Creation Date:
17/03/2009
“KÖNÜLLÜ TİBBİ SIĞORTA” QAYDALARI
Print Date:
17/03/2009
AJ0037-EA01CX
Page 1 of 15
KÖNÜLLÜ TİBBİ SIĞORTA QAYDALARI
Bundan sonra mətndə “Qaydalar” adlanacaq “A-Qroup” Sığorta Şirkətinin Könüllü Tibbi
Sığorta Qaydaları Azərbaycan Respublikası qanunvericiliyinə və digər normativ aktlarına
müvafiq olaraq işlənmiş və bundan sonra mətndə “Müqavilə adlanacaq “A-Qroup” Sığorta
Şirkətinin bağladığı bütün könüllü tibbi sığorta müqavilələrin ayrılmaz tərkib hissəsidir.
ANLAYIŞLAR
Sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta
obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya
razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin
sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma;
Sığortaçı – “A-Qroup” Sığorta Şirkəti.
Müştərilərə xidmət departamenti (Asistans xidməti) –Sığorta proqramı üzrə Tibbi
Xidmətlərinin təşkilini həyata keçirən sığortaçının şöbəsi.
Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan
sığorta müqaviləsinin tərəfi;
Sığorta olunan – sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs.
Sığorta obyekti - sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak
mənafeyi;
Sığorta şəhadətnaməsi - sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı
tərəfindən sığortalıya və (və ya) sığorta olunana verilən, Sığorta olunanın Adı, Soyadı, sığorta
proqramı, sığorta şəhadətnaməsinin nömrəsi, sığorta müqaviləsinin qüvvədə olma müddəti,
Sığortaçının əlaqə telefonları barədə məlumatları və sığortalının sığorta nəzarəti orqanına
şikayətlə müraciət etməsi üçün həmin orqanın adı və telefon nömrəsini əks etdirən sənəd;
Sığorta müddəti – Sığorta müqaviləsinin qüvvədə olduğu müddət.
Sığorta ərazisi – Sığorta müqaviləsində göstərilən və sığorta obyektinin sığortalı hesab
olunduğu ərazi.
Sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta
qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının
sığortaçıya ödəməli olduğu pul məbləği;
Sığorta məbləği – sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin qanunvericilik, yaxud
müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;
Creation Date:
17/03/2009
“KÖNÜLLÜ TİBBİ SIĞORTA” QAYDALARI
Print Date:
17/03/2009
AJ0037-EA01CX
Page 2 of 15
Sığorta riski və ya risk – sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb
olan hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı
sığortaçının üzərinə götürdüyü öhdəlik;
Sığorta hadisəsi – qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin
sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta
müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;
Sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta
müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası; belə maliyyə
kompensasiyası Sığortaçı tərəfindən tibb müəssisəsinə, belə xidmətlərin əvəzi Sığorta olunan
tərəfindən ödənildiyi halda isə Sığorta olunana ödənilir.
Tibb müəssisəsi – Sığorta hadisəsi baş verdikdə Sığorta olunana tibbi xidmətlər göstərən və
göstərdiyi xidmətlərə görə haqq alan müvafiq xüsusi icazəsi olan hüquqi şəxslər, o cümlədən
müalicə-profilaktik və elmi-tədqiqat müəssisələri, həmçinin qanunvericiliklə nəzərdə tutulmuş
qaydada özəl fəaliyyət göstərən fiziki şəxslər və Podratçı klinikalar.
Podratçı klinikalar – Sığortaçı ilə bağladığı müqaviləyə əsasən Sığorta hadisəsi baş verdikdə
Sığorta olunana tibbi xidmətlər göstərən və göstərdiyi xidmətlərə görə haqq alan müvafiq
xüsusi icazəsi olan hüquqi şəxslər, o cümlədən müalicə-profilaktik və elmi-tədqiqat
müəssisələri, həmçinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada özəl fəaliyyət göstərən
fiziki şəxslər.
Şərtsiz azadolma məbləği - sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin
sığorta təminatı ilə əhatə olunmayan, miqdarı sığorta müqaviləsi ilə müəyyən edilən və hər bir
halda zərər məbləğindən çıxılan məbləğdir.
Sığorta proqramı – verilən və istisna edilən təminatların siyahısını, sığorta hadisəsi zamanı
sığortaçıya, tibb müəssisələrinə, podratçı klinikalara müraciət etmə qaydasını, sığorta
ödənişinin alınması qaydasını müəyyən edir.
Şərti gözləmə müddəti - Şərtli gözləmə müddəti müəyyən edildikdə, sığorta hadisəsinin
nəticələrinin həmin müddətə bərabər və ya ondan artıq müddətdə davam etməsi şərti ilə sığorta
tələbi və ya sığorta ödənişi sığorta hadisəsinin baş verməsindən keçən həmin müddət qədər
vaxt ərzində yaranan itkilərə də şamil edilir.
Şərtsiz gözləmə müddəti - Sığorta müqaviləsində şərtsiz gözləmə müddəti müəyyən
edildikdə, sığorta tələbi və ya sığorta ödənişi sığorta hadisəsinin baş verməsindən keçən həmin
müddət qədər vaxt ərzində yaranan itkilərə şamil edilmir.
Creation Date:
17/03/2009
“KÖNÜLLÜ TİBBİ SIĞORTA” QAYDALARI
Print Date:
17/03/2009
AJ0037-EA01CX
Page 3 of 15
FƏSİL 1. ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Sığortanın subyektləri
1.1. Bu Qaydalara uyğun olaraq sığortanın subyektləri dedikdə Sığortaçı, Sığorta
müqaviləsində Sığortalı və Sığorta olunan adlandırılan şəxslər, həmçinin tibb müəssisələri başa
düşülür.
1.2. Əgər Sığorta müqaviləsində digər şərtlər nəzərdə tutulmayıbsa və Sığortalı hüquqi
şəxsdirsə, onun işçilərinin, vəzifəli şəxslərinin və qanunvericiliyə, müqaviləyə, vəzifə
təlimatlarına, etibarnaməyə və yaxud mövcud işgüzar adətlərə müvafiq olaraq onun adından
çıxış etməyə səlahiyyətləndirilmiş digər nümayəndələrinin hərəkələri Sığortalının hərəkətləri
hesab edilir.
1.3. Sığorta müqaviləsinin başqa şəxsin xeyrinə bağlanması Sığortalının həmin müqavilə üzrə
öhdəliklərinin yerinə yetirməkdən azad etmir.
