Konstiusiya testi dqmk


Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində hansı birliklərin yaradılması qadağandır?



Yüklə 0,77 Mb.
səhifə26/84
tarix07.01.2024
ölçüsü0,77 Mb.
#211608
1   ...   22   23   24   25   26   27   28   29   ...   84
kostitusiya maddelerle test

39. Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində hansı birliklərin yaradılması qadağandır?
A) Qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi, cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən
B)Vətəndaş cəmiyyətinin yaradılmasına xidmət edən
C) İnsanların hüquq və azadlıqlarının təmin olunmasına xidmət edən
D)Sahibkarlığın inkişaf etdirilməsinə xidmət edən


40. Konstitusiyanı və qanunları pozan birliklərin fəaliyyətinə hansı qaydada xitam verilir?
A)Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə
B)Azərbaycan Respublikasının Prezidentinin təqdimatı ilə Milli Məclisin qərarı əsasında
C)Məhkəmə qaydasında
D)Azərbaycan Respublikasının Nazirlər Kabinetinin sərəncamı ilə


41.Konstitusiyaya əsasən aşağıdakılardan biri yalnışdır:
A) Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır
B) Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın
C) Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir
D) Yalnız Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir


42. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən)
A)Azərbaycan Respublikasının Prezidentinə şikayət edə bilər
B)Azərbaycan Respublikasının Milli Məclisinin sədrinə şikayət edə bilər
C)Məhkəməyə şikayət edə bilər
D)Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasına


43. Aşağıdakılardan hansı halda hər bir şəxsin müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır?
A) Səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan
B)Azərbaycan Respublikasının ədliyyə nazirinin yazılı rəyi əsasında
C) Səlahiyyətli dövlət orqanları tərəfindən azad olunduğu andan
D)Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarı əsasında



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin