KoqniTİv diLÇİLİK



Yüklə 30,67 Kb.
səhifə1/3
tarix17.06.2022
ölçüsü30,67 Kb.
#61654
  1   2   3
20 koqnitiv qısa


KOQNİTİV DİLÇİLİK
Dilçiliyin müasir mərhələsində insan amili ön plana çəkilir və dilçiliyin yeni və üçüncü paradiqmasının formalaşması bəyan edilir. Müasir dilçilikdə həmin üçüncü paradiqma antroposentrik dilçilik və ya koqnitiv dilçilik adlanır. Ən çox işlənən termin isə koqnitiv dilçilikdir. Koqnitiv dilçilik antropoloji/antroposentrik dilçilikdən heç nə ilə fərqlənmir. Terminlərin daxili formasına nəzər salsaq onların mahiyyətini öyrənmiş olarıq. Antroposentrik dilçilik bilvasitə “insan-mərkəz” dilçiliyi deməkdir. Yəni bu paradiqma təbii dillərdə etnik düşüncənin, psixologiyanın, tarixin və mədəniyyət tarixinin izlərini axtarıb tapır. Bu isə o deməkdir ki, antroposentrik dilçilik etnosun dünyanı görmək xüsusiyyətlərini tapır, ayrı-ayrı xalqların psixoloji simasını semiotik sistem olan dildə görməyə nail olur.
Aparılan tədqiqatlar və mövcud nitq sahələri müasir dilçilikdə müxtəlif cərəyanları aktuallaşdırır. Məsələn, etnopsixoloji dilçilik, linqvokulturoloji dilçilik, korpus dilçilik, psixolinqvistika və s.
Məfhum yaxud anlayış, məntiqi kateqoriya olduğu üçün universal səciyyə daşıyır; konsept isə milli mentalitetin əsas ifadəçisidir.
Dünya haqqında biliklərimiz dildə əks olunur və digər bir təfəkkürün izlərini mühafizə edən məkan mövcud deyil. Digər tərəfdən, dünyanı öyrənməyin də yalnız bir üsulu var – dili öyrənmək. Xarici dilləri öyrənəndə biz tamamilə yeni təfəkkürlə, tanış olmadığımız koqnitiv modellərlə tanış oluruq. Bu isə öz növbəsində bizim öz müstəqil düşüncəmizə təkan verir.
Koqnitiv dilçilik fənlərarası sahəni təşkil edir (Psixologiya, fəlsəfə, neyrofiziologiya, sosiologiya, etnoqrafiya, dilçilik və s.) və həmin sahələrə aid məlumatları geniş istifadə edir.
Koqnitiv dilçiliyin yaranmasını 1989 – cu ildə Almaniyada keçirilən Beynəlxalq Linqvistik Simpoziumla bağlayırlar. Simpoziumun iştirakçıları:

  • Beynəlxalq Koqnitiv Dilçilik Assosiasiyasını;

  • “Koqnitiv dilçilik” jurnalını;

  • “Koqnitiv dilçilik üzrə tədqiqatlar” məqalələr toplusunu təsis etmişdilər.

Lakin bu simpoziumda C.Müller və F.Cons-Lerdenin “Dil və qavrama” adlı kitabı çapdan çıxır (1976). Müəlliflər “Psixoleksikologiya” – yeni sahəni yaratmaq niyyətində idi. Lakin “Psixoleksikologiya” elminin əvəzində “Koqnitiv dilçilik” yaranmışdır. Koqnitiv dilçiliyin əsas prinsipi dil və koqnisiyanı əlaqələndirməkdir. Koqnisiya həm biliyə nail olma, çatma (dərk etmə) prosesini, həm də bu prosesin nəticəsini (yəni biliyi) əhatə edir.
Koqnitiv dilçiliyin yaranmasını iki aspektdə nəzərdən keçirmək olar:

  1. Dilçiliyin inkişafında olan bir mərhələ kimi;

  2. Elmdə koqnitiv paradiqmanın formalaşması nəticəsi kimi.

Koqnitiv dilçilik ümumi koqnitiv elminin bir tərkib hissəsidir. Koqnitiv dilçiliyi maraqlandıran suallar bunlardır:

  1. İnsanlar dünya və özləri haqqında nəyi bilirlər?

  2. Bu biliyi hansı dil faktlarından əldə ediblər?

  3. Həmin biliklər necə təşkil olunub və necə işə salınır?

Koqnitiv dilçiliyin əsas prinsipləri və ya müddəaları aşağıdakılardır:

  1. Dil qabiliyyəti ümumi koqnitiv mexanizmlərin təzahürüdür, ifadəsidir (yəni, dil vasitəsilə insanı tədqiq etmək olar);

  2. Dil və koqnisiya əlaqəlidir; dil düşüncə ilə və ya psixika ilə əlaqəlidir. Burada müasir dilçiliyin antroposentrik prinsipi daha aydın özünü göstərir. İnsanın şüuru, düşüncəsi onun dilində öz əksini tapır və beləliklə, dil də antroposentrikdir (yəni dil dünyaya insanın gözü ilə baxır);

  3. Təfəkkür prosesi insanın beynində, cismində həyata keçir. İnsanın psixoloji xüsusiyyətləri ilə sıx bağlıdır. Məhz buna görə də süni intellekt insanı tamamilə əvəz edə bilməz;

  4. Dilin obyektiv təsviri ilə yanaşı, dilin subyektiv təsviri də istifadə olunmalıdır. Məsələn, mətnin şərhi zamanı konteksti təşkil edən ekstralinqvistik məlumat mühüm rol oynayır:

  • Ünsiyyət iştirakçılarının sosial xüsusiyyətləri, psixoloji xüsusiyyətləri;

  • Kommunikativ məqsədlərin fon bilikləri;

  • Ünsiyyətin situasiyası.

  1. Müasir dilçiliyin fərqli xüsusiyyətlərindən biri olan “Funksionalizm” koqnitiv dilçiliyə də xasdır. Koqnitiv dilçilik dil səriştəsini deyil, dilin işlənməsini, istifadəsini öyrənir;

  2. Koqnitiv dilçiliyin əsas predmetini dil mənası təşkil edir. Dil mənası dil və koqnisiyanı birləşdirən bir halqadır, bu səbəbdən koqnitiv semantikakoqnitiv dilçilik bəzən sinonim kimi işlənir;

  3. Koqnitiv dilçilik dil formalarını izah etməyə çalışır, yəni insan onu əhatə edən dünyanı necə başa düşürsə, elə də onu dil formalarında əks etdirir.

Bu prinsiplər koqnitiv dilçiliyin nəzəri əsasını təşkil edir.
Koqnitiv dilçilikdə iki metoddan istifadə olunur:

  1. İntrospeksiya (semasiologiyada geniş istifadə olunur);

  2. İnsanların sorğusu (eksperimental psixologiyadan götürülmüş bir metoddur).

Bundan başqa, rus dilçiliyində dil vahidlərinin yanaşı işlənməsi (kombinatorikası) üsulundan da geniş istifadə olunur. Bu və ya digər metod konkret halda tədqiqatçının qarşıya qoyduğu məqsəddən, eləcə də nəzərdən keçirilmək üçün material olan dilçilik mənbələrinin xarakterindən asılıdır (bədii ədəbiyyat, paremioloji fond, KİV dili və s.).

Yüklə 30,67 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin