42.Aşağıdakılardan hansı düzgündür?
A)Azərbaycan dövləti xalqın, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin rifahının yüksəldilməsi, onların sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır
B)Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır
C)Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun maddi-sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır
D)Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun hər tərəfli müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır
43.Aşağıdakılardan hansı düzgündür?
A)Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin, iqtisadiyyatın inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur
B)Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur
C)Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, tədqiqat işlərinin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur
D)Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini, bütün xalqların tarixi, maddi və mənəvi irsini qoruyur
44.Cəmiyyətin əsas özəyini nə təşkil edir?
A)Fərdi şəxslər B) Valideynlər C)Uşaqlar D) Ailə
45.Ailə kimin himayəsindədir?
A)Birləşmiş Millətlər Təşkilatının
B)Dövlətin
C)Beynəlxalq təşkilatların
D)Xalqın
46.Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək kimin borcudur?
A)Dövlətin B)Valideynlərin C)Milli uşaq təşkilatlarının D)Dövlət və valideynlərin
47.Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək borcunun yerinə yetirilməsinə kim nəzarət edir?
A)Valideyinlər
B)Dövlət
C)Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi
D)Valideyinlər və dövlət
Dostları ilə paylaş: |