1.4. Əgər sığorta müqaviləsində digər Sığorta olunan göstərilməmişdirsə və ya Sığortalı həm
də Sığorta olunandırsa, bu halda Sığortalı Sığorta olunan hesab edilir.
Maddə 2. Sığorta müqaviləsinin predmeti.
Bu Qaydalara əsasında bağlanan sığorta müqaviləsinə əsasən, Sığortalı sığorta haqqını sığorta
müqaviləsində nəzərdə tutulmuş qaydada ödəməyi, Sığortaçı isə sığorta hadisəsi nəticəsində
Sığorta olunana müqavilədə razılaşdırılmış qaydada və sığorta məbləği həcmində tibbi
yardımın və digər xidmətlərin təşkil edilməsini və əvəzinin ödənilməsini öz öhdəsinə götürür.
FƏSİL 2. SIĞORTA TƏMİNATI
Maddə 3. Sığorta hadisəsi
3.1. Bu Qaydalara uyğun olaraq sığorta müddəti ərzində Sığorta olunanın sağlamlığının
pozulması, kəskin xəstəliklər, xroniki xəstəliklərin kəskinləşməsi və bədbəxt hadisələr ilə
əlaqədar tibbi yardım almaq məqsədi ilə Sığorta olunanın sığorta müqaviləsində nəzərdə
tutulmuş tibb müəssisələrinə müraciəti sığorta hadisəsi hesab olunur.
3.2. Sığorta müqaviləsində başqa hallar da nəzərdə tutula bilər.
Maddə 4. İstisnalar
4.1. Sığorta müqaviləsində digər hal nəzərdə tutulmayıbsa, aşağıda göstərilənlər və ya onların
bilavasitə nəticəsi olaraq meydana gələn xəstəlik, fəsadlaşma və digər hallarla əlaqədar Sığorta
olunana göstərilən tibbi yardım və digər xidmətlərlə bağlı xərclər sığorta təminatına daxil
edilmir:
4.1.1.
Alkoqolizm, narkomaniya, toksikomaniya, narkotik maddələrə, psixotrop
preparatlara və s. asıllıq;
4.1.2.
Spirtli ickilərin, narkotik və toksik (zəhərləyici) maddələrin qəbulu, həmçinin
onların təsiri altında Sığorta olunanın nəqliyyat vasitəsinin idarə edilməsi və ya
onun belə vəziyyətdə olan bir şəxsin idarəsinə verilməsi;
Creation Date:
17/03/2009
“KÖNÜLLÜ TİBBİ SIĞORTA” QAYDALARI
Print Date:
17/03/2009
AJ0037-EA01CX
Page 4 of 15
4.1.3.
Müharibə (elan edilib-edilməməsindən aslı olmayaraq), hərbi əməliyyatlar,
vətəndaş müharibəsi, xalq hərəkatləri, ixtişaşlar, üsyan və qiyamlar, tətillər
nəticəsində yaranmış zədələnmələr;
4.1.4.
Təbii fəlakətlər, o cümlədən zəlzələ, vulkan, sunami və s. bu kimi təbii xarakterli
fəlakətlər;
4.1.5.
Nüvə partlayışı, radiasiya və radioaktiv şualanma;
4.1.6.
Sığorta olunanın cinayət törətməsi, kriminal fəaliyyətdə istirakı;
4.1.7.
Sığorta olunanın özünə qəsdən bədən xəsarəti yetirməsi, intimara cəhd etməsi;
4.1.8.
Ov, alpinizm, planerizm, speleologiya (mağaraları öyrənməklə əlaqədar elm),
paraşutla tullanma, sualtı idman növləri, gış idman növləri, reqbi, polo, döyüş
sənətləri, motosiklet, və at yarışları, su xizək yarışları, hər hansı idman yarışlarında
və ya belə yarışlara hazırlıq məşqlərində, həyat və sağlamlıq ücün yüksək təhlükə
yaradan hər hansı digər fəaliyyətdə iştirak etməsi ilə düz və ya dolayı yolla bağlı
olan bədən xəsarətləri;
4.1.9.
Təsdiq edilmiş bədxassəli şişlər, yenitörəmələr və qan xərçəngi;
4.1.10.
Zöhrəvi xəstəliklər, cinsi yolla yoluxan xəstəliklər;
4.1.11.
QİÇS və ya İİV yaratdığı digər patoloji hallar;
4.1.12.
Psixiki xəstəliklər və ya ağır əsəb pozuntuları, epilepsiya, onların ağırlaşmaları,
onların zəminində yaranmış müxtəlif zədələr və somatik xəstəliklər;
4.1.13.
Peşə xəstəlikləri;
4.1.14.
Vərəm, sarkoidoz, mukovissidoz;
4.1.15.
Şəkərli diabet, Piylənmə, Hepatitin qeyri A növləri;
4.1.16.
Sonsuzluq, impotensiya;
4.1.17.
Xroniki böyrək çatışmamazlığı;
4.1.18.
Kəskin və xroniki şua xəstəliyi;
4.1.19.
Ortodontik və kosmetik qüsurlar, kosmetik stomatologiya, dişlərin ftorlakla
örtülməsi;
4.1.20.
Anadangəlmə və irsi patologiyalar ;
4.1.21.
Aşağı ətraf damarlarının varikoz genəlməsi;
4.1.22.
Psixoterapevtin və ya psixoanalitikin xidmətləri;
4.1.23.
Orqan və toxumaların transplantasiyasi;
4.1.24.
Kosmetik və ya plastik müalicə və cərrahiyə;
4.1.25.
Ametropiya və astiqmatizmin cərrahi (o cümlədən lazer üsulu ilə) müalicəsi;
4.1.26.
Eynəklər, kontakt linzaları, eşitmə cihazları, bütün növ protezler, ortopedik və digər
yardımcı vasitələr ;
4.1.27.
Protezləşdirmə (həmçinin endoprotezləşdirmə və stomatoloji protezləşdirmə,
protezləşdirmə ilə əlaqədar xidmətlər) ;
4.1.28.
Təxirəsalınmaz vaksinasiya istisna olmaqla digər növ vaksinasiyalar;
Creation Date:
17/03/2009
“KÖNÜLLÜ TİBBİ SIĞORTA” QAYDALARI
Print Date:
17/03/2009
AJ0037-EA01CX
Page 5 of 15
4.1.29.
Kontrasepsiya üsulları (o cümlədən UDV-in daxil edilməsi və çıxarılması),
hamiləliyin tibbi göstəriş olduqda süni dayandırılması istisna olmaqla digər
səbəblərə görə süni dayandırılması ;
4.1.30.
Xüsusi arayışlar almaq məqsədi ilə aparılan müayinələr (hüquq müəssisələrinə
təqdim etmək, silah gəzdirmək, xarici səfərlər etmək, təhsil müəssisələrinə daxil
olarkən təqdim etmək üçün lazım olan);
4.1.31.
Qeyri ənənəvi müalicə və müayinə üsulları, proqramda qeyd olunanlardan başqa
reabilitasiya tədbirləri ;
4.1.32.
Müalicəvi massaj və hər növü 10 prosedurdan artıq fizioterapiya;
4.1.33.
AR Səhiyyə Nazirliyi tərəfindən lisenziyalaşdırılmamış dərman preparatları,
müayinə və müalicə üsulları, bioaktiv qida əlavələri, homeopatik preparatlar,
şampun və kosmetik vasitələr, sığortaçının Azərbaycanda mövcud olan təcrübəyə
əsaslanaraq eksperemental və ya təsdiq edilməmiş hesab etdiyi müalicə;
4.1.34.
Podratçı klinikalar siyahısına daxil olmayan digər tibb müəssisələrində yerinə
yetirilən xidmətlər və onların nəticəsi və digər istənilən xidmətlər;
4.1.35.
Sığortaçı ilə razılaşdırılmamış planlı tibbi xidmətlərin alınması;
4.1.36.
Terrorizm və terror aktları.
Maddə 5. Sığortanın ərazisi.
5.1. Sığorta müqaviləsində konkret ərazi göstərilmədiyi halda, müqavilə Azərbaycan
Respublikası ərazisində qüvvədədir.
5.2. Sığorta müqaviləsində sığorta təminatının Azərbaycan Respublikasının hüdudlarından
kənarda verilməsi nəzərdə tutula bilər.
FƏSİL 3. SIĞORTA MÜQAVİLƏSİ
Maddə 6. Sığorta müqaviləsinin bağlanılması
6.1 Tibbi sığorta müqavilə əsasında həyata keçirilir.
6.2 Sığorta müqaviləsi qüvvəyə mindiyi andan Sığortaçı Sığortalıya sığorta müqaviləsinin
bağlanması faktını təsdiq edən sənəd - sığorta şəhadətnaməsi verməlidir.
Maddə 7. Sığorta müqaviləsi bağlanarkən Sığortalı tərəfindən təqdim edilən məlumat
7.1
Sığorta müqaviləsi bağlanarkən Sığortalı aşağıdakı məlumatlı Sığortaçıya təqdim
etməlidir;
7.1.1 Ünvan və əlaqə telefon nömrəsi;
7.1.2
Sığortalının adı, fiziki şəxsdirsə, soyadı, adı, atasının adı;
7.1.3
Sığorta olunanın soyadı, adı, atasının adı;
7.1.4
Sığorta olunanın yaşadığı ünvan və əlaqə telefon nömrəsi;
Creation Date:
17/03/2009
“KÖNÜLLÜ TİBBİ SIĞORTA” QAYDALARI
Print Date:
17/03/2009
AJ0037-EA01CX
Page 6 of 15
7.1.5
Sığorta olunanın doğum ili və şəxsiyyətini təsdiq edən sənədinin göstəriciləri;
7.1.6
Sığortaçı tərəfindən tələb edildikdə Sığorta olunanın sağlamlığı barəsində Sığortalıya
məlum olan informasiya;
7.1.7
Sığorta haqqının hesablanmasında əhəmiyyət kəsb edə biləcək və Sığortalıya məlum
olan riskin dərəcəsini təyin edən fakt və hallar.
7.2
Sığortalı Sığortaçı tərəfindən təqdim edilən standart ərizə formasında göstərilən bütün
suallara cavab verməlidir. Bundan əlavə sığorta müqaviləsi sənədləşdirilməzdən əvvəl
Sığortaçı Sığorta olunanın Sığortaçının etibar etdiyi tibbi müəssisələrdən birində
qabaqcadan tibbi müayinədən keçməsini tələb edə bilər. Bu müayinə Sığortalının, ya
Sığorta olunanın özünün və ya üçüncü tərəfin hesabına aparılır.
Maddə 8. Sığorta müqaviləsinin Qaydalar üzərində üstünlüyü
Sığorta müqaviləsinin tərəfləri müqavilədə bu Qaydaların müəyyən müddəalarının istisna
edilməsini, həmçinin ona müəyyən əlavələr edilməsini nəzərdə tuta bilərlər. Bu halda konkret
müqavilələrdə müəyyən edilmiş müddəalar tətbiq edilir.
Maddə 9. Sığorta müqaviləsinin müddəti
9.1
Əgər Sığorta müqaviləsində başqa şərtlər nəzərdə tutulmayıbsa, Sığorta müqaviləsi
göstərilən tarixdən etibarən saat 24:00 də qüvvəyə minir və müqavilədə göstərilən son
gün saat 24:00 də qüvvədən düşür.
Maddə 10. Sığorta riskinin artması
10.1
Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində Sığortalı sığorta riskinə
əhəmiyyətli dərəcədə təsir edə biləcək dəyişikliklər haqqında Sığortaçıya məlumat
verməlidir.
10.2
Riskin dərəcəsinin artmasına təsir edən hallar barəsində məlumatı aldıqdan sonra
Sığortaçı sığorta müqaviləsinin şərtlərinə dəyişiklik etmək və ya artan riskə mütənasib
olaraq əlavə sığorta haqqının ödənilməsini tələb etmək hüququna malikdir.
10.3
Əgər Sığortalı sığorta müqaviləsinə edilən dəyişiklərlə razılaşmırsa və yaxud əlavə
sığorta haqqı ödəməkdən imtina edirsə, otuz günlük müddəti gözləməklə sığorta
müqaviləsinə Sığortaçı tərəfindən xitam verilə bilər.
Maddə 11. Sığorta müqaviləsinə xitam verilməsi
11.1
Sığortalı müqavilənin vaxtının uzadılması haqqında əvvəlcədən Sığortaçıya yazılı
məlumat verməmişdirsə, müddətinin bitməsi ilə Sığorta müqaviləsi qüvvədən düşür.
