlxalq səviyyəli təlimatlar, standartlar işlənib
hazırlanır və tətbiq edilir. Bunlara misal olaraq Kitab təsvirinə dair Beynəlxalq
Standartı (İSBD), Anqlo-Amerikan Kataloqlaşdırma Qaydalarını (AACR),
SSRİ Dövlət Ümumittifaq Standartı (İndiki MDB ölkələrinin Dövlətlərarası
Standartı) QOST 7.1-2003 və s. göstərilə bilər(2). Təsvirin ünsürlərindən təsvi-
rin başlığı, sərlövhə, nəşr haqqında məlumat, nəşr yeri, nəşr tarixi, həcm (səhi-
fələrin miqdarı), İSBN kimi ünsürlər xüsusi əhəmiyyətə malikdir. Bunlar təsvi-
rin məcburi ünsürləridir ki, bunlardan əlavə təsvirin «fakultativ» adlanan bir sı-
ra digər ünsürləri də vardır ki, biblioqrafiyalaşdırıcı müəssisə öz funksiyasın-
dan, şərait və tələbatından asılı olaraq təsvirdə həmin fakultativ ünsürləri də
əks etdirə bilər. Hər bir müəssisə (kitabxana, informasiya müəssisəsi, kitab
ticarəti şirkəti) öz biblioqrafik məhsulunda verilən biblioqrafik təsvirlərdəki fa-
kultativ elementlərin toplusunu sabit şəkildə verməlidir. Məsələn, kitabxananın
sistemli kataloqundakı biblioqrafik yazılarda, təsvirdə istifadə edilən fakultativ
ünsürlər dəsti eyni olmalıdır. Hər bir sənəd növü öz nəşr forması üçün biblio-
qrafik təsvirin xüsusi modifikasiyası tətbiq edilir. Məsələn, yuxarıda adı çəki-
lən standartda bir cildli kitabın, çoxcildli kitabın, seriyalı nəşrin, məqalənin,
normativ-texniki sənədin və s. təsvir qaydası ayrıca olaraq şərh olunur.
Biblioqrafik praktikanın zəngin təcrübəsi sübut edir ki, biblioqrafik
çatdırmanın ən geniş yayılmış növü biblioqrafik yazıdır. Eləcə də biblioqrafik
yazının öz dərinliyinə, əhatəliyinə görə müxtəlif formalarda ola bilər. Əlbəttə
ki, bunların içərisində biblioqrafik təsvir müstəsna əhəmiyyətə malikdir.
Biz biblioqrafik yazıya nəzər salsaq görə bilərik ki, onun tərkibində for-
malaşmış sözün tam mənasında biblioqrafik səciyyəli məlumatlar məhz biblio-
qrafik təsvirdə verilmişdir. Lakin biblioqrafik praktikada bir çox halda təsvirlə
yanaşı biblioqrafik yazının bir sıra digər ünsürləri də istifadə edilir. Buna nü-
munə olaraq kitabxanalardakı müxtəlif kataloqları, annotasiyalı biblioqrafik
göstəriciləri, cari xarakterli elmi-köməkçi göstəriciləri, siqnal informasiya, eks-
pres informasiya bülletenlərinin, referativ jurnallar kimi janrlarda tətbiq edilən
biblioqrafik yazı formalarını göstərmək mümkündür. Bu tipli çoxünsürlü bib-
lioqrafik yazılarda sənədin biblioqrafik təsvirindən savayı hansı ünsürlərin ve-
rildiyini əyani şəkildə göstərmək üçün Kitab Palatasının mərkəzləşdirilmiş ka-
taloqlaşdırma üçün tərtib və nəşr etdirdiyi çap kartoçkasına nəzər yetirmək
mümkündür.
