BİBLİOQRAFİYAŞÜNASLIQ
___________________________________________
Nadir İSMAYILOV
Biblioqrafiyaşünaslıq kafedrasının dosenti
Solmaz SADIQOVA
Biblioqrafiyaşünaslıq kafedrasının
baş müəllimi
FƏLSƏFƏ ELMİNƏ HƏSR OLUNMUŞ BİBLİOQRAFİK
İNFORMASİYA MƏNBƏLƏRİ
Biblioqrafik informasiyanın strukturunu və xassələrini, bu informasiya-
nın yaradılması və tələbatçılara çatdırılması proseslərini öyrənən elm olmaqla
biblioqrafiyaşünaslıq nəinki bu proseslərə ümumilikdə yanaşır, həm də ayrı-
ayrı elm və fəaliyyət sahələrinin informasiya tələbatını, həmin tələbatın öyrə-
nilməsi problemlərini tədqiq edir. Həmin nöqteyi-nəzərdən sosial-siyasi elmlər
kompleksi və bu kompleksin aparıcı elmlərindən biri olan fəlsəfənin biblio-
qrafik vəsaitlərlə təminatı probleminin tədqiqi mühüm əhəmiyyət kəsb edir.
Məlumdur ki, müasir biblioqrafiyaşünaslığın obyekt baxımından bir sıra
sahələri vardır. Bu baxımdan fəlsəfənin biblioqrafiyası xüsusi biblioqrafiyaşü-
naslığın bir sıra sahələri ilə sıx bağlılığa malikdir. Bunlara misal olaraq dövlət
biblioqrafiyası, elmi-köməkçi biblioqrafiya, tövsiyə biblioqrafiyası, universal
biblioqrafiya, biblioqrafiyalaşdırma və biblioqrafik xidməti göstərmək müm-
kündür. Həqiqətən də dövlət biblioqrafiyası mənbələrində digər elm sahələri
kimi fəlsəfəyə dair kitablar və məsələlər də əks olunur, xüsusi biblioqrafiyanın
bölmələri olan elmi-köməkçi və tövsiyə biblioqrafiyası isə fəlsəfənin biblioqra-
fiyası üçün böyük əhəmiyyətə malikdir.
Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiya-
sının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin sərənca-
mında deyilir: «Milli müstəqillik dövrü xalqımıza məxsus mədəni-mənəvi
dəyərlərlə bağlı olan istiqamətlərdə bir çox məsələlərin yenidən, azərbaycançı-
lıq məfkurəsi mövqeyindən işıqlandırılmasını aktuallaşdırmışdır» (2) .
Bu sahədə kitabxanalarımızın üzərinə böyük məsuliyyətli işlər düşür.
“Azərbaycan kitabxanalarının fəaliyyətinin yaxşılaşdırılması haqqında” Azər-
baycan Respublikasının Prezidentinin sərəncamında deyildiyi kimi, «Azərbay-
can kitabxanaları Azərbaycan xalqının milli sərvətidir. Xalqımızın yaratdığı
qiymətli tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanmasın-
da, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəslə çatdırılmasın-
138
da və cəmiyyətimizin intellektual-mənəvi potensialının artırılmasında kitabxa-
nalarımız əvəzsiz rol oynayır» (3).
Fəlsəfə elmi sosial-siyasi elmlərin mühüm tərkib hissəsindən biridir.
Digər sosial-siyasi elmlərdən fərqli olaraq fəlsəfə elmi bir çox elmlərlə sıx
surətdə bağlıdır. Məsələn, kimya, biologiya, fizika, riyaziyyat, humanitar elm-
lərlə, həmçinin sosial-siyasi elmlərlə əlaqəsi var. Ona görə də fəlsəfə elminin
ayrı-ayrı elmlərlə əlaqədar məsələləri öyrənilərkən biblioqrafik mənbələrdən
istifadə olunur. Fəlsəfə elminin ayrı-ayrı elmlərlə əlaqəsi nəticəsində ədəbiyyat
nəşri ildən-ilə çoxalır. Ədəbiyyat nəşri ilə əlaqədar olaraq müxtəlif oxucu
qrupları var. Oxucuların biblioqrafik təminatı məqsədilə fəlsəfənin müxtəlif
xarakterli biblioqrafik mənbələri vardır.