11.2
Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi aşağıdakı hallarda mümkündür:
11.2.1
Sığortalının (Sığorta olunanın) ölümü;
11.2.2
müqavilənin etibarsız olması haqqında məhkəmənin qərar qəbul etməsi;
11.2.3
qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qaydada Sığortaçının ləğv
edilməsi;
Creation Date:
17/03/2009
“KÖNÜLLÜ TİBBİ SIĞORTA” QAYDALARI
Print Date:
17/03/2009
AJ0037-EA01CX
Page 7 of 15
11.2.4
Sığortalı - hüquqi şəxs ləğv edildikdə;
11.2.5
Sığortalının Sığorta haqqının ödəmək öhdəliyinin yerinə yetirmədiyi halda;
11.2.6
Sığorta obyekti ilə əlaqədar riskin dərəcəsinin artması ilə bağlı Sığortaçının
sığorta müqaviləsinin şərtlərinə dəyişiklik edilməsi və ya artan riskə mütənasib olaraq
əlavə sığorta haqqının ödənilməsi tələbləri qəbul edilmədikdə Sığortaçının tələbi ilə;
11.2.7
Sığortaçının və ya Sığortalının tələbi ilə. Bu halda tərəflər müqaviləni ləğv
etmək haqqında niyyətini bir-birinə ən azı 30 gün ərzində yazılı şəkildə
bildirməlidirlər;
11.2.8
Sığortaçı Sığortalı qarşısında öz öhdəliklərini tam yerinə yetirdikdə;
11.2.9
qanunvericilikdə nəzərdə tutulan digər hallarda.
11.2.10 Sığorta müqaviləsində nəzərdə tutulmuş və qanunvericiliyə zidd olmayan digər
hallarda.
Maddə 12 - Sığorta müqaviləsinə əlavə və dəyişikliklər edilməsi qaydaları:
12.1. Sığorta müqaviləsi tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi
adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə bağlanır. Sığorta
müqaviləsinin bağlanması qanunvericiliyə zidd olmayan digər formada da həyata
keçirilə bilər.
Müqaviləyə əlavə və dəyişikliklərin edilməsi (dəyişiklik edilməsi) tərəflərin razılığı ilə
edilə bilər.
FƏSİL 4. SIĞORTA MƏBLƏĞİ VƏ SIĞORTA HAQQI
Maddə 13. Sığorta məbləği
13.1
Sığorta məbləği Sığorta müqaviləsinə əsasən Sığortaçının həyata keçirməli olduğu
sığorta ödənişinin və məsuliyyətinin maksimal həddini ifadə edir.
13.2
Sığorta məbləği sığorta müqaviləsi bağlanarkən müəyyənləşdirilir.
Maddə 14. Sığorta haqqı
Sığorta haqqı Sığorta müqaviləsinin qüvvədə olma müddəti, tibbi sorğunun nəticəsi, Sığorta
olunanın cinsi və yaşı, Sığortalı tərəfindən seçilmiş sığorta proqramı və müqavilədə nəzərdə
tutulmuş digər hallar nəzərə alınmaqla müəyyən edilir.
Maddə 15. Sığorta haqqının ödənilməsi
15.1
Sığorta haqqının ödənildiyi gün aşağıdakılar hesab olunur:
a)
nağd ödəniş halında – sığorta haqqının Sığortaçının kassasına və ya sığorta agentinə və
ya brokerinə ödənildiyi gün;
Creation Date:
17/03/2009
“KÖNÜLLÜ TİBBİ SIĞORTA” QAYDALARI
Print Date:
17/03/2009
AJ0037-EA01CX
Page 8 of 15
b)
qeyri nağd ödəniş (köçürmə) halında – pul vəsaitinin Sığortaçının və ya sığorta
agentinin yaxud brokerin bank hesabına ödənildiyi gün;
15.2
Sığorta haqqının ödənilməsi qaydası və ardıcıllığı sığorta müqaviləsində nəzərdə
tutulur. Əgər sığorta haqqının ödənilməmiş hissəsi müqavilədə müəyyən olunmuş vaxt
ərzində ödənilməzsə, Sığortaçının sığorta müqaviləsini ləğv etmək hüququ var.
Maddə 16 – Sığorta haqqının qaytarılması
Sığorta müqaviləsinin (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir Sığorta
olunana münasibətdə) Sığortalının təşəbbüsü ilə xitam olunması halında, Sığortaçı həmin
müqavilə üzrə işlərin aparılması xərclərini, həmçinin Sığortalı ilə baş vermiş sığorta hadisəsi
nəticəsində çəkilən tibbi xərclərin məbləğini çıxmaqla müqavilənin istifadə olunmamış müddət
üzrə gün hesabı prorata əsasında müəyyən olunmuş sığorta haqqını Sığortalıya qaytarır.
Maddə 17 – Məlumat vermək vəzifəsi
17.1. Sığorta hadisəsi baş verdikdə Sığortalı (Sığorta olunan) sığorta şəhadətnaməsində
göstərilən telefon nömrələri vasitəsilə dərhal Sığortaçının Müştərilərə xidmət
departamentinə müraciət etməlidir və müvafiq müayinə/müalicə almaq üçün onun
razılığını və göndərişini almalıdır.
Təxirəsalınmaz tibbi yardıma ehtiyac yarandığı hallarda isə olunan yaxınlıqda yerləşən
istənilən tibb müəssisəsinə müraciət edə bilər. Belə olan halda, ilk fürsətdən istifadə
edərək bu barədə Sığortaçıya məlumat verilməlidir.
17.2. Sığorta müqaviləsinə müvafiq olaraq Sığorta olunana göstərilən tibbi xidmətlərin haqqını
Sığortaçı Podratçı klinikalarına ödəyir (Sığorta müqaviləsində şərtsiz azadolma məbləği
nəzərdə tutulduğu halda şərtsiz azadolma məbləği çıxılmaq şərti ilə).
Maddə 18 - Sığorta geriödənişinin alınma qaydası
18.1. Əgər Sığorta olunan podratçı klinikalar siyahısına daxil olmayan tibb müəssisəsinə
müraciət etmişdirsə (Sığortaçının razılığı ilə və ya təxirəsalınmaz hallarda), o zaman
geriödəniş almaq üçün o, Sığortaçıya aşağıdakı sənədləri təqdim etməlidir:
Qeriödəniş haqqında ərizə forması
Tibbi yardım üçün müraciət etməyə səbəb olan sığorta hadisəsi zamanı Sığorta
olunanın sağlamlıq vəziyyəti, diaqnoz, yerinə yetirilmiş tibbi manipulyasiyalar
haqqında məlumat olan sənəd, reseptlərin əsli;
Tibbi müəssisənin verdiyi hesabların, dərman preparatları üçün verilmiş
qəbzlərin əsli;
Sığorta kartı;
Sığorta olunanın şəxsiyyətini təsdiqləyən sənəd;
Sığortaçının tələb etdiyi digər sənədlər.
18.2. Sığortaçının təyin olunmuş dərman maddələrini generik maddələrlə, alternativ və ya
əvəzedici preparatlarla əvəz etmək, həmçinin məqsədəuyğun qiymətlərlə
olan tibbi xidmətləri tövsiyə etmək hüququ vardır.