Burada yazının tərkibində biblioqrafik təsvirlə yanaşı müəllif işarəsi, an-
notasiya, təsnifat indeksi, kartoçkanı nəşr edən təşkilat barədə məlumat veril-
mişdir. Bu ünsürləri iki əsas qrupa ayırmaq olar. Bunlardan birinci sırf biblio-
qrafik ünsürlər olub biblioqrafik təsvir qaydalarına əsasən tərtib edilmiş for-
mallaşmış ünsürlərdən ibarətdir. İkinci qrup ünsür isə qeyri formal, məzmun
səciyyəli məlumatlardır ki, gətirilmiş bu misalda həmin ünsürlərdən ən səciy-
yəvi olanı annotasiyadır. Burada annotasiya sənədin məzmunu, onun oxucu
162
təyinatı, istifadə imkanları barədə məlumat verməklə, tələbatçıya (oxucuya)
çox halda sənədin özünə müraciət etmədən onun informasiya tələbatını nə
dərəcədə ödəyə biləcəyi barədə təsəvvür əldə etməyə imkan yaradır. Beləliklə,
tərkibində annotasiya olan biblioqrafik yazılar tələbatçıya təkcə sırf biblio-
qrafik informasiya ilə yanaşı, sənədin məzmunu barədə informasiya da verir.
Bu halda, belə biblioqrafik yazılar komplekslilik xassəsinə malik olurlar.
Qeyd etmək lazımdır ki, komplekslilik xassəsi təkcə tərkibində annotasi-
ya olan biblioqrafik yazılara deyil, həm də referatı olan biblioqrafik yazılara
xasdır. Əlbəttə, biblioqrafik fəaliyyətdə sənədin məzmununa nüfuz edilməsi və
əldə edilmiş konkret informasiyanın biblioqrafik yazının tərkibinə daxil
edilərək ona komplekslilik xassəsi verilməsi təkcə annotasiyaya və referata aid
deyildir. Belə xassə həm də sənədə verilmiş təsnifat indeksi, predmet rubrika-
ları vasitəsi ilə də yaranır. Lakin praktika göstərir ki, tələbatçıların sənədin
məzmunu barədə məlumat əldə etməsində annotasiya və referat xüsusən geniş
istifadə edilir. Buna görə də, komplekslilik xassəsindən bəhs edərkən əsas diq-
qətin annotasiya və referata yönəldilməsi daha məqsədəuyğundur.
Bəs annotasiya və referatların yaradılması və biblioqrafik təsvirlərin
onlarla təchiz edilməsi biblioqrafik praktikanın hansı istiqamətində, necə baş
verir? Bu prosesi düzgün anlamaq üçün biblioqrafik fəaliyyətə və onun əsas
istiqamətlərinə nəzər salmaq lazımdır. Məlumdur ki, QOST 7.0-84 «İnformasi-
ya-kitabxana fəaliyyəti. Biblioqrafiya» adlı Dövlətlərarası standaotda biblio-
qrafik fəaliyyət biblioqrafik informasiyaya olan tələbatın ödənilməsi üzrə
fəaliyyət kimi səciyyələndirilir (3, 4).
Lakin bilirik ki, biblioqrafik fəaliyyət
özü də yekcins bir məfhum deyildir və özündə əməli (təcrübi), elmi-tədqiqat,
tədris və idarəetmə istiqamətlərini birləşdirir.
Əməli (təcrübi) biblioqrafik fəaliyyət insan cəmiyyətinin biblioqrafik
informasiyaya tələbatını biblioqrafik məhsulun hazırlanıb təqdim edilməsi (və
ya biblioqrafiyalaşdırma) və biblioqrafik xidmət vasitəsi ilə ödəyir. Əməli
biblioqrafik fəaliyyətin bu iki istiqamətləri ixtisas ədəbiyyatında biblioqrafik
proseslər kimi də şərh edilir.
Beləliklə, biblioqrafik məhsulun yaradılması və ya biblioqrafiyalaşdırma
biblioqrafik proseslərin iki əsas istiqamətindən biridir. Hər bir fəaliyyət istiqa-
mətində, prosesdə olduğu kimi, biblioqrafiyalaşdırmada da özəl metodlardan
istifadə edilir ki, bunlara da analitik metodlar və sintetik metodlar aid edilə
bilər.
