3. Kim pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir? A)Beynəlxalq təşkilatlar B)Dövlət C)Bələdiyyələr D)Cəmiyyət
4. Təhsil sisteminə kim tərəfindən nəzarət edilir? A)Dövlət B)Beynəlxalq təşkilatlar C)Qeyri-hökumət təşkilatları D)Heç kim
5.Minimum təhsil standartlarını müəyyən edir A) beynəlxaq təhsil qurumları
B)qeyri-hökumət təşkilatları
C) Azərbaycan dövləti
D)Konstutsiya məhkəməsi
6. Dövlət kimlərin təhsilini davam etdirməsinə zəmanət verir? A)Maddi vəziyyətindən asılı olaraq istedadlı şəxslərin
B)Maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin
C)Maddi vəziyyətindən asılı olmayaraq sağlamlıq imkanları məhdud olan şəxslərin
D)Maddi vəziyyətindən asılı olaraq sağlamlıq imkanları məhdud olan şəxslərin
7. Kim yaşadığı mənzildən qanunsuz məhrum edilə bilər? A)Azadlıqdan məhrum edilmiş şəxslər
B)İnzibati xəta törətmiş şəxslər
C)Heç kim
D)Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər
8.Konstitusiyaya əsasən aşağıdakılardan biri yalnışdır: A) Dövlət yalnız xüsusi mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır
B) İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər
C) Hər bir vətəndaşın təhsil almaq hüququ vardır
D) Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gərçəkləşdirmək üçün xüsusi tədbirlər görür
9. Kimlərin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır? A)Əsirlərin
B)Məcburi köçkünlərin
C)Hər kəsin
D)Vətəndaşlığı olmayan şəxslərin