Sığorta olunanlar qiyməti daha yüksək olan dərman maddələrini və ya tibbi
xidmətləri seçmək və seçdikləri yüksək qiymətli dərman maddələrinin, tibbi
Creation Date:
17/03/2009
“KÖNÜLLÜ TİBBİ SIĞORTA” QAYDALARI
Print Date:
17/03/2009
AJ0037-EA01CX
Page 9 of 15
xidmətlərin referent (tibbi bazarda dərman maddələri və tibbi xidmətlər üçün
ümumi qəbul edilmiş) qiyməti ilə real qiymət arasında olan fərqi ödəmək
hüququna malikdirlər. Sığortacı Sığortalıların dərman maddələr və/və ya tibbi
xidmətlər üçün etdikləri xərcləri referent qiymətlərə əsaslanaraq ödəmək hüququ
var.
18.3. Hazırkı Qaydaların 18.1. maddədə sadalanan sənədlərlə birlikdə Sığorta olunanın
ərizəsi tibbi xidmətlərin göstərildiyi vaxtdan 45 (qırx beş) təqvim günü
müddətində Sığortaçıya təqdim edilir. Əgər müqavilədə başqa şərt nəzərdə
tutulmayıbsa, geriödəniş Sığorta olunan tərəfindən bütün zəruri sənədlərin təqdim
edilməsindən sonra 15 (on beş) iş günü ərzində həyata keçirilir.
18.4. Sığortaçı təqdim edilmiş sənədləri yoxlamaq və müvafiq mütəxəssislərlə müzakirə
etmək hüququnu özündə saxlayır.
Maddə 19. Müqavilənin qüvvədə olduğu müddətdə tərəflərin hüquq və vəzifələri
19.1. Sığortalının hüquqları:
19.1.1
Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o
cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan
məlumatı əldə etmək;
19.1.2
Tibbi proqrama uyğun olaraq və Sığorta müqaviləsi şərtləri ilə razılaşdırılmış
qaydada Podratçı klinikalarında Sığorta olunana tibbi xidmətlərin göstərilməsini
tələb etmək;
19.1.3
Sığorta müqaviləsində qanunvericiliyə zidd olmayan digər hüquqlar nəzərdə
tutula bilər.
19.2. Sığortalının vəzifələri:
19.2.1. Sığorta haqqını Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və müddətdə
ödəmək;
19.2.2. Sığorta müqaviləsinin bağlanması üçün zəruri olan, eyni zamanda Sığorta
müqaviləsi ilə bağlı digər məlumatları Sığortaçıya təqdim etmək;
19.2.3. Sığorta müqaviləsinə aid olan sənədlərin qorunub saxlanılmasını təmin etmək;
19.2.4. Sığorta olunanları Tibbi sığorta proqramının şərtləri, ona edilmiş bütün
dəyişikliklər və onun həyata keçirilməsi daxil olmaqla, tanış etmək;
19.2.5. Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta olunanların siyahısında
edilən dəyişikliklər barədə Sığortaçıya dərhal məlumat vermək;
19.2.6. Sığorta müqaviləsi bitdikdə və ya bu və ya digər Sığortalanmış şəxs
sığortalanmış
şəxslərin
siyahısından
çıxarıldıqda,
müvafiq
sığorta
şəhadətnaməsini (və ya şəhadətnamələri) sığorta təminatının bitmə tarixdən
etibarən 7 (yeddi) təqvim günü ərzində Sığortaçıya qaytarmaq;
19.2.7. Sığorta müqaviləsində qanunvericiliyə zidd olmayan digər vəzifələr nəzərdə
tutula bilər.
19.3. Sığorta olunanın hüquqları:
Creation Date:
17/03/2009
“KÖNÜLLÜ TİBBİ SIĞORTA” QAYDALARI
Print Date:
17/03/2009
AJ0037-EA01CX
Page 10 of 15
19.3.1. Tibbi xidmət almaq üçün Sığorta müqaviləsində və ya ona edilən əlavədə
göstərilən tibb müəssisələrindən hər hansı birini seçmək;
19.3.2. Tibbi sığorta proqramının həyata keçirilməsi üçün cəlb edilmiş həkimlər arasında
müalicə edən həkimi seçmək;
19.3.3. Tibbi təminatın xüsusiyyətləri barədə izahatlar və tibbi-təşkilati yardım almaq
üçün sığorta şəhadətnaməsində telefon nömrələri göstərilən Sığortaçının
Müştərilərə xidmət departamentinə müraciət etmək;
19.3.4. Tibbi müəssisələrin rəsmi iş saatlarında ambulator-poliklinik xidmətlərə görə
müraciət etmək;
19.3.5. Tibbi yardımın göstərilməsi ilə bağlı mübahisəli halların yarandığı halda
Sığortaçıya müraciət etmək;
19.3.6.
Sığorta müqaviləsində qanunvericiliyə zidd olmayan digər hüquqlar nəzərdə
tutula bilər.
19.4. Sığorta olunanın vəzifələri:
19.4.1. Tibbi yardımın göstərilməsi zamanı müalicə edən həkimin göstərişlərinə əməl
etmək, Podratçı klinikalarının qaydalarına riayət etmək;
19.4.2. Sığorta sənədlərinə qayğı ilə yanaşmaq və tibbi xidmətlərin alınması məqsədi ilə
həmin sənədlərin digər şəxslərə verilməsinə yol verməmək. Sığorta müqaviləsi
üzrə tibbi xidmətlərin alınması məqsədi ilə sığorta şəhadətnaməsini digər şəxsə
verilmə faktı təsdiqlənərsə, Sığorta müqaviləsinin qüvvəsi Sığorta olunana
münasibətdə həmin andan dayandırılır;
19.4.3. Sığorta müqaviləsinin şərtlərində nəzərdə tutulduğu halda, ilkin tibbi müayinədən
keçmək;
19.4.4. Həkim-dispetçer üçün zəruri olan bütün mə`lumatları bildirmək;
19.4.5. Sığorta müqaviləsi ilə (şərtsiz) azadolma məbləği nəzərdə tutulduğu halda,
azadolma məbləğini ona xidmət göstərdiyi tibbi müəssisəyə ödəmək;
19.4.6. Sığorta müqaviləsində qanunvericiliyə zidd olmayan digər vəzifələr nəzərdə
tutula bilər.
19.5.
Sığortaçının vəzifələri:
19.5.1.