Analitik metodlara aşağıdakılar aid edilə bilər:
1. Sənədin ümumi biblioqrafik təhlili (analizi). (Bu metod, sənədin əsas
mövzusunun, forma və məzmun xüsusiyyətlərinin, üstünlük və nöqsanlarının,
məqsəd və oxucu təyinatının müəyyən edilməsi üçün həyata keçirilir);
2. Sənədin biblioqrafik təsviri;
3. Annotasiyalaşdırma və ya referatlaşdırma;
163
4. İndeksləşdirmə və predmetləşdirmə, yəni, sənədin məzmununun hansı
bir təsnifat sisteminin şərti işarələri və ya predmet rubrikaları vasitəsi ilə ifadə
edilməsi.
Biblioqrafiyalaşdırmanın analitik və sintetik kimi mərhələyə bölünməsi
xeyli dərəcədə şərtidir. Çünki həqiqətdə biblioqrafik analiz və sintez dialektik
cəhətdən biri digəri ilə sıx bağlıdır, biri digərini şərtləndirir və tamamlayır.
Real biblioqrafik təcrübədə bu iki metod çox vaxt eyni zamanda həyata
keçirilir.
Bizim üçün hal-hazırda biblioqrafiyalaşdırmanın metodu əlaməti və
onun daxilində sənədin biblioqrafik baxımdan səciyyələndirilməsi üsulu
maraq kəsb etdiyindən bu qrupa nəzər yetirək.
Bu əlamətə görə biblioqrafik vəsaitlərin siqnal, annotasiyalı, referativ və
kodlanmış növləri fərqləndirilir. Faset təsnifatında annotasiyalı və referativ
vəsaitlərin ayrıca növ kimi fərqləndirilməsi bu səciyyələndirmə üsulunun
biblioqrafik praktika üçün vacib əhəmiyyətə malik olmasını sübut edir.
Müasir biblioqrafik praktikada annotasiyanın ümumi, analitik, qrup soraq
və tövsiyə annotasiyası kimi növləri fərqləndirilir.
Əgər biz annotasiyaların yuxarıda göstərilən bu beş növünü qruplaşdır-
mağa çalışsaq, onda bu növlər annotasiyaların funksional təyinatına və
annotasiyalaşdırılan sənədlərin səciyyələndirilməsi üsuluna görə bölünə bilər.
Funksional təyinat baxımından annotasiyalar soraq və tövsiyə annotasiya-
ları, sənədin səciyyələndirilməsi üsuluna görə isə, ümumi, analitik və qrup an-
notasiyalarına bölünə bilər. İndi isə bunları bir qədər ətraflı nəzərdən keçirək.
Annotasiyaların ən geniş yayılmış növlərindən biri soraq annotasiyasıdır.
Soraq annotasiyası ən çox o halda tərtib edilir ki, biblioqrafik təsvirdən,
xüsusən də sənədin sərlövhəsindən onun məzmununu, janrını, təyinatını
müəyyən etmək mümkün olmur. Annotasiyada verilən əlavə məlumatlar həmin
qeyri-müəyyənliyi aradan götürməyə xidmət edir. Burada həm də müəllif
haqqında maraq kəsb edən məlumatlar verilə bilər. Soraq annotasiyasının
səciyyəvi cəhətlərindən biri onun müxtəsərliyidir. Burada verilən məlumatlar
yalnız təsvirdə olmayan məqamları açmalıdır. Sənəd haqqında geniş məlumat
vermək soraq annotasiyasının funksiyasına daxil deyildir.
Soraq annotasiyasının tətbiq dairəsinə gəldikdə isə o, əsasən elmi-kömək-
çi vəsaitlərdə tətbiq edilir. Tövsiyə göstəricilərində isə adətən o zaman tətbiq
edilir ki, səciyyəsi verilən əsər əsasən soraq nəşri, tədris-metodik ədəbiyyat,
normativ sənəd, təlimat, biblioqrafik göstərici və s. bu kimi ədəbiyyat olsun.
Tövsiyə annotasiyası da çox geniş tətbiq edilən annotasiya növüdür.
