Bütün USB interfeysini dəstəkləyən qurğular Plug and Play texnologiyasını dəstəkləyir.
Quraşdırılmış avadanlıqların avtomatik və dinamik tanınması, avanlığa uyğun drayverin avtomatik yüklənməsi prosesidir.
Sistem blokunu sökərkən nəzərə alınmalı ilkin təhlükəsizlik tədbirlərinin hansı doğru deyil:
Saat və zinət əşyalarınızı çıxarın.
Xidmətə başlamazdan öncə cihazı söndürün və cərəyan mənbəyindən ayırın.
Printerdə qızan və yüksək gərginlik istifadə edən yerlərə toxunmayın.
Antistatik əlcək və bilərzikdən istifadə etməyin.
Qida blokunu və içərisinə qida bloku quraşdırılmış monitoru heç vaxt açmayın.
ESD elektrik komponentlərini həmişəlik zədələyə bilər. ESD-nin vurduğu ziyanın qarşısını almaq üçün bu təlimatlara əməl edin:
Quraşdırmazdan öncə, bütün komponentləri antistatik çantalarda saxlayın.
Kompüter üzərində işləyərkən antistatik qolbaqdan istifadə edin.