Müəyyən edilmiş müddətdə tibbi sığorta proqramı və sığortanın qaydaları əlavə
edilməklə sığorta şəhadətnaməsini Sığortalıya vermək;
19.5.2.
Sığortaçı və Podratçı klinika arasında bağlanmış xidmət göstərilməsi haqqında
müqaviləyə uyğun olaraq sığorta hadisəsi baş verdiyi halda tibbi xidmətlərə görə
ödənişi həyata keçirmək (Sığorta müqaviləsi ilə azadolma məbləği nəzərdə
tutulduğu halda, azadolma məbləğinin çıxılması şərti ilə);
19.5.3.
Qanunvericiliyə zidd olmayan hallarda Sığortalı ilə münasibətlərdə məxfiliyi
təmin etmək;
19.5.4.
Sığorta müqaviləsinin vaxtından əvvəl xitam edilməsi halında, bu Qaydalarla və
müqavilədə müəyyən edilmiş qaydada hesablanmış məbləği 30 (otuz) bank günü
ərzində Sığortalıya qaytarmaq;
Creation Date:
17/03/2009
“KÖNÜLLÜ TİBBİ SIĞORTA” QAYDALARI
Print Date:
17/03/2009
AJ0037-EA01CX
Page 11 of 15
19.5.5.
Sığorta müqaviləsi çərçivəsində Podratçı klinikaları ilə münasibətdə Sığorta
olunanın hüquqlarını müdafiə etmək;
19.5.6.
Sığorta hadisəsinin baş verməsi səbəblərini və faktını, həmçinin sığorta ödəniş
məbləğini müəyyən edilməsi üçün zəruri olan bütün sənədləri aldıqdan sonra
sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişini verməkdən imtina olunması
haqqında qərarını 15 iş günü müddətində qəbul etmək;
19.5.7.
Sığorta müqaviləsində qanunvericiliyə zidd olmayan digər vəzifələr nəzərdə
tutula bilər.
19.6.
Sığortaçının hüquqları:
19.6.1.
Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan
tərəfindən Sığorta müqaviləsinin qaydalarına riayət edilməsini yoxlamaq;
19.6.2.
Bu Qaydalarda və müqavilədə nəzərdə tutulmuş hallarda, o cümlədən Sığorta
olunan tərəfindən sığorta şəhadətnaməsi tibbi xidmət almaq üçün üçüncü şəxsə
verildikdə, sığorta ödənişini həyata keçirməkdən imtina etmək və ya belə
ödənişlərin həyata keçirildiyi halda Sığorta olunan və ya Sığortalı tərəfindən geri
qaytarılmasını tələb etmək;
19.6.3.
Sığorta olunana dəymiş travmatik zədə və ya onun səhhətinin başqa cür
pozulmasına gətirib çıxaran hadisə və faktlar üzrə Sığorta olunana qarşı cinayət
işi qaldırıldığı halda səlahiyyətli orqanların müvafiq qərarının qəbul olunmasına
qədər tibbi xidmətlərə görə ödənişləri təxirə salmaq;
19.6.4.
Bu Qaydalarda və ya müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada Sığorta
müqaviləsinə xitam vermək və ya onu ləğv etmək;
19.6.5.
Sığorta haqqının ödənilməmiş hissəsi Sığorta müqaviləsində müəyyən olunmuş
vaxt ərzində ödənilmədikdə, Sığorta olunanlara xidmətlərin göstərilməsini
dayandırmaq və yaxud Sığorta müqaviləsinin müddətini azaltmaq və ya bu
Qaydaların 15.2. bəndinə əsasən sığorta müqaviləsini ləğv edə bilər;
19.6.6.
Sığorta olunanın zədə alması ilə bağlı tibbi xidmət üçün müraciət etdiyi halda
onun alkoqol, narkotik və ya toksik maddələrin təsiri altında olmamasının
yoxlanılmasını tələb etmək;
19.6.7.
Sığorta olunan alkoqol, narkotik və ya toksik maddələrin təsiri altında olub
olmamasının yoxlanılmasına etiraz etdiyi halda, Sığortaçı dəymiş zədə ilə bağlı
tibbi xidmətlərin haqqının ödənilməsindən imtina edə bilər.
19.6.8.
Sığorta müqaviləsində qanunvericiliyə zidd olmayan digər hüquqlar nəzərdə
tutula bilər.
Maddə 20 – Sığorta ödənişinin verilməsindən imtinanın əsasları:
20.1 Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
20.1.1.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinin tələblərinə əməl
edilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin
həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar
olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda;
20.1.2.
Qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa,
sığortalının, müvafiq hallarda zərərçəkənin sığorta hadisəsinin baş verməsinə yönələn
qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə sığorta hadisəsi ilə birbaşa səbəb
əlaqəsində olan qəsdən cinayət törətməsi;
Creation Date:
17/03/2009
“KÖNÜLLÜ TİBBİ SIĞORTA” QAYDALARI
Print Date:
17/03/2009
AJ0037-EA01CX
Page 12 of 15
20.1.3.
müqavilə və ya qanunla hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda, hadisənin
baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların
nəticəsi olması;
20.1.4.
Sığortalının dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və
mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən
görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı
mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;
20.1.5.
sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına sığortalı
tərəfindən maneçilik törədilməsi, sığortaçını hadisənin səbəblərini və ya zərərin
həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi;
20.1.6.
Mülki Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin
sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən
yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək,
həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini
müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;
20.1.7.
baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi
hesab edilməməsi;
20.1.8.
sığorta hadisəsinin sığorta haqqı və ya onun hər hansı bir hissəsinin qanunvericilikdə və
ya müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra,
Mülki Məcəllənin 903.5-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının
müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra baş verməsi halında sığorta
haqqı və ya onun müvafiq hissəsi ödənilməmiş olduqda;
20.1.9.
Sığorta hadisəsinin yaranma səbəbini, əsasını müəyyən etmək üçün sənəd və
məlumatları müəyyən edilmiş müddətlərdə təqdim etmədikdə və ya bilərəkdən yanlış
məlumat verdikdə;
20.1.10.
Sığorta müqaviləsində qanunvericiliyə zidd olmayan ödəniş verilməsindən digər imtina
əsasları nəzərdə tutula bilər.
Maddə 21. Sığorta müqaviləsinin həyata keçirilməsinə nəzarət.
Sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq Sığortaçının və Sığortalının Sığorta olunana
göstərilən tibbi xidmətlərin həcminə, müddətinə və keyfiyyətinə nəzarət etmək hüquqları var.
Maddə 22. Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada
yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti.
