40.Konstitusiyanın mətnində dəyişikliklər edilməsi ilə bağlı təkliflər verə bilər:
1.Prezindet
2.Ali Məhkəmə
3.Nazirlər Kabineti
4.Milli Məclis
A)1,2 B)3,4 C)2,3 D)1,4
41.Konstitusiyanın hansı maddələrində dəyişlik edilməsi ilə bağlı təkliflər referenduma çıxarıla bilməz?
1.Azərbaycan dövlətinin rəmzləri
2.Xalqın suverenliyi
3.Beynəlxalq münasibətlərin prinsipləri
4.Hakimiyyətin mənbəyi
A)1,3 B)2,3 C)1,4 D)2,4
42.Konstitusiyanın hansı maddələrində dəyişlik edilməsi ilə bağlı təkliflər referenduma çıxarıla bilməz?
1. Hakimiyyətin mənimsənilməsinə yol verilməməsi
2. Azərbaycan dövləti
3. Din və dövlət
4. Dövlət dili
5. Təbii ehtiyatlar
A)1,3,5 B)2,3,4 C)1,3,4 D)1,2,4
43. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr hansı şəkildə qəbul edilir?
A)Azərbaycan Respublikasının Milli Məclisində 95 səs çoxluğu ilə Konstitusiya qanunları
B)Azərbaycan Respublikasının Milli Məclisində 83 səs çoxluğu ilə qanunlar
C)Azərbaycan Respublikasının Milli Məclisində 63 səs çoxluğu ilə qanunlar
D) Azərbaycan Respublikasının Milli Məclisində 95 səs çoxluğu ilə qanunlar
44. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları Milli Məclisdə neçə dəfə səsə qoyulur?
A)1 B) 2 C) 3 D)4
45. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları nə vaxt qüvvəyə minir?
A) Prezident tərəfindən ikinci səsvermədən sonra imzalandıqda
B) 95 səs çoxluğu ilə
C) 83 səs çoxluğu ilə
D) Prezident tərəfindən 56 gün ərzində imzalandıqdan sonra
46. Konstitusiyaya əlavələr:
A) Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikası Milli Məclisinin azı 42 deputatı təklif edə bilərlər
B) Azərbaycan Respublikası Milli Məclsində yalnız bir dəfə səsə qoyulur
C) Referendum yolu ilə qəbul edilir
D) Həm birinci, həm də ikinci səsvermədən sonra Azərbaycan Respublikası Prezidentinə imzalanmaq üçün təqdim olunur.
Dostları ilə paylaş: |