Azərbaycanda fəlsəfi biblioqrafiyanın təşkili və inkişafında ayrı-ayrı elmi
müəssisələr, idarə və təşkilatlar, kitabxanalar yaxından iştirak edir. Ona görə də
Azərbaycanda fəlsəfə elminə dair ədəbiyyatın göstərici xarakterli mənbələri
vardır. Bu cəhətdən məlumat nəşrlərinin əhəmiyyəti çoxdur. Azərbaycan Sovet
Ensiklopediyasında fəlsəfə üzrə xüsusi bölmə verilmişdir. Məsələn, IX cilddə
fəlsəfə bölməsi fəlsəfə elmi ilə əlaqədar oxucu sorğularının ödənilməsində əhə-
miyyətli mənbə hesab olunur. Burada Azərbaycanda fəlsəfə elminin tarixinə,
ədəbiyyat nəşrinə, o cümlədən filosofların həyat və fəaliyyətinə (Heydər Hü-
seynov, Firudin bəy Köçərli, Mehbalı Qasımov, Ziyəddin Göyüşov və b.) dair
materiallar verilmişdir. Qeyd etməliyik ki, müəyyən tarixi məlumatların, bib-
lioqrafik sorğuların ödənilməsi üçün məlumat nəşrlərinin ayrı-ayrı hissələrində
fəlsəfə, o cümlədən sosial-siyasi elmlərlə əlaqədar olan məlumatları öyrənmək
üçün ensiklopediyanın tərtibi metodikasını, materialların sistemləşdirilməsini
və eləcə də əsas mövzunu müəyyənləşdirmək tələb olunur. Əsas mövzu daxi-
lində müxtəlif xarakterli sorğular öz əksini tapmışdır. Fəlsəfə elminə aid ədə-
biyyatın öyrənilməsində ümumi xarakterli nəşrlərin də əhəmiyyəti çoxdur. Bu
cəhətdən «Azərbaycan kitabı»nın II cildinin I kitabı mühüm əhəmiyyətə ma-
likdir. Burada «Fəlsəfə-ictimai-siyasi nəzəriyyə» adlı xüsusi bölmə verilmişdir.
Bu bölmə daxilində 1920-1940-cı illərə qədər respublikada fəlsəfə elminə aid
çap olunmuş elmi ədəbiyyat, tədris ədəbiyyatı, elmi-kütləvi ədəbiyyatı, bu sahə
üzrə məşğul olan elmi müəssisələr, nəşriyyatlar, institutlar, cəmiyyətlər və s.
haqqında ədəbiyyat öz əksini tapmışdır.
«Azərbaycan kitabı»nda fəlsəfə elmilə əlaqədar, mühüm bir bölmə veril-
mişdir. «Azərbaycan kitabı”nın II cildinin I kitabının əhatə etdiyi dövr ərzində
ədəbiyyat nəşrinin öyrənilməsi mühüm biblioqrafik axtarış tələb edir.
Ona görə də ümumi xarakterli biblioqrafik göstəricinin bu sahədə əhə-
miyyəti çoxdur. Belə bir ümumi xarakterli biblioqrafik nəşrə misal olaraq
Azərbaycan MEA MEK tərəfindən çap edilmiş “Azərbaycan Milli Elmlər
Akademiyası nəşrlərinin biblioqrafiyası”nı göstərmək olar. Göstəricinin III
cildinin VI kitabı tarix, iqtisadiyyat və hüquq elmlərinə həsr olunmuşdur.
139
Respublikamızda fəlsəfə elminin inkişafı mühüm aparıcı müəssisələrdən
olan Fəlsəfə və Hüquq İnstitutunun adı ilə bağlıdır. Bu institut ilk dövrlərdə
akademiyanın xüsusi bir bölməsi kimi fəaliyyət göstərirdi. 1945-ci ildə akade-
miya təşkil olunduqdan sonra akademiyanın nəzdində belə bir elmi-tədqiqat
müəssisəsi yaradılmışdır. İnstitut respublikada filosof alimlərin yetişməsində
ədəbiyyat nəşrlərinin çoxalmasında, fəlsəfə üzrə elmi problemlərin həll olun-
masında mühüm rol oynayır. Qeyd etdiyimiz biblioqrafik göstəricinin yaradıl-
masında həmin institutun rolu böyükdür.
“Azərbaycan Milli Elmlər Akademiyası nəşrlərinin biblioqrafiyası” adlı
biblioqrafik göstəricidə ayrı-ayrı elmlərlə yanaşı, fəlsəfə elmi üzrə xüsusi böl-
mə verilmişdir. Bu bölmə daxilində institutun 1945-ci ildən sonrakı dövrlərdə
çap olunmuş ədəbiyyatı axtarıb tapmaq mümkün olur. Ona görə də akademiya-
nın bu mühüm biblioqrafik nəşrində bütün elm sahələri, o cümlədən fəlsəfə
üzrə bütün ədəbiyyat öz əksini tapmışdır. Bu biblioqrafik göstərici müxtəlif
dövrlər üzrə ədəbiyyatı özündə əks etdirmişdir. Biblioqrafik göstəricinin ayrı-
ayrı buraxılışlarında fəlsəfə elmi üzrə ədəbiyyatın xüsusi bölməsi verilmişdir.
Fəlsəfəyə aid ədəbiyyatın biblioqrafiyasının yaradılmasında institut alimlərinin
xidmətlərini qeyd etmək lazımdır.
İnstitut tərəfindən xüsusi biblioqrafik göstərici çap edilmişdir. Məsələn,
«Azərbaycan filosoflarının Moskva, Leninqrad və b. şəhərlərdə çap olunmuş
əsərlərinin biblioqrafiyası» adlı biblioqrafik göstərici nəşr olunmuşdur. Bu
biblioqrafik göstərici 1970-1981-ci illəri əhatə edir. Bu dövr ərzində Azərbay-
can filosoflarının müxtəlif elmi jurnal, məcmuələrdə, konfrans materiallarında
çap edilmiş biblioqrafik xarakterli məlumatı öyrənmək mümkündür. Ona görə
də fəlsəfə elmilə əlaqədar olaraq müxtəlif bölmələr üzrə, məsələn, fəlsəfə
tarixi, dialektik materializm, etika, estetika, məntiq və s. elmlərlə əlaqədar
bölmələr əsasında materiallar sistemləşdirilmişdir. Burada ayrı-ayrı fəlsəfə
elmilə əlaqədar başqa fəlsəfə elminin tarixinə aid ədəbiyyat öz əksini tapmış-
dır. Bu biblioqrafik göstərici elmi müəssisənin əməkdaşlarının respublikadan
kənarda çap olunmuş elmi əsərlərinin yayılmasında əhəmiyyətə malikdir.
Biblioqrafik göstərici oxucular üçün əhəmiyyətli olduğu kimi, müəyyən nöqsan
cəhətləri də var. Məsələn, biblioqrafik göstəricinin əvvəlində girişin verilmə-
məsi belə nöqsanlardan biridir. Çünki giriş biblioqrafik göstəricinin əhəmiy-
yətini, məqsəd və oxucu istiqaməti və s. məsələlər barədə oxucuları tanış edir.
Buna görə də belə biblioqrafik göstəriciyə giriş yazılmalıdır.
Fəlsəfə sahəsində «Azərbaycan ensiklopediyası» Nəşriyyat-Poliqrafiya
Birliyi tərəfindən «Fəlsəfə ensiklopedik lüğəti» 1997-ci ildə 520 səhifə
həcmində çapdan buraxılmışdır (10). Ali məktəb müəllimləri, tələbə və aspi-
rantlar üçün gərəkli vəsait olan bu kitab ixtisasından asılı olmayaraq, fəlsəfi
görüş dairəsini genişləndirmək istəyən hər bir oxucu üçün faydalıdır. Kitabda
fəlsəfi fikir tarixindən, fəlsəfənin əsas kateqoriya və anlayışlarından, həmçinin
140
dialektika problemlərindən, dünya filosoflarının həyatından bəhs edən yığcam
məqalələr verilmişdir. Burada oxucular şərq fəlsəfəsinə, mütəfəkkir və filoso-
fların həyatına, onların təlimlərinə aid materiallar haqqında informasiya əldə
edə bilərlər. Belə bir ensiklopediyanın sahə mütəxəssislərinin informasiya
təminatında rolu sözsüzdür. Ensiklopediyanın elmi redaksiya şurasının sədri
fəlsəfə elmləri doktoru, professor İ.Ə.Rüstəmovdur.