Sığortaçı Sığorta proqramının şərtləri və müddəalarından Sığorta olunan tərəfindən düzgün
istifadə etmədikdə (məsələn, lazımsız yerə təcili yardım çağırılması), belə şəxslərə qarşı
aşağıdakı tədbirlər görüləcək:
Birinci dəfə – yazılı xəbərdarlıq;
İkinci dəfə – Sığorta olunan çəkilmiş xərclərin 50 %-ni özü ödəyəcək
Təkrari hallarda – Sığorta olunan xərcləri 100% olaraq özü ödəyəcək
Bu maddənin birinci hissəsində tətbiq edilən tədbirlərin görülməsi, Sığortaçının
qanunvericiliklə və / və ya müqavilə ilə nəzərdə tutulmuş digər hüquqlarının həyata
keçirilməsini məhdudlaşdırmır.
FƏSİL 5. SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏ TƏRƏFLƏR ARASINDA ƏLAQƏ
Creation Date:
17/03/2009
“KÖNÜLLÜ TİBBİ SIĞORTA” QAYDALARI
Print Date:
17/03/2009
AJ0037-EA01CX
Page 13 of 15
Maddə 23. Tibbi xidmətlər almaq üçün müraciət qaydası
Xəstəlik və ya bədbəxt hadisə zamanı tibbi yardım almaq üçün sığorta olunan Sığortaçının
Müştərilərə xidmət departamenti (Asistans xidməti) ilə əlaqə yaratmalı və müvafiq
müayinə/müalicə almaq üçün onun razılığını və göndərişini almalıdır.
Sığorta olunan podratçı klinikalara müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidir:
a)
tibbi sığorta şəhadətnaməsi
b)
şəxsiyyət vəsiqəsi
c)
müayinə/müalicə göndəriş vərəqəsi (ehtiyac olan hallarda)
Müqavilədə göstərilmiş həcmdə müayinə və müalicəni davam etdirmək üçün xəstə digər tibbi
müəssisəyə köçürülə bilər.
Sığorta olunan şəxs Sığortaçının göndərişi ilə podratçı olmayan klinikaya müraciət etdikdə,
Sığorta olunan aldığı tibbi xidmətinin tam dəyərini nağd olaraq ödəyir. Sonra Sığortaçı bu
qaydaların 18-ci maddəsində göstərilən qaydada Sığorta olunanın təqdim etdiyi lazımi sənədlər
əsasında xərclədiyi məbləği ona nağd olaraq geri ödəyir.
Təxirəsalınmaz tibbi yardıma ehtiyac olan hallarda Sığorta olunan yaxınlıqda yerləşən istənilən
tibb müəssisəsinə müraciət edə bilər. Belə olan halda, ilk fürsətdən istifadə edərək bu barədə
Sığortaçıya məlumat verilməlidir.
FƏSİL 6. SIĞORTA ÖDƏNİŞİ
Maddə 24. Sığorta ödənişi və onun həyata keçirilməsi qaydası
24.1.
Sığortaçı bu Qaydalar əsasında bağlanmış Sığorta müqaviləsinə əsasən Sığorta olunana
göstərilən tibbi xidmətlərin qiymətini Podratçı klinikaya ödəyir (Sığorta müqaviləsi ilə
azadolma məbləği nəzərdə tutulduğu halda, azadolma məbləğinin çıxılmaq şərti ilə);
24.2.
Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində Sığortaçının həyata keçirdiyi
bütün ödənişlərin cəmi Sığorta Müqaviləsində göstərilən sığorta məbləğini aşa bilməz.
24.3.
Sığorta olunana göstərilən tibbi xidmətlərin əvəzinin ödənilməsi qaydaları Sığortaçı ilə
Podradçı klinika, yaxud özəl tibbi fəaliyyətlə məşğul olan şəxs arasında müvafiq
müqavilə ilə təyin edilir.
24.4.
Sığortaçının yazılı razılığı olmadan Sığorta olunanlar tərəfindən özbaşına tibbi yardımın
təşkil edilməsi halında Sığortaçı göstərilmiş tibbi xidmətlərin keyfiyyətinə və Sığorta
olunanın çəkdiyi xərclərə görə heç bir məsuliyyət daşımır.
24.5.
Sığortaçının razılığı olmadan Sığorta olunana, təxirə salınmaz hallar istisna olmaqla,
tibbi xidmətlərin Podratçı klinikaların siyahısına daxil olmayan tibb müəssisələrində
göstərilməsinə görə Sığortaçı çəkilən xərclərin əvəzini ödəmək öhdəliyi daşımır.
24.6.
Əgər Sığorta olunan tibbi təyinatlara, tibbi personalın məsləhətlərinə və tibbi
müəssisəsində müəyyən edilmiş daxili intizam qaydalarına riayət etməzsə, tibb
müəssisəsi Sığortaçını məlumatlandıraraq ambulator xidmətlərin göstərilməsini, yaxud
stasionar yardımı dayandırdıqda, Sığortaçı artıq bu vaxta qədər göstərilmiş tibbi
xidmətlərə görə xərclərin və həmçinin bunun nəticəsində baş vermiş başqa əlavə
Creation Date:
17/03/2009
“KÖNÜLLÜ TİBBİ SIĞORTA” QAYDALARI
Print Date:
17/03/2009
AJ0037-EA01CX
Page 14 of 15
xərclərin ödənilməsindən imtina edə bilər. Belə halda artıq bu vaxta qədər göstərilmiş
tibbi xidmətlərin əvəzinin ödənilməsi öhdəliyi Sığortalının üzərinə düşür.
24.7.
Əgər Sığorta olunan həkim təyinatına əsasən xəstəxanada yerləşdirilməkdən imtina
edərsə, Sığortaçı Sığorta olunanın müalicəsinə yönəldilən tibbi xidmətlərə təminat
verməkdən imtina edə bilər.
24.8.
Əgər Sığorta olunan xəstəxanada yerləşdirildikdən və ya ambulator xidməti üçün
müraciət etdikdən sonra baş vermiş hadisənin Sığorta müqaviləsinə əsasən sığorta
hadisəsi olmaması məlum olursa, tibb müəssisəsində göstərilən xidmətlərin ödənilməsi
Sığorta olunanın öhdəliyidir.
24.9.
Əgər sığorta müqaviləsində digər şərtlər nəzərdə tutulmayıbsa, hər hansı diaqnostik,
profilaktik və ya müalicəvi tədbirlər yalnız Sığortaçı tərəfindən təyin olunmuş həkimin
təyinatı ilə həyata keçirilə bilər.
