O XU Tədris Mərkəzi (012)599 01 49; (055)200 24 45
________________________________________________________________________________________
KONSTİTUSİYA 1-20 MADDƏLƏR
1. xalqımızın təntənəli surətdə bəyan etdiyi ülvi niyyətlərə aiddir
1. vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq
2. millətçilik və böyük dövlətçilik ideyaları ruhunda tərbiyə olunmuş yeni nəsil yetişdirmək
3. xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq
4. hakimiyyətin irsiliyini təmin edilməsinə nail olmaq
5. Konstitusiya çərçivəsində teokratik quruluşa təminat vermək
6. ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək
A)1,3,6 B)2,4,5 C)1,2,4 D)3,4,6
2.Azərbaycan Respublikasında dövlət hakimiyyətinin mənbəyi kimdir?
A) Prezident B) Baş nazir C) Xalq D) Dövlət
3.Azərbaycan xalqı kimlərdən ibarətdir?
A) Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən
B) Azərbaycan Respublikasından kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından
C) Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycana və xarici dövlətə tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından
D) Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından
4.Azərbaycan xalqının suveren hüququ nədən ibarətdir?
A)Müttəfiqlərinin dəstəyi ilə öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək
B)Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək
C)Xarici dövlətlərin yardımı ilə öz müqəddəratını həll etmək
D)Həmsərhəd ölkələrin köməkliyi ilə öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək
Dostları ilə paylaş: |