Son dövrlərdə dünyada və ölkəmizdə baş verən hadisələr, mövcud ictimai
proseslər, siyasi və ideoloji münasibətlərin kəskinləşməsi fəlsəfənin də qarşı-
sında yeni və çətin vəzifələr qoymuş, onun problemlərinin həlli yollarının ob-
yektiv şərhini zəruriləşdirmişdir. Kitabda fəlsəfənin tarixi inkişaf mərhələləri-
nin və problemlərinin elmi şərhinə, mövcud siyasi vəziyyətlə əlaqədar daha da
aktuallaşmış bir çox ictimai-sosial qayəli məsələlərə aid məqalələr əksini
tapmışdır. Lüğətdə Azərbaycan xalqının fəlsəfi və ictimai fikrinin yaranması və
fəaliyyəti ilə bağlı məqalələrin də verilmişdir.
Ayrı-ayrı dövrlərdə zərbaniliyin, zərdüştlüyün, maniliyin, məzdəkiliyin
və s. Orta əsr Şərq ideoloji cərəyanlarının, onların görkəmli nümayəndələrinin
tərcümeyi-halına, təlimlərinə həsr olunmuş məqalələr də kitaba salınmışdır
(Kind, Fərabi, İbn Sina, İbn Rüşd, Qütbəddin Razi və b.).
Feodalizm dövründə Qərb ölkələrindən fərqli olaraq, müsəlman Şərqində
sxolastika və mistika ilə bərabər, qeyri-dini fəlsəfi təlimlər də fəaliyyət gös-
tərmişdir. Lüğətdə Şərq peripatetizminin azərbaycanlı nümayəndələrinə (Bəh-
mənyar, Əfsələddin Xunəci, Sircəddin Urməvi və b.), sufizmin panteist fəlsəfə-
sinin yaradıcısı Eynəlqüzzat Miyanəçi, işraqilik fəlsəfəsinin banisi Şihabəddin
Sührəvərdi və onların davamçılarına da geniş yer verilmişdir.
Azərbaycan şəhərlərinə mənsubluğu ilə tanınmış Sührəvərdilər, Təbrizi-
lər, Urməvilər, Xoylular və b. filosoflar, mütəfəkkirlər kitabda ayrıca yer tutur.
Lüğətdə soraq-məlumat nəşrləri üçün birinci qəbul olunmuş bir sıra ixtisarlar
təbliğ edilir. Məqalənin adı mətndə birinci hərflə əvəz olunur. Məsələn,
«Aristotel» məqaləsində filosofun tam familiyasının əvəzinə A. hərfi yazılır.
Əgər məqalənin adı bir neçə sözdən ibarətdirsə, onda onlar mətndə yalnız
məqalənin birinci hərflərlə göstərilir. Məsələn, «Məzmun və forma» məqalə-
sinin mətnində tam adın əvəzində M. və F. kimi, üç sözdən artıq məqalə adları
isə mətndə yalnız məqalənin birinci hərfi ilə göstərilir. Məqalələrdə kursivlə
yığılmış bütün söz və terminlər lüğətdə onların haqqında ayrıca məqalə
getdiyini göstərir.
1940-cı illərdə görkəmli filosof, akademik Heydər Hüseynovun tərtib
etdiyi «Fəlsəfə lüğəti» istisna olmaqla, kitab ana dilimizdə bu sahədə nəşr
edilən ilk böyük lüğətdir. Fəlsəfi biliklərin yeni təfəkkür baxımından
işlənməsinə prof. İzzət Rüstəmov rəhbərlik etmişdir.
141
«Azərbaycan Ensiklopediyası» Nəşriyyat-Poliqrafiya Birliyi «Fəlsəfə
ensiklopedik lüğəti»nin elmi-ideoloji sahədə müsbət rol oynayacağına,
respublikamızda fəlsəfi mədəniyyətin yüksəlişi üçün faydalı olacağına əmindir.
Heydər Hüseynovun fəlsəfə sahəsində elmi fəaliyyəti yüksək təqdirəla-
yiqdir. O, Azərbaycanın ilk görkəmli filosofu olmaqla, Azərbaycan fəlsəfi fikir
tarixinin öyrənilməsində böyük xidmətləri olmuşdur. Akademiyanın kitabxana-
sının işçisi Əhməd Mahmudov tərəfindən tərtib olunmuş «Heydər Hüseynov»
(1965) adlı biblioqrafik göstəricidə (12), olduğu kimi Heydər Hüseynov
halında çap olunmuş biblioqrafik göstəricinin də əsas məqsədi alimin bütün
əsərlərini əks etdirmək olmuşdur. Bu məqsədlə biblioqrafik göstəricinin
müəllifi geniş axtarışlar aparmışdır. O, H.Hüseynovun kitab haqqında çap
olunmuş əsərlərini, dövri mətbuatda dərc edilmiş məqalələrini, məruzə və
çıxışlarını toplamaqla alimin zəngin irsini toplamışdır. O, topladığı materiallar
əsasında belə bir elmi köməkçi biblioqrafik göstəricini çap etdirmişdir.
Biblioqrafik göstəriciyə respublikamızın görkəmli ədəbiyyatşünas alimi
Məmməd Arif Dadaşzadə tərəfindən geniş elmi giriş hissəsi verilmişdir. Giriş
hissəsi biblioqrafik və elmi cəhətdən oxucular üçün mühüm mənbə hesab
olunmuşdur. Burada Heydər Hüseynovun həyat və fəaliyyəti, tələbəlik illəri,
elmi, ictimai-siyasi fəaliyyətilə əlaqədar olaraq, çox zəngin məlumatlar
verilmişdir. Biblioqrafik göstəricinin əhəmiyyəti alimin biblioqrafik göstəriciyə
yazdığı giriş hissədə geniş şərh olunmuşdur. M.Dadaşzadənin yazdığı giriş
hissədə H.Hüseynov haqqında müxtəlif məlumatlar öyrənmək olur.
Biblioqrafik göstəricidə H.Hüseynovun əsərləri nəşr illərinə görə sistem-
ləşdirilib təsvir edilmişdir. Bu da alimin əsərlərinin nəşri tarixinin öyrənilməsi
cəhətdən əhəmiyyətlidir. Biblioqrafik göstərici alimin əsərlərinin çap olunduğu
dilə görə iki hissədən ibarətdir: 1. Azərbaycanca əsərləri; 2. Rus dilində çap
olunmuş əsərləri.
I hissədə olduğu kimi, II hissədə də nəşr ilinə görə çap olundu. Biblioqra-
fik göstəricidə H. Hüseynovun əsasən elmi əsərlərilə yanaşı, elmi məqalələri də
verilməlidir. H.Hüseynov respublikamızın ictimai həyatında mühüm rol
oynadı. Biblioqrafik göstəricidən istifadəni asanlaşdırmaq üçün köməkçi aparat
yaradılmışdı. Məsələn, alimin əsərlərinin əlifba göstəricisi.
Biblioqrafik göstəricilərdən biri görkəmli filosof Aleksandr Osipoviç Ma-
kovelskiyə həsr olunmuşdur. O, Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutunun
direktoru (1945-1950) olmuşdur. Makovelski qədim yunan fəlsəfə tarixi, dia-
lektik və tarixi materializm, məntiq və məntiq tarixi, pedaqogika, psixologiya
sahəsində, xüsusilə yunan fəlsəfəsində sofistlər, Sokrataqədərki məktəblər (Mi-
let və Pifaqor məktəbi; Heraklit və davamçıları; Eleya məktəbi və s.), atomist-
lər (Levkipp, Demokrit, Epikür və b.) barədə əsaslı tədqiqat aparmış, onların
bir sıra əsərlərini tərcümə etmiş, onlara şərh yazmışdır. Azərbaycanın fəlsəfə
tarixinə dair əsərlərində Makovelski zərdüştlük, Avesta, məzdəkilik, Şərqdə
142
peripatetizm, neoplatonçuluq və atomizm, sufilik, «İxvan-əs-Səfa», «Nizami və
onun Şərqdə yeri», XIX əsr ictimai və fəlsəfi fikri, M.Ş.Vazeh, M.F.Axundov
kimi məsələləri əhatəli şəkildə tədqiq etmişdir. Azərbaycanda fəlsəfə üzrə
kadrların yetişdirilməsində də onun böyük xidməti olmuşdur.
