10. Kimlər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər?
1.İkili vətəndaşlığı olanlar
2.Azərbaycan Respublikasının vətəndaşı olanlar
3.Başqa dövlətlər qarşısında öhdəliyi olanlar
4.Azərbaycan Respublikasının dövlət mükafatları ilə təltif olunanlar
5.İcra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edənlər
6.Əməkdar və xalq artistləri
A)1,2,3 B) 4,5,6 C) 3,4,5 D) 1,3,5
11. Kimlər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilər?
1.Din xadimləri olanlar
2.Elmi fəaliyyəti ilə məşğul olan şəxslər
3.Fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən şəxslər
4.Pedaqoji və yaradıcılıq fəaliyyəti ilə məşğul olan şəxslər
5.Ağır cinayətlərə görə məhkum olunmuş şəxslər
6.Əməkdar və xalq artistləri
A)1,2,3 B) 2,4,6 C) 3,4,5 D) 1,3,5
12. Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinin yoxlanılması və təsdiqi hansı dövlət orqanı tərəfindən həyata keçirir?
A)Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası
B)Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
C)Azərbaycan Respublikası Prezidentinin Administrasiyası
D)Azərbaycan Respublikası Ali Məhkəməsi
13. Azərbaycan Respublikası Milli Məclisi deputatlarının səlahiyyətləri nə zaman bitir?
A) Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti bitdiyi gün
B)Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyət müddəti bitdiyi gün
C)Azərbaycan Respublikası Milli Məclisinin yeni çağırışının ilk iclas günü
D)Yeni seçilmiş Azərbaycan Respublikası Prezindetinin vəzifələrinin icrasına başladığı gün
14. Azərbaycan Respublikası Milli Məclisi deputatlığından çıxanların yerinə seçkilər Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyət müddətinin bitməsinə neçə gündən az müddət qalarsa keçirilmir?
A)100 B) 120 C) 125 D) 135
Dostları ilə paylaş: |