Tövsiyə annotasiyasında vəsaitin, biblioqrafik yazının ünvanlandığı tələbatçı
qrupunun peşəsi, yaşı, təhsil səviyyəsi və s. bu kimi əlamətləri xüsusi olaraq
nəzərə alınır. Bu növ annotasiyalar təkcə tələbatçının məntiqi təfəkkürünə
164
deyil, həm də onun duyğularına təsir edir, müəyyən bir hadisəyə, fakta
emosional yanaşma tərzinin yaranmasına səbəb olur.
Tövsiyə annotasiyası bir çox halda oxucuda məqsədyönlü, sistemli müta-
liə mədəniyyətinin formalaşmasına xidmət edir. Buna görə də, belə annotasiya-
larda pedaqoji
funksiya üstünlük təşkil edir. Tövsiyə annotasiyasının bir məq-
sədi də oxucuya ali mənəvi dəyərlərin, yüksək əxlaqi keyfiyyətlərin aşılanması-
dır. Tövsiyə annotasiyasının aparıcı əlaməti onun mümkün qədər obyektiv tər-
tib edilməsi və əsərə düzgün qiymət verməsidir. Tövsiyə annotasiyasının həcmi
də xüsusi əhəmiyyət kəsb edir. Tövsiyə annotasiyası soraq annotasiyasına nis-
bətən daha böyük həcmə malik ola bilər. Lakin bu, o demək deyildir ki, belə
annotasiyanın həcmində məhdudiyyət yoxdur. Əlbəttə ki, tövsiyə annotasiyası
da lakonik olmalı, burada sözçülüyə aludəlik olmamalıdır.
Tövsiyə annotasiyalarının məqsəd təyinatı da maraq doğuran məsələlər-
dən biridir. Belə annotasiyalar ilk növbədə kütləviləşdirmə, maarifləndirmə və
özünütəhsil təyinatlı vəsaitlərdə daha çox verilir. Tövsiyə annotasiyaları məh-
dud miqdarda elmi-köməkçi vəsaitlərdə də tətbiq olunur. Bu vəsaitlərdə tövsiyə
annotasiyaları elmi cəhətdən xüsusi əhəmiyyətə və dəyərə malik əsərləri
səciyyələndirmək üçün tətbiq edilir.
Annotasiyaların sənədləri səciyyələndirmə baxımından növləri də xeyli
maraq doğurur və bir sıra əhəmiyyətli xüsusiyyətlərə malikdir. Bu tipli
annotasiyalarda ilk növbədə ümumi annotasiyalara diqqət yetirək.
Ümumi annotasiya sənədi bütövlükdə səciyyələndirir. Bu növlü
annotasiyalar aşağıdakı hallarda istifadə edilir:
a) öz məzmununa görə bütünlüklə göstəricinin (və ya göstəricinin bir
bölməsinin) mövzusuna aid olan əsərlərin səciyyələndirilməsi üçün istifadə
edilən ümumi annotasiyalar.
Bu tipli annotasiyalar daha çox mövzu biblioqrafik göstəricilərində tətbiq
edilir.
b) heç bir məzmun çərçivəsi ilə məhdudlaşmayan üniversal xarakterli
vəsaitlərdə istifadə edilən ümumi annotasiyalar.
Belə annotasiyaların ən səciyyəvi nümunəsi mərkəzləşdirilmiş kataloqlaş-
dırma sistemində tətbiq edilən çap kartoçkalarındakı tətbiq edilən ümumi
annotasiyadır.
Ümumi annotasiyaların əsas funksiyası əsərin elmi və ideya baxımından
səciyyəsinin verilməsidir. Bir sıra hallarda ümumi annotasiyada əsərin müəllifi
barədə, əsərin yazıldığı mühit və zaman barədə məlumatlar da verilə bilər. Belə
annotasiyalar təbiət elmlərinə dair ədəbiyyatda geniş tətbiq edildiyindən,
nümunə kimi geologiyaya dair aşağıdakı biblioqrafik yazıda tətbiq edilən
annotasiyaya diqqət yetirək.
Dostları ilə paylaş: |