MEA Mərkəzi Elmi Kitabxanasının işçisi Syusorenkro alimin əsərlərini
toplayıb «A.O.Makovelski. Şəxsi biblioqrafik göstərici»sini tərtib etmişdir.
Onun haqqında çap olunmuş şəxsi bibilioqrafik göstərici fəlsəfə elminin
informasiya təminatında əhəmiyyətli rol oynayır.
Azərbaycan Elmlər Akademiyasının akademiki, Əməkdar elm xadimi,
Azərbaycan fəlsəfəsi tarixi ixtisası üzrə görkəmli alim Firudin Qasım oğlu
Köçərlinin əsərlərinin biblioqrafiyası 1950-1996-cı illəri əhatə edir (11). Göstə-
riciyə Azərbaycan və rus dillərində çıxan əsərləri, habelə dövri mətbuatda dərc
olunmuş məqalələri daxil edilmişdir. 1997-ci ildə Azərbaycanın elm və
mədəniyyət xadimləri seriyası ilə “Elm” nəşriyyatında çapdan çıxmış göstərici-
nin tərtibçisi Ç.Əhmədova, redaktoru F.Hüseynovadır. MEA Mərkəzi Elmi
Kitabxanası «Elm» Redaksiya-Nəşriyyat və Poliqrafiya Mərkəzi tərəfindən ça-
pa hazırlanmış biblioqrafik göstəricidə 341 mənbə xronoloji prinsiplə düzül-
müşdür. Göstəricinin aşağıdakı bölmələri vardır: Tərtibçidən; Həyatı, elmi-pe-
daqoji və ictimai fəaliyyətinin əsas tarixləri; Həyatı və elmi fəaliyyəti haqqında
qısa oçerk (oçerkin müəllifi MEA-nın müxbir üzvü Məqsəd Səttarovdur);
Əsərlərinin biblioqrafiyası (burada 275 adda mənbə öz əksini tapmışdır); Re-
daktə etdiyi əsərlər (cəmi 42 adda); Dissertantlara elmi rəhbərlik və məsləhətçi
(18 adda); Həyatı, elmi-pedaqoji, ictimai fəaliyyəti və əsərləri haqqında
məlumat (7 adda) xronoloji ardıcıllıqla düzülmüşdür. Göstəricinin sonunda
«Əsərlərinin əlifba göstəricisi», «Müştərək müəlliflərin əlifba göstəricisi» və
“Haqqında yazan müəlliflərin əlifba göstəricisi” adlı köməkçi aparat veril-
mişdir. “Əsərlərinin biblioqrafiyası” bölməsinə baxdıqda məlum olur ki, Firu-
din Köçərlinin ilk əsəri dövri mətbuatda 1948-ci ildə çap olunmuşdur.
Göstəricidə qeyd olunur ki, Köçərli Firudin Qasım oğlu 1920-ci il deka-
brın 8-də Gədəbəy rayonunun İsalı kəndində müəllim ailəsində anadan
olmuşdur. 7 illik kənd məktəbini bitirdikdən sonra Kirovabad (Gəncə) şəhə-
rində pedaqoji texnikumda təhsilini davam etdirmiş və 1939-1945-ci illər
arasında özünün təhsil aldığı İsalı kənd məktəbində müəllim işləmişdir.
F.Köçərli 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsi
nəzdində açılmış fəlsəfə şöbəsinə daxil olur. F.Köçərli hələ oxuduğu illərdə
geniş ictimai iş aparır və tezliklə fəal ictimaiyyətçi kimi tanınır. O,universitetin
Tələbə Elmi cəmiyyətinə rəhbərlik edir, birləşmiş yerli komitənin sədri və
Dostları ilə paylaş: |