24.10. Əgər sığorta müqaviləsində nəzərdə tutulubsa, Sığorta müqaviləsi qüvvədə olduğu
müddətdə baş vermiş sığorta hadisəsinin nəticələrinə görə tibbi yardım göstərilməsi
zərurəti Sığorta müqaviləsi qüvvədən düşdükdən sonra da mövcud olduqda, tibbi
xidmətlərə görə sığorta ödənişləri aşağıdakı qaydada həyata keçirilir, lakin həmin Sığorta
olunan üçün müqavilədə nəzərdə tutulan sığorta məbləğinin istifadə edilməmiş
hissəsindən artıq olmamaq şərti ilə:
24.10.1. ambulator müalicə zamanı xəstəliyin kəskin dövründə - Sığorta müqaviləsinin
bitməsindən sonra 3 (üç) təqvim günündən artıq olmamaq şərti ilə, xəstəlik
vərəqinin bağlanmasına qədər;
24.10.2. xəstəxanaya təxirəsalınmaz yerləşdirilmə zamanı - Sığorta müqaviləsinin
bitməsindən sonra 5 (beş) təqvim günündən artıq olmamaq şərti ilə xəstənin
xəstəxanadan çıxmasına qədər;
24.10.3. xəstəxanaya planlı yerləşdirilmə zamanı - Sığorta müqaviləsinin qüvvədən
düşməsinə qədər.
24.11. Sığortalı bilavasitə onun (və ya Sığorta olunanın) təqsiri üzündən sığorta
şəhadətnaməsindən qanunsuz istifadə edən şəxsə göstərilən xidmətlər üçün xərclənmiş
məbləği Sığortaçıya qaytarmalıdır.
24.12. Əgər sığorta müqaviləsində digər şərtlər nəzərdə tutulmayıbsa, Sığorta olunan həkim
qəbuluna təyin edilən vaxtda gəlmədikdə, təcili və təxirəsalınmaz tibbi yardım
briqadasının və yaxud mütəxəssislərin evə çağırılması zamanı göstərilən ünvanda
olmadıqda, Sığortalı (Sığorta olunan) Sığortaçının tibb müəssisəsinə ödədiyi xərcləri ona
qaytarmalıdır.
Maddə 25. Subroqasiya hüququ
25.1.
Sığorta ödənişinin həyata keçirilməsindən sonra, bu sığorta ilə əvəzi ödənilən Sığorta
olunanın səhhətinə vurulduğu zərər üçün məsuliyyət daşıyan şəxsə qarşı subroqasiya
qaydasında tələb irəli sürmək hüququ, həmin ödəniş məbləği həddində Sığortaçıya
keçir.
25.2.
Sığortalı (Sığorta olunan) Sığortaçının subroqasiya hüququnun təmin edilməsi üçün öz
imkanları çərçivəsində ona hər cür kömək göstərməli və Sığortaçını tələb irəli sürmək
üçün zəruri olan bütün sənədlər, sübut və məlumatlarla təmin etməlidir.
Creation Date:
17/03/2009
“KÖNÜLLÜ TİBBİ SIĞORTA” QAYDALARI
Print Date:
17/03/2009
AJ0037-EA01CX
Page 15 of 15
25.3.
Sığortalının hər hansı məhkəmədən kənar razılaşma və ya məhkəmə qərarı əsasında
zərərə görə məsuliyyət daşıyan şəxslərdən aldığı təminat məbləğləri ilk növbədə
Sığortaçının Sığorta müqaviləsi üzrə həyata keçirdiyi sığorta ödənişlərinin əvəzinin
ödənilməsinə xərclənməlidir. Sığortalı, ona vurulmuş zərərə görə məsuliyyət daşıyan
şəxslərlə məhkəmədən kənar razılaşma imzaladıqda, bu razılaşmanın məbləği
Sığortaçının həmin zərərə görə ödədiyi məbləğdən az ola bilməz, əks təqdirdə Sığortaçı
subroqasiya tələbinin çatışmayan hissəsini Sığortalıdan, yaxud zərər vuran şəxsdən
tələb edə bilər.
25.4.
Sığortaçı ilə Sığortalı arasında başqa cür razılaşdırıldığı və belə razılaşmanın Sığorta
müqaviləsində təsbit olduğu hallar istisna olmaqla, Sığortalının (Sığorta olunanın)
dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı tələb hüququndan imtina etməsi və
ya Sığortalının (Sığorta olunanın) günahı üzündən bu hüquqdan istifadənin mümkün
olmaması halında, Sığortaçı sığorta ödənişini bütövlüklə və ya qismən ödəmək
öhdəliyindən azad olunur və ödənilmiş sığorta ödənişinin tam və ya müvafiq hissəsinin
qaytarılması hüququnu əldə edir.
Maddə 26. Valyuta haqqında qeyd-şərt
26.1 Sığorta məbləğlərinin, haqlarının və azadolma məbləğlərinin xarici valyuta ilə ifadə
olunduğu hallarda, bütün ödənişlər Azərbaycan Respublikası Milli Bankının ödənişin
həyata keçirdiyi tarixə və ya ödənişə əsas verən sənədin tərtib edilməsi tarixinə olan
rəsmi məzənnəsi əsasında Azərbaycan manatı ilə və ya Azərbaycan Respublikasının
valyuta qanunvericiliyinə müvafiq olduğu hallarda hər hansı xarici valyuta ilə həyata
keçirilə bilər.
26.2 Əgər sığorta ödənişinin verilməsi üçün əsas olan sənədlər Azərbaycan manatı və ya
şəhadətnamənin valyutasından fərqli valyutada ifadə olunmuşdursa, sığorta
müqaviləsinin ifadə olunduğu valyutaya çevirmə Azərbaycan Respublikası Milli
Bankının həmin sənədin buraxıldığı tarixə uyğun rəsmi məzənnəsi əsasında həyata
keçirilir.
Maddə 27. Ödənilməmiş sığorta haqqının nəzərə alınması
Əgər sığorta ödənişi verilənə qədər nəzərdə tutulan sığorta haqqının qalan hissəsi
odənilməmişdirsə, Sığortaçı sığorta ödənişinin həyata keçirməsi zamanı ödənilməyən sığorta
haqqını sığorta ödənişinin məbləğindən çıxmağa haqlıdır.
Maddə 28. Mübahisələrin həlli qaydası
Bu Qaydalar əsasında bağlanmış sığorta müqaviləsindən irəli gələn mübahisələr ilkin olaraq
danışıqlar yolu ilə, pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə
qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyi tətbiq edilməklə Azərbaycan
Respublikasının müvafiq məhkəmələrində həll edilir.
Dostları ilə paylaş: |